• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ət yeyənlərin 100 yaşa çatma şansı çoxdur
Silah ehtiyatı tükənib, İrana qarşı əməliyyat olsa... - Keyn
Herpes çıxıbsa – addım-addım təlimat
23 il əvvəlki skandal plan İran üçün işə salınır? – Səddam Hüseyndən sonra təkrarlana bilər
Narkokartel liderinin ölümündən sonra Meksika: Hər an hər şey baş verə bilər
Qanı qatı olanlarda, bu sadə qida çatışmır - Professor
Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?
Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
"Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər"
4 ildən sonra qadjetlər fikirlərimizi oxuyacaq
Xolesterolu bir ayda 30% necə azaldaq?
ABŞ hərbi qüvvələri bazanı tərk etdi - Bu ölkə ilə sərhədə doğru gedirlər
Fransada hökumətə etimadsızlıq səsverməsi keçirildi
Bu qidalar uşaqların İQ səviyyəsini azaldır - Xəbərdarlıq
“Çox ağır müharibə olacaq” – XƏBƏRDARLIQ
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!
Maaşlara yenidən baxılacaq - Artım olacaq
Uşaqda bu əlamətlər varsa - Endokrinoloqa aparın
Venesuelada uğurlu oldu, İranda mümkün deyil – Ağ Evə təhdid yaradan addım
Netanyahunun "İttifaq oxu"na Modidən dəstək: Hədəfdə hansı ölkədir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dünya iqtisadiyyatı yeni dönəmə girir - Ekspertlərdən ŞOK PROQNOZ

Xəbərlər

26-07-2023, 10:16

Dünya iqtisadiyyatı yeni dönəmə girir - Ekspertlərdən ŞOK PROQNOZ


Dünya iqtisadiyyatında çoxlu enmə və qalxmaların olduğunu müşahidə edirik. İş adamları iddia edirlər ki, bu gün iqtisadiyyatda “turbulent dövrlər” başlayıb. İlon Maskın sözlərinə görə, o, bir gün dünya iqtisadiyyatının “dağıldığını” hiss edir, ertəsi gün isə məlum olur ki, əslində hər şey qaydasındadır. Bunlar dünya iqtisadiyyatının təhlükə ilə üz-üzə olduğunun göstərcisidirmi?

Mövzu ilə bağlı türkiyəli iqtisadçı Neşat Gündoğdu Publika.az-a açıqlamasında bildirib ki, hazırda dünyada iqtisadi böhran hökm sürür:

“Bu, müəyyən zaman kəsiyində olan böhranlardan qaynaqlanır. Məsələn, 2008-ci ildə Amerika ipoteka böhranı, 2013-cü ildə FED-in istiqraz alışlarını azaltması və ən əsası isə 2020-ci ildəki pandemiya dünya iqtisadiyyatına ciddi zərər vurdu. Lakin pandemiya iqtisadiyyatı tamamilə fərqli bir ölçüyə daşıdı. Dünya iqtisadiyyatında daralmaq əvəzinə genişlənməyə üstünlük verildi. Bu, böhranı daha da artırdı. Bütün bunlar da inflyasiya ilə nəticələndi. Hazırda həm qiymət bazarında ciddi problemlər var, həm də faiz dərəcələri yüksəkdir. Faizlərin artması şirkətləri çətin vəziyyətə salır. Bu da şirkətlərin borclarını çoxaldır. Ona görə də tarazlığı qorumaq lazımdır”.

Ekspertin sözlərinə görə, ABŞ iqtisadiyyatı mübarizə aparmağa davam edir:

“Bir tərəfdən də Qərbin ən böyük rəqibi olan Çinin yüksəlişi davam edir. Bu yüksəliş qərbliləri dünya iqtisadiyyatında bir qədər narahat edir. Çünki kənardan borc götürüb, çoxlu işlər aparan Qərb şirkətləri, bankları faiz artımı ilə ciddi itkilər verməyə başlayıblar. Hətta Amerikada bir neçə bankın iflasa uğradığını görmüşük. Bu səbəbdən yüksək faiz dərəcələrinə deyil, büdcələrinə üstünlük verməyə başlayıblar. Ancaq görürük ki, bu büdcə nizamnaməsi investisiyaları arxa plana keçirib, başqa şeylərlə gündəmi zəbt edirlər. Bunun ən böyük nümunələrindən biri Avropa İttifaqının qəbul etdiyi Mərkəzi Asiyada həyata keçirilən “İnkişaf yolu” layihəsidir”.

İqtisadçı, yüksəlişdən öz payını alanlardan birinin də İlon Maskın olduğunu vurğulayıb:

“Belə ki, o, “Tesla”nı daha da genişləndirdi. İlon Mask populyar bir şəxsiyyətdir və cəmiyyəti necə yönləndirəcəyini bilir. Maskın texnoloji sahədə zəifləməsi iqtisadi geriləmə ilə bağlıdır. Ümumiyyətlə böhranın necə inkişaf etdiyi ilə bağlı çoxlu nəzəriyyələr var. Həm də Amerika ilə Çin arasındakı iqtisadi münasibətlər çox həlledicidir. Əgər aralarında razılığa gələ bilsələr, daha uyğun bir nöqtəyə gedə bilərlər. Burada mühüm problem ehtiyat pul məsələsidir. Amerikanın ehtiyat pulu öz ölkəsinin xeyrinə istifadə etməsi, ehtiyacından çox dövriyyəyə buraxması bütün dünyada inflyasiyaya səbəb olur.

N.Gündoğdu əlavə edib ki, Amerika dolları elə valyutadır ki, onu atmaq və ya alternativ tapmaq mümkün deyil:

“Rusiya, Çin kimi digər dövlətlər isə Amerikanın oyundankənar davranışları ilə ədalətsiz üstünlük əldə etdiyini gündəmə gətirir. Bu səbəbdən şəxsi pullara nəzarət edilməli, hətta lazım gəldikdə dəyişdirilməli olduğunu bildirirlər. Bununla bağlı Çin, Hindistan və Rusiya etiraz ediblər. Dollara alternativ valyutanın gəlməsi ehtimalı azdır. Amma dollara olan nəzarətin FED-dən çıxarılıb, başqa bir nəzarətə verilməsi daha yaxşı olar. Zamanla buna doğru gedən bir prosesdən keçirik”.

İqtisadçı ekspert Rəşad Həsənov diqqətə çatdırıb ki, ümumiyyətlə qlobal iqtisadiyyatı tətikləyici faktorlar çoxalıb:

“Pandemiyadan sonra iqtisadiyyatda yeni bir dövr başlayıb. Daha sonra isə Rusiya-Ukrayna müharibəsinin ortaya çıxartdığı dalğalanma var. Xarici iqtisadi münasibətlər, yeni əməkdaşlıqlar və süni intellektin iqtisadiyyata inteqrasiyası vacib amillərdəndir. Bütün bunlar bazarda fərqlilik yaradıb".

Ekspert bildirib ki, digər mühüm məsələ gəlir fərqlərinin sürətlə dərinləşməsidir:

“Bu özü artıq tamamilə idarəolunmaz hal alıb. Eyni zamanda bazarlara da təsir edir. Bəzən şirkətlər öz maraqları üçün addım atırlar. Dünya iqtisadiyyatında baş verənlər yeni mərhələnin başlanğıcında olan çalxalanmadır. Artıq dünya yeni iqtisadiyyata hazır olmalıdır. Çünki bütün proseslər o yöndə gedir. Bu, müəyyən zaman alacaq. Böyük ehtimalla, dünyada daha stabil, iqtisadi, sosial, humanist modellərin təşəkkül tapmasını müşahidə edəcəyik”.

Aysel Şahmar

Oxunub: 222
Paylaş:
Digər xəbərlər

Xəbərlər

4-05-2023, 19:21

Dünya dollardan imtina edir: Azərbaycana təsiri necə olacaq?

Xəbərlər

19-01-2023, 10:36

Amerikalı maliyyəçi: “Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatır”

Xəbərlər

6-12-2022, 10:21

"Kriz Kahini"ndən bəşəriyyətin sonu ilə bağlı QORXUNC PROQNOZ: "Tezliklə..."

Araşdırma

24-07-2022, 19:16

Qlobal resessiyaya necə hazırlaşırıq? – RƏY

Xəbərlər

12-03-2020, 00:32

SON DƏQİQƏ: Baş nazirdən əhaliyə dollarla bağlı VACİB AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ət yeyənlərin 100 yaşa çatma şansı çoxdur
Silah ehtiyatı tükənib, İrana qarşı əməliyyat olsa... - Keyn
Herpes çıxıbsa – addım-addım təlimat
23 il əvvəlki skandal plan İran üçün işə salınır? – Səddam Hüseyndən sonra təkrarlana bilər
Narkokartel liderinin ölümündən sonra Meksika: Hər an hər şey baş verə bilər
Qanı qatı olanlarda, bu sadə qida çatışmır - Professor
Son xəbərlər
  • Bu gün, 18:05
    Ət yeyənlərin 100 yaşa çatma şansı çoxdur
  • Bu gün, 17:17
    Silah ehtiyatı tükənib, İrana qarşı əməliyyat olsa... - Keyn
  • Bu gün, 15:21
    Herpes çıxıbsa – addım-addım təlimat
  • Bu gün, 14:53
    23 il əvvəlki skandal plan İran üçün işə salınır? – Səddam Hüseyndən sonra təkrarlana bilər
  • Bu gün, 13:17
    Narkokartel liderinin ölümündən sonra Meksika: Hər an hər şey baş verə bilər
  • Bu gün, 12:00
    Qanı qatı olanlarda, bu sadə qida çatışmır - Professor
  • Bu gün, 11:40
    Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?
  • Bu gün, 10:09
    Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
  • Bu gün, 09:11
    "Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər"
  • Dünən, 22:07
    4 ildən sonra qadjetlər fikirlərimizi oxuyacaq
  • Dünən, 21:25
    Xolesterolu bir ayda 30% necə azaldaq?
  • Dünən, 20:38
    ABŞ hərbi qüvvələri bazanı tərk etdi - Bu ölkə ilə sərhədə doğru gedirlər
  • Dünən, 19:08
    Fransada hökumətə etimadsızlıq səsverməsi keçirildi
  • Dünən, 18:29
    Bu qidalar uşaqların İQ səviyyəsini azaldır - Xəbərdarlıq
  • Dünən, 17:53
    “Çox ağır müharibə olacaq” – XƏBƏRDARLIQ
  • Dünən, 16:41
    Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!
  • Dünən, 16:32
    Maaşlara yenidən baxılacaq - Artım olacaq
  • Dünən, 15:26
    Uşaqda bu əlamətlər varsa - Endokrinoloqa aparın
  • Dünən, 14:58
    Venesuelada uğurlu oldu, İranda mümkün deyil – Ağ Evə təhdid yaradan addım
  • Dünən, 13:19
    Netanyahunun "İttifaq oxu"na Modidən dəstək: Hədəfdə hansı ölkədir?
  • Dünən, 12:25
    Günün hansı saatında kimyaterapiya daha effektivdir?
  • Dünən, 12:12
    Bir saat ərzində qəfil ölüm sindromu – Nədir, necə baş verir?
  • Dünən, 11:20
    Moskvanın iki planı fiaskoya uğradı: Ukraynadan 4 illik inanılmaz həmlə
  • Dünən, 10:08
    Azərbaycanda suyun qiyməti artır? – RƏSMİ CAVAB
  • Dünən, 09:03
    Darçın və sarıkökün təhlükəsi barədə - Xəbərdarlıq
  • 22-02-2026, 22:06
    Alimlər beyni 45 dəqiqəyə "yenidən işə salmağın" yolunu tapıblar
  • 22-02-2026, 21:30
    Sahurda bu sirkəni İÇİN - Möcüzəvi faydası çoxdur
  • 22-02-2026, 20:37
    İrandan Aİ ilə bağlı kritik qərar - Hərbi hava və hərbi dəniz qüvvələri...
  • 22-02-2026, 19:13
    Tramp tapşırıq verdi: ABŞ Qrenlandiyaya texnika göndərir
  • 22-02-2026, 18:49
    Günortadan sonra görünən demensiya
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə