• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həkimlər uzunömürlülüyün ən vacib amilini müəyyən ediblər
Niyə səhərlər acqarına ilıq su içməliyik?
Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
Çin təxribatlara dərhal və sərt cavab verəcək: Xəbərdarlıq
Miqren tutması zamanı nə etməli? - Həmin gün üçün vacib tövsiyələr
İrəvanda Bakıya görə ara qarışdı – Paşinyan öz naziri ilə toqquşur
Tramp və Zelenskinin razılaşdırdığı planın detalları: Putinin cavabı necə olacaq?
Dəri xərçəngindən bu sadə üsulla qorunmaq olar
Rusiyadan Azərbaycana qarşı həmlə: ortada 3 səbəb var – Gərginlik artacaq
200 manat yardım nə vaxt veriləcək? – Tarix açıqlandı
Sadəcə ilıq südlə qarışdırmaq kifayətdir - yuxu keyfiyyətini yaxşılaşdırır
Türkiyənin 3 düşməni razılaşdı – Yeni “müharibə”nin arxasında o olacaq
Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi
70 dərdə dəvadır - çox insan faydalarından xəbərsizdir
Bir dəqiqəlik testlə sağlamlığınızı yoxlayın
Bəlğəmli öskürəyə qarşı təbii çarələr – Həkimdən evdə tətbiq oluna biləcək tövsiyələr
Qəzzanı heç vaxt tək qoymayacağıq - Ərdoğan
Azərbaycanda qış belə olacaq - Ən soyuq dövr...
Qırmızı kələmin sağlamlığa 5 əsas faydası
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dünya dollardan imtina edir: Azərbaycana təsiri necə olacaq?

Xəbərlər

4-05-2023, 19:21

Dünya dollardan imtina edir: Azərbaycana təsiri necə olacaq?


Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva deyib ki, dünya tədricən dollardan imtina edir. BVF rəhbərinin sözlərinə görə, əvvəllər ehtiyatların 70%-i Amerika valyutasından ibarət idisə, indi bu rəqəm 60%-dən bir qədər aşağı düşüb.

Amma Georgiyeva dolların tamamilə çökməsi ilə bağlı müzakirələri bir qədər real qəbul etmir və onları şişirdilmiş hesab edir. BVF rəhbəri qeyd edib ki, hazırki situasiyada avro dollara yeganə rəqibdir. Bir sıra iqtisadçılar da Georgiyeva ilə razılaşıblar ki, hazırda dolların ehtiyat valyuta kimi alternativi yoxdur.

Bununla belə, son zamanlar beynəlxalq ekspertlər dollarla bağlı bədbin proqnozlar verirlər. Onlar hesab edirlər ki, qlobal böhran səbəbindən ABŞ valyutasının ucuzlaşması müşahidə ediləcək. Dünyanın əsas aparıcı valyuta sistemi olan dollar hazırkı cəlbediciliyini itirəcək.

Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, hazırda dollara qarşı təhlükə yarada biləcək bir ölkə yoxdur.

“Söhbət hər hansı bir sonu olmayan, qeyri-real və populist çıxışlardan getmir. Söhbət real nəticə ortaya qoya bilən ölkələrdən gedir ki, bu da yoxdur. Düşünürəm ki, yaxın müddət - qarşıdakı 20-30 il ərzində dollar birmənalı olaraq rəqibsiz valyuta olaraq qalacaq. Bu gün dünyada valyuta ehtiyatlarının əhəmiyyətli hissəsi dollarda saxlanılır. Mübadilələr dollarda edilir”.

Ekspert qeyd edib ki, buna səbəb dolların dünya valyuta sistemində aparıcı mövqe tutmasıdır.

“Bunun səbəbi nə onun keyfiyyəti, nə də rəngidir. Dolların belə olmasının səbəbi dünyanın ən böyük iqtisadiyyatına məxsus olmasıdır. Bu isə onu deməyə əsas verir ki, hansısa ölkə dollar valyutasını əvəzləyəcəksə, onda ABŞ-ı da əvəzləməlidir. ABŞ isə dünya iqtisadiyyatına liderlik etdiyi müddət ərzində bu mümkün deyil.

Digər bir məsələ isə ABŞ-a müttəfiq olan başqa bir ölkə Yaponiyadır. Yaponiya isə dünyanın ən böyük üçüncü iqtisadiyyatına malikdir.

Və dollarla bağlı Yaponiyanın hansısa bir problemi yoxdur. Dollar ilə problemi olanlar Amerikanın rəqibləridir. ÜDM və iqtisadiyyatına görə ilk onluğa daxil olan ölkələrin əksəriyyətinin ABŞ-la münasibətləri yaxşıdır. Belə olan təqdirdə bu ölkələrin də birləşərək dollara mənfi təsir göstərməsi real deyil. Sadəcə cəhdlər ola bilər”,- deyə Əmirov yekunlaşdırıb.

İqtisadçı Akif Nəsirli qeyd edib ki, əgər dolların çöküşü başlasa, proses qısa müddətdə yekunlaşmayacaq.Onun sözlərinə görə, dollara alternativin yaradılması prosesi xeyli uzun çəkəcək.



“Bu istiqamətdə dünya maliyyə sektorunda rəqabətin yaranması bir neçə on il çəkəcək. Biz o zaman 2 -3 valyutanın rəqabətə girdiyi maliyyə bazarında manatımızı yalnız dollara görə hesablamayacağıq. Artıq manatın bir neçə valyutada möhkəmlənməsini nəzərdə tutacağıq. Məsələn Milli Bank ayda dörd yüz milyon dollar valyuta bazara çıxarırsa, bir-birinə rəqib 4 alternativ valyuta varsa, biz hər valyutadan 100 milyon çıxaracağıq. Ən yaxşı yol isə ölkə iqtisadiyyatında istehsal səviyyəsini yüksəldib, manatın məzənnəsini ixracla tənzimləməkdir. Bu halda biz dünyada hansı valyutanın olmasından asılı olmayaraq, öz siyasətimizi qura bilərik”.

İqtisadçı hesab edir ki, dolların alternativi olmaq istəyən valyuta ölkəsinin birinci növbədə iqtisadiyyatı güclü olmalıdır.

A.Nəsirli ölkələrin dollardan imtina etməsi ilə bağlı səsləndirilən fikirlərin ciddi olmadığını bildirib:

“Bir sıra bəyanatlar var, lakin konkret addım yoxdur. Məsələn, Rusiya, İran, Çin, Hindistan bu istiqamətdə müəyyən deklarasiyalar imzalayıb bəyanatlar veriblər. Amma hələ ki, həmin ölkələr üçün dollardan imtina etmək mümkün olmayıb. Əslində o da yaxşı fikirdir ki, dünyada dollar hökmranlığına son qoyub alternativ valyutaların formalaşdırılması dünya maliyyə sektorunda, rəqabət mühitinin formalaşmasına və valyutaların inkişafına bir təkan verə bilər. Tutaq ki, ABŞ-da hər hansı bir dərin böhranın baş verməsi dolların müəyyən istiqamətlərdə zəifləməsinə gətirib çıxarır. Dollara alternativ ehtiyac olanda elə bir valyuta tapılmır. Neçə ildir avro dolların rəqabət səviyyəsinə daha çox yaxınlaşır. Amma hələ o səviyyəyə çatmayıb. Məlumdur ki, hazırda dünyada kriptovalyuta sektoru sürətlə inkişaf edir".

İqtisadçı hazırda qlobal iqtisadiyyatı transformasiya edən və gələcəkdə dollara da təsir edə biləcək rəqəmsal valyuta və aktivləri də xatırladıb:

“Dünya pulu” rolunu oynayan dolların fəaliyyətini kriptovalyutalar daha səmərəli şəkildə həyata keçirə bilir. Üstəgəl, son bir neçə ildə ölkənin milli valyutasının kriptovalyutası dövriyyəyə buraxılır. Kriptovalyutaların inkişafı, demək olar ki, dolların alternativinin yaranmasına, beynəlxalq maliyyə bazarında, dünya ticarətində alternativ valyutanın yaranmasına yol açır”.

Oxunub: 420
Paylaş:
Digər xəbərlər

Xəbərlər

15-03-2023, 12:25

Azərbaycanda dollar ucuzlaşacaq? - Vahid Əhmədovdan MÜHÜM AÇIQLAMA

Xəbərlər

7-07-2022, 12:08

BVF rəhbəri: “2023-cü ildə qlobal tənəzzül baş verə bilər”

Xəbərlər

25-10-2021, 09:18

Azərbaycanda devalvasiya ehtimalı ilə bağlı VACİB AÇIQLAMA

Xəbərlər

23-03-2021, 11:00

Dollar Azərbaycanda da BAHALAŞACAQMI? – “Valyuta zəlzələsi”

Xəbərlər

28-09-2019, 00:01

DÜNYA ŞOKDA: Böyük güclər dollardan İMTİNA EDİR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həkimlər uzunömürlülüyün ən vacib amilini müəyyən ediblər
Niyə səhərlər acqarına ilıq su içməliyik?
Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
Çin təxribatlara dərhal və sərt cavab verəcək: Xəbərdarlıq
Miqren tutması zamanı nə etməli? - Həmin gün üçün vacib tövsiyələr
İrəvanda Bakıya görə ara qarışdı – Paşinyan öz naziri ilə toqquşur
Son xəbərlər
  • Dünən, 22:37
    Həkimlər uzunömürlülüyün ən vacib amilini müəyyən ediblər
  • Dünən, 21:09
    Niyə səhərlər acqarına ilıq su içməliyik?
  • Dünən, 20:33
    Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
  • Dünən, 19:35
    Çin təxribatlara dərhal və sərt cavab verəcək: Xəbərdarlıq
  • Dünən, 18:51
    Miqren tutması zamanı nə etməli? - Həmin gün üçün vacib tövsiyələr
  • Dünən, 17:21
    İrəvanda Bakıya görə ara qarışdı – Paşinyan öz naziri ilə toqquşur
  • Dünən, 16:12
    Tramp və Zelenskinin razılaşdırdığı planın detalları: Putinin cavabı necə olacaq?
  • Dünən, 15:00
    Dəri xərçəngindən bu sadə üsulla qorunmaq olar
  • Dünən, 14:44
    Rusiyadan Azərbaycana qarşı həmlə: ortada 3 səbəb var – Gərginlik artacaq
  • Dünən, 13:18
    200 manat yardım nə vaxt veriləcək? – Tarix açıqlandı
  • Dünən, 12:12
    Sadəcə ilıq südlə qarışdırmaq kifayətdir - yuxu keyfiyyətini yaxşılaşdırır
  • Dünən, 11:45
    Türkiyənin 3 düşməni razılaşdı – Yeni “müharibə”nin arxasında o olacaq
  • Dünən, 10:21
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Dünən, 10:07
    Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi
  • Dünən, 09:10
    70 dərdə dəvadır - çox insan faydalarından xəbərsizdir
  • 24-12-2025, 22:38
    Bir dəqiqəlik testlə sağlamlığınızı yoxlayın
  • 24-12-2025, 21:01
    Bəlğəmli öskürəyə qarşı təbii çarələr – Həkimdən evdə tətbiq oluna biləcək tövsiyələr
  • 24-12-2025, 20:15
    Qəzzanı heç vaxt tək qoymayacağıq - Ərdoğan
  • 24-12-2025, 19:25
    Azərbaycanda qış belə olacaq - Ən soyuq dövr...
  • 24-12-2025, 18:06
    Qırmızı kələmin sağlamlığa 5 əsas faydası
  • 24-12-2025, 17:15
    Putinin qərarından sonra 3 ölkəyə “hücum” başladı – Regionu sarsıdacaq proses
  • 24-12-2025, 16:52
    Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?
  • 24-12-2025, 15:55
    Limonun elmi cəhətdən sübut olunmuş 8 sağlamlıq faydası
  • 24-12-2025, 14:30
    Zamanda səyahət: Keçmişə qayıda, gələcəyə gedə bilərikmi?
  • 24-12-2025, 13:26
    BMT-də ABŞ və İran arasında gərginlik: Razılığa gələ bilmədilər
  • 24-12-2025, 12:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • 24-12-2025, 11:28
    İsrail bu silahını ortaya çıxardı: ABŞ-dan güclü...
  • 24-12-2025, 10:18
    Regionda gərginlik pik həddə – Türkiyə dağıdıcı müharibəyə sürüklənir?
  • 24-12-2025, 09:03
    Hansı qidalar hormonal balansa təsir edir? - Endokrinoloq açıqladı
  • 23-12-2025, 21:23
    Bu çörək növləri zərərlidir – Xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə