Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və onunla hesablaşmaq məcburiyyətindədir.
Axar.az xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.
O bildirib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı saxta separatçı rejimin nümayəndələrinin hansısa etiraz aksiyaları keçirməsinin əhəmiyyəti yoxdur:
“Əvəzində Ermənistanın beynəlxalq tərəfdaşları üçün Paşinyanın Qarabağın Azərbaycanın suveren ərazisi olması barədə bəyanatları daha qəbulediləndir”.