"NATO-nun Vilnüs sammitinin yekunlarına əsasən, Ukraynanın Şimali Atlantika Alyansına üzvlük məsələsi həll olunub".
Publika.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
"Ukraynanın gələcəyi NATO-dadır", - Sallivan CBS telekanalına müsahibəsində deyib.
"Bu müzakirə edilə bilməz. Razılaşdığımız budur", - Baydenin milli təhlükəsizlik müşaviri əlavə edib.
O, həmçinin Kiyevin lazımi dəstəyi alacağını bir daha təsdiqləyib.
Hüseyn İbadlı