• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Pay torpaqları vətəndaşlardan alınacaq?
Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər

Xəbərlər

31-08-2026, 10:25

Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər



“Fars” agentliyində dərc olunan məqalədə bildirilib ki, cənub marşrutlarında yaranan fasilələr və Hörmüz boğazı ətrafında artan qeyri-müəyyənlik fonunda İran ölkənin şimalı və Xəzər dənizi vasitəsilə xarici ticarəti inkişaf etdirmək imkanlarını araşdırır.

Nəşr yazır ki, bu şəraitdə bəzi ekspertlərin “Xəzər Ekspresi” adlandırdığı yol xüsusilə vacibdir. Bu, İranı şimal limanları vasitəsilə Rusiyaya və daha sonra Avrasiya nəqliyyat şəbəkəsinə birləşdirə biləcək və ölkənin cənub ticarət yollarından asılılığını qismən azaldacaq bir yoldur.

Xəzər dənizinin həmçinin Rusiya və Qazaxıstandan zəruri malların, taxılın, kənd təsərrüfatı məhsullarının, ağacın və xammalın idxalı, eləcə də İranın kənd təsərrüfatı, sənaye və tikinti məhsullarının ixracı üçün vacib bir marşruta çevrilə biləcəyi vurğulanıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, sentyabrda Tehranda Xəzəryanı ölkələrin 7-ci Zirvə görüşü keçiriləcək:

“Zirvənin əsas məqsədi Xəzərdə təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsi olacaq. ABŞ-İran və Rusiya-Ukrayna müharibələri fonunda ənənəvi qlobal enerji və nəqliyyat dəhlizlərinin ötürücülük qabiliyyətinin məhdudlaşdırılması bütün tərəfləri təhlükəsiz alternativ axtarmağa vadar edir. Bu vəziyyət həm Şərq-Qərb dəhlizində yer alan Orta Dəhliz üçün, həm də Şimal-Cənub dəhlizi üçün əhəmiyyət daşıyan Xəzərin təhlükəsizliyi məsələsini ön plana çıxarır. İran Hörmüzdəki blokada şəraiti ilə əlaqədar Xəzəryanı dövlət olaraq bu dənizin əvvəlki dövrlə müqayisədə daha aktiv istifadəsinə yönəlməkdədir. Başqa sözlə Xəzər İranın təhlükəsizlik siyasətinə inteqrasiya olunmağa başlayıb. Bu, təbii ki, digər Xəzəryanı ölkələrlə müzakirələri və əməkdaşlığı şərtləndirir. Xatırlatmaq olar ki, iyulda Xəzərdə İran gəmiləri Rusiyaya hərbi təchizat daşıması iddiası ilə Ukrayna tərəfindən vurulmuşdu. Ondan öncə isə mart ayında İsrail İranın Xəzərdəki ən iri limanı Ənzəlini hədəf almışdı. Bu fonda həm İran, həm də Rusiya, həmçinin Qərb və Çin Xəzərin qlobal enerji və nəqliyyat dəhlizi, o cümlədən alternativ marşrut olaraq strateji əhəmiyyətinin artdığını dərk edir və qorunmasına çalışır. Bu isə tərəfləri Xəzər üzərində konfrontasiyaya deyil, əməkdaşlığa sövq edir”.

sehla celilzade e1755003028631
Şəhla Cəlilzadə

Siyasi şərhçinin sözlərinə görə, İran “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı imzaladıqdan 8 il sonra, məhz keçiriləcək Zirvə görüşü ərəfəsində ratifikasiya olunması üçün parlamentə təqdim edib:

“2018-ci ildə imzalanan Konvensiyaya qədər Xəzərin statusu məsələsində tərəflər arasında uzun illər davam edən mübahisə olub. İran və Türkmənistan Xəzərin statusunun göl kimi müəyyən olunmasını, dibinin beş bərabər sektora bölünməsini və özlərinin Xəzərin dibində 20% paya sahib olmasını tələb edirdilər. Halbuki 1935-ci ildəki SSRİ-İran razılaşması əsasında Astara-Həsənqulu xətti üzrə İran Xəzərin təqribən 12% hissəsində pay sahibi idi. SSRİ-nin dağılmasından sonra Xəzərin müstəqil dövlətlər arasında bölünməsi İrana yeni iddialar qaldırmaq üçün bəhanə oldu. Əslində, 2018-ci ildə əldə olunan konvensiya tərəflərin pay məsələsini həll etmir və dəniz sularında delimitasiya hələ də aparılmayıb. Bununla belə, dəniz statusunun qəbul olunması İranın faktiki olaraq 20%-lik iddiasından imtina etməsi deməkdir. İranın pay bölgüsünə dair hər hansı rəsmi iddiası yoxdur. Bəhs olunan konvensiya daha çox Xəzərdə təhlükəsizlik, üçüncü tərəflərin hərbi mövcudluğunun rədd edilməsi, sahilyanı dövlətlərin əməkdaşlığı, ticarət sərbəstliyi kimi məsələləri təsbit edir. Bu məsələlər indiki dövrdə xüsusilə mühüm əhəmiyyət kəsb edir”.

Ş.Cəlilzadə qeyd edib ki, İran və Rusiyanın Xəzər üzərində əməkdaşığa yeni qapı açması tərəfləri maraqlandıran qlobal layihələri daha təhlükəsiz şəraitdə həyata keçirməyə imkan verə bilər:

“Trans-Xəzər layihələrinin inkişaf etdirilməsi yeni geosiyasi potensialı özündə daşıyır. Nəticə olaraq, Xəzərin bütün tərəflərin maraqlarına xidmət edən sülh və əməkdaşlıq dənizi olması qlobal enerji və nəqliyyat-logistika təhlükəsizliyi baxımından həyati önəm daşıyır və bu, sahilyanı dövlətlərin əməkdaşlığını vacib faktora çevirir. Konvensiyanı indiyədək yeganə ratifikasiya etməyən İran idi ki, o da Xəzərdəki geosiyasi reallıqları qəbul edərək sənədi ratifikasiya edərsə, bu, tərəflərin ortaq fayda üçün əməkdaşlıq niyyətinin artıq tam formalaşdığını göstərmiş olacaq. Lakin rəsmi açıqlamalar onu göstərir ki, İran Konvensiyanı ratifiksiya etməyə tələsmir, prosesi sürətləndirməyə çalışmır. Bu isə, İran siyasi sisteminin radikal qüvvələrinin potensial iddialarının qaldığı, lakin hazırki mərhələdə İran üçün təhlükəsizlik və əməkdaşlıq məsələlərinin prioritet olması ilə bağlı ola bilər”.

Oxunub: 49
Paylaş:
Digər xəbərlər

Xəbərlər

29-08-2026, 19:15

Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı

Xəbərlər

13-04-2026, 14:06

Hörmüz blokadaya alınsa, İran nələr itirəcək?

Xəbərlər

12-03-2026, 19:44

İran savaşı 7 ölkəni gücləndirir, biri Azərbaycandır!

Maraqlı

4-01-2025, 22:40

Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı

Xəbərlər

27-11-2024, 17:36

Xəzər dənizi ilə bağlı 30 illik plan aktivləşdi: Zəngəzur detalı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Son xəbərlər
  • Dünən, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • Dünən, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • Dünən, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • Dünən, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • Dünən, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • Dünən, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • Dünən, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
  • Dünən, 10:55
    Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
  • Dünən, 09:06
    Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
  • 4-09-2026, 22:46
    Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
  • 4-09-2026, 21:07
    Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
  • 4-09-2026, 20:42
    Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
  • 4-09-2026, 19:24
    Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
  • 4-09-2026, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • 4-09-2026, 17:08
    Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
  • 4-09-2026, 16:22
    Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
  • 4-09-2026, 15:07
    Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
  • 4-09-2026, 14:53
    Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
  • 4-09-2026, 13:27
    Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
  • 4-09-2026, 12:50
    Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
  • 4-09-2026, 11:32
    Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu
  • 4-09-2026, 10:19
    İranda silahlı qarşıdurma: ölənlər var
  • 4-09-2026, 09:00
    Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
  • 3-09-2026, 22:47
    Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
  • 3-09-2026, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
  • 3-09-2026, 18:40
    Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
  • 3-09-2026, 15:57
    Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
  • 3-09-2026, 14:43
    Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
  • 3-09-2026, 13:51
    Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
  • 3-09-2026, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə