• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Google Sindromu nədir? - Səhv qərarlar, diaqnozlar...
Bu şəxslərin xərçəngə tutulma riski yüksəkdir
Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
İran “Hörmüz”lə bağlı 3 şərt irəli sürdü: “Əgər ABŞ bunu etməsə, o zaman…”
Ağrılı, qanayan ağız yaraları xərçəng siqnalı verir
Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik
NASA alimləri və generallar bir-bir yoxa çıxır - Nə baş verir?
Ürəyin işini 2 aya yaxşılaşdıran 2 meyvə
Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi
Prezident və xanımı Antalyada mühüm tədbirdə...
Yayılan qriplə bağlı açıqlama - Nə etməli?
Proses dünəndən başlayıb: ABŞ Rusiyanı bu ölkədən də çıxardır
Xəzərin geri çəkilməsi dayanır? - Ekoloq
Qatıq, çuğundur qarışımı ilə arıqlama - Sirli resept
Gecəyarı 3-də oyananlar – 3 ciddi xəstəlik ola bilər
Yoğun bağırsaq xərçəngi - 4 TƏHLÜKƏLİ SİMPTOM
100 manatlıq əsginaslar buna görə dəyişdirilirmiş – Diqqət
Heç su içməyənlərin orqanizmində nə baş verir?
Paşinyan gördüklərindən danışdı: Ermənilər Azərbaycanla sülhə necə baxır?
İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

NATO-nun Vilnüs sammiti: Zelenski həm sevinir, həm kədərlənir

Xəbərlər

15-07-2023, 18:40

NATO-nun Vilnüs sammiti: Zelenski həm sevinir, həm kədərlənir


Şimali Atlantika Alyansının Vilnüs sammitinin əsas ana gündəmi Ukraynadakı müharibə oldu. Kiyevin NATO-ya üzvlük arzuları reallaşmasa da, İsveç Türkiyə səddini keçməyə çox yaxındır.

“Kaspi” qəzetinin mövzu ilə bağlı hazırladığı yazıda deyilir:

NATO-nun iyulun 11-12-də Vilnüsdə keçirilən zirvə toplantısı dünya gündəmini tutsa da, “tarixi sammit”ə çevrilmək şansını itirdi. Vilnüs toplantısı Ukraynanın Alyansa üzv olmaq arzusunu yenə də növbəti ilə saxladı. Rusiya ilə hərbi qarşıdurmaya getmək istəməyən Alyans bunun əvəzində Kiyevə sadəcə hərtərəfli yardımları artıracağını bəyan etdi. Ukrayna faktiki olaraq qurumun bütün dövlətlərinin dəstəyini qazandı və bu məsələdə fikir ayrılıqları olmadı. Tək üzvlükdən başqa. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun dediyi kimi, “Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışıqlar vaxt itkisidir”. Onun fikrincə, Kiyev bilməlidir ki, münaqişə gedən ölkənin NATO-ya üzvlüyü mümkün deyil. Alyans üzvləri bunu riskli hesab ediblər. İttifaq Nizamnaməsinin 5-ci maddəsi də bunu mümkünsüz edir. Əgər Ukrayna NATO-ya üzv olarsa, bu, NATO-nun avtomatik Rusiya ilə müharibəyə qoşulması deməkdir. Beləliklə, sammit Ukraynaya üzvlüklə bağlı sadəcə vəd verməklə yekunlaşıb. Düzdür, Alyansın Baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukrayna NATO-ya həmişəkindən daha yaxındır. “Bizim ən vacib vəzifəmiz Ukraynanı qazanmaqdır. Biz Ukraynanı NATO-ya yaxınlaşdıracağıq. Hərbi dəstək də 2014-cü ildən başlayıb, keçən il tam miqyasda artıb. Bu yaxınlarda müttəfiqlər yeni mühüm bəyanatlar verdilər. Ukraynaya uzaqmənzilli raketlər veriləcək. Almaniya və ABŞ hərbi dəstəyini daha da artıracaq. Bütün bunlar Kiyevə güclü mesaj verir", - o deyib. Ukrayna üçün müsbət olan başqa hal NATO-Ukrayna Şurasının yaradılması olub. Eyni zamanda, Ukraynaya hər cür silahların çatdırılması prosesinin sürətləndirilməsi də qərara alınıb. Bu da onu deməyə əsas verir ki, qarşıdakı illərdə Rusiyanı çətin günlər gözləyir. Ən müasir silahlarla təchiz olunan Ukrayna Rusiya üçün ciddi problemlər yaradacaq. Qərbin müasir silahları qarşısında aciz qalan Rusiyanın hansı addımlar atacağı da sual doğurur.

Hədəf Rusiyanın çökdürülməsidir

Sammit həm də onu göstərdi ki, NATO münaqişənin uzanmasında maraqlıdır. Hədəf bu yolla Rusiyanın çökdürülməsidir. Qərbin ümidi hazırda yalnız Rusiyada mümkün hakimiyyət dəyişikliyinədir. Yeri gəlmişkən, sammitdə bir dəfə də olsun sülh danışıqları barədə müzakirə getməyib.

Zelenski həm sevinir, həm kədərlənir

Maraqlıdır ki, sammit öncəsi NATO-nu sərt tənqid edən Ukrayna Prezidenti Volodimir Zelenski sonrakı günlərdə bir qədər yumşaldıcı bəyanatlar səsləndirib. O deyib ki, hazırda Ukrayna Qərb tərəfdaşlarından hüquqi təhlükəsizlik təminatlarına yox, yalnız faktiki təminatlara malikdir. Qəbul olunan yekun sənəddə vurğulanır ki, bütün ölkələr Rusiyaya yardımı dayandırmalıdır. Lakin bu da V. Zelenskini təmin etməyib. Onun sözlərinə görə, NATO Ukraynanın təşkilata üzvlüyü məsələsində qətiyyətli mövqe tutmayıb. Buna baxmayaraq, NATO-ya üzv bir sıra ölkələrin liderləri Ukraynanın “Alyansa gedən yoluna” dəstək olduqlarını bildiriblər. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, “Ukrayna heç şübhəsiz NATO üzvü olmağa layiqdir”. Qərb mediası sammitlə bağlı yazıb ki, Ukraynanın Alyansa daxil olması məsələsi müttəfiqlər arasında parçalanma yaradıb, onlar kompromis tapmaqda çətinlik çəkiblər.

NATO-da ikitirəlik yaranıb

“Financial Times” yazır ki, “Alyansı parçalamaq təhlükəsi yaradan məsələ Ukraynanın ona qoşulmaq ambisiyaları olub. Polşa, Baltikyanı ölkələr və Ukraynanın özü də daxil olmaqla bir düşərgə ölkənin NATO-ya üzvlüyü üçün sürətli yol istəyir. ABŞ-ın rəhbərlik etdiyi və Almaniyanın dəstəklədiyi dövlətlər isə prosesi ləngitmək və Ukrayna üçün başqa formada təhlükəsizlik təminatları irəli sürmək istəyirlər”. Hətta son anda ABŞ Dövlət Departamenti Ukraynanın NATO-ya daxilolma vaxtını və münaqişənin başa çatması üçün şərtləri proqnozlaşdırmaqdan imtina edib. NATO-nun yekun kommünikesi, çox güman ki, Ukraynanın gələcəkdə alyansa üzv olacağını təsdiqləyəcək, lakin orada sürətləndirilmiş proseslə bağlı heç bir vəd olmayacaq. Bütün sualların cavabı Ukrayna münaqişəsinin necə sona çatması və sülhün necə təmin edilməsi ilə bağlı olacaq. “The Wall Street Journal” yazır ki, Vilnüsdə ilk vəzifə Ukraynanı dəstəkləməyə davam etmək idi. Qərb liderləri Ukraynanın qeyd-şərtsiz qələbəsini istədiklərini söyləməkdən çəkinirlər. Qərb mediası yazır ki, NATO üzvü olan ölkələrin əksəriyyəti Ukraynanı Alyansda görmək istəyir. Lakin ABŞ Prezidenti Cozef Bayden və Almaniya Kansleri Olaf Şolts bu fikirdə deyillər.

Türkiyə İsveçdən istədiyini alır

Sammitdə əsasən Ukrayna məsələsi gündəm olsa da, Türkiyə ilə İsveç arasında əldə olunan razılaşmanı da diqqətdən kənarda saxlamaq olmaz. İsveç NATO-ya üzvlüyün dəstəklənməsi ilə bağlı əldə etdiyi razılaşmalar əsasında Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib: “Bundan sonra biz protokolu parlamentə göndərməklə növbəti mərhələyə keçəcəyik. Bu məsələ ilə bağlı qərar veriləcək". Ankara, Stokholm və Brüssel razılaşıblar ki, terrorla mübarizə uzunmüddətli prosesdir və bu istiqamətdə işlər NATO-nun genişlənməsindən sonra da davam etməlidir. Razılığa görə, Stokholm heç bir terror təşkilatını dəstəkləməyəcək. Bundan başqa, Ankara və Stokholm arasında iqtisadi əməkdaşlıq başlayacaq. Ölkələr arasında silah ticarəti ilə bağlı məhdudiyyətlər yumşaldılacaq. Eyni zamanda, İsveç Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyəcək.

Oxunub: 302
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-04-2023, 22:37

Zelenski: “NATO-nun Ukraynanı alyansa dəvət etməyinin vaxtı çatıb”

Xəbərlər

6-04-2023, 15:54

Litva Ukraynanı rəsmi olaraq NATO-ya dəvət etdi

Xəbərlər

3-10-2022, 12:33

Rumıniya Prezidenti: “NATO-nun səkkiz ölkəsi Ukraynanın alyansa qoşulmasını dəstəkləyib”

Xəbərlər

26-06-2022, 19:50

NATO Ukraynanın istəklərini RƏDD ETDİ: Kiyev hansı ADDIMI ATACAQ?

Xəbərlər

11-05-2022, 21:23

İsveç və Finlandiyaya NATO-dan dəvət gəldi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Google Sindromu nədir? - Səhv qərarlar, diaqnozlar...
Bu şəxslərin xərçəngə tutulma riski yüksəkdir
Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
İran “Hörmüz”lə bağlı 3 şərt irəli sürdü: “Əgər ABŞ bunu etməsə, o zaman…”
Ağrılı, qanayan ağız yaraları xərçəng siqnalı verir
Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik
Son xəbərlər
  • Dünən, 22:09
    Google Sindromu nədir? - Səhv qərarlar, diaqnozlar...
  • Dünən, 21:37
    Bu şəxslərin xərçəngə tutulma riski yüksəkdir
  • Dünən, 20:31
    Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
  • Dünən, 19:03
    İran “Hörmüz”lə bağlı 3 şərt irəli sürdü: “Əgər ABŞ bunu etməsə, o zaman…”
  • Dünən, 18:29
    Ağrılı, qanayan ağız yaraları xərçəng siqnalı verir
  • Dünən, 17:40
    Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik
  • Dünən, 16:22
    NASA alimləri və generallar bir-bir yoxa çıxır - Nə baş verir?
  • Dünən, 15:33
    Ürəyin işini 2 aya yaxşılaşdıran 2 meyvə
  • Dünən, 14:15
    Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi
  • Dünən, 13:24
    Prezident və xanımı Antalyada mühüm tədbirdə...
  • Dünən, 12:35
    Yayılan qriplə bağlı açıqlama - Nə etməli?
  • Dünən, 11:09
    Proses dünəndən başlayıb: ABŞ Rusiyanı bu ölkədən də çıxardır
  • Dünən, 10:31
    Xəzərin geri çəkilməsi dayanır? - Ekoloq
  • Dünən, 09:06
    Qatıq, çuğundur qarışımı ilə arıqlama - Sirli resept
  • 16-04-2026, 22:20
    Gecəyarı 3-də oyananlar – 3 ciddi xəstəlik ola bilər
  • 16-04-2026, 21:16
    Yoğun bağırsaq xərçəngi - 4 TƏHLÜKƏLİ SİMPTOM
  • 16-04-2026, 20:55
    100 manatlıq əsginaslar buna görə dəyişdirilirmiş – Diqqət
  • 16-04-2026, 18:34
    Heç su içməyənlərin orqanizmində nə baş verir?
  • 16-04-2026, 17:45
    Paşinyan gördüklərindən danışdı: Ermənilər Azərbaycanla sülhə necə baxır?
  • 16-04-2026, 16:07
    İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
  • 16-04-2026, 15:17
    42 yaşlı kişi dözülməz simptomlar yaşadı – Diaqnozu şoka saldı
  • 16-04-2026, 14:27
    Bakı və İrəvan arasında “test” keçirildi – Əlamətdar hadisə
  • 16-04-2026, 13:04
    Müharibə Rusiyanı zəiflətmir, gücləndirir: 7 trilyon dolları keçdi
  • 16-04-2026, 12:10
    Bibəriyə sakitləşdirir, arıqladır, gözəlləşdirir
  • 16-04-2026, 11:39
    Şagirdin meyiti zirehli texnika ilə çıxarıldı
  • 16-04-2026, 10:20
    İrandan sensasiya: Bu ölkə bütünlüklə bizə məxsusdur!
  • 16-04-2026, 09:12
    1 dəfə dəmləmədə məlhəm olan pişikotu - EVDƏ MÜALİCƏ ÜSULU
  • 15-04-2026, 22:50
    Otağa niyə gəldiyinizi unudursunuz?
  • 15-04-2026, 21:38
    Ayıq yatan insanlarda bu 3 xəstəlik inkişaf edir
  • 15-04-2026, 20:45
    Rusiya AZAL təyyarəsinə görə kompensasiya verəcək – RƏSMİ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə