• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
Ürəyi yoran bu vərdişlərdən uzaq durun
İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
İnsult riskini artıran axşam vərdişləri
İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Sel, sürüşmə, uçqunlar zəlzələ xəbərçisidir?

Xəbərlər

7-07-2023, 15:35

Sel, sürüşmə, uçqunlar zəlzələ xəbərçisidir?


İyulun 4-də Azərbaycanda zəlzələ həyəcanı yaşandı. Xəzər dənizi sahili boyunca bir çox ərazilərdə ciddi şəkildə hiss edilən zəlzələnin 5,7 bal gücündə olduğu qeyd edildi. Bundan bir müddət əvvəl isə Bakı dairəvi avtomobil yolunun aktiv hissəsinə iri qaya parçaları dağılmışdı. Hadisənin fəsadları aradan qaldırılsa da, səbəbləri açıqlanmadı. Zəlzələdən öncə daha bir qeyri-adi hadisə Bakı-Şamaxı-Qəbələ yolunda müşahidə olunmuşdu. Bu ərazidə qəfildən sürüşmə baş vermişdi. Bu təbiət hadisəsinin də fəsadları aradan qaldırıldı, lakin səbəbi haqqında məlumat verilmədi.

Sadalanan hadisələrin bir-birinə çox yaxın müddətdə baş verməsi insanlarda bunların zəlzələnin xəbərçisi olması haqqında fikir formalaşdırıb. Hətta sosial şəbəkələrdə yayılan iddialarda ekzogen proseslərin davam edəcəyi, sel, sürüşmə, zəlzələ kimi hadisələrin təkrarlanacağı qeyd edilib.

Bu iddiaların əsası varmı? Yer səthində ani baş verən belə hadisələr zəlzələ xəbərçisi sayıla bilərmi?

Bununla əlaqədar Oxu.Az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib ki, qlobal miqyasda gedən tektonik proseslərlə Yer səthi hərəkətləri arasında müəyyən əlaqənin olması danılmazdır:

“Amma konkret olaraq, xırda ekzogen proseslər, Yerin səthində gedən hadisələr zəlzələnin xəbərçisi ola bilərmi sualına gəlincə, bu, kifayət qədər mübahisəlidir. Zəlzələnin nə zaman baş verəcəyinin təyin edilməsi mümkün olsaydı, onda dağıntıları önləmək də olardı.

Əslində Yer səthində gedən proseslər həm tektonik durumla, həm də istilik mübadilələri, rütubət dövranı, hətta troposferdə gedən proseslərlə sıx bağlıdır. Abşeron yarımadasından Pirallahı rayonu və “Sədərək” Ticarət Mərkəzi istiqamətindəki yolun, digər tərəfdən Bayıl qəsəbəsinə qədər uzanan yamacların qaş hissəsində uçqunlara qarşı tədbirlər görülməlidir. Bunu dəfələrlə demişik. Həmin ərazilər sürüşmə və uçqun təhlükəli ərazilər kimi tərəfimizdən qeyd edilib. Xarici ölkələrdə sərt yamaclarla əhatələnən yolların necə çəkildiyini görəndə anlamırıq ki, bizdə bu sahədə etinazsızlıq var. Bunların fəsad törətməyəcəyinə heç bir zəmanət yoxdur.

Bu, təkcə paytaxt ətrafında deyil, bölgələrdə də belədir. Məsələn, İsmayıllı yolunda uçqun, sürüşmə təhlükəsi olan yerlər çoxdur. Masallı-Yardımlı, Lerik yolunda uçqun və sürüşmə təhlükəli yollar var. Bu yolların bəziləri 500 metr-bir kilometr uzunluğunda olsa da, insan həyatı üçün istənilən halda təhlükə yaradır. Ən böyük təhlükəli hissə isə elə “Sədərək” Ticarət Mərkəzi istiqamətindəki yol və Bibiheybət-Bayıl arasındakı yerlərdir”.

M.İsmayılov düşünür ki, sürüşmə, uçqun, sel fəlakətləri fiziki aşınma yaradan məqamlardır:
“İqlim dəyişmələri, Yerin həddindən artıq qızması, gecələr birdən-birə soyuması, nəticədə süxurların tədricən aşınması çatların əmələ gəlməsinə səbəb olur. Ona görə, adi kiçik titrəyişlərdə belə, həmin yamaclarda uçqun, sürüşmə əmələ gələ bilir. Hətta bəzən ağır yüklü avtomobillərin hərəkətindən də süxurlar yerindən oynayıb, uça bilər.

Şamaxı yolunda baş verən sürüşmə də əvvəldən mütəmadi vurğulanır. Bu istiqamətdə tədbirlərin görülməsi üçün lazımi addımların atılması çox xərc tələb edən məsələdir. Yol boyu salınan süni terraslar beş-on il tab gətirə bilər. Ona görə proses yenidən təkrarlanmalıdır. Asfalt qalın, ağır çəkildikcə, onun altında rütubət toplanır. Bu, sürüşmələr üçün müəyyən şərait yaradır.

Yollarda baş verən prosesləri zəlzələnin xəbərçisi kimi düşünmək o qədər də real deyil. Dediyim kimi, proseslər bir-biri ilə əlaqədar ola bilər, amma hər birinin öz səbəbləri var”.

Zəlzələnin mövcud olan ekzogen prosesləri intensivləşdirə biləcəyini istisna etməyən alimin sözlərinə görə, sürüşmə riskli ərazilərdə zəlzələdən sonra güclü sürüşmələrin baş verməsi mümkündür:

“Belə hallar dəfələrlə müşahidə və qeyd edilib. Bu ərazilərdə gözləmək lazım deyil ki, mütləq zəlzələ olsun, sürüşməni tətikləsin. Həmin prosesi görürük və xəritələşdirib məlumat veririk. Buna baxan texniklər, mühəndislər mütləq həmin xəritələrlə hərəkət etməli, zəlzələ olana qədər proseslərin qarşısını almalıdırlar.

Son zamanlar ekzogen proseslərdə iqlim dəyişmələri ilə bağlı olaraq intensivləşmə artıb. Bu, qəfil baş verən sinoptik proseslərlə əlaqədardır. Çaylarda güclü sellərin gəlməsi kimi məsələlər də gözlənilən idi. Qəfil meteoroloji hadisələr, sinoptik proseslər selləri, sürüşmələri intensivləşdirir, eroziya prosesini aktivləşdirir. Bu, hadisələrin atmosferdəki, Yerin təkində və Yer səthindəki proseslərlə sıx əlaqəli olduğunun əsas göstəricisidir”.

Aysel Aslan

Oxunub: 266
Paylaş:
Digər xəbərlər

Xəbərlər

29-07-2021, 15:33

ABŞ-da 8,2 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi

Xəbərlər

11-02-2019, 23:18

SON DƏQİQƏ! YENƏ ZƏLZƏLƏ: Agsuda 4, Şamaxıda isə 3 bal...- Dagıntılar VAR

---

11-10-2018, 00:19

6 bal gücündə zəlzələ - ALƏM BİR-BİRİNƏ QARIŞDI... - SON ANDA

Manşet / Gündəm / Xəbərlər

6-09-2018, 12:23

Azərbaycanda sürüşmə zonaları aktivləşib, yollar çöküb

Manşet / Xəbərlər

9-06-2018, 08:56

Azərbaycanda təkrar güclü zəlzələ gözlənilirmi? - AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
Ürəyi yoran bu vərdişlərdən uzaq durun
İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
Son xəbərlər
  • Dünən, 22:44
    Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
  • Dünən, 21:45
    Ürəyi yoran bu vərdişlərdən uzaq durun
  • Dünən, 20:24
    İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
  • Dünən, 19:33
    İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
  • Dünən, 18:31
    Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
  • Dünən, 17:28
    Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
  • Dünən, 16:11
    Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
  • Dünən, 15:06
    Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
  • Dünən, 14:39
    Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
  • Dünən, 13:22
    Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
  • Dünən, 12:26
    Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
  • Dünən, 11:17
    Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
  • Dünən, 10:42
    Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
  • Dünən, 09:05
    Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
  • 23-08-2026, 22:34
    Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
  • 23-08-2026, 21:52
    İnsult riskini artıran axşam vərdişləri
  • 23-08-2026, 20:30
    İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
  • 23-08-2026, 19:14
    Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
  • 23-08-2026, 18:49
    Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
  • 23-08-2026, 17:46
    Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
  • 23-08-2026, 16:21
    Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
  • 23-08-2026, 15:27
    Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
  • 23-08-2026, 14:51
    Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
  • 23-08-2026, 14:39
    İsrail və Türkiyə gizli danışıqlar aparır?
  • 23-08-2026, 12:35
    Bu qarpızlar mədə və bağırsağı məhv edir
  • 23-08-2026, 11:06
    İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
  • 23-08-2026, 10:18
    Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
  • 23-08-2026, 09:03
    Yulaf əzməsi həqiqətən faydalıdırmı?
  • 22-08-2026, 22:40
    Həyatında yeni səhifə açacaq 4 bürc
  • 22-08-2026, 21:26
    Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə