• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Bu 3 məhsul qandakı xolesterini aşağı salır
Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
Ürəyi yoran bu vərdişlərdən uzaq durun
İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İbrahim Rəisinin Şərqi Azərbaycanda verdiyi mesaj: Yumşaq ritorikanın altında hansı hiylə var?

Xəbərlər

13-06-2023, 15:16

İbrahim Rəisinin Şərqi Azərbaycanda verdiyi mesaj: Yumşaq ritorikanın altında hansı hiylə var?


İbrahim Rəisinin Şərqi Azərbaycan vilayətinə ikinci səfəri baş tutub. Xatırladaq ki, ötənilki səfəri zamanı Rəisinin çıxışlarında hərbi ritorika üstünlük təşkil edirdi. O, sərhədçilərlə görüş keçirmiş, sərhədlərin qorunmasından, “qırmızı xətt”dən danışmış, üzü şimala doğru düzlənmiş məktəblilərin ifasında çoxbaşlı mesajlar ehtiva edın “Səlam, fərmandeh” (Salam, komandan) dinləmişdi.

Budəfəki ritorika daha yumşaqdır. Səfər zamanı bir neçə sənaye obyektinin, Culfa dəmir yolu xəttinin açılışında (əslində bərpadan sonra istifadəsində) iştirak edib. İran mediası bunu Avropaya ilk yüklər daşıyacaq xətt kimi təqdim edir. Hərçənd bu, əslində şişirtmədir. Çünki xətt çar dövründə istifadəyə verilmiş, İranı Rusiya və Avropaya bağlayan eyni xətdir, yeni deyil. Sovet dövrü məhz bu xətlə Moskva-Tehran qatarı işləyirdi. “Zəngəzur qırmızı xəttimizdir, Avropaya yeganə çıxışımızdır” deyiləndə də riyakarlıq edilirdi, çünki Avropaya çıxış Culfa və Astara dəmir yol xətləri, Xəzər dənizi üzərindəndir, bu istiqamətlərin hər üçü Azərbaycan Respublikasından keçir. Əlavə olaraq Türkiyə üzərindən də Avropaya yükdaşımaları həyata keçirilir.

Səfər ərəfəsi İran mediası Şərqi Azərbaycan vilayətinin növbəti dəfə parçalanaraq mərkəzi Marağa olan Səhənd mahalına ayrıca vilayət statusu veriləcəyi haqda xəbərləri müzakirə edirdi. Rəisi səfərdə bu barədə danışmasa da, Çaroymaq mahalındakı tədbirlərdə çıxışı zamanı bu mahalın Təbrizdən sonra vilayətdə ikinci böyük yaşayış məskəni olduğu, burdan Təbrizə daxili miqrasiyanın dayandırlması üçün şəhərin inkişafına diqqət yetiriləcəyini deyib. Vilayətə səfər zamanı dabbaqxanaların, avtomobilqayırma zavodlarının açılışında da iştirak edib, Təbrizdə Azərbaycan şairlərinin türk (Azərbaycan) və fars dillərində yaradıcılıqlarının İran mədəniyyətinə xidmət etməsi, Azərbaycan Respublikası əhalisinin və İran azərbaycanlılarının bir xalq olması və İslama bağlı olması haqda danışıb.

Ritorikanın yumşalması, ola bilsin ki, “Cənub-Şimal” layihəsinin reallaşdırılması ilə bağlı yaranmış gözləntilər, eləcə də Azərbaycan -Ermənistan sülh danışıqlarının uğurla bitəcəyi halda, hazırda Azərbaycanın bərpa etməkdə olduğu Naxçıvan-Zəngəzur və tikintisi gözlənilən Naxçıvan- Qars xətlərindən Avropaya yük daşımaları üçün bəhrələnmək istəyindən gəlir. Rəisinin faktiki olaraq Naxçıvan üzərindən Avropaya yük daşıyacaq xətdən danışması, o dəhlizlərin qəbul edilməsi mənasına da gələ bilər. Halbuki İran rəsmiləri, mediası və ekspertləri uzun müddət bu dəhlizə qarşı olduqlarını vurğulayırdılar.

Razılaşın ki, bir il əvvəl eyni yerdə durub “Səlam fərmandeh” oxutmaqla bu açılışın verdiyi mesajlar tamam fərqlidir. Bu yumşalmaya, faktiki olaraq Azərbaycanın dəhliz siyasətinə yeni yanaşma ortaya qoyulmasına İran və ABŞ arasında Oman vasitəsilə aparılan danışıqlar da səbəb ola bilər.

Rasionallıqdan uzaq olmayan bəzi iranlı ekspertlər əvvəldən də bu yöndə təkliflər verir, militarist ritorikadan yayınmağı təklif edirdilər. Onlar belə hesab edirlər ki, İran yerləşdiyi coğrafiya, müstəsna geosiyasi və geostrateji mövqeyi sayəsində regionlararası dəhlizlər, mühüm tranzit marşrutları hesabına öz qonşuları ilə siyasi və iqtisadi əlaqələrini möhkəmləndirə və Tehrana qarşı sanksiyaları neytrallaşdıra bilər. Məhz bu kontekst İran mediasını anti-Azərbaycan ritorikasını qismən azaltmağa sövq edir və ya belə görüntü yaratmağa cəhd göstərilir. Məsələn, Tehran Universitetinin professoru, tanınmış ekspert Həsən Beheştipur “Khabaronline” saytına şərhində İranın “Bakı və İrəvan arasında razılaşmanı alqışlamalı olduğunu” bildirib və əlavə edib ki, Azərbaycanla Ermənistan arasında dəmir yolu anlaşması “İrana ziyan vurmayacaq”.

Ekspertlərə görə, Bakı ilə münaqişənin hər hansı bir gərginləşməsi İranın “öncə qonşu” prinsipi ilə bir araya sığmır. Bu prinsip qonşu ölkələrlə ticarəti artırmaqla iqtisadi sanksiyaları kompensasiya etmək siyasətini nəzərdə tutur.

Lakin yumşaq ritorikanın altında gizlənən hiylə də nəzərdən qaçmır. Xüsusən Şərqi Azərbaycan vilayətinin növbəti dəfə parçalanması, etnik haqlar uğrunda mübarizənin mərkəzi olan Təbrizin daha çox təcrid edilməsi, “Azərbaycan” toponiminin əhatə edəcəyi coğrafiyanın mümkün qədər kiçildilməsi məqsədi güdə bilər. Belə ki, 1930-cu illərdən sonra Azərbaycan vilayətindən əvvəl Gilan, Həmədan, Qəzvin, Zəncan, sonra Urmiya (Qərbi Azərbaycan), nəhayət 1990-cı illərdə Ərdəbil vilayəti ayrılıb.

Hərçənd Rəisinin yumşaq ritorikasını dərhal sərt üslublu bəyanatlarla “zərərsizləşdiriblər”. İran parlamentinin təhlükəsizlik komitəsinin sədri Şəhriyar Heydəri açıqlmasında Azərbaycanı təhdid edir , amma əlavə edir ki, gərginliyi aradan qaldırmağın yolu dialoqdan keçir, ancaq sionist rejim Bakını İranla dialoqa getməyə qoymur.

Daxili işlər naziri Əhməd Vahidi də bu təhdidi inkişaf etdirib: “Biz qonşularımızı dostlarımız hesab edirik və hərtərəfli əlaqələri gücləndirmək istəyirik. İranın qonşuları ilə dostluq üçün uzun qolu var. Azərbaycan Respublikasının İran xalqından və hökumətindən yaxşı dostu olmayacaq. Səddam rejimi və ABŞ kimi İranla düşmənçilikdə itkilər verən hər kəsin taleyini yada salsınlar”.

Xarici işlər naziri Əmir Abdullahian Qumda ruhanilərlə görüşəndə də ona “Azərbaycan şiələrinin vəziyyəti ilə maraqlanmaq” üçün tövsiyə veriblər.

İfrat Azərbaycanofob ekspert Ehsan Müvəhhədian isə İbrahim Rəisinin Şərqi Azərbaycan vilayətinə səfəri zamanı rəsmi Bakının ünvanına yumşaq ifadələrdən istifadə etməsini açıq təhqi edir: “Rəisi sən anının canı, qayıt Tehrana. Allaha xatir, bir daha danışma. Nə Azərbaycandan, nə fitnədən. Aman Allahım, bu ölkəni qoru! Bizim qınamağa yerimiz qalmadı. Qafqazda təhlükənin dərinliyi ilə məşğul olmaq əvəzinə, yumşaq dildən istifadə etdikdə bizim səylərimiz boşa çıxır. Əliyevin yeni zərbəsini gözləyin”.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 295
Paylaş:
Digər xəbərlər

Xəbərlər

6-04-2023, 14:26

İran təklənir - Çin və Rusiya Zəngəzur dəhlizinin reallaşmasına çalışır

Xəbərlər

9-10-2022, 11:18

Moskvadan QƏRBƏ MESAJ: "Bu, "qırmızı xətt"imiz olacaq"

Xəbərlər

26-07-2022, 01:20

Ərdoğan Paşinyanla danışdı: "Qırmızı xətt" XƏBƏRDARLIĞI

Xəbərlər

5-04-2022, 11:14

"Putinin əsas məqsədi Şərqi Avropadır" – SENSASİON AÇIQLAMA

Xəbərlər

21-05-2021, 18:08

Azərbaycanlı hərbçi erməni hərbi hissəsinin qərargah rəisinin burnunu SINDIRDI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Bu 3 məhsul qandakı xolesterini aşağı salır
Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
Son xəbərlər
  • Bu gün, 15:25
    Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
  • Bu gün, 14:29
    Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
  • Bu gün, 13:52
    ABŞ-dan İranla bağlı növbəti qərar...
  • Bu gün, 12:09
    Bu 3 məhsul qandakı xolesterini aşağı salır
  • Bu gün, 11:41
    Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
  • Bu gün, 10:46
    Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
  • Bu gün, 09:06
    Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
  • Dünən, 22:44
    Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
  • Dünən, 21:45
    Ürəyi yoran bu vərdişlərdən uzaq durun
  • Dünən, 20:24
    İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
  • Dünən, 19:33
    İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
  • Dünən, 18:31
    Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
  • Dünən, 17:28
    Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
  • Dünən, 16:11
    Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
  • Dünən, 15:06
    Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
  • Dünən, 14:39
    Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
  • Dünən, 13:22
    Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
  • Dünən, 12:26
    Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
  • Dünən, 11:17
    Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
  • Dünən, 10:42
    Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
  • Dünən, 09:05
    Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
  • 23-08-2026, 22:34
    Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
  • 23-08-2026, 21:52
    İnsult riskini artıran axşam vərdişləri
  • 23-08-2026, 20:30
    İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
  • 23-08-2026, 19:14
    Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
  • 23-08-2026, 18:49
    Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
  • 23-08-2026, 17:46
    Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
  • 23-08-2026, 16:21
    Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
  • 23-08-2026, 15:27
    Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
  • 23-08-2026, 14:51
    Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə