• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakıda minlərlə insan qeydiyyatdan çıxarıldı - Sənədsiz şəxslər hara müraciət etsinlər?

Xəbərlər

31-05-2023, 16:24

Bakıda minlərlə insan qeydiyyatdan çıxarıldı - Sənədsiz şəxslər hara müraciət etsinlər?


Son dövrlər sənədi olmayan mənzillərdə yaşayıb yerli polis orqanlarında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasına başlanılıb.
Məlumata görə, artıq onminlərlə insan qeydiyyatdan çıxarılıb.
Qeyd edək ki, polis bölmələrində qeydiyyatdan çıxarılan şəxslərin şəxsiyyət vəsiqələri deaktiv olur. Şəxs qeydiyyata düşənədək onun şəxsiyyət vəsiqəsi deaktiv olaraq qalır.
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna əsasən şəxs bir neçə formada qeydiyyata alına bilər. Həmin şəxslər mənzili olanlar evin rəsmi sənədləri əsasında (çıxarış) və ya mənzili olan qohumların evində qeydiyyata düşməklə qeydiyyat problemlərini həll edə bilərlər.
Vətəndaş Zərifə Məmmədova deyir ki, o, 15 ilə yaxındır ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsində sənədsiz mənzildə yaşayır:
“Evimin sənədi yoxdur. Bu ərazidəki bütün evlərin sənədi yoxdur. Çox yerə müraciət etmişik, amma nəticə olmayıb. Sənəd ala bilməmişik. Sənədi olmayan mənzildə yaşayıb yerli polis orqanlarında qeydiyyatda olan vətəndaşam. İndi isə belə vətəndaşlar polisdən qeydiyyatdan çıxarılır. Mənim evimin sənədi olmadığından heç bir yerə qeydiyyata düşə bilmirlər. Polisdən də qeydiyyatdan çıxarılsam, mənim aqibətim necə olacaq? Məni evinə qeydiyyata götürəcək qohumum da yoxdur”.

Mövzu ilə bağlı Bakupost.az -a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bildirib ki, əvvəllər daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrində müvəqqəti qeydiyyata düşə bilirdilər və hər hansı problemlə üzləşmirdilər:
“Konstitusiya Məhkəməsi bunu həll etmişdi. Ünvanı olmayanları polis bölmələrində qeydə alırdılar. Son vaxtlar deyilənlərə görə problem var. Məsələnin hüquqi yolu budur ki, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun 3-cü maddəsinə əlavə etsinlər ki, vətəndaşın konkret yaşadığı yer yoxdursa, bu məlumat qeyd olunmur. Vətəndaşın konstitusiya ilə müəyyən olunan hüquqlarını heç olmasa bu yolla təmin etmək olar. Əlbəttə şəxsiyyəti təsdiq edən sənəddə vətəndaşın yaşadığı yerin göstərilməsi bir çox vacib məsələlərə görə, o cümlədən siyasi hüquqların həyata keçirilməsi baxımından vacibdir. Amma müvəqqəti tədbir kimi məncə bunu etmək olar. Nəzərə alaq ki, indi insanları tapmaq üçün başqa vasitələr də var. Amma gələcəkdə problemi birdəfəlik həll etmək lazımdır”.

Millət vəkili Fazil Mustafa deyir ki, bir çox vətəndaşlarımız çarəsiz duruma düşüb:
“Əgər, vətəndaşın evinə mülkiyyət sənədi verilməyibsə, evinə qeydiyyata düşəcək qohumum da yoxdursa, bəs o nə etsin, harada qeydiyyata düşsün? Axı haradasa qeydiyyatda olmalıdır. Yerli polis orqanlarında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması o insanlar havada qalması deməkdir. Qeydiyyatdan çıxarıldıqdan sonra şəxsiyyət vəsiqəsinin etibarsızlaşması isə daha ciddi problemdir. Şəxsiyyəti təsdiq edən sənədin etibarsız sayılması faktiki olaraq o insanın sıxıntıya salmaq deməkdir. Paytaxtda faktiki yaşayan minlərlə insan var ki, onlar evlərinin sənədi olmadığından daimi qeydiyyata düşə bilmirlər. Neft buruqlarının, kommunikasiya xətlərinin mühafizə zolağına düşməyən sənədsiz evlərə sənəd verilməlidir ki, həmin insanlar öz evlərinə qeydiyyata düşə bilsinlər. Bu problem həll olunmalıdır. Onlar yaşadıqları ünvanda qeydiyyata alınmalıdırlar. Qeydiyyat mülkiyyət sahibi olmaq demək deyil. Bu yolla vətəndaşlara kömək edilməlidir. Bu məsələ çox böyük problemlər ortaya çıxara bilər. Məsələni gündəmə gətirilməli və problem kompleks şəkildə həll olunmalıdır”.

Məsələ ilə bağlı münasibət öyrəndiyimniz Daxili İşlər Nazirliyindən isə bildirilib ki, indiyə kimi daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrində müvəqqəti qeydiyyata düşə bilirdilər. Ancaq bu prosedurda müəyyən dəyişiklik edilib. Bildirilib ki, əgər vətəndaşın qeydiyyata düşməyə ünvanı yoxdursa, yenidən yaşadıqları yer üzrə polis idarəsinə müraciət edərək qeydiyyata düşə bilərlər. Hazırda bununla bağlı heç bir məhdudiyyət yoxdur:
“Azərbaycan Respublikasının bütün vətəndaşlarının qeydiyyatı olmalıdır. Əgər bir insanın ümumiyyətlə, ailəsi, qohumu yoxdursa, yəni təkdirsə, polis orqanına müraciət edə bilər. Araşdırma aparılacaq və doğrudan da məlum olsa ki, bu insanın heç kimi yoxdur, o zaman barəsində tədbir görüləcək. Heç bir vətəndaş qeydiyyatsız qalmır.
Təxminən 2000-ci ilin əvvəllərində Bakıda evlərin çoxunun sənədi yox idi. Şəxs haqqında məlumatlı olmaq, onun harada yaşadığını bilmək üçün vətəndaş mütləq qeydiyyata alınmalıdır. Bu səbəbdən həmin illərdə vətəndaşlar polisin inzibati binasına qeydiyyata götürülürdülər. Şəxs haqqında məlumatlı olmaq, onun harada yaşadığını bilmək üçün vətəndaş mütləq qeydiyyata alınmalıdır. Bu səbəbdən həmin illərdə vətəndaşlar polisin inzibati binasına qeydiyyata götürülürdülər. Vaxt keçdi, aparılan araşdırmalar göstərdi ki, polisin inzibati binasına qeydiyyata düşən şəxslərin bəziləri bir, hətta iki-üç ev sahibidir. Onların öz evlərinə, bu yoxdursa, qohumlarının, tanışlarının, dostlarının yaşadığı ünvana qeydiyyata düşmək imkanı var. Polisin inzibati binasından qeydiyyatdan çıxarılan şəxslər başqa ünvanlarda qeydiyyata düşmək imkanı olan şəxslərdir. Yəni həmin insan özünün, yaxud yaxın qohumunun evində qeydiyyata düşə bilər”.
Sevinc
BakuPost

Oxunub: 452
Paylaş:
Digər xəbərlər

Xəbərlər

20-01-2023, 16:07

Vətəndaşın qeydiyyatı niyə ləğv olunur? - AÇIQLAMA

Səhiyyə

16-02-2021, 12:36

Fevralın 17-dən bu şəxslər də vaksin olunacaq - RƏSMİ

Xəbərlər

4-07-2020, 15:40

SON DƏQİQƏ: İcazəsi olanlar bu saatlarda maşından istifadə edə bilməz - AÇIQLAMA

Xəbərlər

9-04-2020, 14:16

SON DƏQİQƏ: Övladlara da pul veriləcək -RƏSMİ

Xəbərlər

15-07-2019, 16:29

Əhaliyə XƏBƏRDARLIQ - 30 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Son xəbərlər
  • Dünən, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • Dünən, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • Dünən, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • Dünən, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Dünən, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Dünən, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Dünən, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Dünən, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Dünən, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Dünən, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Dünən, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Dünən, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Dünən, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • 6-08-2026, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • 6-08-2026, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • 6-08-2026, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • 6-08-2026, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • 6-08-2026, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • 6-08-2026, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • 6-08-2026, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • 6-08-2026, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • 6-08-2026, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • 6-08-2026, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • 6-08-2026, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • 6-08-2026, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • 5-08-2026, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə