Yer kürəsində maqnit qasırğası başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.
“Maqnit qəfildən başladı, orta və güclü diapazondadır. Buna səbəb noyabrın 5-i və 6-da baş verən günəş partlayışları olub. Ümumiyyətlə, noyabrın 6-dan 8-dək Yer kürəsində bir aydan çox müddətdə ən güclü qasırğa yaşanıb. Geomaqnit xəbərdarlıqları qarşıdakı günlər üçün qüvvədə qalır. Günəş aktivliyi artımı bitməyib, ona görə də daha güclü alovlanma riski qalır”, – deyə bildirilib.