• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ən təhlükəli qida allergenləri - SİYAHI
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
Diş çürüməsindən qoruyan qida
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Türk generaldan Qarabağdakı ermənilərə: Bakı mühüm addım atdı, indi isə...

Xəbərlər

25-04-2023, 18:27

Türk generaldan Qarabağdakı ermənilərə: Bakı mühüm addım atdı, indi isə...


Xəbər verdiyimiz kimi, aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Laçın yolunda qurulan nəzarət-keçid məntəqəsinin tarixi və siyasi əhəmiyyəti barədə Publika.az-a danışan Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirib ki, bu, mühüm addım olmaqla yanaşı, həm də ermənilərə strateji cavabdır:

“Ermənistan tərəfi Laçın-Xankəndi yolundan üçtərəfli bəyanata zidd olaraq qanunsuz məqsədlər üçün istifadə edirdi. Buna görə də sərhəddə - yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirildi. Yeni yaradılan nəzarət-keçid məntəqəsinin tarixi, siyasi və strateji əhəmiyyəti var. Bu, Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə olduğu kimi, yəni ərazi bütövlüyü baxımından xüsusi əhəmiyyət daşıyır. Siyasi olaraq əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan regionda necə güclü dövlət olduğunu, öz torpaqları üzərində hökmranlığını, ərazi bütövlüyünü bərpa etmək əzmini nümayiş etdirir. Azərbaycan üçtərəfli razılaşmanın imzalandığı gündən, yəni otuz aydır münasibətlərin normallaşması və sülhün əldə olunması üçün əlindən gələni edir. Ancaq Bakının sülh çabasına otuz ay müddətində nə Ermənistan tərəfi, nə də Rusiya sülhməramlı qüvvələri qarşı çıxıblar, müxtəlif yollarla əngəl törədiblər. Bakının uzun müddətdir irəli sürdüyü tələbi özü təmin etməsi tarixi hadisədir, 44 günlük müharibədə qazanılan zəfər nədirsə, Laçın yolunun nəzarətə götürülməsi də o qədər mühümdür. Çünki müstəqil bir ölkə olaraq Azərbaycan azad etdiyi ərazilərə torpaq bütünlüyü çərçivəsində tam nəzarəti təmin edəcək”.

General qeyd edib ki, Qarabağdakı erməni əhalisi hər iki istiqamətə hərəkət etmək üçün Azərbaycan postundan keçəcək. Bu isə onları reinteqrasiya prosesinə qoşulmağa, vətəndaşlığı qəbul etməyə sövq edəcək əsas amillərdən biridir:

“Nəzarət məntəqəsinin sayəsində Azərbaycan torpaqlarında yaşayan ermənilərin tam nəzarəti təmin olunacaq. Onlar ya reallıqla barışıb Bakının nəzarəti altında, Azərbaycan pasportuna sahib olaraq yaşamalıdırlar, ya da istədikləri yerə gedə bilərlər. Bu, onların seçimidir. Hesab edirəm ki, keçid məntəqəsinin qurulması Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasını sürətləndirəcək. Əslində, düşünürəm ki, Qarabağda yaşayan ermənilərin əksəriyyəti Azərbaycan vətəndaşı olmaq, Azərbaycan dövlətinin nəzarətində yaşamaq istəyirlər. Amma Ermənistandakı əliqanlı qatillər, onların arxasında duran qüvvələr bu insanlara psixoloji, siyasi, iqtisadi təzyiq göstərirlər”.

Y.Karauz vurğulayıb ki, Azərbaycan nəzarət-keçid məntəqəsini öz suveren ərazisində qurub. Onun sözlərinə görə, buna baxmayaraq ermənilər beynəlxalq qurumlara şikayət etməyə başlayıblar, lakin bunun heç bir əhəmiyyəti yoxdur:

“Ermənilərin beynəlxalq təşkilatlara etdikləri şikayətin heç bir önəmi yoxdur. Çünki ora Azərbaycan torpağıdır. Qarabağın Azərbaycana aid olması, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-nin bir neçə qətnaməsi var. Hər bir ölkə beynəlxalq hüquq çərçivəsində öz torpaqları üzərində tam hökmranlıq və nəzarət etmək haqqına sahibdir. Bu gün Fransanın, ABŞ-ın və ya başqa hansısa bir ölkənin öz ərazisi daxilində vətəndaşı olmayan, beynəlxalq hüquq çərçivəsində hansısa statusu belə olmayan şəxsləri yoxlamadığını düşünmək belə olmur”.

Oxunub: 430
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-04-2023, 10:13

Post niyə Laçın yolunun bu hissəsində quruldu? - Xankəndi PLANI

Manşet / Xəbərlər

24-04-2023, 13:10

Laçın yoluna nəzarətin strateji əhəmiyyəti və Qarabağda yeni reallıqlar

Xəbərlər

24-04-2023, 12:00

Separatçılar qısa zamanda Qarabağı tərk edəcəklər - Bunun əksinə gedən qüvvələr isə...

Xəbərlər

23-04-2023, 23:20

SON DƏQİQƏ: Azərbaycan Ermənistana ÇAĞIRIŞ ETDİ

Xəbərlər

30-03-2023, 13:22

Separatçıların nəfəsi kəsildi, nəzarət-buraxılış məntəqəsi inşa ediləcək - Ekspertdən MÜHÜM AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ən təhlükəli qida allergenləri - SİYAHI
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
Diş çürüməsindən qoruyan qida
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Son xəbərlər
  • Bu gün, 18:31
    Ən təhlükəli qida allergenləri - SİYAHI
  • Bu gün, 15:21
    Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
  • Bu gün, 12:52
    Diş çürüməsindən qoruyan qida
  • Bu gün, 10:25
    Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
  • Bu gün, 09:08
    Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
  • Dünən, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • Dünən, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • Dünən, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • Dünən, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • Dünən, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
  • Dünən, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • Dünən, 14:52
    Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
  • Dünən, 13:55
    Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
  • Dünən, 12:55
    Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
  • Dünən, 11:48
    Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
  • Dünən, 10:18
    Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
  • Dünən, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • 29-08-2026, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • 29-08-2026, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • 29-08-2026, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • 29-08-2026, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • 29-08-2026, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • 29-08-2026, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • 29-08-2026, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • 29-08-2026, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • 29-08-2026, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • 29-08-2026, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • 29-08-2026, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • 29-08-2026, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • 29-08-2026, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə