• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gənclikdə itirib sonradan parlayan 3 bürc
Ayaq burxulmasına nə faydalıdır? - Ev üsulları
ABŞ İrana vaxt verdi: Bu halda yeni müharibə başlayacaq
Mitinqdə Paşinyana qarşı təxribat: separatçılar dava saldı
Lassa qızdırması nədir? - Simptomları
Trampdan sonra Putin də Çinə gedəcək – Nə baş verir?
Laçının xəyanət nəticəsində işğalı və bir güllə atmadan azad edilməsi - Tarixi zəfər
Bədən siqnallarını düzgün oxumaq - Harda nə baş verir?
Dünənki imtahan təkrar keçiriləcək – DİM
Zelenskini Moskvaya çağırdı, “müharibə bitir” dedi – Putinlə bağlı müəmma
Bu 2 meyvə qan şəkərində kəskin artıma səbəb olur - diabet xəstələrinin diqqətinə!
Ermənistan Kərkini qaytarır: İran buna görə təşvişə düşdü...
Hörmüz boğazı ilə bağlı gözlənilməz QƏRAR
Beyin qurumasından qorunmaq üçün bunu yeyin
Pilləkənlərə qalxarkən tövşümək normaldırmı?
Kardioloq infarkt riskini 85 faiz azaldan 6 vacib qaydanı açıqlayıb
NATO ölkəsindən xəbərdarlıq: hücuma keçəcəklər!
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
Göz təzyiqinizi sonuncu dəfə nə vaxt yoxlatdırmısınız?
Çin və ABŞ dünyanı ikiyə böldü – Trampın səfərinin ŞOK PƏRDƏARXASI
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ermənistan Türkiyə ilə RAZILIĞA GƏLDİ - Bakının ŞƏRTLƏRİ NƏ OLDU?

Xəbərlər

16-02-2023, 13:31

Ermənistan Türkiyə ilə RAZILIĞA GƏLDİ - Bakının ŞƏRTLƏRİ NƏ OLDU?


Ermənistanla Türkiyənin diplomatik münasibətləri normallaşmağa doğru gedir. Bu gün növbəti dəfə bu istiqamətdə çox böyük bir addım atıldı. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün - fevralın 15-də Türkiyədə rəsmi səfərdədir.

Səfər çərçivəsində Ankarada Mirzoyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında artıq ikitərəfli görüş keçirilib, nazirlər mətbuata bəyanatlarla da çıxış ediblər. Bakının bu görüşdən gözləntilərini yaxşı bilən Ankara yaxşı anlayır ki, Ermənistan-Azərbaycan münasibətlərindən dolayı Azərbaycanda sözügedən səfərə diqqət olduqca böyükdür.

M.Çavuşoğlu Mirzoyanla görüşü zamanı ilk olaraq Ermənistan rəhbərliyinə təşəkkürünü bildirib: "Paşinyanın və Ararat Mirzoyanın zəlzələ ilə bağlı dəstəklərini yüksək qiymətləndiririk".

Bununla da Ankara İrəvana bir mesaj vermiş oldu ki, Türkiyə Ermənistandan atılacaq istənilən xoşməramlı addıma qarşılıq verməyə, onu dəyərləndirməyə hazırdır.

Türkiyə XİN başçısı eyni zamanda bildirib ki, "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması bölgəmizdə sabitliyə töhfə verəcək". Çavuşoğlu bu bəyanatla eyni zamanda Ermənistan hakimiyyətinə eyham vurub ki, Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi Azərbaycan-Ermənistan münasibətlərindən asılıdır.

Bunu Çavuşoğlu erməni həmkarı ilə dialoqdan sonra mətbuata bəyanatla çıxışı zamanı belə ifadə etdi: "Türkiyə ilə Ermənistan, eləcə də Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması regionun təhlükəsizliyini təmin edəcək və iqtisadi inkişaf üçün təkan olacaq".

Türkiyə XİN başçısının sözlərindən o da aydın olur ki, Ankara İrəvanla normallaşma məsələsində hansı addımları atmağın vacibliyini qarşı tərəfə açıq şəkildə şərt kimi qoyub və İrəvan bu şərtlərdən narazı deyil. Ankaranın İrəvan qarşısında qoyduğu şərtlərdən biri böyük ehtimalla Azərbaycanın Ermənistana təkliflər paketi əsasında İrəvanın götürdüyü öhdəliklərin icrası məsələlərini əhatə edir.

Xüsusilə nəzərə alsaq ki, 4 gün əvvəl Xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşa gedərək dağıntılar olan ərazilərə baş çəkməklə dəhşətli faciəylə bağlı bir daha qardaş Türkiyəyə Azərbaycan adına dəstəyini, bu çətin gündə dərdlərinə şərik olduğunu ifadə edib. Amma böyük ehtimalla Kahramanmaraş səfərinin gündəliyi bununla məhdudlaşmayıb.

Bayramovun Türkiyənin böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələ nəticəsində zərər çəkmiş Kahramanmaraş şəhərinə səfərinin gündəliyinə regionda baş verən son proseslərin, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üzrə məsələlərin salındığı istisna edilmir. O da istisna edilmir ki, Türkiyə Ermənistanla uzun illər sonra sərhədin açılması məsələsini bu görüş əsnasında rəsmi Bakı ilə hərtərəfli müzakirə edib.

Ümumilikdə mətbuata bəyanatla çıxış edən hər iki ölkənin XİN başçısının açıqlamalarından belə anlaşılır ki, Türkiyə və Ermənistan ölkələr arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların sürətləndirilməsi barədə razılığa gəliblər.

Mirzoyanın da bəyanatlarında Türkiyə ilə münasibətlərin tənzimlənməsində, səhmana salınmasında Ermənistanın bu zamana kimi olmadığı qədər maraqlı olduğu aydın sezilir: "35 ildən sonra quru sərhədimiz açılıb. Bu, simvolik addımdır. Biz diplomatik münasibətlərin bərpasının tərəfdarıyıq".

Nəzərə alsaq ki, İrəvan özünə uzun 10 illiklər əzəli düşmən elan etdiyi Azərbaycan və Türkiyənin bir-biri üçün əvəzsiz, "olmazsa olmaz" səviyyəsində qardaşlıq münasibətindən, iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsinin "iki dövlət-bir millət" məşhur deyimindən "bir dövlət-bir millət" səviyyəsinə qalxdığından xəbəri var, demək ki, Ermənistan Ankaranın "Bakının şərtləri qəbul edilməlidir" tələblərini qəbul etməyə özünü hazır hiss edir. Ermənistanın hazırki vəziyyəti özü üçün tarixi bir fürsət görə bilər.

Maraqlı məqam ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan rəsmiləri təmaslara başladılar, hər iki tərəf danışıqlarda təmsilçi təyin etdi. Zəlzələ prosesi nisbətən sürətləndirdi. Böyük ehtimalla sərhəd bundan sonra qapadılmayacaq və bu iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ olacaq.

Şübhəsiz ki, sərhədin açılması Ermənistanın məsuliyyətini artırır. Çünki Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması o demək deyil ki, irəvanın Bakıya qarşı bundan sonrakı hər hansı təxribatı Bakıdan adekvat tədbirlərlə cavablandırılmayacaq və yaxud da Azərbaycan bundan sonra Ermənistanın provokasiyalarına hərbi əməliyyat məsələsini gündəlikdən çıxaracaq.

Əksinə...

Ermənistan Azərbaycana qarşı təxribat edərsə, bu, növbəti müharibəyə səbəb olacaq. O da istisna edilmir ki, Türkiyə-Ermənistan sərhədi yenidən bağlanacaq.

Türkiyə-Ermənistan sərhədinin açılması iki ölkə arasında iqtisadi münasibətlərin qurulmasından ziyadə Zəngəzur dəhlizinin açılması məsələsini daha da aktuallaşdırmış olur. Çünki Ermənistan Rusiyanın siyasi təsirindən qurtulmaq ve regional əməkdaşlığa üstünlük vermək istəyirsə, Türkiyə ilə paralel olaraq Azərbaycanla da danışıqları intensivləşdirməlidir.

Bu isə Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması məsələsinin sürətləndirməsi demək olar bilər. Lakin istənilən halda zərrə qədər də şübhə edilmir ki, Ankara bu məsələdə Azərbaycanın mövqeyini mümkün qədər nəzərə alır və bundan sonra da alacaq.

Oxunub: 491
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-10-2022, 21:34

Mirzoyanla görüşə hazıram - Çavuşoğlu

Xəbərlər

21-07-2022, 14:09

Çavuşoğlu: “Ermənistandan konkret addımlar görməmişik”

Xəbərlər

22-11-2021, 13:42

Türkiyə Ermənistan qarşısında yeni ŞƏRT İRƏLİ SÜRDÜ

Xəbərlər

1-10-2021, 15:39

“Ermənistan yalnız bu şərtlə Qarabağla bağlı danışıqları bərpa etməyə hazırdır” – Mirzoyan SƏRSƏMLƏDİ

Xəbərlər

17-12-2020, 14:39

Çavuşoğlu Ermənistanla sərhədlərin açılması ilə bağlı Türkiyənin ŞƏRTİNİ AÇIQLADI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gənclikdə itirib sonradan parlayan 3 bürc
Ayaq burxulmasına nə faydalıdır? - Ev üsulları
ABŞ İrana vaxt verdi: Bu halda yeni müharibə başlayacaq
Mitinqdə Paşinyana qarşı təxribat: separatçılar dava saldı
Lassa qızdırması nədir? - Simptomları
Trampdan sonra Putin də Çinə gedəcək – Nə baş verir?
Son xəbərlər
  • Bu gün, 22:14
    Gənclikdə itirib sonradan parlayan 3 bürc
  • Bu gün, 21:05
    Ayaq burxulmasına nə faydalıdır? - Ev üsulları
  • Bu gün, 20:21
    ABŞ İrana vaxt verdi: Bu halda yeni müharibə başlayacaq
  • Bu gün, 19:30
    Mitinqdə Paşinyana qarşı təxribat: separatçılar dava saldı
  • Bu gün, 18:18
    Lassa qızdırması nədir? - Simptomları
  • Bu gün, 17:02
    Trampdan sonra Putin də Çinə gedəcək – Nə baş verir?
  • Bu gün, 16:46
    Laçının xəyanət nəticəsində işğalı və bir güllə atmadan azad edilməsi - Tarixi zəfər
  • Bu gün, 15:10
    Bədən siqnallarını düzgün oxumaq - Harda nə baş verir?
  • Bu gün, 14:28
    Dünənki imtahan təkrar keçiriləcək – DİM
  • Bu gün, 13:04
    Zelenskini Moskvaya çağırdı, “müharibə bitir” dedi – Putinlə bağlı müəmma
  • Bu gün, 12:26
    Bu 2 meyvə qan şəkərində kəskin artıma səbəb olur - diabet xəstələrinin diqqətinə!
  • Bu gün, 11:53
    Ermənistan Kərkini qaytarır: İran buna görə təşvişə düşdü...
  • Bu gün, 10:16
    Hörmüz boğazı ilə bağlı gözlənilməz QƏRAR
  • Bu gün, 09:05
    Beyin qurumasından qorunmaq üçün bunu yeyin
  • Dünən, 22:31
    Pilləkənlərə qalxarkən tövşümək normaldırmı?
  • Dünən, 21:08
    Kardioloq infarkt riskini 85 faiz azaldan 6 vacib qaydanı açıqlayıb
  • Dünən, 20:06
    NATO ölkəsindən xəbərdarlıq: hücuma keçəcəklər!
  • Dünən, 19:42
    Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
  • Dünən, 18:00
    Göz təzyiqinizi sonuncu dəfə nə vaxt yoxlatdırmısınız?
  • Dünən, 17:09
    Çin və ABŞ dünyanı ikiyə böldü – Trampın səfərinin ŞOK PƏRDƏARXASI
  • Dünən, 16:04
    Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
  • Dünən, 15:52
    İştahanı azaldan qoxu: 2 saatdan bir iyləyin
  • Dünən, 14:50
    Bakı dünya urbanistikasının mərkəzinə çevrilir - WUF13 Azərbaycana nə qazandıracaq?
  • Dünən, 13:31
    Hər ay İraqa uçan gizli təyyarənin içində nələr var? – Sirr açılır
  • Dünən, 12:19
    Qusma, ishal... - Uşaqlar arasında yeni virus yayılıb?
  • Dünən, 11:39
    Paşinyanı “xəyanətkar” adlandırmışdı: Həbs edildi
  • Dünən, 10:27
    Türkiyə əleyhinə kəşfiyyat aparan beynəlxalq casus şəbəkəsi çökdürüldü
  • Dünən, 09:02
    Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?
  • 16-05-2026, 22:26
    Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA
  • 16-05-2026, 21:34
    Ağ ciyər xəstəliyi - Yaranması, əlamətləri və ev üsulu müalicə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə