ATƏT-in baş katibi Helqa Şmidt Ukraynanın Rusiyanın təşkilatdan çıxarılması ilə bağlı çağırışına qarşı çıxıb.
Axar.az xəbər verir ki, Şmidt bu barədə mediaya müsahibəsində deyib.
“Hesab edirəm ki, Rusiyanın ATƏT-in üzvü olaraq qalması məntiqlidir. Bir gün yenidən kommunikasiya kanallarına ehtiyacımız olacaq. ATƏT yeganə təhlükəsizlik təşkilatıdır ki, burada Avropa təhlükəsizlik arxitekturası üçün əhəmiyyət kəsb edən hər kəs bir masa arxasında oturur”, - o bildirib.