• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ağrıyan yerə uzanan pişiklər təsadüf deyilmiş - Bu FAYDALARI var
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Tramp-Netanyahu xəttində gərginlik - Gizli telefon danışığı sızdırıldı
Ozonoterapiya: bir prosedur, çox fayda
Bu ilin sonunadək daha 30 min insan azad olunmuş ərazilərə köçəcək
ABŞ ordusu o əraziyə daxil oldu - İndi nə baş verəcək?
Bədən quruluşunu poza biləcək 5 gizli xəstəlik
Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi
Kobaxidzedən etiraz: Bizi Ermənistanla müqayisə etməyin
Saç yuma səhvləri: Saçınızı səssizcə korlayırsınız
Kirayə qiymətləri niyə dayanmadan artır?
NATO-dan Rusiyaya xəbərdarlıq: Nəticəsi dağıdıcı olacaq!
Hər gün hil əlavə olunmuş su için - Sağlamlığa inanılmaz FAYDALAR
Qorxulu icad - Düşüncələri mətnə çevirəm papaq
Sistitin müalicəsində ən təhlükəli 4 səhv
Çin-Rusiya ilə vahid cəbhədə: Putin dərhal yola çıxdı – 25 illik prosesdə yenilik
İrəvan məğlub olsa, Zəngəzurda... – Trampa “təcili plan” təqdim olundu
Maddələr mübadiləsini sürətləndirməyin 2 sadə üsulu
Trampla Netanyahu arasında “uzun və dramatik” telefon danışığı - Başlayır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

TƏCİLİ: Ermənistandan növbəti MÜHARİBƏ PLANI

Xəbərlər

9-01-2023, 18:28

TƏCİLİ: Ermənistandan növbəti MÜHARİBƏ PLANI


44 günlük Vətən müharibəsi ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Artıq bölgə üçün böyük təhlükə olacaq münaqişə bitdiyi gözlənildiyi bir vaxtda təəssüf ki, Ermənistan tərəfi növbəti savaş üçün zəmin hazırlamaq axtarışındadır.

İrəvan İkinci Qarabağ müharibəsi sonrası regionda yeni bir vəziyyətin yaranmasına rəğmən, yaranmış yeni geosiyasi reallığı qəbul edib, bölgədə sülhü, əməkdaşlığı, bir-birinin ərazisinə, suverenliyinə olan qarşılıqlı hörməti dəstəkləmək əvəzinə köhnə ritorikasına "sadiqlik" nümayiş etdirir.

O da gün kimi aydındır ki, Ermənistan gah Qərbin, gah da Kremlin qoltuğunun altına sığındığı üçün məhz bu gün həmin güclərin planları və mənafeləri ucbatından sülhə gələ bilmir.

Rəsmi Bakı Ermənistana dəfələrlə sülh təklif edib, müharibə istəmədiyini deyib, tələblərini irəli sürüb. Artıq 29 gündür qar, şaxtalı hava demədən Laçın yolunda davam edən dinc aksiya da sübut edir ki, Azərbaycan haqqını dinc yolla tələb edir.

Amma hələki ...

Çünki Bakının səbrini daşırmaq üçün Ermənistanın havadarlarının yardımı ilə təxribatlarını artıracağı istisna edilmir.

Necə ki, Laçın yolundakı etiraz aksiyasının az qala birinci ayına yaxınlaşdığı bir ərəfədə Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləriylə müxtəlif dövlət və beynəlxalq təşkilatların yoldakı aksiyaya görə Azərbaycana təzyiq etməsinə çalışmaqla paralel, "yol bağlıdır", "xəstələrimiz dərmansız qalıb", "Qarabağ erməniləri acdırlar" kimi dezinformasiyalar yaymaq məqsədi ilə özləri də yeni təxribatyönlü addımlarından qalmırlar.

Necə ki, ötən gün Xankəndində yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq "acam" deyərək çarəsizliyini ifadə etmək ssenarisi kimi. Azərbaycan bu dəfə də prosesə çox müdrik və dərrakəli yanaşması ilə bəlkə də ona qarşı planlaşdırılan çox böyük qarayaxma kompaniyasını zərərsizləşdirə, onun deaktivləşdirə bildi. Yardım istəmək adı ilə aksiya iştirakçılarımıza doru yaxınlaşan erməninin ehtiyaclarının ödənərək, yola salınması Bakının bir aydır erməni və ermənipərəst dairələrin əsl təblişat maşınının çarğına dəmir salmaq kimi bir gediş oldu.

Həmin görüntüləri bir neçə kontekstdə Bakının əlini gücləndirir:

✔️ Azərbaycan bu görüntüləri beynəlxalq müstəviyə çıxararaq, Laçın yolundakı aksiya haqda ermənilərin, lobbisinin və onların pulları qarşılığında Bakıya qarşı "humanitar fəlakət" iddiaları ilə çıxış edənlərin saxta fəaliyyətlərini dünyanın gözü qarşısında ifşa edə bilər. Bakı bununla bütün dünyaya aksiyanın sivil, dinc bir etiraz aksiyası olduğunu və insanlarının məqsədinin Ermənistanın təqdim etdiyi kimi Xankəndində etnik erməniləri məhv etmək yox, əksinə onlara yardım etmək olduğunu nümayiş etdirə bilər.

✔️ Azərbaycan bu humanist addımı ilə dünya ictimaiyyətinə və xüsusən də moderatorluq etmək eşqinə düşüb, başqa budaqları silkələyən qüvvələrə göstərmiş oldu ki, Qarabağdakı erməni əhali ilə üçüncü tərəf, yaxud separatçı-terrorçu rejim olmadan da təmaslar qura bilərik.

Demək olar ki, bəlkə də separatçı rejimin bir növbəti təxribat planı olan bu hadisə çox uğurlu şəkildə Bakının əlini danışıqlar masasında gücləndirəcək formada yekunlaşdı. Qarşı tərəf nəyinki heç bir nəticəyə vara bilmədi, əksinə özləri istəmədən şərait yaratdılar ki, rus sülhməramlılarının müvəqqəti nəzarətindəki separatçıların idarəçiliyindən bezən, onların himayəsi altında yaşamaq istməyən etnik erməni ailələrinin arasından Azərbaycana yardım üçün müraciət etmək istəyənlərin sayı artsın.

Təbii ki, bunun qarşısını qondarma rejimin sivil yolla alacağı heç də inandırıcı görünmür, digər variantın isə güc, zorakılıq, qətl və digər ağır cinayət üsullarından istifadə ediləcəyi istisna edilmir. Qarabağda Ruben Vardanyan ətrafında aparılan təmərküzləşmə və onun Rusiyanın faktiki nəzarətindəki ərazidə tək adam rejimi qurması diqqətdən yayınmır. Yerli ermənilər arasında nüfuza malik olan Vitali Balasanyanın "vəzifəsindən" uzaqlaşdırılması bu prosesin tərkib hissəsidir.

Rusiyanın məqsədi Vardanyan kimi qəbulolunmaz yad elementi önə çıxarmaqla Bakı ilə Qarabağ erməniləri arasındakı mümkün dialoq kanallarını məhv etməkdən ibarətdir. Amma Ruben və onun himayədarlarının bu planı əks-effekt də verə bilər. Balasanyan sırf hüquqi baxımdan - Azərbaycan qanunvericiliyi nöqteyi-nəzərindən cinayətkar olsa da, azərbaycanlılarla ünsiyyət, hətta dostluq təcrübəsi yaşamış, dilimizi bilən, qeyri-rəsmi səviyyədə dialoq qurula biləcək Qarabağ ermənilərindən biri idi.

Balasanyanın 30 illik işğal dövründə və ondan yaxın keçmişə kimi həmin ərazilərdə erməni əhali arasındakı nüfuzunun Moskvanın adamı olan Ruben Vardanyandan çox olduğunu və xüsusən də artıq etnik ermənilərdə də Rusiyaya qarşı bir qıcıq, nifrətin formalaşdığını nəzərə alsaq, o zaman Qarabağın dağlıq hissəsində ciddi parçalanma, bölünmə olacağı və narazı tərəflərin hər gün aratacağı gözləniləndir. Bu vəziyyət isə sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ermənilərin Azərbaycandan kömək ummaları prosesini sürətlə artıra bilər.

Amma istənilən halda Bakı prosesi yaxından izləmək və deyure vətəndaşları hesab edilən erməni əhaliyə qarşı qondarma rejimin istənilən cinayət əməlini aşkar edərək hadisələrə müdaxilə etmək məqsədilə Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə girov saxlanılan həmin insanların xilaskarı olacağı gün uzaqda kimi görünmür.

Azərbaycanın tələbləri artıq 2 ildən çoxdur ki, dünya ictimaiyyətinə və ermənilərə dəfələrlə bəyan edilib:

⚫️ Azərbaycan istəyir ki, doğma Xankəndinə yolu açılsın

⚫️ Rəsmi Bakı tələb edir ki, qanunsuz erməni silahlı birləşmələri və separatçılar dərhal sülhməramlıların müvəqqəti nəzarət zonasını tərk etsin

⚫️ Rəsmi Bakı qarşı tərəfdən tələb edir ki, Laçın yolu yalnız təyinatı üzrə - humanistar məqsədlər üçün istifadə edilsin

⚫️ Ərazilərimizin talanmasına son qoyulsun

⚫️ Qarabağ erməniləri terrorçu xunta rejiminin yox, Azərbaycanın qanunları ilə yaşamalıdır

⚫️ Sondə və ən nəhayət, ermənilər Qarabağa gəlib-getdiyi kimi azərbaycanlılar da Zəngəzur dəhlizi vasitəsilə öz dədə-baba yurdlarına gedə bilsin

Hansı tələbimizdə haqsızıq ki?

Azərbaycan məqsədlərinə doğru irəliləməkdə davam edəcək. Rəsmi Bakı onsuz da istədiklərinə nail olacaq. Elə 29 gündür ekoloqların, vətəndaş cəmiyyəti nümayəndələrinin, ictimaiyyət üzvlərinin və QHT təşkilatlarının davam edən sivil aksiyası da bir daha təsdiq edir ki, Azərbaycanın daha 30 il gözlmək niyyəti yoxdur.

Təbii ki, Bakı 44 günlük müharibədən sonra geridə qalan 2 il ərzində diplomatik yollarla Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etmək üçün ipə-sapa yatacağı ümidini itirməyib. Amma istənilən halda seçim Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan və onların himayədarlarındadır:

Savaş, yoxsa barış?!

2023-cü ilin Qarabağda heç də sakit keçəcəyi gözlənilmir. Bunu beynəlxalq ekspertlər, siyasi analitiklər də təsdiq edir. Hətta nüfuzlu ABŞ-ın məşhur "Foreign Policy" jurnalında "2023-cü ildə izlənəcək 10 münaqişə" adlı məqaləsində də "Azərbaycan və Ermənistan 2 il sonra növbəti müharibəyə doğru gedir" fikirlərinə yer verilib. Yazıda qarşıdakı bir ildə gözlənilən 10 ən kəskin hərbi toqquşmadan bəhs edilir ki, Ermənistan-Azərbaycan savaşı də bu sıradadır.

Əslində destruktiv mövqeyindən imtina edəcək kimi görünməyən Ermənistanın danışıqlar prosesini dalana dirəmək cəhdləri, diplomatik kanallardan imtina etmək üçün manipulyasiyalara əl atması və yalan vədləri ilə ad çıxarması Bakının bütün səbrini daşırmağa doğru aparır. Rəsmi İrəvanın dayanmadan istər İran, istər Hindistan, istərsə də Fransa tərəfindən silahlandırılması prosesinin var gücü ilə davam etdirilməsi də bu iddiaları biraz da sürətləndirir.

Ermənistanın bardağı daşıracaq növbəti təxribatının nə olacağı isə hələlik bilinmir. Bilinən odur ki, Azərbaycan bütün ssenarilərə tam hazırdır. Olan yenə erməni xalqına olacaq. Amma Azərbaycanın Ermənistan tərəfinin növbəti təxribatına qarşı həyata keçirəcəyi hərbi əməliyyatdan sonra bu adda bir dövlətin Cənubi Qafqaz regionunda olub-olmayacağı böyük suallar doğura bilər.

Oxunub: 426
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-01-2023, 16:21

Bakı və İrəvan arasında YENİ MÜHARİBƏ

Xəbərlər

25-12-2022, 19:12

Azərbaycan XİN-dən Ermənistana CAVAB

Xəbərlər

4-10-2022, 22:30

Bakıdan İrəvan qarşısında YENİ TƏLƏB - Ermənilərə verilən vaxt kəsildi

Xəbərlər

11-12-2021, 13:38

Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

Xəbərlər

9-11-2021, 13:04

Qarabağda yeni MÜHARİBƏ XƏBƏRDARLIĞI - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ağrıyan yerə uzanan pişiklər təsadüf deyilmiş - Bu FAYDALARI var
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Tramp-Netanyahu xəttində gərginlik - Gizli telefon danışığı sızdırıldı
Ozonoterapiya: bir prosedur, çox fayda
Bu ilin sonunadək daha 30 min insan azad olunmuş ərazilərə köçəcək
Son xəbərlər
  • Bu gün, 22:17
    Ağrıyan yerə uzanan pişiklər təsadüf deyilmiş - Bu FAYDALARI var
  • Bu gün, 21:52
    Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
  • Bu gün, 20:25
    Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
  • Bu gün, 19:31
    Tramp-Netanyahu xəttində gərginlik - Gizli telefon danışığı sızdırıldı
  • Bu gün, 18:36
    Ozonoterapiya: bir prosedur, çox fayda
  • Bu gün, 17:10
    Bu ilin sonunadək daha 30 min insan azad olunmuş ərazilərə köçəcək
  • Bu gün, 16:37
    ABŞ ordusu o əraziyə daxil oldu - İndi nə baş verəcək?
  • Bu gün, 15:41
    Bədən quruluşunu poza biləcək 5 gizli xəstəlik
  • Bu gün, 14:24
    Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi
  • Bu gün, 13:14
    Kobaxidzedən etiraz: Bizi Ermənistanla müqayisə etməyin
  • Bu gün, 12:30
    Saç yuma səhvləri: Saçınızı səssizcə korlayırsınız
  • Bu gün, 11:48
    Kirayə qiymətləri niyə dayanmadan artır?
  • Bu gün, 10:25
    NATO-dan Rusiyaya xəbərdarlıq: Nəticəsi dağıdıcı olacaq!
  • Bu gün, 09:05
    Hər gün hil əlavə olunmuş su için - Sağlamlığa inanılmaz FAYDALAR
  • Dünən, 22:10
    Qorxulu icad - Düşüncələri mətnə çevirəm papaq
  • Dünən, 21:21
    Sistitin müalicəsində ən təhlükəli 4 səhv
  • Dünən, 20:09
    Çin-Rusiya ilə vahid cəbhədə: Putin dərhal yola çıxdı – 25 illik prosesdə yenilik
  • Dünən, 19:22
    İrəvan məğlub olsa, Zəngəzurda... – Trampa “təcili plan” təqdim olundu
  • Dünən, 18:18
    Maddələr mübadiləsini sürətləndirməyin 2 sadə üsulu
  • Dünən, 17:47
    Trampla Netanyahu arasında “uzun və dramatik” telefon danışığı - Başlayır?
  • Dünən, 16:02
    “Hörmüz”ə hazırda kim nəzarət edir?
  • Dünən, 15:12
    Revmatizm xəstələrinin çəkinməli olduğu 6 qida
  • Dünən, 14:06
    Ukrayna Rusiyaya bu ölkənin ərazisindən hücum edəcək - Üçüncü Dünya Müharibəsi başlayır?
  • Dünən, 13:39
    İranla gərginlik artır: Almaniyadan Türkiyəyə "Patriot" dəstəyi
  • Dünən, 12:34
    Nevroloqdan beyin üçün ən faydalı 5 qida
  • Dünən, 11:09
    Rusiya ilk dəfə bəyan etdi - Ukraynada müharibə bitir
  • Dünən, 10:31
    Bakıdan Tiflisə qatar bileti neçəyə olacaq?
  • Dünən, 09:09
    Çuğundur şirəsinin qadın sağlamlığına faydaları
  • 19-05-2026, 22:18
    Hər gün pendir yeyənlərin nəzərinə!
  • 19-05-2026, 21:28
    Yazda bədənin hansı vitaminlərə ehtiyacı var?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə