• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
Səhər beynin dumanlı olmasının əsas səbəbləri
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
Bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır!
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?
Paşinyan kölgə iqtisadiyyatı ilə “müharibə”yə başlayır: Əmr verdi ki...
Faktlar sübut edib ki, İrana güc tətbiqi... - Çin
Miqrenə çarə tapıldı - Həkimdən açıqlama
Tramp Ukrayna məsələsində Avropa ilə razılaşdı - Əvəzində nə tələb edir?
Robert Köçəryanın toxunulmazlığı ləğv edildi
Səhərlər görünən bu 4 əlamət – xərçəngdən ola bilər
Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Moskvaya ultimatum verən Paşinyana Putin necə cavab verəcək?

Xəbərlər

29-12-2022, 17:30

Moskvaya ultimatum verən Paşinyana Putin necə cavab verəcək?


Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiyaya qarşı yenidən kəskin ittihamlar səsləndirib. O, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini Laçın dəhlizi boyu vəziyyətlə bağlı aydın izahat verməyə çağırıb.

Paşinyan bildirib ki, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərə görə Qarabağda təhlükəsizlik və sabitliyi təmin edə bilmirsə, o zaman BMT Təhlükəsizlik Şurasında sülhməramlı kontingentin BMT mandatını alması və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent göndərməsi məqsədi ilə müzakirəyə başlamalıdır. O, həmçinin əlavə edib ki, hadisələrin inkişafı Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti ilə bağlı təcili cavab tələb edən suallar doğurur.

Nikol Paşinyan ilk dəfə deyil ki, Rusiyanı, eyni zamanda bu ölkənin Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı kontinqentini tənqid edir. Hər zaman olduğu kimi, bu dəfə də Ermənistan baş nazirinin ittihamları rəsmi Moskvanın sərt reaksiyası ilə qarşılanıb. Paşinyanın Rusiya ilə bağlı səsləndirdiyi ittihamlara münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, “Belə şeyləri söyləmək və bəyan etmək, sadəcə olaraq, yer üzündəki həqiqətləri dərk etməməkdir”. Zaxarova Laçın dəhlizindəki vəziyyət kontekstində Rusiya sülhməramlı kontingentinin tənqid olunmasının qəbuledilməz olduğunu bəyan edib.



“Paşinyan son akkordlarını vurur...”

Mövzu ilə bağlı Publika.az-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, Paşinyan Rusiyanın indiyə qədər erməni xalqına və Ermənistan dövlətinə etdiyi yaxşılıqların qarşılığında Moskvaya meydan oxumağa çalışır.

“Rusiya ilə Ermənistan arasındakı bütün körpülər az qala yandırılıb qurtarıb. İndi Paşinyan son akkordlarını vurur. Fikrimcə, bu, münasibətləri daha da tarıma çəkir və bu cür vəziyyət uzun müddət davam edə bilməz. Onlar elə xəyala düşüblər ki, sanki Rusiya orada Azərbaycan ictimaiyyətinin nümayəndələrinə qarşı ciddi tədbirlər görməli, hətta hərbi güc tətbiq etməklə yolu açmalıdır. Amma əslində, bu, mümkün deyil və beynəlxalq konvensiyalara ziddir. Üstəlik, bu, Azərbaycanın suverenliyi üçün təhdid hesab oluna və BMT-nin müzakirə edəcəyi məsələlər sırasına daxil ola bilər”, - Q.Hüseynli qeyd edib.

“Rusiya daha da qəzəblənəcək”

Politoloq bildirib ki, Paşinyan daxili auditoriyaya, xüsusilə ölkənin daxilində olan sıravi şəxslərə yönəlik populist fikirlər səsləndirir:

“O, bu fikirlər hesabına ölkənin ictimai rəyində özünə bəraət qazandırmaq istəyir. Amma bu danışıqlar bütün diplomatik nəzakət formalarından kənara çıxdığına görə, düşünürəm ki, Rusiyanı daha da qəzəbləndirəcək”.

Qabil Hüseynli Rusiya XİN-in bir neçə dəfə Paşinyanın ittihamlarına sərt reaksiya verdiyini xatırladıb:

“Paşinyan Laçın yolu ətrafında baş verən proseslərdə Rusiya sülhməramlılarını təqsirləndirir və onları missiyalarını yerinə yetirməməkdə ittiham edir. Əvvəla, bu, sülhməramlı qüvvələrin missiyası kimi bilavasitə onlara tapşırılmayıb. İkincisi, Azərbaycanın suveren torpaqlarında başqa bir dövlətin silahlı qüvvələrinin qayda-qanun yaratması nəzərdə tutulmayıb. Onların belə bir addım atması beynəlxalq hüququn müddəalarına uyğun deyil. Üstəlik, Lavrov da bəyan edib ki, Qarabağdakı separatçıların ucbatından bir çox məsələlər, o cümlədən sülhyaratma məsələləri pozulub. Günahın Ermənistan tərəfində olması ilə bağlı ən azından Rusiya ictimai rəyində, Rusiya rəhbərliyində formalaşmış fikir var. Bütün bunları nəzərə alaraq demək olar ki, Paşinyanın növbəti çıxışı Ermənistana heç bir uğur gətirməyəcək”.

Nikol Paşinyan hökumətin son iclasında Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiyası prosesini başa çatdırmağa və regional kommunikasiyaları açmağa “hazır olduğunu” deyib. Lakin rəsmi Bakı sülh sazişi ilə bağlı İrəvana 5 bəndlik təklif irəli sürüb. Bu, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib.

“Azərbaycanın suverenliyinə qarşı addımlar atacaqsa...”

Politoloq hesab edir ki, Paşinyanın bu açıqlaması sülhün tərəfdarı olmadığını göstərir.

“Onun söylədiyi boş fikirlərdir. Adətən heç bir ciddi siyasi arqumenti olmayanda belə fikirlər səsləndirirlər. Paşinyan Azərbaycan daxilində silahlı qüvvələrin bir hissəsini saxlayacaqsa, 18-20 minlik erməni qruplaşması üçün imtiyazlar yaratmağa cəhd edəcəksə, faktiki olaraq Azərbaycanın suverenliyinə qarşı addımlar atacaqsa, bu nöqteyi-nəzərdən, onun söylədiyinin heç bir əsası yoxdur”, - Q.Hüseynli vurğulayıb.

Nikol Paşinyanın Qarabağda yerləşən Rusiya sülhməramlılarına BMT mandatının verilməsi tələbinə Kreml də münasibət bildirib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Qarabağdakı sülhməramlılara BMT mandatının verilməsi, habelə beynəlxalq qüvvələrin cəlb edilməsi üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazımdır. Onun sözlərinə görə, hər iki tərəf (Azərbaycan və Ermənistan – red.) bununla razılaşarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər.

Oxunub: 671
Paylaş:
Digər xəbərlər

Xəbərlər

2-11-2022, 13:23

SON DƏQİQƏ: Paşinyandan SENSASİON sülhməramlı AÇIQLAMASI

Xəbərlər

20-01-2022, 21:47

TƏCİLİ! Rusiyadan İlham Əliyevin Laçın dəhlizi ilə bağlı bəyanatına REAKSİYA

Xəbərlər

18-08-2021, 13:03

Rusiya Qarabağda döyüş hazırlığına BAŞLADI

Xəbərlər

12-05-2021, 21:30

Rusiyadan “Laçın dəhlizi” ilə bağlı AÇIQLAMA

Xəbərlər

23-03-2021, 20:21

Paşinyan Laçın dəhlizindən keçərək XANKƏNDİYƏ GƏLİR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
Səhər beynin dumanlı olmasının əsas səbəbləri
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
Son xəbərlər
  • Bu gün, 10:22
    Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
  • Bu gün, 09:00
    Səhər beynin dumanlı olmasının əsas səbəbləri
  • Dünən, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • Dünən, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • Dünən, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • Dünən, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • Dünən, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • Dünən, 17:52
    Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
  • Dünən, 16:31
    Bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır!
  • Dünən, 15:32
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • Dünən, 14:27
    ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?
  • Dünən, 14:20
    Paşinyan kölgə iqtisadiyyatı ilə “müharibə”yə başlayır: Əmr verdi ki...
  • Dünən, 13:02
    Faktlar sübut edib ki, İrana güc tətbiqi... - Çin
  • Dünən, 12:29
    Miqrenə çarə tapıldı - Həkimdən açıqlama
  • Dünən, 11:45
    Tramp Ukrayna məsələsində Avropa ilə razılaşdı - Əvəzində nə tələb edir?
  • Dünən, 10:40
    Robert Köçəryanın toxunulmazlığı ləğv edildi
  • Dünən, 09:07
    Səhərlər görünən bu 4 əlamət – xərçəngdən ola bilər
  • 17-06-2026, 21:44
    Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
  • 17-06-2026, 20:54
    Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
  • 17-06-2026, 19:26
    ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
  • 17-06-2026, 18:11
    Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
  • 17-06-2026, 17:40
    Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
  • 17-06-2026, 16:35
    Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
  • 17-06-2026, 15:03
    Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
  • 17-06-2026, 14:29
    Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
  • 17-06-2026, 13:00
    Britaniyadan Rusiyaya yeni zərbə: "Qara siyahı"ya 43 ad əlavə olundu
  • 17-06-2026, 12:40
    İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
  • 17-06-2026, 11:42
    ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
  • 17-06-2026, 10:21
    ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
  • 17-06-2026, 09:08
    Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə