• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qarabağda əbədi bağlanmış “kitab” – Prezident dünyaya mesaj verdi
Trampa açıqladım, çox sərt danışır - Lukaşenko
Qarnın tez-tez quruldaması xəstəlik əlaməti ola bilər - Açıqlama
Ermənistan bu ərazidən imtina etdi – Bakı və Ankaraya xoş xəbər
Nə etsək də Azərbaycan Ordusuna qalib gələ bilmərik – Paşinyan
Uşaqlarda oğurluq etmək davranışı
Rusiya S-400-ləri Türkiyədən geri alır?
Bu qəbiristanlığın köçürülməsi təklif olunur
Səhərlər erkən oyanmaq üçün 7 təbii vərdiş
Bu, orqanizm üçün siqaretdən də təhlükəlidir
Qida zəhərlənməsi zamanı nə etməliyik?
Türkiyədən İsrailə savaş xəbərdarlığı: “10 milyonluq ordu hücuma hazır olacaq”
İsrailin hücumları bizi dayandırmayacaq – Qətər
İran Fələstin dövlətinə niyə səs vermədi? - Detallar
Ukrayna müharibəsi sabah bitə bilər – Kelloq şərti açıqladı
Böyrəkləri gücləndirən təbii qida – Hər gün 1 ovuc yeyin!
İran, Hindistan və Özbəkistan rəsmiləri ilk dəfə görüş keçirdi
Trampdan Kiyevə pis, Moskvaya yaxşı xəbər
Revmatik polimialgiya nədir? Necə müalicə olunur?
Rusiyada dəmir yolunda partlayış oldu: iki zabit öldü
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Tehran Bakının notasına “ERMƏNİCƏ” cavab verdi – Səfirdən İKİÜZLÜ MÖVQE

Xəbərlər

24-12-2022, 11:04

Tehran Bakının notasına “ERMƏNİCƏ” cavab verdi – Səfirdən İKİÜZLÜ MÖVQE


Abbas Zohurinin iranlı diversantlarla bağlı qırmızı yalanı; Qabil Hüseynli: “Tehran riyakarlığa adət edib…”

Azərbaycanın Laçın yoluna nəzarəti qismən bərpa etməsindən Ermənistan qədər, heç şübhəsiz, onun regiondakı simsarı İran da təlaş keçirir. Hər halda, düz iki həftədir o da bu yoldan əvvəlkitək məkrli məqsədlər üçün istifadə edə, ərazi bütövlüyümüz və suverenliyimizi istədiyi kimi poza bilmir. Hərçənd Tehran rəsmiləri riyakarcasına “bölgə ölkələrinin ərazi bütövlüyü bizdən ötrü qırmızı xətdir” deməkdən yorulmurlar.

Hanı bəs? Azərbaycana gələndə niyə “qırmızı cizgi” yaddan çıxır? Axı Laçın yolunda etiraz aksiyasına gətirən səbəblərdən biri də elə iranlı 27 (14+13) təlimatçı-diversantın Qarabağa qanunsuz keçidi olub?! Hansı ki, ekoloji problemlərlə birgə Bakının səbir kasasını daşırdı. Amma görün mollakratiya rejiminin elçiləri nələr danışırlar…

Misal üçün, İran XİN rəsmisi Nasir Kənani, nəhayət Laçın-Xankəndi yolundakı aksiyaya münasibət bildirərkən deyib ki, Laçın dəhlizi ilə bağlı məsələnin Ermənistan və Azərbaycan arasında danışıqlar yolu ilə operativ həllinə ümid edir. Onun sözlərinə görə, İran hər zaman Ermənistan və Azərbaycan arasında mübahisələrin sülh yolu ilə həllini vurğulayır. “10 noyabr 2020-ci il tarixli Üçtərəfli atəşkəs bəyannaməsinin şərtlərinin tam yerinə yetirilməsi iki ölkə arasındakı fikir ayrılıqlarına son verə bilər”, – XİN təmsilçisi bildirib. Kənaniyə görə, regionda sülh və sabitliyin bərqərar olması lüzumsuz gərginliyin aradan qaldırılmasını tələb edir.

Bu sözlərdə, əlbəttə ki, səmimiyyət yoxdur. Ən azı ona görə ki, 10 noyabr sənədinin 9-cu bəndi bilavasitə Zəngəzur dəhlizi barədədir – hansına ki, İran ilk gündən etiraz edir, əngəllər yaradır, İrəvanı məsələdə radikal mövqeyə kökləyir, ona stimul verir. Bu məqsədlə hətta heç bir lüzum olmadığı halda, Qafanda – gələcək dəhlizdən 1-2 km aralıda tələm-tələsik İranın konsulluğu da açılıb.

Ambassador Abbas Badakhshan Zohouri calls for higher awareness between Armenians and Iranians | ARMENPRESS Armenian News Agency

İkinci yandan, düz üç həftə öncə – dekabrın 3-də Azərbaycan XİN-i 14 iranlı diversantın Laçın yolu ilə Qarabağa qanunsuz keçidilə bağlı İran tərəfinə nota verib. Üstündən 21 gün keçir, amma rəsmi Tehranın cavabı yoxdur. Amma məsələyə İranın Ermənistandakı səfirindən (!) reaksiya gəlib. Əgər buna reaksiya demək mümkünsə…

Belə ki, yerli mediaya müsahibəsində səfir Abbas Badaxşan Zohuri deyib ki, İran vətəndaşlarının Dağlıq Qarabağa səfəri ilə bağlı onlarda mötəbər məlumat yoxdur. “Bu kimi məsələlər Azərbaycan tərəfdən qaldırılıb. İran məsələni araşdırır və məlumatın doğruluğunu aydınlaşdırmağa çalışır” – səfir açıqlayıb.

Əlbəttə ki, yalandır. İran Rusiyaya Ukraynaya əleyhinə zərbə dronları verməsini dandığı kimi, bunu da həyasızcasına boynuna almaq istəmir.

Başqa yandan, “Dağlıq Qarabağ” ifadəsi işlətməklə diplomat İran adından Azərbaycan dövlətinə sayğısızlıq edir. Hərçənd onun sözlərini Tehranın notaya ilk rəsmi reaksiyası da saymaq olar. Ancaq niyə məhz səfir səviyyəsində və niyə məhz İrəvandakı səfir? Bunu Bakıdakı diplomatik nümayəndə edə bilməzdi? Hər necə olmasa, nota Azərbaycandakı səfirliyə təqdim olunmuşdu. Bir də İran hələ də nəyi araşdırır, iki həftəlik zaman bəs eləmədi?

Əlavə edək ki, cibində az qala daşnak bileti gəzdirən şovinist Zohuri çıxışı zamanı növbəti dəfə ermənilərə reverans da edib. İddia edib ki, guya uzun müddətdir Cənubi Qafqazda “İran mədəni irsinin təhrif və məhv olunmasına cəhdlər” edilir. Bununla bağlı o, müvafiq addımların atılmasını zəruri hesab edib. Səfir həmçinin erməni və İran xalqları arasında “zəngin tarixi və mədəni əlaqələri” xüsusi vurğulayıb.

Hələ vurğulamasın da? Burda deyiblər, “oğru elə bağırdı ki…”

Vaxtilə Şuşadakı Gövhər Ağa məscidini, İrəvandakı Göy məscidi haylarla birləşib farslaşdırmağa çalışan bir ölkənin səfiri təbii ki, daşı bizim bostanımıza atmalıydı. Əks halda, 30 ilik işğal dövründə Qarabağdakı erməni vandallığından, o sırada məscidlərimizin yerlə-yeksan edilməsi, salamat qalanlarda isə donuz saxlanılmasından da bir kəlmə deyərdi İran anti-islam respublikasının İrəvandakı ermənisifət səfiri…

“İran-Ermənistan sərhədi ən təhlükəsiz və dinc sərhədlərdən biridir”.

Bu iddianı isə İran Polisinin Sərhəd Qoşunları Komandanlığının sərhəd və hüquq məsələləri üzrə müavini Yusefi dilə gətirib. O, iki ölkə arasında sərhəd əlaqələrinin yaxşılaşmasının zəruriliyinə toxunaraq bildirib: “Bizim Ermənistanla birgə sərhədlərdə hər hansı xüsusi problem yoxdur, ətraf mühitin və sərhəd çaylarının qorunması üçün xüsusi səylər göstərməliyik”.

Onun sözlərinə görə, narkotik maddələrin qanunsuz dövriyyəsi və sərhəd pozucuları qonşu dövlətlər və Avropa ölkələri üçün təhlükədir. Həmin ölkələrin sərhəd xidməti xüsusi təyinatlı qüvvələr hazırlayaraq sərhəd pozucularının qarşısını alır. Bundan başqa, İranla Ermənistanın Orbeli İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tehranda isə “İran və Ermənistan əlaqələri və Qarabağdakı son proseslər” adlı toplantı keçirilib. İranlı jurnalist Abed Əkbəri özünün Tvitter hesabında Ermənistanın Orbeli İnstitutunun eksperti Janna Vadyanyanla əməkdaşlıq sazişi imzalamasına dair foto paylaşıb. Bu qədər fakt kifayət etmir ki, İran Ermənistanın “qardaşlaşmasını” etiraf etsin?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İran həmişə qeyri-səmimi hərəkət edib. Politoloq hesab edir ki, Tehran rejiminin nümayəndələri hətta ən elementar hadisələrdə belə riyakarlıq göstərirlər.

Onun fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyinin 27 İran terror təlimçisinin Xankəndiyə daxil olması haqda notaya İran XİN cavab verməli idi. “Müstəsna hallarda Bakıdakı İran səfirliyi cavab verə bilər. Lakin bu dəfə heç birinin ”tükü tərpənmir” və İrəvanda olan İran səfiri danışır, üstəlik, çaşdırıcı mövqe sərgiləyir. Bu da terrora dəstək verən dövlət üçün təbii haldır. Çünki Tehran ikiüzlülüyə adət edib”.

İran XİN rəsmisinin Laçın yolu haqda açıqlamasına gəlincə, Q.Hüseynli qeyd etdi ki, üçtərəfli birgə sənəddə Azərbaycanın qərb rayonlarından Naxçıvana avtomobil və dəmiryol nəzərdə tutulur: “Bundan başqa, Prezident bildirib ki, Laçın yolu hansı statusa malikdirsə, Zəngəzur da elə olmalıdır. İndi yeni yol Laçın dəhlizi adı ilə fəaliyyətdədir, amma Zəngəzur istiqamətində Ermənistan tikinti barədə qərar belə verməyib. Ona görə İran rəsmiləri ağzına gələni danışırlar”. //Yeni Müsavat

Oxunub: 410
Paylaş:
Digər xəbərlər

Xəbərlər

21-11-2022, 16:05

Kənani Bakıya “tövsiyə” verdi: Tehran geri çəkilir?

Xəbərlər

2-12-2021, 17:27

Qarabağdakı ermənilər status istəsə cənubi azərbaycanlılarda… – Tehran GERİ ÇƏKİLDİ

Xəbərlər

30-10-2021, 16:08

İrəvanın İrana xəyanəti: Tehran niyə nota vermir?

Xəbərlər

6-10-2021, 19:23

Rusiyadan İrana TƏRS ŞİLLƏ - Azərbaycana görə GÖRÜN NƏ ETDİ

Xəbərlər

3-10-2021, 00:42

"İran Azərbaycanın cəzasını verəcək..." - SƏRSƏM AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qarabağda əbədi bağlanmış “kitab” – Prezident dünyaya mesaj verdi
Trampa açıqladım, çox sərt danışır - Lukaşenko
Qarnın tez-tez quruldaması xəstəlik əlaməti ola bilər - Açıqlama
Ermənistan bu ərazidən imtina etdi – Bakı və Ankaraya xoş xəbər
Nə etsək də Azərbaycan Ordusuna qalib gələ bilmərik – Paşinyan
Uşaqlarda oğurluq etmək davranışı
Son xəbərlər
  • Bu gün, 17:34
    Qarabağda əbədi bağlanmış “kitab” – Prezident dünyaya mesaj verdi
  • Bu gün, 16:28
    Trampa açıqladım, çox sərt danışır - Lukaşenko
  • Bu gün, 15:04
    Qarnın tez-tez quruldaması xəstəlik əlaməti ola bilər - Açıqlama
  • Bu gün, 14:27
    Ermənistan bu ərazidən imtina etdi – Bakı və Ankaraya xoş xəbər
  • Bu gün, 13:42
    Nə etsək də Azərbaycan Ordusuna qalib gələ bilmərik – Paşinyan
  • Bu gün, 12:00
    Uşaqlarda oğurluq etmək davranışı
  • Bu gün, 11:08
    Rusiya S-400-ləri Türkiyədən geri alır?
  • Bu gün, 10:26
    Bu qəbiristanlığın köçürülməsi təklif olunur
  • Bu gün, 09:15
    Səhərlər erkən oyanmaq üçün 7 təbii vərdiş
  • Dünən, 22:47
    Bu, orqanizm üçün siqaretdən də təhlükəlidir
  • Dünən, 21:48
    Qida zəhərlənməsi zamanı nə etməliyik?
  • Dünən, 20:14
    Türkiyədən İsrailə savaş xəbərdarlığı: “10 milyonluq ordu hücuma hazır olacaq”
  • Dünən, 19:07
    İsrailin hücumları bizi dayandırmayacaq – Qətər
  • Dünən, 17:12
    İran Fələstin dövlətinə niyə səs vermədi? - Detallar
  • Dünən, 16:21
    Ukrayna müharibəsi sabah bitə bilər – Kelloq şərti açıqladı
  • Dünən, 15:22
    Böyrəkləri gücləndirən təbii qida – Hər gün 1 ovuc yeyin!
  • Dünən, 14:45
    İran, Hindistan və Özbəkistan rəsmiləri ilk dəfə görüş keçirdi
  • Dünən, 13:19
    Trampdan Kiyevə pis, Moskvaya yaxşı xəbər
  • Dünən, 12:28
    Revmatik polimialgiya nədir? Necə müalicə olunur?
  • Dünən, 11:34
    Rusiyada dəmir yolunda partlayış oldu: iki zabit öldü
  • Dünən, 10:36
    Bakıdan İrəvana ordu tələbi: Plan hazırlanır, vaxt verilir, lakin… – Türkiyə detalı
  • Dünən, 09:03
    Stresdən tez qurtulmağın sadə üsulu tapıldı
  • 13-09-2025, 22:46
    “Eurovision 2026” baş tutmayacaq? - Bir çox ölkə boykot edir
  • 13-09-2025, 21:12
    Daim susuzluq hiss edirsinizsə, buna diqqət!
  • 13-09-2025, 20:11
    Madriddə partlayış baş verdi - Azı 25 nəfər xəsarət aldı - YENİLƏNDİ
  • 13-09-2025, 19:29
    Ərdoğan: Regionda "böl, parçala, idarə et" oyununa imkan verməyəcəyik
  • 13-09-2025, 18:10
    Gənclərdə ürək xəstəlikləri artmaqdadır - Mütəxəssislər xəbərdarlıq edir
  • 13-09-2025, 17:33
    ABŞ-ın bu addımı Çini qəzəbləndirdi - Zərər verir
  • 13-09-2025, 16:20
    Gürcüstanın keçmiş müdafiə naziri barədə qərar verildi
  • 13-09-2025, 15:04
    2 həftəyə beyni 10 il cavanlaşdırmağın yolu tapıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə