• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Dünya yeni böhranın astanasında: İran hər şeyi riskə atdı - Müharibə başlayır?
Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
Gün boyu zehni aydınlıq üçün ideal səhər yeməyi
Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
KÜNCÜT ürəyi və sümükləri necə qoruyur? - ARAŞDIRMA
Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
Fransa və Oman Hörmüzlə bağlı razılaşdı
Sosial mediada yayılan maqnezium spreyi trendi - Ekspert xəbərdarlığı
Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
Qlükozanın qanda ilişib qaldığını göstərən əlamətlər
Putindən etiraf: Çətin dövrdən keçirik!
İsrail hücum anonsu verdi, ABŞ planı dəyişdi – İran ətrafında yeni vəziyyət
NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz
Rusiya bayrağı və himninə qadağa… – 11 ölkə birləşdi, imza atdı
İraq İranla Fars körfəzi dövlətlərini barışdırmaq istəyir
Qulaq məməsinə masaj etməyin maraqlı faydası
Xalların rəngi nəyi göstərir - Hansı təhlükəlidir?
Mədədə qastritlə xərçəngi necə ayırd etməli?
İsrail və Livan razılaşdı: Ordu geri çəkilir...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Vasif Talıbovun İran və Rusiya ilə gizli əlaqəsi... - Sensasion faktlar AÇIQLANDI

Xəbərlər

2-12-2022, 15:01

Vasif Talıbovun İran və Rusiya ilə gizli əlaqəsi... - Sensasion faktlar AÇIQLANDI


Naxçıvanda gedən proseslər ölkə gündəminin ən aktual mövzusuna çevrilib. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Muxtar Respublikada (MR) keçirdiyi əməliyyatlar indiyədək paytaxt və regionlarda həyata keçirilən digər tədbirlərdən fərqlənir. Ən azından ona görə ki, bu haqda məlumatlar yayılandan bəri məsələyə hələ rəsmi səviyyədə aydınlıq gətirilməyib. Bu isə ölkə mətbuatının Muxtar Respublikadakı hadisələrə davamlı diqqət ayırması və yeni versiyaların müzakirəsinə səbəb olub.

Yenipress.az TNS İnformasiya Agentliyinin direktoru Tural Səfərovun Globalinfo.az-a müsahibəsini təqdim edir:

– Tural bəy, “TNS” Agentliyi öz platformasında Naxçıvanda baş verən proseslərə geniş yer ayırır. Necə düşünürsünüz, bu əməliyyatlar anti-korrupsiya tədbirləridir, yoxsa bunun siyasi səbəbləri də vardır?

– Hesab edirəm ki, son vaxtlar Naxçıvanda baş verən hadisələr təkcə anti-korrupsiya tədbirləri deyil. Bu, həm də Azərbaycan dövlətinin gələcəkdə qarşılaşa biləcəyi problemlərin əvvəlcədən qarşısının alınması, ölkəmizin daha qüdrətli dövlətə çevrilməsi yolundakı maneələrin vaxtında aradan qaldırılmasıdır.

Naxçıvanda vəzifəli şəxslərin korrupsiya ilə məşğul olduğu bilinən həqiqət idi. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlar bir daha sübut etdi ki, muxtar respublika rəhbərliyi Naxçıvanda analoqu olmayan korrupsiya, mənimsəmə mexanizmi yaradıb, hər il yüz milyonlarla manat dövlət vəsaiti mənimsənilib. Təkcə Muxtar Respublikanın gömrük orqanlarında indiyə qədər aparılmış yoxlamalar nəticəsində 300 milyon manata yaxın vəsaitin mənimsənildiyi faktı təsdiqlənib. Araşdırmalar dərinləşdirildikcə, daha ciddi faktlar, böyük məbləğlər ortaya çıxacaq. Reallıq budur ki, uzun illərdir, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yaxın ətrafına məxsus “Gəmiqaya Holdinq”, “Cahan Holdinq”, “Nəqşicahan Holdinq” kimi şirkətlər həm vergidən yayınıblar, həm də bu şirkətlərin Naxçıvana idxal etdiyi məhsullardan gömrük rüsumu alınmayıb. Yəni, ya nəzarətsizlikdən, ya da bilərkdən məqsədli şəkildə Vasif Talıbov Azərbaycanın dövlət büdcəsinə yüz milyonlarla manat ziyan vurub. Hər iki halda məsuliyyəti məhz Vasif Talıbov daşıyır. Naxçıvanda korrupsiya, mənimsəmə halları elə bir vəziyyətə gəlib çatmışdı ki, ora təcili müdaxilə olunmalı, belə neqativ hallar aradan qaldırılmalı, muxtar respublika əhalisi Naxçıvandakı korrupsioner rejimdən xilas edilməli idi.

Düşünürəm ki, bu, məsələnin iqtisadi tərəfidir. Naxçıvandakı hadisələrin bir də siyasi səbəbləri vardır. Vasif Talıbov 27 ildir ki, Naxçıvana rəhbərlik edir. Onun rəhbərliyi dövründə Muxtar Respublika Azərbaycanın ən qapalı ərazisi olub. Konstitusiyanın verdiyi hüquqlardan, toxunulmazlıq statusundan və cəzasızlıq mühitindən istifadə edən Vasif Talıbov Naxçıvanda müstəqil dövlət üçün lazım olan bütün təsisatları yaradıb. Talıbov o qədər arxayınlaşımışdı ki, Naxçıvanda dövlət orqanlarında sənədləşmələrdə Azərbaycan Respublikası sözünün belə yazılmasını qadağan etmişdi. Bu, kifayət qədər təhlükəli gediş idi. Naxçıvan Ali Məclis sədrinin müxtəlif xarici qüvvələrlə qaranlıq əlaqələrinin olduğuna dair şübhələrin ortaya çıxması dövlətin Naxçıvana təcili müdaxiləsini şərtləndirdi. Naxçıvanda baş verən hadisələrə təkcə anti-korrupsiya tədbirləri kimi baxmamalı, bunu ölkəmizin suverenliyinin qorunub saxlanılması üçün vaxtında atılmış ciddi addım kimi qiymətləndirməliyik.

– Vasif Talıbov və klanı dövlət üçün hər hansı problem yarada bilərmi?

– Hesab edirəm ki, Vasif Talıbov klanı anlayışı yoxdur. Vasif Talıbov özü dövlət müstəqilliyimiz üçün ciddi təhlükə olan “5-ci kolon”nun nümayəndəsidir. O ki qaldı Vasif Talıbovun hansısa problem yarada bilməsi ehtimalına, əgər beş il bundan əvvəlki vəziyyət olsaydı, birmənalı şəkildə deyərdim ki, problem yarada bilər. Amma bu gün nə onun üzvü olduğu “5-ci kolon”, nə də Vasif Talıbov o gücdə deyil. Vətən müharibəsindən sonra Azərbaycanda vəziyyət tamamilə dəyişib. Artıq “5-ci kolon”un bağlı olduğu beynəlxalq güclər gördü ki, Azərbaycan xalqı Prezidentinin yanındadır, onu dəstəkləyir və hər zaman da dəstəkləyəcək. Odur ki, “5-ci kolon”un müqaviməti xeyli zəifləyib.

Talıbovun Naxçıvandakı nüfuzu və imici də yerlə-yeksan edilib. Bu gün ölkədə heç kim onu müdafiə etmir. Vasif Talıbovun yeganə təhlükəli tərəfi əlindəki kapitaldır. Odur ki, törətdiyi cinayətlərə görə, o, məsuliyyətə cəlb edilməli, ailəsinin və yaxın ətrafının oğurladığı sərvət əllərindən alınmalıdır. Əks halda, həmin vəsait gələcəkdə dövlətimizin hansısa formada sarsıdılması üçün istifadə edilə bilər.

– Naxçıvan iqtisadi, siyasi, geopolitik və logistik baxımdan bölgənin mənzərəsini təmamilə dəyişəcək. Bu mənada Zəngəzur dəhlizi ilə Naxçıvanda baş verənlər arasında bir əlaqə varmı?

– Zəngəzur bütün dünya üçün əhəmiyyətli nəqliyyat dəhlizidir. Bildiyimiz kimi, bu gün Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur. Nə qədər təəccüblü olsa da, Vasif Talıbov da bu dəhlizin açılmasında maraqlı deyil. Bir az araşdırma aparsanız görərsiniz ki, Vasif Talıbov Zəngəzur dəhlizi ilə bağlı çox az danışıb. Halbuki, bu dəhlizin açılması ilə Naxçıvan blokadadan çıxacaq. Talıbov bu məsələ ilə bağlı çıxışlarında isə dəhliz ifadəsindən istifadə etmir, kommunikasiya xətlərinin açılmasından danışır. Bu fakt onu göstərir ki, o, dəhlizin açılmasını istəmir. Çünki Zəngəzur dəhlizinin açılması gələcəkdə Naxçıvanın muxtariyyət statusunun ləğvinə gətirib çıxara bilər. Vasif Talıbovun bölgə ilə bağlı planlarının reallaşdırılması üçün Naxçıvanın Muxtar Respublika kimi qalması şərtdir. Odur ki, Naxçıvanın rəhbəri bu dəhlizin açılamasında maraqlı görünmür. Amma Vasif Talıbov kimdir ki, Zəngəzur dəhlizinin açılmasına mane olsun. Naxçıvanda baş verə hadisələrin Zəngəzur dəhlizi ilə əlaqəsi odur ki, yeni dövrlə Vasif Talıbov ayaqlaşa bilməz.

Bu nəqliyyat dəhlizinin açılmasından sonra Muxtar Respublika logistik mərkəzə çevriləcək. Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin təmin edilməsi Naxçıvanın iqtisadi inkişafına təkan verəcək, bölgəyə investisiya qoyuluşunu stimullaşdıracaq, yeni istehsal müəssisələrinin yaradılmasına, əlavə iş yerlərinin açılmasına səbəb olacaq. Vasif Talıbov kimi bir despotun logistik mərkəzə çevriləcək Naxçıvana rəhbərlik etməsi Azərbaycan dövlətinin planlarını poza bilər. 27 illik korrupsiya, mənimsəmə “təcrübəsi” olan, hər zaman bölgəni qapalı formada idarə edən Vasif Talıbovun dünyaya açılan Naxçıvanda görülən işləri sabotaj etməyəcəyinə, ölkəmizə yaraşmayan hərəkətlərə yol verməyəcəyinə heç kim qarantiya verə bilməz. Ona görə də yeni dövrün Naxçıvanına müasir düşüncəli, yüksək iqtisadi biliklərə malik, despotizmdən uzaq, bölgəyə investisiya cəlb edilməsində maraqlı olan, öz cibini və sərvətinin artırılmasını deyil, dövlətini düşünən yeni rəhbər lazımdır.

– Bəzi iddialara görə, Vasif Talıbov və onun komandası İran və Rusiya ilə arzuolunmaz əlaqələrdə şübhəli bilinir. Məlum əməliyyatların bununla hər hansı əlaqəsi ola bilərmi?

– Vasif Talıbovun İrana meyillənməsi ilə bağlı müəyyən şübhələr var. Onun Rusiyanın müəyyən dairələri ilə də yaxşı münasibətlərinin olduğuna dair iddialar səsləndirilir. Talıbovun yaratdığı şərait nəticəsində İran Naxçıvana ayaq açıb. Ancaq bu iddialar nə qədər həqiqətə uyğundur, aparılan araşdırmalar ortaya çıxaracaq.

Oxunub: 415
Paylaş:
Digər xəbərlər

Xəbərlər

1-12-2022, 19:26

Naxçıvanda nə baş verir?

Xəbərlər

24-11-2022, 20:16

Naxçıvan muxtar statusunun ləğvi sürətləndirilir

Xəbərlər

28-06-2021, 15:10

Naxçıvanda toylarda yemək verilməyəcək? - Rəsmi AÇIQLAMA

Manşet / Gündəm / Xəbərlər

22-06-2018, 12:31

Naxçıvanda baş nazirin birinci müavini işdən çıxarıldı

Manşet / Gündəm / Xəbərlər

16-05-2018, 10:31

İlham Əliyev Naxçıvanda

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Dünya yeni böhranın astanasında: İran hər şeyi riskə atdı - Müharibə başlayır?
Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
Gün boyu zehni aydınlıq üçün ideal səhər yeməyi
Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
KÜNCÜT ürəyi və sümükləri necə qoruyur? - ARAŞDIRMA
Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
Son xəbərlər
  • Bu gün, 11:54
    Dünya yeni böhranın astanasında: İran hər şeyi riskə atdı - Müharibə başlayır?
  • Bu gün, 10:22
    Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
  • Bu gün, 09:02
    Gün boyu zehni aydınlıq üçün ideal səhər yeməyi
  • Dünən, 22:40
    Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
  • Dünən, 21:30
    KÜNCÜT ürəyi və sümükləri necə qoruyur? - ARAŞDIRMA
  • Dünən, 20:31
    Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
  • Dünən, 19:49
    Fransa və Oman Hörmüzlə bağlı razılaşdı
  • Dünən, 18:38
    Sosial mediada yayılan maqnezium spreyi trendi - Ekspert xəbərdarlığı
  • Dünən, 17:24
    Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...
  • Dünən, 16:12
    Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
  • Dünən, 15:25
    Qlükozanın qanda ilişib qaldığını göstərən əlamətlər
  • Dünən, 14:28
    Putindən etiraf: Çətin dövrdən keçirik!
  • Dünən, 13:46
    İsrail hücum anonsu verdi, ABŞ planı dəyişdi – İran ətrafında yeni vəziyyət
  • Dünən, 12:19
    NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz
  • Dünən, 11:18
    Rusiya bayrağı və himninə qadağa… – 11 ölkə birləşdi, imza atdı
  • Dünən, 10:34
    İraq İranla Fars körfəzi dövlətlərini barışdırmaq istəyir
  • Dünən, 09:07
    Qulaq məməsinə masaj etməyin maraqlı faydası
  • 28-06-2026, 22:29
    Xalların rəngi nəyi göstərir - Hansı təhlükəlidir?
  • 28-06-2026, 21:36
    Mədədə qastritlə xərçəngi necə ayırd etməli?
  • 28-06-2026, 20:10
    İsrail və Livan razılaşdı: Ordu geri çəkilir...
  • 28-06-2026, 19:43
    Yaxın Şərqdə vəziyyət gərginləşir - Bəhreyn BMT-yə çağırış etdi
  • 28-06-2026, 18:08
    Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
  • 28-06-2026, 17:02
    Qazaxıstan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi
  • 28-06-2026, 16:39
    İran yox ola bilər! – Trampdan yeni hücum ANONSU
  • 28-06-2026, 15:22
    Ayaqlarınızı duz və soda ilə yuyun: Görün nə edir...
  • 28-06-2026, 14:11
    Rusiya və Ukrayna sülhə imza atır? – Vacib razılaşma
  • 28-06-2026, 13:42
    Asiya ölkəsi 500 min PUA döyüşçüsü yetişdirəcək
  • 28-06-2026, 12:14
    İnsan hansı orqanı olmadan yaşaya bilər?
  • 28-06-2026, 11:08
    İran ABŞ-ı hədələdi: Cavab sərt olacaq!
  • 28-06-2026, 10:25
    Almaniya hərbi xidmətlə bağlı qərar verdi: Müharibə təhlükəsi, yoxsa…?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə