• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
Nahardan sonra yuxu gəlirsə, bunları edin
Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakı HƏDƏF seçilib - İran, Rusiya və Fransadan XAİN HÜCUM

Xəbərlər

27-10-2022, 19:24

Bakı HƏDƏF seçilib - İran, Rusiya və Fransadan XAİN HÜCUM


İranın Ermənistana olan rəğbəti, sevgisi Azərbaycana olan nifrətindən yaranıb. Boş yerə deməyiblər ki, nifrətdən sevgiyə olan məsafə çox yaxındır. Başqa sözlə desək, İranın Ermənistanın yanında olması, ermənipərəst mövqe nümayiş etdirməsi onu sevdiyindən deyil, Azərbaycana qarşı düşmən mövqeyində dayanmasından irəli gəlir.

İran rejimi bir tərəfdən, türklərə daimi nifrət və düşmənçilik hissində köklənmiş, Azərbaycanın ərazisini 30 il işğal altında saxlamış Ermənistan üçün qardaş deyib, bütün vacib dəstəkləri edir, digər tərəfdən quyruğu qapı arasında qalan kimi Azərbasycana qarşı "İslam, şiyə" oyununu işə salmağa can atır.

Amma hər kəsə bəllidir ki, istər 44 günlük müharibə zamanı, istərsə də ondan sonrakı postkonflikt mərhələsində Tehran İrəvana silah yardımından tutmuş, iqtisadi və siyasi dəstəklərədək nə lazımdırsa, əsirgəmədi. İndi isə, "Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir" deyərək Qafan şəhərində, Ermənistanla Azərbaycan arasında heç bir delimitasiya-demarkasiya prosesi icra edilməmiş o ərazilərin kimin sərhədləri daxilində olacağı bəlli olmadan qaçaraq sərhədə yaxın münaqişəli bir bölgədə, təkidlə konsulluq açdı.

İranın Azərbaycanla bağlı qərarları, səsləndirdiyi bəyanatlar onu son 2 ildə daha çətin duruma salmaqla yanaşı, 30 ildən çox müddətdə Azərbaycan xalqına qarşı gəldiyi kələyin də üstünü açmaqda önəmli məsələyə çevrildi. Məsələn, rəsmi Tehran illərdir bəyan edir ki, İsrail "sionist dövlətdir. O, İrana, islama düşməndir!". Bununla Azərbaycanı İranla həmrəy olub, İsraillə rəsmi diplomatik əlaqələrdən imtina etməyə vadar edən Tehran, İsraildə Azərbaycana öz səfirliyini açmamaq üçün əlindən gələni etdi.

Amma iran bu illər ərzində İslamın düşməni, dini abidələrimizi məhv edən, qalanlarını donuz tövləsinə çevirən Ermənistana necə lazımdır dəstəyini ifadə etdi və etməkdədir. Özü də bunu artıq açıq şəkildə bəyan edərək yerinə yetirir.

Azərbaycanın İranın bu tələb və istəklərini tarixin zibilliyinə atdığını əminliklə demək olar. Ən əsası isə İsraildə Azərbaycan səfirliyini açmağın vaxtı çatıb. Şübhəsiz ki, Azərbaycanın İsraillə olan dostluq və əməkdaşlığının səviyyəsi səfirliyinin olduğu qədər geniş və çoxşaxəlidir. Biz bu dostluğu dünyanın Azərbaycana qarşı olduğu 44 günlük müharibə zamanı da İsraildən sonadək gördük və bu gün də bu əməkdaşlıq müttəfiqlik səviyyəsində uğurla davam etdirilir.

Bəli, Vətən müharibəsi kimin-kim olduğunu göstərdi. Təkcə İran yox, artıq son proseslərdən sonra Rusiya da axır ki, Azərbaycana qarşı olan məkrli münasibətinin iç üzünü açıq ortaya qoyur. Daxildə kök salmış müdhiş şovinizm mahiyyətli anti-türk, anti-Azərbaycan xəstəliyinin simptomları nə zamansa üzə çıxıb özünü göstərməli idi, yəqin bu gün o gündür.

Azərbaycanın zəfəri regionda kimləri narahat etdiyi artıq aydın görünür. Bir yanda İran diplomatları Qafanda ermənilər ilə "qardaşlıq" musiqisi altında rəqs edir, digər yanda isə Rusiya dövlət kanalı Azərbaycanı hədəfə alan, anti-Azərbaycan təbliğatı apararaq verlişləri bir-birinə calamaqla məşğuldur.

Dünən elan edildiyi kimi, ayın sonunda (31 oktyabr) Soçidə Rusiya liderinin vasitəçiliyi ilə Əliyev və Paşinyan arasında növbəti görüş baş tutacaq. Bu gözlənilən görüşdən əvvəl dərhal separatçıların lideri Araik Arutyunyanın Moskvaya uçması sıradan bir hadisə sayıla bilməz.

A.Arutyunyan bütün resurslarının tükəndiyi və Qarabağda onun qalmasının nə Rusiyanın, nə də Ermənistanın işinə yaramadığını yaxşı başa düşən Moskva məhz bu səbəbdən Rusiya vətəndaşlığından imtina etdiyi mənzərəsini yaradarıq Rusiya siyasi dairələrinə yaxınlığı ilə seçilən erməni milyarder Ruben Vardanyanı Araikin yerinə Qarabağda "hakimiyyətə gətirmək" planını işə saldı.

Bir neçə gün öncə "Dövlət naziri" postunda qərar tutan Vardanyanın tezliklə Arayikin səlahiyyətlərini həyata keçirməyə başlayacağı ehtimalları çox yüksəkdir. Demək Rusiya Paşinyanın adamı olan, Qərbin sifarişlərinə daha çox qulaq asan Araiki Kremlə xidmətləri ilə seçilən yeni bir sima ilə əvəz edərək Qarabağda qondarma rejim qalığının xərçəng şişi kimi bölgədə vəziyyətin qaynar nöqtə olaraq qalmasında qərarlıdır.

Nəzərə alsaq ki, son vaxtlar qondarma rejimin qalıqlarının Azərbaycanla danışıqlar masası arxasında əyləşməsi, rəsmi Bakının separatçılarla danışığa getməsi məsələsindən çox danışılır, o zaman bu "təklifin" də Moskvanın başının altından çıxdığını düşünə bilərik.

Çünki adı çoxsaylı hərbi cinayətlərdə hallanan, Azərbaycanın rəsmi olaraq axtarışa verdiyi cinayətkar Araik Arutyunyan heç bir formada bu prosesdə iştirak edə bilməyəcəyi üçün Rusiya dərhal bu missiyanı Ruben Vardanyana həvalə etmək haqda düşünə bilər.

Paşinyanın isə bu məsələlərdə ofsaydda qaldığı diqqətdən qaçmır. Ermənistan baş naziri görünür, Qarabağ dalanından xilas olmaq üçün sülhməramlıların müvəqqəti nəzarətindəki ermənilərin taleyinə, onların təhlükəsizliyi məsələsinə Rusiyanın cavabdeh qalması variantını uyğun hesab edir.

Göründüyü kimi bir yandan İran Azərbaycana regionda əsas aktor olmaq yolunda badalaq vurmaq niyyətindədir, digər tərəfdən isə Rusiya Qarabağda erməni məsələsini qabartmaqla revanşistlərin Azərbaycan ərazilərinə olan torpaq iddiasından əl çəkməməsi üçün əlindən gələni əsirgəmir.

Şübhəsiz ki, Azərbaycanın güclənməsi regionda haqqın bərqərar olması ilə yanaşı, Türk Dövlətləri Təşkilatının daha da güclənməsi məsələsində önəmli faktora çevrilir. Hər kəsə məlumdur ki, İran və Rusiyanı da ən çox narahat edən məsələlərdən biri budur. Onlar vaxtilə Cənubi Qafqazda birgə "layihələri" olan Ermənistan məsələsinin tam çözülməsini həzm etmək istəmirlər.

Türk Dövlətləri Təşkilatının daha da güclənməsi məsələsində, türk millətinin bu gündən sonra daha sıx şəkildə bir araya gəlməsində ən maraqlı tərəflərdən biridir. Biz bunu İlham Əliyevin Mərkəzi Asiyaya səfərləri çərçivəsində də aydın görürük. Ənənəvi Türk düşmənlərinin son zamanlar daha da belə aktivləşməsinin səbəblərindən biri də məhz elə Türk Dövlətləri Təşkilatının regionda daha da real gücə çevirilməsi ilə bağlı məsələdir. Çünki Türk dövlətləri arasında nə qədər birlik, bərabərlik, dostluq, müttəfiqlik əlaqələri yüksək səviyyədə olarsa, o zaman heç bir böyük güc bu birliyi sarsıda, türkün biləyini bükə bilməz.

Bu səbəbdən də Türk dilli dövlətlərlə əməkdaşlığı müttəfiqlik səviyyəsinə çatdırmaq rəsmi Bakı üçün yeni geosiyasi proseslər fonunda ən prioritet məsələlərdən biri hesab edilir. Bunu dövlət başçısı İlham Əliyev də öz çıxışında açıq şəkildə bəyan etdi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara öz köməyimizi etmək, onların inkişafı, həm onların ənənələri saxlayıb Vətənlə əlaqələrini heç vaxt kəsməmələri üçün, əlimizdən gələni edəcəyik!".

Əliyevin bu mesajının xüsusilə İranda yaşayan 40 milyonluq Azərbaycan xalqına ünvanlandığı istisna edilmir. Çünki dövlət başçısı çox yaxşı bilir ki, bu birlik, qarşılıqlı dəstək Azərbaycanın kənar təhdidlərə, müdaxilələrə, təzyiqlərə qarşı əlini gücləndirməkdə əsas silaha çevrilər ki, nəticədə Azərbaycanın daha da qüdrətlənməsinin şahidi ola bilərik.

Azərbaycana qarşı Fransa Senatında müzakirəyə çıxarılacaq 6 senatorun hazırladığı qətnamə layihəsinin də hədəfi Azərbaycandır. Bu qətnamə Bakını küncə sıxışdırmaq məqsədi daşıyır. Biz görürük ki, Azərbaycan eyni anda artıq neçənci böyük dövlətin hədəfinə çevrilib. Paris də bunlardan biridir. Fransa da İran kimi Azərbaycanla arasındakı bütün körpüləri yandırmaqda israrlı görünür.

Makron da belə addımlarla Cənubi Qafqazda təsir imkanlarını artırmaqda maraqlıdır. Amma istər İranın, istər Rusiyanın, istərsə də Fransa və digər böyük güclərin bu məsələdə Bakıdan istədiklərini qoparacaqları inandırıcı görünmür. Çünki Bakının əlində Şuşa Bəyannaməsi kimi çox güclü silahı var. Bu silahın əsas məğzi isə döymə taxta qapımı, döyməyim dəmir qapını...

Oxunub: 497
Paylaş:
Digər xəbərlər

Xəbərlər

22-10-2022, 00:23

İranın Qafqazda Türkiyə həmləsi - ŞOK SƏBƏB

Xəbərlər

26-08-2022, 00:14

İrandan Azərbaycana Ermənistanın əli ilə XAİNLİK

Araşdırma

20-07-2022, 13:28

Zəngəzur dəhlizi niyə İranı bu qədər narahat edir?

Xəbərlər

6-10-2021, 19:23

Rusiyadan İrana TƏRS ŞİLLƏ - Azərbaycana görə GÖRÜN NƏ ETDİ

Xəbərlər

4-01-2020, 17:55

"Ermənistana yox, Azərbaycana dəstək verməliyik..." - İrandan ŞOK AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
Son xəbərlər
  • Dünən, 22:21
    3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
  • Dünən, 21:08
    Bu vərdiş narahatlıq riskini artırır
  • Dünən, 20:44
    ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
  • Dünən, 19:22
    Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
  • Dünən, 18:41
    Başgicəllənmə bu xəstəliyin əlamətidir
  • Dünən, 17:34
    Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
  • Dünən, 16:16
    Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
  • Dünən, 15:27
    Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
  • Dünən, 14:49
    Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
  • Dünən, 13:00
    Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
  • Dünən, 12:37
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • Dünən, 11:57
    Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
  • Dünən, 10:23
    Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
  • Dünən, 09:03
    Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
  • 20-03-2026, 21:57
    Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
  • 20-03-2026, 20:45
    Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
  • 20-03-2026, 19:29
    İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
  • 20-03-2026, 17:23
    Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
  • 20-03-2026, 16:04
    Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
  • 20-03-2026, 15:36
    Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
  • 20-03-2026, 14:43
    Nikol Paşinyan: Köçəryanın siyasəti Azərbaycanla müharibəni qaçılmaz edir
  • 20-03-2026, 12:37
    1 kiloqramlıq körpənin ürəyi əməliyyat olundu
  • 20-03-2026, 11:51
    Rəsmi Pekin: Tayvan məsələsi Çinin daxili işidir
  • 20-03-2026, 09:10
    Qışdan çıxan bədəndə nə çatışmır? – Orqanizmin gizli siqnalları
  • 19-03-2026, 22:18
    Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz?
  • 19-03-2026, 21:53
    Əl və Ayaq Dərisi Niyə Quruyur? Onları Necə Nəmləndirmək Olar?
  • 19-03-2026, 20:50
    Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
  • 19-03-2026, 19:05
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • 19-03-2026, 18:12
    Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
  • 19-03-2026, 17:26
    Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə