Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Ermənistan tərəfinin 105 itkisinin olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə N.Paşinyan Milli Assambleyada çıxışı zamanı deyib.
“Biz KTMT-yə onun nizamnaməsinin 4-cü maddəsi əsasında müraciət etmişik. Biz KTMT-dən Ermənistanın ərazi bütövlüyünü bərpa etmək və hərbi də daxil olmaqla kömək üçün müraciət ünvanlamışıq”, – Paşinyan Milli Assambleyada deyib.