• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
Şimali Koreya Putinə belə dəstək verir
Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Meteohəssas insanlar üçün təhlükə: Hava kəskin dəyişərsə...

Xəbərlər

10-09-2022, 12:32

Meteohəssas insanlar üçün təhlükə: Hava kəskin dəyişərsə...


Sentyabrın 5-də hava Bakıda +40 dərəcə ətrafında idi, sentyabrın 6-da isə temperatur +22 dərəcəyə düşdü, çiskin yağış yağdı. Kəskin dəyişiklik – temperaturun qəfildən aşağı düşməsinin insanların səhhətinə təsirsiz ötüşməməsi ilə bağlı şikayətlər eşidildi.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Bir çoxumuz havanın ən kiçik dəyişikliyində belə özümüzü narahat hiss edirik. Havanın kəskin dəyişməsi - istilik, qəfil soyuq, şiddətli külək və ya leysan yağış isə sağlamlığımız üçün əsl imtahana çevrilir. Nəticədə orqanizmimiz bizim havadan asılı olduğumuzu – meteopatiyanı təsdiqləyir. Amma çoxumuz bəzən hava şəraitindən asılı bir insanın necə yaşaması və bu vəziyyətin simptomlarını yüngülləşdirməyin mümkün olub-olmadığını bilmirik. Məsələn, sentyabrın 5-də hava Bakıda +40 dərəcə ətrafında idi, sentyabrın 6-da isə temperatur +22 dərəcəyə düşdü, çiskin yağış yağdı. Kəskin dəyişiklik – temperaturun qəfildən aşağı düşməsinin insanların səhhətinə təsirsiz ötüşməməsi ilə bağlı şikayətlər eşidildi. Hava dəyişkənliyinin yaratdığı fəsadları və hansı kateqoriya insanlara daha çox təsir etdiyini həkimlərlə söhbətimizdə aydınlaşdırmağa çalışdıq.

Qadınlar, yaşlılar, xroniki xəstəlikləri olanlar

Tibb elmi birmənalı sübut edib ki, havanın ani və kəskin dəyişikliyi ilk növbədə meteohəssas insanlara təsir edir. Kəskin dəyişiklik xüsusən, ürək və damar xəstəlikləri olan, insult, mikro vuruş və ya insultdan əvvəlki vəziyyətdən əziyyət çəkənlərə təsirsiz ötüşmür. Siyahıda qadınlar, yaşlılar, həmçinin xroniki xəstəlikləri olanlar üstünlük təşkil edir.

Nizami rayon Təcili Tibbi Yardım Stansiyasının həkimi Natiq Tarıverdiyevin sözlərinə görə, havaların isti keçməsi, kəskin dəyişməsi və temperaturun aşağı düşməsi ilə bağlı təcili yardıma müraciət edən insanlar az deyil: “Havanın kəskin dəyişikliyi meteohəssas insanlara mütləq təsir edir. Belə xəstələrə qarşı müvafiq tədbir görürük. Onlarda əsasən təzyiq düşür və ya qalxır, ürəyin döyüntüsü artır, halsızlıq olur. Kəskin istilərdə günvurmadan əziyyət çəkənlər müraciət edir. Belə havalar əsasən meteohəssas adamlar üçün təhlükəlidir. Meteopatiyadan əziyyət çəkən insanların isti və dəyişkən havada çölə çıxmamaları məsləhətdir. Təcili tibbi yardım ilk yardımı göstərir, amma onlar səhhətlərinə bələd olub özlərini qorumalıdırlar”.

Fizioloji proseslərin aktivləşən vaxtı

Professor Adil Qeybulla bildirir ki, istənilən halda havaların kəskin dəyişməsi dövründə müxtəlif xəstəliklərin çəkisi artır: “Bu, müşahidə olunan mənzərədir. Bu cür hallar təbiətin dəyişməsinə qarşı baş verən proseslərə insanların biganə yanaşmasından yaranır. Hava kəskin dəyişəndə ayrı-ayrı xəstəliklər də kəskinləşə bilər. Xüsusən mədə-bağırsaq xorası, qastritlər, bronxial astma xəstəlikləri yaz və payız aylarında kəskinləşir. Hava dəyişkənliyi zamanı oyanan xəstəliklərin səbəbi immun sisteminin, orqanizmdə bioloji proseslərin özünün aktivləşməsidir. El arasında belə bir söz var - “qan qaynayan vaxt”. Bu, elə-belə deyilməyib. Yəni fizioloji proseslərin oyanması vaxtı. Bütün canlı təbiət oyandığı kimi insanlarda da bu oyanıqlıq baş verir. Sadəcə, insan özünü təmin edir”. Professor havanın kəskin dəyişməsinin insan orqanizminə təsirini belə izah edir: “İstər istidə, istərsə də soyuqda bədəndə xüsusi maddələr yaranır, orqanizmdə isti və soyuğa qarşı reaksiyalar baş verir. İstidən səpmə, allergik reaksiyalar olur. İstilərdən təngə gəlmiş insanlar kifayət qədərdir və onlar sərinlik axtarırlar. Bu zaman havanın kəskin soyumasına laqeyd yanaşarlarsa, onlarda soyuqlama baş verməsi ehtimalı daha yüksəkdir. Hava dəyişəndə geyim formasına mütləq dəyişiklik edilməlidir. Həmçinin evdə kondisionerdən istifadə məhdudlaşdırılmalıdır. Havaçəkən və ventilyasiya altında oturmamaq məsləhətdir”.

A.Qeybulla qeyd edir ki, insanlar barometr kimi öz xəstəliklərini hamıdan yaxşı hiss edirlər, ona uyğun olaraq həm geyim formasının seçilməsi, həm də havanın təlatümlərinə qarşı orqanizmin davamlılığının artırılması ilə bağlı öz həkimləri ilə məsləhət etmələri vacibdir: “İnsanlar ilk növbədə havanın ümumi vəziyyətini nəzərə almalıdırlar. Bəzən payız vaxtı gündüz isti, axşam kəskin soyuq olur. Çox adamlar bu müddətdə üst geyimi düzgün seçmədiklərinə görə soyuqlayırlar. Yayda da müxtəlif xəstəliklər - mədə-bağırsaq pozuntuları, qida zəhərlənmələri baş verir”.

Uşaqlar daha dözümsüzdür

Həkimlərin sözlərinə görə, meteoroloji asılılıq yalnız böyüklərdə deyil, uşaqlarda da inkişaf edə bilər və simptomlar qan dövranının pozulması və beyinin oksigen aclığı ilə əlaqələndirilir.

“Ümumiyyətlə, “meteohəssas” sözünü elə-belə işlətmirlər” deyən pediatr Vaqif Qarayev hava dəyişkənliyinin böyüklərdə sinir, ürək-qan damar sistemi, oynaq xəstəlikləri kimi xroniki xəstəliklərdən yan ötmədiyini deyir: “Bunlar illərlə davam edir. Revmatik xəstəlikləri olan, infarkt, insult keçirmiş və allergik problemli insanlara havanın kəskin dəyişməsi təsir edir. Çünki allergik problemlər yaz və payız aylarında kəskinləşir. Fəsillər dəyişdikcə, məsələn, yazqabağı və ya yaydan payıza keçəndə orqanizm özünü hazırlayır. Təbiət insanı elə yaradıb ki, iqlim dəyişikliyinə dözə bilsin və tez adaptasiya olsun, amma hava kəskin dəyişdikdə müxtəlif xəstəliyi olan insanlar əziyyət çəkir. Onların xəstəlikləri şiddətlənir. Böyük adamlar 40 dərəcə isti havada dura bilərlərsə, uşaqlar duruş gətirə bilməzlər, çünki onların dözümü yoxdur. İlk növbədə bu onların sinir sisteminə təsir edir. Uşaq orqanizmi istənilən temperatura öyrəşməlidir. Həm soyuq, həm isti havada ac olan uşaqlar tez xəstələnirlər. Çünki onlarda immunitet olmur”. Həkim valideynlərə məsləhət görür ki, hava dəyişkənliyinə hazır olub, uşaqları ilə bağlı ehtiyatlı davransınlar: “Bir azdan məktəb başlayacaq. Hava səhər bir cür, axşam başqa cür olacaq. Valideynlər uşaqların çantalarına əlavə üst geyim qoymalıdırlar. Bu, böyüklərə də aiddir. Uşaqlar və müxtəlif xəstəlikləri keçirmiş insanlar temperatur dəyişikliyinə həssasdırlar”.

Fəsadlarla bağlı məlumatlandırma aşağı səviyyədədir

Təəssüf ki, havanın kəskin dəyişməsinin insanlarda yarada biləcəyi fəsadlarla bağlı məlumatlandırma aşağı səviyyədədir. KİV də, səhiyyə də bu vəzifənin öhdəsindən layiqincə gəlmir. A.Qeybulla qeyd edir ki, ümumiyyətlə, maarifləndirmə işi bizdə nəinki səhiyyədə, həmçinin qida mədəniyyətində, insanların həyat tərzlərini düzgün seçmələrində, pis vərdişlərdən uzaqlaşmada, ekoloji problemlərlə bağlı da aşağı səviyyədədir.

Oxunub: 507
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-09-2022, 20:25

Azərbaycanda hava kəskin dəyişəcək, temperatur 8-10° aşağı düşəcək - XƏBƏRDARLIQ

Xəbərlər

20-09-2020, 15:14

Güclü yağış, külək olacaq, dolu düşəcək - HAVA PROQNOZU

Xəbərlər

9-09-2019, 18:11

Yağış yağacaq, külək əsəcək - Sabahın HAVA PROQNOZU

Xəbərlər

28-06-2019, 13:22

Hava KƏSKİN DƏYİŞİR: temperatur 10 dərəcə AŞAĞA DÜŞƏCƏK, yağış, dolu yağacaq - XƏBƏRDARLIQ

Xəbərlər

16-04-2019, 11:57

Hava KƏSKİN SOYUYUR - Leysan, dolu, qar yağacaq

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Son xəbərlər
  • Dünən, 20:24
    Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
  • Dünən, 19:00
    Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
  • Dünən, 17:02
    Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
  • Dünən, 15:41
    Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
  • Dünən, 14:33
    Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
  • Dünən, 13:16
    ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
  • Dünən, 12:50
    Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
  • Dünən, 11:09
    İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
  • Dünən, 10:28
    Şimali Koreya Putinə belə dəstək verir
  • Dünən, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • 13-08-2026, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • 13-08-2026, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • 13-08-2026, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • 13-08-2026, 18:55
    Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
  • 13-08-2026, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • 13-08-2026, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • 13-08-2026, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • 13-08-2026, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • 13-08-2026, 12:40
    Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
  • 13-08-2026, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
  • 13-08-2026, 10:47
    Ermənistan Azərbaycandan qaz almaq istəyir
  • 12-08-2026, 13:09
    İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
  • 12-08-2026, 12:37
    Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
  • 12-08-2026, 11:48
    Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
  • 12-08-2026, 10:51
    İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
  • 12-08-2026, 09:05
    Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
  • 11-08-2026, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • 11-08-2026, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • 11-08-2026, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • 11-08-2026, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə