• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bəd nəzər üstündən əskik olmayan 3 BÜRC
Köplə yanaşı qızdırma da varsa, dərhal həkimə gedin
AB-dən Cenevrə görüşü barədə: Ukrayna özü qərar verə bilər
Dünya üçün dəhşətli proqnoz – 17 il öncə yaşananlar təkrarlanacaq?
Nə yeməyi azaltmağa ehtiyac var, nə də idmana - Gündə 10 dəqiqə edirsən, arıqladır
Rumıniyada təhlükə siqnalı: hərbçilərlə bağlı qərar verildi
Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər – Siyahı yayıldı
Hamiləlikdə yaranan diabet doğuşdan sonra keçirmi? - Həkimlə müsahibə
Xəzərin daha bir sirri bilindi: dəniz çəkilir, üzə çıxanlar heyrətləndirir
Trampın 28 bəndlik planı fiaskoya uğradı: Nə baş verir?
Ürək-damar xəstəliklərinin əsas səbəbi bu imiş...
Maduro üçün geri sayım başladı: Hava hücumları başlaya bilər
Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır
C vitamininin ən yüksək mənbələri: Portağaldan daha zəngin 10 qida
At ili gəlir - Bu şəxslərin taleyi dəyişəcək
Sığortalı əməliyyat zamanı niyə pul tələb edilir? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən qərar nə zaman veriləcək? – Açıqlama
Xamenei təhlükədə: İranda xəbərdarlıq edildi – İnanılmaz sui-qəsd planı
İshalın gizli səbəbləri: allergiya, ferment çatışmazlığı və daha nələr…
Soyuqdəyməyə qarşı təbii dərman - Bir stəkan için
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Ermənistan Azərbaycana qarşı hibrid müharibə aparmağa başlayıb” - AÇIQLAMA

Xəbərlər

30-07-2022, 18:09

“Ermənistan Azərbaycana qarşı hibrid müharibə aparmağa başlayıb” - AÇIQLAMA


“Bu gün Azərbaycan cəmiyyətinə və dövlətinə qarşı Ermənistan və onun havadarları tərəfindən çox ciddi şəkildə informasiya müharibəsi həyata keçirilir. Bu mübarizə xüsusilə 44 günlük Vətən müharibəsində cəbhədə Azərbaycan xalqı və ordusu ciddi uğurlar əldə etdikdən, 30 illik faktına son qoyduqdan sonra baş verməyə başlayıb. Çünki cəbhədə Azərbaycan əsgərləri ilə qabaq-qabağa gələ bilməyəciyini başa düşən Ermənistan artıq yeni istiqamətlərdə Azərbaycana qarşı hibrid müharibə aparmağa başlayıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Anar Əliyev deyib. Politoloqun sözlərinə görə, bu müharibənin başlıca elementləri informasiya və psixoloji müharibədir:

“Hesab edirəm ki, sosial şəbəkələr üzərindən Azərbaycan cəmiyyətinin müəyyən üzvləri bilərəkdən və ya bilməyərəkdən məqsədli və ya qeyri-məqsədli şəkildə Azərbaycan dövlətinin, xalqının maraqlarına ziyan vura biləcək informasiyaları ötürməsinin şahidi oluruq. Bu informasiyalardan erməni informasiya texnoloqları, xüsusi xidmət orqanları istifadə edərək yenidən hazırladıqları dezinformasiya mahiyyəti daşıyan məlumatları dünyanın bir çox ölkələrində Cənubi Qafqazda maraqları olan və Azərbaycanı daim təzyiq altında saxlamaqla, öz maraqlarını həyata keçirmək istəyən dövlətlərə ötürürlər. Son vaxtlar hiss olunmaqdadır ki, Azərbaycana qarşı kütləvi informasiya terroru, kütləvi informasiya presinqi həyata keçirilir. Hesab edirəm ki, burada Azərbaycan cəmiyyətinin, xüsusilə də sosial şəbəkə istifadəçilərininn diqqət etməli olduğu bir neçə məqam mövcuddur. Birincisi, Azərbaycan cəmiyyətində bəzi hallarda vətənpərvərlik hissindən irəli gələrək baş verən hadisələrin mahiyyətini siyasi xarakterini düzgün dərk etməməkdən irəli gəlir. Bununla da, bəzi insanlarımız lazım olmayan və ya mahiyyətində yanlış bilinən, üzdə fərqli mahiyyətdə fərqli informasiya xarakteri daşıyan məlumatların tirajlanması ilə məşğuldurlar. Məsələn, son bir neçə gün ərzində sosial şəbəkələrdə Azərbaycanın ordu birləşmələrinin dislakasiyasını özündə əks etdirən foto və görüntülərlə rastlaşdım. Həmin foto və görüntüləri tirajlamağa çalışan insanlara dəfələrlə müraciət edərək bu məlumatların yayılmasının vətənpərvərlik hissindən doğsa belə, düşmənlərimizin əllinə çox ciddi informasiya verdiyini diqqətə çatdırmağa çalışmışam”.

“Belə hallar göstərir ki, insanlarımız siyasi şüur, siyasi düşüncə cəhətdən tam hazırlıqlı vəziyyətdə olmayan insanlarımızın yaydığı bu məlumatlar sonradan bumeranq şəkildə Azərbaycana qarşı psixoloji və informasiya müharibəsinin elementi kimi geri qayıdır. Çox təəəssüf ki, Azərbaycana qarşı informasiya müharibəsində yalnız Ermənistan deyil, cənub və şimal qonşularımız, eləcə də ABŞ və Avropa mətbuat orqanları informasiya mənbələri çıxış edirlər. Və ikinci mühüm istiqamət məhz həmin mənbələrdən ötürülən və Azərbaycandakı əlaltıları vasitəsilə ictimailəşdirilən tirajlanan informasiyalardır. Bir çox hallarda bu informasiyalar yanlış məlumatlardır, dezinformasiyalardır. Bu informasiyala daha çox üzdə insanların emosional hisslərini təsir etməklə, cəmiyyətdə kütləvi psixoz halı yaratmaqla cəmiyyətimizdə mövcud olan birliyə zərbə vurmaq, dövlət-hakimiyyət-xalq münasibətlərinə xələl gətirməyə istiqamətlənmiş məlumatlardır”.

Politoloq hesab edir ki, sosial şəbəkələrdə belə informasiyaların təsiri altında düşən və yayılması ilə məşğul olan bir neçə qrup insanlar fərqləndirilməlidir:

“Birincisi, vətənpərvərlik hisslərindən, vətənə xalqa bağlılıq hislərindən qaynaqlanan, lakin müəyyən qədər siyasi proseslərin mahiyyətini tam dərk edə bilməyən insanların bilməyərəkdən yaydığı məlumatlardır. İkincisi, daha çox məqsədli şəkildə yayılmış informasiyaların təsiri altına düşərək bu informasiyaların təsiri altında dövlətimizin, xalqımızın əleyhinə işləyə biləcək məlumatların yayılması ilə məşğul olan qruplardır. Üçüncü qrup insanlar sosial şəbəkələrdə daha çox siyasi hakimiyyətə, hakimiyyətin hər hansı bir qoluna qarşı olan insanlardır ki, onlar yaydığı məlumatlarla siyasi hakimiyyətə və onun hər hansı bir qoluna qarşı mübarizə aparmış hesab edirlər özlərini. Amma, əslində düşmənə Azərbaycana qarşı mübarizə aparmaq üçün ciddi məlumatlar ötürmüş olurlar. Dördüncü ən ciddi qrup xüsusi kəşfiyyat idarələrin, xarici dövlətlərin maliyyəsi əsasında formalaşan və onlardan məqsədli şəkildə ötürülmüş informasiyaların vətənpərvərlik adı altında Azərbaycan cəmiyyətinə, xalqına ötürülməsi ilə bağlıdır. Bu, yalnız Qarabağ və Azərbaycan ordusu ilə bağlı deyil. Eyni zamanda, milli-mənəvi dəyərlərimizin, tariximizdə mövcud olmuş böyük şəxsiyyətlərimizi gözdən salınmasına, tariximizin müxtəlif mərhələləri ilə bağlı cəmiyyətimizdə az məlum olan hadisələrin yanlış şəkildə cəmiyyətə ötürülməsi ilə bağlıdır”.

A.Əliyev vurğulayıb ki, Azərbaycan cəmiyyəti, xüsusilə də sosial media iştirakçıları belə informasiyalarda daha həssas yanaşmalıdırlar:

“Belə informasiyaların araşdırılması, dəqiqləşdirilməsi məsələsində daha diqqətli olmaldıırlar, ilkin mərhələdə aldıqları bu informasiyaların təsiri altına düşmək olmaz. Hesab edirəm ki, dövlət qurumlarının bu prosesdə üzərlərinə çox ciddi məsuliyyət düşür. Bir çox ekspertlərdən fərqli olaraq hesab edirəm ki, Azərbaycan cəmiyyətinə qarşı dezinformasiyaların ötürülməsi Azərbaycan cəmiyyətində mövcud proseslərə, hadisələrə yanlış təsəvvürlərn formalaşmasına qarşı mübarizə yalnız maariflənmə və sosial şəbəkə istifadəçilərinin məlumatlandırılması ilə yekunlaşmamalıdır. Eyni zamanda, inzibati metodlar da cidid şəkildə istifadə edilməlidir. Dövlət maraqlarına qarşı ola biləcək, xalqımızın maraqlarına zidd ola biləcək istənilən informasiyanın yayılması, məqsədli şəkildə ardıcıl yayılması ilə məşğul olan şəxslər tapılmalı, qanunun ən sərt üzü ilə cəzalandırılmalıdır. Hesab edirəm ki, yalnız xəbərdarlıq və maarifləndirmə bu prosesdə zəruri və lazımi effekti verməyəcəkdir. Azərbaycan ordusu 44 günlük Vətən müharibəsi ilə düşmən üzərində səngərdə çox ciddi mübarizə apardı. Bundan sonrakı mərhələ hər bir vətəndaş olaraq, hər bir fərd olaraq bizim üzərimizə ciddi məsuliyyətlər qoyur. Və bizim hər birimiz sosial şəbəkə istifadəçiləri olaraq Azərbaycan ordusunun səngərdə əldə etdiyi qələbələri informasiya cəbhəsində davam etdirməyə nail olmalıyıq. Unutmamalıyıq ki bizim hər birimiz informasiya müharibəsində Azərbaycana qarşı aparılan informasiya terrorunun, psixoloji müharibənin bir döyüşçüsüyük. Və bizim Azərbaycan əsgəri olaraq bu informasiya və psixoloji müharibədə üzərimizə düşən iş dövlətimzin apardığı mübarizəyə dəstək olmaq və bu mübarizənin də düşmən üzərində qələbə ilə yekunlaşmasına nail olmaqdır”.

Oxunub: 504
Paylaş:
Digər xəbərlər

Xəbərlər

29-07-2021, 00:21

"Ermənistan ordusu Azərbaycan bölmələrinə qarşı mübarizə aparmağa qadirdir" - Sarkisyan

Xəbərlər

2-01-2021, 02:32

Ermənistan prezidentindən sensasiya yaradacaq AÇIQLAMA

Xəbərlər

11-12-2020, 14:56

Ərdoğandan Azərbaycan səfərindən sonra VACİB AÇIQLAMA

Xəbərlər

11-08-2020, 12:29

"Müharibə hər an başlaya bilər" - SENSASİON AÇIQLAMA

Manşet / Gündəm / Xəbərlər

27-05-2018, 10:17

Fransa XİN rəhbərinin Azərbaycana səfəri başlayıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bəd nəzər üstündən əskik olmayan 3 BÜRC
Köplə yanaşı qızdırma da varsa, dərhal həkimə gedin
AB-dən Cenevrə görüşü barədə: Ukrayna özü qərar verə bilər
Dünya üçün dəhşətli proqnoz – 17 il öncə yaşananlar təkrarlanacaq?
Nə yeməyi azaltmağa ehtiyac var, nə də idmana - Gündə 10 dəqiqə edirsən, arıqladır
Rumıniyada təhlükə siqnalı: hərbçilərlə bağlı qərar verildi
Son xəbərlər
  • Dünən, 22:25
    Bəd nəzər üstündən əskik olmayan 3 BÜRC
  • Dünən, 21:34
    Köplə yanaşı qızdırma da varsa, dərhal həkimə gedin
  • Dünən, 20:10
    AB-dən Cenevrə görüşü barədə: Ukrayna özü qərar verə bilər
  • Dünən, 19:33
    Dünya üçün dəhşətli proqnoz – 17 il öncə yaşananlar təkrarlanacaq?
  • Dünən, 18:23
    Nə yeməyi azaltmağa ehtiyac var, nə də idmana - Gündə 10 dəqiqə edirsən, arıqladır
  • Dünən, 17:20
    Rumıniyada təhlükə siqnalı: hərbçilərlə bağlı qərar verildi
  • Dünən, 16:47
    Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər – Siyahı yayıldı
  • Dünən, 15:17
    Hamiləlikdə yaranan diabet doğuşdan sonra keçirmi? - Həkimlə müsahibə
  • Dünən, 14:19
    Xəzərin daha bir sirri bilindi: dəniz çəkilir, üzə çıxanlar heyrətləndirir
  • Dünən, 13:08
    Trampın 28 bəndlik planı fiaskoya uğradı: Nə baş verir?
  • Dünən, 12:32
    Ürək-damar xəstəliklərinin əsas səbəbi bu imiş...
  • Dünən, 11:02
    Maduro üçün geri sayım başladı: Hava hücumları başlaya bilər
  • Dünən, 10:35
    Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır
  • Dünən, 09:05
    C vitamininin ən yüksək mənbələri: Portağaldan daha zəngin 10 qida
  • 24-11-2025, 22:23
    At ili gəlir - Bu şəxslərin taleyi dəyişəcək
  • 24-11-2025, 21:11
    Sığortalı əməliyyat zamanı niyə pul tələb edilir? - AÇIQLAMA
  • 24-11-2025, 20:42
    Pensiyalarla bağlı gözlənilən qərar nə zaman veriləcək? – Açıqlama
  • 24-11-2025, 19:27
    Xamenei təhlükədə: İranda xəbərdarlıq edildi – İnanılmaz sui-qəsd planı
  • 24-11-2025, 18:24
    İshalın gizli səbəbləri: allergiya, ferment çatışmazlığı və daha nələr…
  • 24-11-2025, 18:06
    Soyuqdəyməyə qarşı təbii dərman - Bir stəkan için
  • 24-11-2025, 17:28
    Ermənistan ordusu təmizlənir: Bu kadrlar qovulur
  • 24-11-2025, 16:11
    Bu ölkəyə son 300 ilin ən güclü yağışı yağdı
  • 24-11-2025, 14:21
    Bakıda bununla bağlı forum keçirildi – İlk dəfə
  • 24-11-2025, 13:54
    Sabah hava necə olacaq?
  • 24-11-2025, 12:25
    Ürəyin dayanmasının gözlənilməz səbəbi açıqlandı
  • 24-11-2025, 11:08
    Tramp sülh danışıqlarından yazdı: Görməyənə qədər inanmayın
  • 24-11-2025, 10:26
    Ukrayna üçün “ən qorxulu qış” yaxınlaşır
  • 24-11-2025, 09:10
    Dəridə görünən ciddi xəstəliklərin 7 əlaməti
  • 23-11-2025, 22:54
    Türkiyə imkan vermədi, “Apaçi”lər geri qaytarıldı
  • 23-11-2025, 22:43
    Yaponlar qışda qapılarına darçın çubuqları asırlar: Səbəbi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə