• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
Şimali Koreya Putinə belə dəstək verir
Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər - Dünyanın diqqəti BURADA

Xəbərlər

21-05-2022, 21:30

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər - Dünyanın diqqəti BURADA


Rusiya Qarabağda müxtəlif ssenarilər üzərində düşünür. Bu işdə ona təbii ki, Ermənistan yardım etməkdə maraqlıdır. Daxildə baş verən etiraz aksiyaları, təzyiqlər Nikol Paşinyan hakimiyyətinə bu proseslər fonunda divident qazanmaq baxımından hava-su kimi lazımdır. Elə bunun nəticəsidir ki, Brüssel görüşünün ikinci raundundan sonra Ermənistanla Azərbaycan arasında növbəti görüşlərin də uğurla keçəcəyinin gözlənildiyi bir zamanda aprelin sonuna planlaşdırılan iki dövlətin komissiyalarının görüşü təxirə salındı, bunun ardınca eyni hal ikinci dəfə (7-11 may) təkrarlandı.

Brüssel görüşünün Rusiyanın maraqlarına uyğun gəlmədiyi üçün gözlənildiyi kimi Moskva faktoru öz işini görməyə başladı. Ukraynadakı savaşı bitənə qədər Azərbaycanın başı açılmasın deyə Ermənistanla sərhəddində atışmaya "töhfə" verən Rusiya, eyni prosesi Ermənistanda fərqli formada - etiraz dalğaları ilə təkrarlayır. Beləcə, həm N.Paşinyana barmaq silkələyir, həm də Brüsseldə verdiyi vəddən çıxış yolu tapmaq üçün bəhanə təklif etmiş olur.

Nəzərə alsaq ki, Ermənistan silahlı birləşmələri də Azərbaycanın Kəlbəcər rayonu istiqamətində son zamanlar xüsusi "fəallıq" nümayiş etdirilər, demək ki, Rusiya Bakıya da bu yolla "mənim iznim olmadan bu regionda sülh imzalaya bilməzsiniz" mesajı vermək istəyir. Moskvanın göstərişinə uyğun olaraq Ermənistan daxilindəki müxalif qüvvələr, xüsusilə də "Qarabağ klanı" hələ də əlaltılarının olduğu ordudakı özbaşınalıq, xaos durumdan istifadə edərək Azərbaycanın mövqelərini vaxtaşırı atəş altında saxlayaraq ordumuzu təxribata çəkmək istəyirlər.

Nəticədə sülh danışıqları, sərhədlərin delimitasiyası məsələnin gündəmdə olduğu bir vaxtda Azərbaycanın səbrini daşıraraq cavab tədbirlərindən də ötəsini etməyə məcbur qoymaq niyyətindədirlər. Beləcə, Moskvanın himayəsində olan revanşist qüvvələrin Avropa ittifaqına və xüsusilə də N.Paşinyana deməyə əsasları olsun ki, "Görürsən, bu da sülh sazişi imzalamaq istədiyiniz Azərbaycan. Baxın, bizim Azərbaycanla sərhəddə problemlərimiz hələ qalır. Bölgədə münaqişə vəziyyəti davam edir. Sülh üçün münbit vəziyyət mövcud deyil".

Ermənistanın bölgədə sülhlə bağlı məsələdə destruktiv mövqeyini hər an görmək mümkündür. Belə bir vəziyyəti bir neçə gün öncə yenidən müşahidə etdik. Belə ki, MDB xarici işlər nazirlərinin Düşənbədə keçirilən iclası çərçivəsində Sergey Lavrovla ayrıca söhbətdən sonra Ermənistan XİN rəhbəri Ararat Mirzoyan mediaya açıqlamasında bildirdi ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işçi qrupunun ilk iclası mayın 17-də Moskvada keçiriləcək və orada tərəflər arasında sülh danışıqlarına başlanacaq. Lakin erməni nazirin dediyi vaxt-vədə yetişsə də, danışdığı Ermənistan hakimiyyətinin növbəti uydurması, yalanı kimi yadda qaldı.

Artıq Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan dövlətinin Azərbaycanla yanaşı, Qərbi də aldatmaq cəhdini yaxşı görən Avropa İttifaqı Rusiyanın müxtəlif yollarla təsirindən qopmağa qoymadığı rəsmi İrəvana gəlinən razılıqları xatırlatmaq üçün növbəti dəfə Brüsselə dəvət edib. Bu ayın 22-də Avropanın siyasət paytaxtında Şarl Mişelin vasitəçiliyi ilə gerçəkləşəcək növbəti görüş məhz İrəvana götürdüyü öhdəlikləri təcili olaraq yerinə yetirmək üçün xatırladılması nəzərdə tutulan bir görüş olacağı istisna edilmir. Əslində Qərb bununla Paşinyana "ya Rusiya, ya biz" kimi seçim imkanı verəcək ki, bu da İrəvanın manevr imkanlarını xeyli dərəcədə azalda və Ermənistan rəhbərliyini konstruktiv addım atmaq məcburiyyətində qoya bilər.

Son günlər Azərbaycan xüsusilə istər siyasi, istərsə də hərbi nöqteyi nəzərdən nəzərə çarpacaq dərəcədə təmkin göstərərək Ermənistandakı revanşist qüvvələrin hiylələrinə alət olmadı. Bu vəziyyət Brüssel görüşü öncəsi Bakının əlini daha da qüvvətləndirir. Çünki Aprelin 6-dakı görüşdə əldə olunan razılıqlar üçtərəfli bəyanatlarda olduğu kimi bu günə kimi həll olunmayaraq qalmaqdadır. Aprelin sonu və mayın 7 və 11 də komissiyaların iclası ard-arda iki dəfə təxirə salındı ki, bu da Ermənistanın havadarlarından fərqli göstərişlər aldığından, hər ağızdan başqa avaz aldığından irəli gəlir.

Amma Azərbaycanın da bu məsələdə çox təmkinlik nümayiş etdirmək fikri yoxdur. Bakının da səbri bir yerə qədərdir. Düşünürəm ki, Brüssel görüşü Paşinyan hakimiyyəti üçün ciddi və son sınaq ola bilər. Artıq Bakı bir daha anladı ki, Ermənistanın ipinin üstünə odun yığılası deyil, onunla ancaq güc yolu ilə danışmaq fayda verəcək. Çox güman ki, Azərbaycan lideri bununla bağlı həm Aİ prezidenti Şarl Mişelə, həm də Ermənistan baş nazirinə çox açıq şəkildə öz fikirlərini bəyan edəcək.

Qərb və ABŞ-ın Azərbaycanın 44 günlük müharibə ilə regionda yaratdığı yeni reallığı qəbul etdiyi artıq gün kimi aydındır. Təbii ki, Ukrayna-Rusiya müharibəsi faktoru da sözügedən beyin mərkəzlərinin Bakı ilə razılamasında müstəsna əhəmiyyət daşıdı. Düşən fürsətdən çox effektiv yararlanan rəsmi Bakı artıq dünyanın "super" gücü ABŞ-ı da Azərbaycanla hesablaşmaq, onun maraq və istəklərini nəzərə almaq imkanı verməyə başlayıb.

Biz bunu ABŞ lideri Co Baydenin İlham Əliyevə göndərdiyi məktubdan da aydın şəkildə görə bilərik. Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və dövlət başçısını təbrik edən Ağ Ev rəhbəri daha sonra çıxışında "Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik" ifadələrinə yer verib. Amerika lideri bu fikirləri ilə Azərbaycanın nəinki region, qitə, artıq dünya üçün nə dərəcədə əhəmiyyətli bir aktora çevrildiyinə diqqəti yönəldib.

Baydenin Azərbaycanın haqqın yanında olduğunu, ədalətli mövqe tutduğunu deməsi rəsmi Bakı üçün nə qədər önəmlidirsə, "Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik" ifadəsi də ən azı bir o qədər vacib və lazımlı idi. Təbii ki, bu cümlədə "terrorizmlə mübarizə" məsələsində konkret ünvan göstərilmədiyindən, ABŞ liderinin bu bəyanatı İrəvanı ciddi narahat da edə bilər, çünki konkret ünvan göstərilmir.

Bu, eyni zamanda Ermənistana Rusiyanın mövqeyindən çıxış etməsini, Qərbin Bakının təklif etdiyi sülh paketini dəstəklədiyi halda Moskvanın əmrləri əsasında qərarlar qəbul etməsini "bir işğalçının yanında yer almaq" kimi qəbul etdiyi anlamında da qəbul edilə bilər ki, sözügedən ssenari İrəvan üçün heç cürə məqbul sayıla bilməz. Bununla ABŞ dövləti eyni zamanda Ermənistana təzyiq edə bilər ki, Azərbaycanla sülh sazişi imzalamaq üçün bu fürsəti dəyərləndir.

Co Baydenin "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır" fikirlərindən bu deyilənlər bir daha öz təsdiqini tapır. Göründüyü kimi, ABŞ regionda Azərbaycanın təklif etdiyi sülhün tərəfdarıdır. Çünki Ağ Ev də yaxşı anlayır ki, Cənubi Qafqazı Rusiyanın caynağından xilas etməyin yolu məhz Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasından keçir. Bu yolla Ermənistanı Rusiyanın orbitindən çıxarmağın mümkünlüyünü yaxşı başa düşən C.Bayden və komandası, bunun üçün regionda Rusiya ilə soyuq savaşı artıq başlatdığını da elan etmiş oldu.

Mayın 22-də Brüsseldə baş tutacaq Azərbaycan və Ermənistan liderlərinin görüşünə ümidlər böyükdür. Paşinyan nəhayət konkret qərara gəlməlidir. Əks təqdirdə destruktiv mövqeyi davam edəcəyi təqdirdə Laçın dəhlizinin bağlanması və Azərbaycan-Ermənistan sərhəd xəttinin "çəkilməsi" hərbçilərimiz tərəfindən reallaşdırıla bilər. Saatlar sonra baş tutacaq Brüssel görüşü ya yeni savaşın anonsu olacaq, ya da Paşinyan sülh yolunda önəmli addım atacağı ilə bağlı məsuliyyəti tamamilə öz üzərinə götürmək iradəsini ortaya qoyacaq.

Təhməz Əsədov
Milli.Az

Oxunub: 583
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-04-2022, 15:23

Paşinyan Putinin qəbuluna gedir: Rusiyanın istədikləri, Azərbaycanın maraqları - TƏHLİL

Xəbərlər

31-03-2022, 18:51

Rusiyanın Qarabağ səhvi ona BAHA BAŞA GƏLDİ

Xəbərlər

14-01-2022, 02:31

SON DƏQİQƏ: Putindən Paşinyana SƏRT XƏBƏRDARLIQ

Xəbərlər

7-12-2021, 08:21

Brüssel görüşü ərəfəsində QƏRB Bakıdan NƏ İSTƏYİR?

Xəbərlər

4-12-2021, 10:16

Soçi görüşünün daha bir sirri: Putin Paşinyana 6 ay vaxt verib - SENSASSİON İDDİA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Son xəbərlər
  • Dünən, 20:24
    Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
  • Dünən, 19:00
    Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
  • Dünən, 17:02
    Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
  • Dünən, 15:41
    Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
  • Dünən, 14:33
    Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
  • Dünən, 13:16
    ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
  • Dünən, 12:50
    Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
  • Dünən, 11:09
    İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
  • Dünən, 10:28
    Şimali Koreya Putinə belə dəstək verir
  • Dünən, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • 13-08-2026, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • 13-08-2026, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • 13-08-2026, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • 13-08-2026, 18:55
    Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
  • 13-08-2026, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • 13-08-2026, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • 13-08-2026, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • 13-08-2026, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • 13-08-2026, 12:40
    Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
  • 13-08-2026, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
  • 13-08-2026, 10:47
    Ermənistan Azərbaycandan qaz almaq istəyir
  • 12-08-2026, 13:09
    İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
  • 12-08-2026, 12:37
    Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
  • 12-08-2026, 11:48
    Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
  • 12-08-2026, 10:51
    İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
  • 12-08-2026, 09:05
    Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
  • 11-08-2026, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • 11-08-2026, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • 11-08-2026, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • 11-08-2026, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə