• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Telefona üç gün baxmayanda görün nələr olur – İlginc araşdırma
Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
ABŞ bunu etsə, Rusiya iqtisadiyyatı tamamilə məhv olacaq
Bu ölkədə dövlət çevrilişinə cəhd oldu – Detallar
Həm dadlı, həm də möcüzəvi - Hər həftə yeməli olduğunuz 5 meyvə
Taliban qadağa qoydu, Hindistanda çaxnaşma yarandı – Deputatlar şokda
Dövlət hərəkətə keçdi: nazirliklərdə yoxlamalar başlayır – İstintaq…
B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliyə diqqət edin
Moskvaya yaxşı, Kiyevə pis xəbər – Vəziyyət dəyişir
Əfqanıstan-Pakistan sərhədində gərginlik: Ağır döyüşlər başlayıb
Gözləriniz sizə xəbərdarlıq edir - Bu əlamətlərə ciddi yanaşın
Putin niyə yalnız Azərbaycan haqda bunu dedi?
Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
Zəncəfilin Faydaları və Zərərləri Nələrdir?
Əl və dırnaqlarda görünən dəyişikliklər hansı xəstəlikdən xəbər verir?
Bakı ilk addımı atdı, Moskva birbaşa izlədi – Bütün Azərbaycan o xəbəri gözləyir
Bakı metrosunda yenilik: gedişhaqqı buna görə artıb? – AÇIQLAMA
Ağ turpun bilinməyən faydaları açıqlandı
Meksikada daşqınlarda 28 nəfər öldü
Nobel Sülh mükafatında sızma: araşdırma başladılacaq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycan üçün böyük fürsət: "Qələmi qırılan" Rusiya və Bakıdan mühüm gediş

Xəbərlər

20-05-2022, 17:30

Azərbaycan üçün böyük fürsət: "Qələmi qırılan" Rusiya və Bakıdan mühüm gediş


Dünya bazarında mövcud şəraitdə Azərbaycanın Avropa ilə Asiya arasında ən mühüm həlqələrdən biri kimi rolu güclənir və bu, xüsusi əhəmiyyətə malikdir. Bu gün Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Uzun müddətdir ki, enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünyada ən aktual müzakirə mövzusuna çevrilib. Hətta enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. İctimai-siyasi sabitliyin qorunub saxlanılması ölkəmiz üçün bu gün də imkanlar pəncərəsi kimi çıxış edir. Azərbaycan etibarlı tərəfdaş olaraq mövqeyini getdikcə gücləndirir. Balanslaşdırılmış uğurlu xarici siyasət ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli zəmin yaradır.

Müasir dünyamızda dövlətlər bir-birləri ilə artıq hərbi deyil, çox hallarda məhz iqtisadi üsul və vasitələrlə mübarizə aparırlar. Azərbaycanın iqtisadi cəhətdən geniş manevretmə imkanları ona gələcəkdə bəzi dövlətlərə öz şərtlərini diktə etmək üçün şərait yaradır. Prezident İlham Əliyevin müasir dünya düzəninin iqtisadi və siyasi “oyun qaydaları”na dərindən bələd olması ölkəmizin maraqlarının bütün səviyyələrdə etibarlı şəkildə qorunmasına təminat verir.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və digər bu kimi müxtəlif çərçivələrdə inkişaf etdirib. Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması onu Aİ üçün cəlbedici edən faktorlardır. Rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə həmişə xüsusi diqqət yetirib. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə müntəzəm dialoq aparır.

Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri istismara verildi. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.

Publika.az-a danışan Milli Məclisin üzvü Azər Badamovun sözlərinə görə, Azərbaycanın ixrac etdiyi neft və qaz nəinki region ölkələri, həm də Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində vacib mənbəyə çevrilib.

“Enerji təhlükəsizliyi ölkənin milli təhlükəsizliyi ilə eyniləşdirilir. Bu gün Rusiya-Ukrayna müharibəsinin baş verməsi və Avropa İttifaqı ilə Rusiya arasında ziddiyyətlərin dərinləşməsi alternativ mənbə olaraq Azərbaycanın əhəmiyyətini artırıb. Düzdür, Azərbaycanın Avropa İttifaqını tam şəkildə təmin edə biləcək nefti və qazı yoxdur. Amma bununla yanaşı, Avropa İttifaqının mövcud dövrdə həm də müəyyən ehtiyaclarının ödənilməsi üçün Azərbaycan neft və qazının rolu da çox böyükdür. 2020-ci ilin dekabrın sonunda Cənub Qaz Dəhlizi layihəsinin istifadəyə verilməsi və 1 yanvar 2021-ci ildən Azərbaycan qazının Avropaya ixracına başlanması indiki mövcud dövrdə daha çox ehtiyac olan mənbəyə çevrilib”, - A.Badamov qeyd edib.

Deputat bildirib ki, Azərbaycan nəinki neft və qazı ixrac edir, həm də elektrik enerjisinin ixracı üçün də müəyyən planları icra edir. Onun sözlərinə görə, bu gün artıq 470 meqavat gücündə külək və günəş enerji stansiyalarının tikintisi ilə əlaqədar xarici şirkətlərlə razılaşmalar imzalanıb və artıq tikintisinə başlanılıb: “Həm də Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalının 30 faizini alternativ enerjisi hesabına istehsal etməyi planlaşdırır. Amma işlərin gedişatı və mövcud potensial onu deməyimizə imkan verir ki, alternativ enerjinin istehsal payı gələcəkdə 40 faizdən də çox olacaq. Bununla yanaşı, Avropa bazarı Azərbaycan enerji daşıyıcılarının ixracı üçün böyük imkanlar yaradır. Biz Avropa İttifaqına həm də elektrik enerjisini ixrac edəcəyik”.

Azər Badamov vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması mərhələsindəyik və bu sazişin imzalanması Azərbaycanla Aİ arasındakı münasibətləri yeni müstəviyə çıxaracaq.

“Azərbaycan özünü etibarlı və sözün gücü olan tərəfdaş kimi təsdiq edib. Düşünürəm ki, gələcəkdə Avropa İttifaqına nəinki enerji daşıyıcılarını, həm də qeyri-neft məhsullarını da daha geniş şəkildə ixrac edə biləcəyik” - millət vəkili əlavə edib.

Uzun müddətdir ki, enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünyada ən aktual müzakirə mövzusuna çevrilib. Hətta enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. Elə buna görədir ki, son onilliklərdə iqtisadi və siyasi məzmunlu beynəlxalq konfransların gündəliyinin başlıca müzakirə predmetlərindən biri enerji təhlükəsizliyi ilə bağlı olur. Xüsusən Avropa dövlətləri öz enerji təhlükəsizliklərinin daha yüksək səviyyədə təmin olunmasına, bu məqsədlə alternativ mənbələrdən enerji dəhlizlərinin yaradılmasına ehtiyac duyurlar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 45 faizindən çoxu Avropa İttifaqının payına düşür. Bu ilin ilk rübündə Azərbaycan ixracatının 48.8 faizi İttifaqa üzv olan İtaliyaya göndərilib. İttifaqın Cənubi Qafqaz ilə ticarət dövriyyəsinin 2/3-si isə Azərbaycanın payına düşür.

Deputat qeyd edib ki, tərəflər arasında münasibətlərin daha da dərinləşməsi İttifaqla Azərbaycan arasında son illər müzakirə edilən və tamamlanmaqda olan Tərəfdaşlıq Sazişinin daha qısa müddətdə imzalanmasına səbəb ola bilər: “500 milyon istehlakçısı olan və dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələnməsi baxımından vacibdir. İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxil olmalarında risklərin minimumlaşdırılması aspektindən də aktualdır.

Azərbaycanın Avropanın, eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. 2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kubmetrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kubmetr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir”.

Vüqar Bayramov deyib ki, bu ilin ilk rübündə Azərbaycanda 11,8 milyard kubmetr təbii qaz hasil edilib: “Qazın 3,5 milyard kubmetri Azəri-Çıraq-Günəşli (AÇG) yatağından, 6,4 milyard kubmetri “Şahdəniz”dən, 1,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Həmin dövrdə xaricə qaz satışı 5,9 milyard kubmetr təşkil edib. Türkiyəyə 2,2 milyard kubmetr, Avropaya 2,6 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib. Türkiyəyə TANAP-la bu müddətdə 4 milyard kubmetrdən çox qaz nəql olunub. Bu o deməkdir ki, bu ilin birinci rübündə Azərbaycan mavi qaz hasilatı 12.0, ixracatı isə 15.3 faiz çoxalıb. Avropaya qaz ixracatı isə 2.4 dəfə artıb.

Bütövlükdə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu əməkdaşlıqdan hər iki tərəf faydalana biləcək”.

Son 10 il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb. Bu il Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin artımı gözlənilir. 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2020-ci illə müqayisədə 5,6 faiz artıb. 2022-ci ilin əvvəlindən qeyri-neft məhsullarının istehsalının artımı təxminən 40% təşkil edib ki, bu da vergi daxilolmalarının artmasına təsir edir. Vergi daxilolmalarında artım 250 milyon dollara bərabərdir.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.

Oxunub: 649
Paylaş:
Digər xəbərlər

Xəbərlər

5-03-2022, 00:18

SON DƏQİQƏ: Avropa İttifaqından Azərbaycanla bağlı həlledici MÜHÜM QƏRAR

Xəbərlər

22-02-2022, 21:09

Moskva Bəyannaməsinin mətni açıqlandı

Xəbərlər

14-12-2021, 15:31

İlham Əliyevin Brüssel səfəri: Paşinyanla iki görüş, Aİ və NATO ilə mühüm təmaslar

Xəbərlər

27-04-2019, 15:31

Prezident: Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb

Manşet / Gündəm / Xəbərlər

6-04-2018, 08:16

Əliyev Putinlə münasibətlərdən danışdı: Qapalı mövzumuz yoxdur

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Telefona üç gün baxmayanda görün nələr olur – İlginc araşdırma
Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
ABŞ bunu etsə, Rusiya iqtisadiyyatı tamamilə məhv olacaq
Bu ölkədə dövlət çevrilişinə cəhd oldu – Detallar
Həm dadlı, həm də möcüzəvi - Hər həftə yeməli olduğunuz 5 meyvə
Taliban qadağa qoydu, Hindistanda çaxnaşma yarandı – Deputatlar şokda
Son xəbərlər
  • Dünən, 22:24
    Telefona üç gün baxmayanda görün nələr olur – İlginc araşdırma
  • Dünən, 21:23
    Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
  • Dünən, 20:12
    ABŞ bunu etsə, Rusiya iqtisadiyyatı tamamilə məhv olacaq
  • Dünən, 19:34
    Bu ölkədə dövlət çevrilişinə cəhd oldu – Detallar
  • Dünən, 18:31
    Həm dadlı, həm də möcüzəvi - Hər həftə yeməli olduğunuz 5 meyvə
  • Dünən, 17:58
    Taliban qadağa qoydu, Hindistanda çaxnaşma yarandı – Deputatlar şokda
  • Dünən, 16:22
    Dövlət hərəkətə keçdi: nazirliklərdə yoxlamalar başlayır – İstintaq…
  • Dünən, 15:19
    B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliyə diqqət edin
  • Dünən, 14:50
    Moskvaya yaxşı, Kiyevə pis xəbər – Vəziyyət dəyişir
  • Dünən, 13:31
    Əfqanıstan-Pakistan sərhədində gərginlik: Ağır döyüşlər başlayıb
  • Dünən, 12:46
    Gözləriniz sizə xəbərdarlıq edir - Bu əlamətlərə ciddi yanaşın
  • Dünən, 11:28
    Putin niyə yalnız Azərbaycan haqda bunu dedi?
  • Dünən, 10:21
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • Dünən, 09:06
    Zəncəfilin Faydaları və Zərərləri Nələrdir?
  • 11-10-2025, 21:10
    Əl və dırnaqlarda görünən dəyişikliklər hansı xəstəlikdən xəbər verir?
  • 11-10-2025, 20:36
    Bakı ilk addımı atdı, Moskva birbaşa izlədi – Bütün Azərbaycan o xəbəri gözləyir
  • 11-10-2025, 19:05
    Bakı metrosunda yenilik: gedişhaqqı buna görə artıb? – AÇIQLAMA
  • 11-10-2025, 18:00
    Ağ turpun bilinməyən faydaları açıqlandı
  • 11-10-2025, 17:53
    Meksikada daşqınlarda 28 nəfər öldü
  • 11-10-2025, 16:25
    Nobel Sülh mükafatında sızma: araşdırma başladılacaq
  • 11-10-2025, 15:21
    Qırıq ürək sindromu: Emosional stressin ürəyə təsiri
  • 11-10-2025, 14:10
    Ankara Qəzzada bunları edəcək: Ordu da göndərir?
  • 11-10-2025, 13:22
    İsrail ordusu Livanın cənubunu vurdu
  • 11-10-2025, 12:24
    Kollagen nədir, əlavələr həqiqətən təsir edirmi?
  • 11-10-2025, 11:33
    Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı
  • 11-10-2025, 10:08
    Putindən SSRİ açıqlaması: Gələcəkdə bizi birləşdirəcək amilləri axtarmaq lazımdır
  • 11-10-2025, 09:20
    Miqren ağrılarını artıran 8 qida
  • 10-10-2025, 22:31
    İnsan həftədə 50 müxtəlif qida yeməlidir - SƏBƏB
  • 10-10-2025, 21:22
    Necə yatdığınıza diqqət edin: Onurğa əyriliyinə səbəb olur
  • 10-10-2025, 20:25
    İrəvandan Putin-Paşinyan mübahisəsinə rəsmi münasibət - Kim düz deyir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə