Rusiya Ukrayna münaqişəsində qalib gəlsə, NATO dağıla bilər. Bu, Moskvanın qitədə dominant hərbi və siyasi gücə çevrilməsinə gətirib çıxaracaq.
Publika.az xəbər verir ki, bu barədə "Daily Express" nəşri məlumat paylaşıb.
Qeyd olunur ki, eyni zamanda, Baltikyanı ölkələr NATO-nun 5-ci maddəsində nəzərdə tutulmuş zəmanətlərin etibarlılığına şübhə etməyə başlayacaqlar, baxmayaraq ki, alyans yalnız hər bir üzv onun mütləq gücünə inandığı zaman işləyir.
Bildirilir ki, ABŞ prezidenti Donald Trampın Avropaya yönəlik siyasəti "Köhnə Dünya"nın ABŞ-ı etibarlı müttəfiq hesab etməsinə mane olur.