• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Abu-Dabidə sülh olacaqmı? - Paşinyana qarşı 3 qüvvə birləşdi
Dərmanlara xərclərimiz kəskin artdı – Nə baş verir?
Körpü qəfil çökdü: ölənlər var
İran nüvə ehtiyatlarını harada gizlədib? - Fransa kəşfiyyatında məlumat var, amma...
ABŞ-ın 107 illik SENSASİON Zəngəzur planı: Bakıya verilən təklif Moskvanı qorxuya saldı
Ürək damarlarını açan TƏBİİ QARIŞIQ
Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir?
SEPAH İranda hərbi çevriliş edə bilər?
Ermənistanda hərbi hissədə qan su yerinə axdı – Yaralılar var
Saçlara gözəllik və sağlamlıq bəxş edən BİTKİ KÖKÜ
Valideynlə yaşayan gənc ailələr sosial yardım ala bilər?
Azərbaycanda bu şəxslərin pensiya yaşı ARTIRILDI
Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİ
Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA
Ağstafada dəhşət: Bir ailədə 5-ci faciəvi ölüm...
Arıqlamaq istəyən mütləq hər gün bu yeməyi yeməlidir
İran təkzib etdi: “Tramp yalan deyir!”
Putin düyməyə basdı: azərbaycanlılar təhlükədə – Bakıdan təcili addım gözlənilir
Eqzemanı ən tez müalicə edən nədir?
Müştərilərlə işləyən insanlar daha tez şəkər olur
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Məktəbi "bitirən", amma imtahanlardan 2 alan on minlərlə şagird: KİMDİR GÜNAHKAR?

Xəbərlər

19-04-2022, 19:24

Məktəbi "bitirən", amma imtahanlardan 2 alan on minlərlə şagird: KİMDİR GÜNAHKAR?


Orta məktəbi bitirən şagirdlərin buraxılış imtahanlarındakı göstəriciləri ildən-ilə daha da aşağı düşür. Builki buraxılış imtahanlarında 92673 nəfərdən təxminən 23650 nəfər 0-50 bal arası nəticə göstərib. Ötən illərə baxdıqda bu, çox aşağı nəticədir. Abituriyentlərin qəbul imtahanlarında bu qədər aşağı nəticə göstərməsi gələcək üçün narahat olmağa əsas yaradır.

Bəs, görəsən abituriyentlərin belə aşağı bal yığmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı Publika.az-a danışan sabiq təhsil naziri Firudin Cəlilov qeyd edib ki, tələbələrin aşağı bal yığmasının səbəbi orta məktəblərdə keçilən dərsin bərbad vəziyyətdə olmasıdır: “Sanki orta məktəb dərslikləri şagirdləri biliklə yox, tapmacalarla öyrətmək məqsədi daşıyır. Proqramlara baxanda insan az qalır dəli olsun. Əvvəl tələbələr ali məktəblərdə "Orxon" əlifbası haqqında bilik öyrənirdik. İndi isə birinci sinfin dərsliyində bu kimi məlumatlar yer alır. Günümüzdə 3-cü və 4-cü siniflərin dərs proqaramında 8-10-cu sinfin dərsləri yer alır. Bu cür proqaramlar hazırlamaq təbii ki, belə nəticələr yaratmalı idi. 1-ci sinif şagirdinə o qədər məlumat tədris edilir ki, tapşırıqların içində başını itirir. Belə yüklənən abituriyentlərin arasından yalnız 2-3 nəfər çıxa bilər və onların da xüsusi istedadları olmalıdır. Yəni tələbələrin buraxılış imtahanlarında aşağı nəticə göstərməsi pedaqoqların və dərslikləri hazırlayanların günahıdır”.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov söyləyib ki, abituriyentlərin buraxılış imtahanında bu qədər aşağı nəticə göstərməsi xeyli düşündürücüdür: “Biz imtahanda iştirak edən bütün tələbələrdən yüksək nəticə gözləyə bilmərik, amma bu qədər aşağı bal yığmaqlarını da gözləməli deyilik. Hər dörd nəfərdən biri belə nəticə əldə edirsə, burada ciddi problemlər var. Ümumiyyətlə, sonuncu imtahanla bağlı xeyli narahatedici məqamlar mövcuddur. İmtahan suallarının qiymətləndirilməsi ilə bağlı xeyli narazılıqlar var. İndi məlum olur ki, sualları hazırlayanlar heç də peşəkar insanlar deyil. Ümumilikdə mart ayında imtahanların keçirilməsi vətəndaşlarda sual yaranmasına səbəb olub. Doğrudur, açıqlama verildi ki, imtahanda düşən suallar mart ayına qədər keçilən mövzuları əhatə edəcək. Ancaq belə addımların atılması sonda tələbələrin aşağı nəticə əldə etmələrinə gətirib çıxardı. Bu istiqamətdə aidiyyəti qurumlar düşünüb, xüsusi tədbirlər görməlidirlər. Çünki bu nəticələrdən belə çıxır ki, imtahanda iştirak edənlərin iyirmi faizi elementar biliklərə sahibdir”.

Ekspert vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar dünya standartlarına yaxınlaşmalıdır: “Dünyada beynəlxalq imtahan prosedurları var, yəni adı çəkilən qurum bu istiqamətdə addımlar atmalıdır. Hər kəs istəyir ki, şagirdlərimiz savadlı olsun. Amma bu qədər aşağı nəticə onu göstərir ki, bizim məktəblərimizdə xeyli çatışmazlıq var. Bu məsələnin həlli üçün Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi bir araya gəlib həll yolu tapmalıdırlar. Əslində belə nəticələri hər il görürük, ancaq bu haqda araşdırılma heç aparılmır. Hansısa bir şəxs 11 il məktəbə gedir və sonda onun topladığı bal 0-50 arasındadır. Bu o deməkdir ki, həmin insan məktəbə boş-boşuna gedib. Ola bilər ki, bəziləri həyəcanlanaraq aşağı nəticə yığsın, ancaq təhsil müəsisələri şagirdlərin özünü ələ almağı öyrətməlidir. Əsas problemlərdən biri də imtahanı keçirən ilə təhsil verən qurumların tamamilə ayrı olmasıdır. Burdan belə nəticə çıxır ki, təhsil verən qurum öz nəticəsinə ölçmək qabiliyyətinə malik deyil. Qısaca imtahanlarda əldə olunan nəticələrə görə cəmiyyət içində narazılıqlar olması normaldır. Ancaq bu məsələlər üzərində ciddi araşdırmalar aparılıb, həll olunması yolunda addımlar atılmalıdır”.

Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadə qeyd edib ki, nəticələr ürəkaçan olmasa da gözlənilən idi: “İnsanlar arasında sovet dövründən qalma bir mif yaşanır ki, "bütün abituriyentlər yüksək də olmasa, orta ballarla məktəbi bitirməlidir", halbuki kifayət qədər zəif və savadsız məzunlar elə həmin dövrdə də var idi. Sadəcə bu bu boşluğu peşə məktəbləri və yetərli sayda fəaliyyət göstərən istehsal müəssisələri doldururdu”.

O, vurğulayıb ki, bazar iqtisadiyyatı keçid təhsil sisteminə də təsirsiz ötüşməyib: “Məktəblərin verdiyi bilik və bacarıqlar ali təhsil hüququnu qazanmaq üçün yetərli deyil. Əlavə dərslərə və repititorlara tələbat var. Məktəb müəllimlərinin çoxu paralel repititorluqla məşğul olduğu üçün və bu sahə daha çox gəlir gətirdiyindən məktəblərdə dərsin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Pandemiya müddətində keçirilən keyfiyyətsiz onlayn dərslərin də bugünki imtahan nəticələrində "rolu" az deyil . Orta və yüksək bal toplayanlar repititorlarla hazırlaşan abituriyentlərdir. Məktəb proqramı çətin, əlavə test bankları isə bahadır. Maddi vəziyyəti aşağı olan ailələr tədricən keyfiyyətli təhsildən uzaq düşür. Dövlət peşə məktəblərinin sayını artırmalı və məktəblərdə peşəyönümlü təhsilin təbliğatını artırmalıdır. Cəmiyyətə savadlı işsizlər toplusundan daha çox peşəkar işçilər lazımdır”.

Oxunub: 423
Paylaş:
Digər xəbərlər

Xəbərlər

4-02-2022, 16:19

Təhsil Nazirliyindən ETİRAF: "Müəllimlərimiz şagirdləri bullinqlərə məruz qoyurlar"

Xəbərlər

19-08-2021, 17:28

SON DƏQİQƏ! Təhsil Nazirliyi açıqlama yaydı

Xəbərlər

16-08-2021, 12:04

Təhsil Nazirliyi yeni tədris ili ilə bağlı MƏLUMAT YAYDI

Xəbərlər

8-09-2020, 21:06

Abituriyentlər bu il imtahanlarda daha yüksək nəticə göstəriblər

Xəbərlər

4-06-2019, 12:40

Bu il Bakı məktəblərini 49 833 şagird bitirəcək

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Abu-Dabidə sülh olacaqmı? - Paşinyana qarşı 3 qüvvə birləşdi
Dərmanlara xərclərimiz kəskin artdı – Nə baş verir?
Körpü qəfil çökdü: ölənlər var
İran nüvə ehtiyatlarını harada gizlədib? - Fransa kəşfiyyatında məlumat var, amma...
ABŞ-ın 107 illik SENSASİON Zəngəzur planı: Bakıya verilən təklif Moskvanı qorxuya saldı
Ürək damarlarını açan TƏBİİ QARIŞIQ
Son xəbərlər
  • Bu gün, 14:27
    Abu-Dabidə sülh olacaqmı? - Paşinyana qarşı 3 qüvvə birləşdi
  • Bu gün, 13:38
    Dərmanlara xərclərimiz kəskin artdı – Nə baş verir?
  • Bu gün, 12:10
    Körpü qəfil çökdü: ölənlər var
  • Bu gün, 11:12
    İran nüvə ehtiyatlarını harada gizlədib? - Fransa kəşfiyyatında məlumat var, amma...
  • Bu gün, 10:46
    ABŞ-ın 107 illik SENSASİON Zəngəzur planı: Bakıya verilən təklif Moskvanı qorxuya saldı
  • Bu gün, 09:04
    Ürək damarlarını açan TƏBİİ QARIŞIQ
  • Dünən, 22:22
    Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir?
  • Dünən, 20:27
    SEPAH İranda hərbi çevriliş edə bilər?
  • Dünən, 19:50
    Ermənistanda hərbi hissədə qan su yerinə axdı – Yaralılar var
  • Dünən, 18:20
    Saçlara gözəllik və sağlamlıq bəxş edən BİTKİ KÖKÜ
  • Dünən, 17:31
    Valideynlə yaşayan gənc ailələr sosial yardım ala bilər?
  • Dünən, 16:26
    Azərbaycanda bu şəxslərin pensiya yaşı ARTIRILDI
  • Dünən, 15:45
    Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİ
  • Dünən, 14:35
    Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA
  • Dünən, 13:12
    Ağstafada dəhşət: Bir ailədə 5-ci faciəvi ölüm...
  • Dünən, 12:40
    Arıqlamaq istəyən mütləq hər gün bu yeməyi yeməlidir
  • Dünən, 11:13
    İran təkzib etdi: “Tramp yalan deyir!”
  • Dünən, 10:30
    Putin düyməyə basdı: azərbaycanlılar təhlükədə – Bakıdan təcili addım gözlənilir
  • Dünən, 09:04
    Eqzemanı ən tez müalicə edən nədir?
  • 7-07-2025, 22:31
    Müştərilərlə işləyən insanlar daha tez şəkər olur
  • 7-07-2025, 21:08
    Yuxudan yorğun oyanırsızsa, ciddi sağlamlıq probleminiz ola bilər
  • 7-07-2025, 20:36
    Rusiyaya növbəti zərbə: planlar dəyişdi – Hədəfdə üç ölkə var
  • 7-07-2025, 19:26
    Azərbaycanda manatla verilmiş kreditlər bahalaşdı
  • 7-07-2025, 18:13
    Qanı təmizləyən və arıqlamağa kömək edən MEYVƏ
  • 7-07-2025, 17:13
    İsrailin İranla müharibədən sonrakı planı ortaya çıxdı: Bu iki ölkə ilə...
  • 7-07-2025, 16:06
    Putin niyə Bakıya məhz Kurenkovu göndərir?
  • 7-07-2025, 15:34
    Xərçəng hüceyrələrini 30 dəqiqəyə məhv edir
  • 7-07-2025, 14:23
    Ev sahibi olmaq istəyənlərin nəzərinə: İki yol var, amma…
  • 7-07-2025, 13:21
    Rusiya Ukraynanı vurdu: 3 ölü, 27 yaralı
  • 7-07-2025, 12:42
    Yay aylarında xəstəliklərin əsas səbəbləri nədir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə