Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, minaatan mərmisinin partlaması nəticəsində hərbçilər xəsarət alıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə hərbi hissələrdən birinin bölmələrdən birinin poliqonunda təlim zamanı baş verib.
Faktla bağlı araşdırma aparılır.