Ermənistanın “Hraparak” qəzetinin Rusiyanın İrəvandakı səfir Sergey Kopırkinin qeyri-qənaətbəxş iş fonunda Moskvaya geri çağırılmasına hazırlaşdığı barədə xəbəri dezinformasiyadır. Rusiya tərəfi təkzib gözləyir.
KAİM.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova deyib.
“Biz onlara sabahdan o biri günə qədər vaxt verəcəyik. Ola bilsin ki, onlar artıq bu gün çap üçün buraxılışı veriblər, amma sabah o biri gün təkzib dərc etməlidirlər, çünki saxta məlumat çap ediblər. Doğru deyil, bu dezinformasiyadır”, – XİN sözçüsü deyib.