• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz?
Əl və Ayaq Dərisi Niyə Quruyur? Onları Necə Nəmləndirmək Olar?
Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
Nahardan sonra yuxu gəlirsə, bunları edin
Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq
Altı bürcə müjdəli xəbər: Sevgi və karyerada yüksəliş
İraqın hava məkanı bu tarixə qədər bağlı qalacaq
Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul
Tezliklə hər şey bitəcək - Tramp
SEPAH dayanmır: Daha 3 ölkəyə zərbələr endirildi
Şirniyyatdan əvvəl sirkə içmək arıqladır? - Həkim danışdı
İcbari Tibbi Sığorta nazirliyə birləşdirildi
Sizi narahat edən düşüncələrdən qurtulmağın 6 yolu
Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?
Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
5 dövlət hücumu təsdiqlədi: Qurudan ölkəyə girəcəklər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanda toylar yenə QADAĞAN EDİLİR? - Deputat AÇIQLADI

Xəbərlər

14-07-2021, 21:05

Azərbaycanda toylar yenə QADAĞAN EDİLİR? - Deputat AÇIQLADI



Dünyada COVID-19-a yoluxma hallarının sayında ardıcıl dördüncü həftədir artım qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreisus bu barədə danışarkən deyib ki, bu artım ÜST-nin altı regionundan beşində qeydə alınıb. Qebreisus ölüm halları ilə bağlı bədbin rəqəmlər də açıqlayıb. Belə ki, buna qədər 10 həftə azalan ölüm sayı son həftədə artıma keçib.
Azərbaycanda isə hazırda epidemioloji vəziyyət stabil olsa da, yaxın aylar üçün proqnozlar heç də ürəkaçan deyil. Belə ki, Daxili İşlər Nazirliyi Bakıda şadlıq saraylarında keçirilən toy mərasimləri zamanı karantin qaydalarına əməl edilməsinin vəziyyəti və aparılan yoxlamalar zamanı bir sıra qayda pozuntularını aşkara çıxıb. Nazirliyin məlumatında məlumatda bildirilir ki, iyul ayının 1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçirilməsinə icazə verilsə də, aparılan yoxlamalar nəticəsində bəzi şadlıq saraylarında qeyd olunan qərardan irəli gələn tələblər pozulub. Toyların təşkili zamanı “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi, mərasimlərə qatılan bəzi şəxslərin vaksinasiya olunmalarını təsdiq edən müvafiq sənədin olmaması, eləcə də şənliklərin saat 24:00-dan sonra da davam etməsi müəyyən edilib. Belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Bakıda, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şadlıq saraylarında yoxlamalar aparıb. Son 3 gün ərzində paytaxtda yerləşən 300-ə yaxın şadlıq sarayında analoji yoxlamalar aparılıb. Nəticədə 12 şadlıq sarayında (“Gülüstan”, “Golden Baku”, “Billur”, “Kral”, “Aura”, “SS Hall”, «Ərzurum», «Neon Palace», «Kleopatra», «Sevən ürəklər», «Xan bağı», «Şuşa») xüsusi karantin rejimi qaydalarının pozulması halları müəyyən edildiyindən, hər bir fakt üzrə Cinayət Məcəlləsinin 139-1-ci maddəsilə cinayət işləri başlanılıb, təqsirkar şəxslər saxlanılıblar.
Dörd şadlıq sarayı və bir restoranda isə («Yeganə», «Amor», «İdeal», «Retro», «Səda») aşkar edilmiş qayda pozuntularına görə İXM-in 211-ci maddəsilə protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilib.
Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilib. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə iki şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib, 10 fakt üzrə istintaq araşdırması aparılır, vaksinasiya olunmasını təsdiq edən müvafiq sənədi olmayan 423 nəfər isə şadlıq saraylarına buraxılmayıb.
Göründüyü kimi, bu gedişlə payızda virusla bağlı vəziyyət acınacaqlı hal ala bilər. Bir müddət əvvəl “Toy olsun” deyərək hər kəs hökumətdən yeni qərar gözləyirdi. İcazə verildikdə isə toylarda, eləcə də restoranlarda pandemiya qaydalarına əməl edilmədiyinin şahidi oluruq. Dünyanın bəzi ölkələri artıq karantin qaydalarına qayıtmağa məcbur oldular, bəs görəsən, Azərbaycanda da bu tətbiq edilməlidirmi? Xəstəlik artarsa, toylar dayandırıla bilərmi?
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Mən özüm də toylarda oldum, görürəm ki, insanlar həqiqətən də əməl etmək fikrində deyillər. Arxayınlaşıblar. Elə bil ki, hər şey yoluna düşüb. Hətta insanlar görüşəndə elə qucaqlaşırlar ki, sanki pandemiyanın bitdiyi elan edilib. Çox rahatlıqla hamı prosesi tamamlamış kimi görür. Ona görə də bizim kimi cəmiyyətlərə açığı bir çox şeyləri qadağasız etmək mümkün deyil. Biz də çox təkidlə deyirdik, toylara icazə verilsin. Amma insanların öz öhdəsinə buraxanda əməl etmədiyini görürük. Veclərinə də deyil ki, sahibkarı zərbə altına qoyurlar”.
Deputat hesab edir ki, toylar bundan sonra daha sərt şəkildə qadağan edilməlidir: “Çünki insanları öz öhdəsinə buraxdıqda, qaydalara əməl etmirlər. Sanki hər şey bitib, heç pandemiya da olmayıb. Adamlar var ki, pandemiyada toy keçirib. İndi fikirləşirlər ki, yenidən toy edək, çünki gedib pul salmışıq. Anlamırlar ki, təbii fəlakətlə üz-üzədirlər. Bəziləri də toyları təkrar bir də keçirirlər, yəni olmuş toyu bir də edirlər. Bu, bizim cəmiyyətin müəyyən dərəcədə çətin, ağır günlərdən sonra düşüncə dəyişikliyinə sahib olmadığını göstərir. Ona görə də çox guman ki, bu qadağaların müəyyən forması bu müddət başa çatandan sonra, xüsusilə də avqustun ortalarından başlayaraq tətbiq etmək lazımdır ki, sentyabr ayına təhlükə riski böyüməsin”.
F.Mustafa “Delta” ştammı təhlükəsi ilə bağlı yenidən qaydaların tətbiq olunmasını vacib sayır: “Sərt karantin rejiminə qayıtmaqdan başqa alternativ yol yoxdur. Çünki toy məsələsi göstərdi ki, insanların başqa bir fikri yoxdur. İnsanlar fikirləşir ki, necə edək ki, köhnə qaydalara qayıdaq. Buna da əməl etmirlər. Ona görə nəticə xoşagəlməz olacaq”.
Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Təbii ki, yoluxma sayı çoxalarsa, karantin qaydaları da sərtləşdiriləcək. Amma nə etsən də, yoluxma sayına təsri etməyəcək. Elə xəstələrimiz var idi ki, evdən çölə çıxmırdılar. Amma yoluxmuşdular. Bunun qarşısını almaq mümkün deyil. Əgər yeni ştamm olacaqsa, yayılmasının qarşısını almaq mümkün deyil. Əvvəldən də hər hansı proqnozlar vermək mümkün deyil. Yalnız toylarda deyil, yoluxma olanda digər yerlərdən də yayılır. Yalnız toylarda artacaq demək də doğru deyil. Ona görə də sərt karantin rejiminin tətbiqinin tərəfdarı deyiləm. Əksinə qapanmalar insanların psikasını pozur. Fobiya yaranır, bir qisim insanda qorxudan da xəstəliklər yarana bilər. Yaxın ölkələrdə ”Delta" ştammı varsa, bizə də gəlib çıxması mümkündür. Bundan əvvəlki dalğada da birinci İranda yayılmışdı, ondan sonra bizə də, Gürcüstana da yayılmışdı. Hazırda uçuşlar da bərpa olub, təbii ki burada da yayılması labüddür. Bəlkə də artıq var...".
Bu arada Ümumdünya Səhiyyə Təşkilatının baş elmi əməkdaşı doktor Soumya Svaminathan bildirib ki, hazırda hazırlıq mərhələsində olan 105 peyvənd var. Onun sözlərinə görə, bunların bir çoxu artıq klinik sınaqlarının üçüncü mərhələsindədir.
Ekspertin qənaətincə, təkmilləşdirmə baxımdan yeni peyvəndlərin hazırlanması və sınaqdan keçirilməsi vacibdir: “Yeni dərmanlar hazırlamağa çalışan hər kəsi buna təşviq etməliyik”.

Oxunub: 718
Paylaş:
Digər xəbərlər

Xəbərlər

23-04-2021, 01:20

DİQQƏT: Karantin rejimi ilə bağlı BƏD XƏBƏR

Xəbərlər

17-02-2021, 18:41

ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR

Səhiyyə

3-02-2021, 22:19

ÜST-dən xəbərdarlıq: Yoluxmanın azalmasına baxmayaraq ölüm sayı yüksəlir

Səhiyyə

18-11-2020, 20:27

ÜST son bir həftə ərzində koronavirusa yoluxmada rekord artım qeydə alıb

Səhiyyə

2-11-2020, 22:19

ÜST-ün baş direktoru da karantinə gedir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz?
Əl və Ayaq Dərisi Niyə Quruyur? Onları Necə Nəmləndirmək Olar?
Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
Nahardan sonra yuxu gəlirsə, bunları edin
Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq
Son xəbərlər
  • Bu gün, 22:18
    Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz?
  • Bu gün, 21:53
    Əl və Ayaq Dərisi Niyə Quruyur? Onları Necə Nəmləndirmək Olar?
  • Bu gün, 20:50
    Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
  • Bu gün, 19:05
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • Bu gün, 18:12
    Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
  • Bu gün, 17:26
    Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq
  • Bu gün, 16:39
    Altı bürcə müjdəli xəbər: Sevgi və karyerada yüksəliş
  • Bu gün, 15:18
    İraqın hava məkanı bu tarixə qədər bağlı qalacaq
  • Bu gün, 14:03
    Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul
  • Bu gün, 13:19
    Tezliklə hər şey bitəcək - Tramp
  • Bu gün, 11:19
    SEPAH dayanmır: Daha 3 ölkəyə zərbələr endirildi
  • Bu gün, 10:24
    Şirniyyatdan əvvəl sirkə içmək arıqladır? - Həkim danışdı
  • Bu gün, 08:22
    İcbari Tibbi Sığorta nazirliyə birləşdirildi
  • Dünən, 22:27
    Sizi narahat edən düşüncələrdən qurtulmağın 6 yolu
  • Dünən, 21:09
    Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?
  • Dünən, 18:37
    Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
  • Dünən, 17:33
    İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
  • Dünən, 16:49
    Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
  • Dünən, 15:46
    Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
  • Dünən, 14:04
    5 dövlət hücumu təsdiqlədi: Qurudan ölkəyə girəcəklər
  • Dünən, 13:46
    Müctəba Xamenei iclas keçirdi: bu addımı diqqət çəkdi
  • Dünən, 12:31
    Uşaqlarda burun axıntısı nə zaman təhlükəlidir?
  • Dünən, 11:51
    İrana qoşun göndərməyəcəyik - Tusk
  • Dünən, 10:57
    Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...
  • Dünən, 09:15
    Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər
  • 17-03-2026, 22:24
    Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq
  • 17-03-2026, 21:21
    Donor ürəyi köçürülən insan nə qədər yaşayır?
  • 17-03-2026, 20:48
    Tramp NATO müttəfiqlərinə və Asiyadakı tərəfdaşlarına MESAJ GÖNDƏRDİ
  • 17-03-2026, 19:20
    Müctəba Rusiyadadır? - Səfir açıqladı
  • 17-03-2026, 18:18
    Novruzun ən faydalı neməti - Səməni halvasının bədənə təsiri
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə