• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bütün xərçəng hallarının 95%-nin səbəbi budur
İnsan neçə dəqiqəyə yuxuya getməlidir?
NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
ABŞ və Qətər İranı müzakirə etdi – Nə baş verir?
"Tərləyən baş" - hansı vitaminlər çatışmır?
Leyendən Əliyevə: Siz öz liderliyinizi nümayiş etdirdiniz!
Dollar qarşısında ən çox ucuzlaşan valyutalar... - Siyahı
Südə limon sıxıb bir gecə saxlayın: Təsiri inanlmazdır
Ermənistanda seçki etirazları başladı: Məhkəmə bu tarixdə qərar verəcək
Netanyahu onlara "əsir" düşüb, ölkəni idarə edə bilmir - İsraildə nə baş verir?
Dərini gözəlləşdirən maya maskaları - RESEPTLƏR
Qadınların pensiya yaşı artırıldı
Ukrayna dayanmadan vurur – Putin buna məcburdur
Bu 2 məşhur meyvə xərçəngin böyüməsinə maneədir
Stresdən necə çıxmaq olar?
Hər gün bu tərəvəzi yeyən insanda xərçəng olmur!
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
Böyrəklərin pis işləməsinə işarə edən 7 ƏLAMƏT
İsrail hədəfləri seçdi, ordu əmr gözləyir – İran üçün geri sayım başladı
Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – fəlakət ssenarisi təkrarlana bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İrəvan Bakı ilə razılaşsın - Ermənistandan ŞOK ÇAĞIRIŞ / SƏBƏB

Xəbərlər

25-05-2021, 13:12

İrəvan Bakı ilə razılaşsın - Ermənistandan ŞOK ÇAĞIRIŞ / SƏBƏB

Ermənistanın Azərbaycana qarşı yeni bir müharibəyə başlamaq cəhdi onun bir dövlət olaraq məhvi ilə nəticələnə bilər. Artıq Ermənistanda müəyyən qüvvələr anlayırlar ki, 10 Noyabr üçtərəfli bəyanatının icrası onların xilası üçün yeganə seçimdir.

Köçəryan "Ermənistanda qeyri-sabit vəziyyət pik nöqtədə qalmaqda davam edir. Dövlətçiliyi itirmək təhlükəsi böyükdür. Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun, öz yerində qalmaq üçün çabalamağa davam edir. Müharibənin bitməsindən 6 ay keçsə də, ölkədə problemlər və risklər azalmır" deməklə, bütün bu vəziyyətə görə Nikol Paşinyanı hədəf göstərərək seçkiyə 3 həftə qalmış Nikolun əlini zəiflətməyə çalışdığı heç kimə sirr deyil. Amma bir də reallıq var...

Köçəryanın "Ən çox qorxduğumuz şeylər baş verir. Xarici investorlar ölkədəki gərgin vəziyyətə görə Ermənistan iqtisadiyyatına sərmayə yatırmaqdan imtina edirlər. Bu azmış kimi Ermənistandan investorlar qaçır. Hamı başa düşür ki, Ermənistan tənəzzülün bir addımlığındadır. Rəsmi məlumata görə, cari ilin üç ayı ərzində xarici rezidentlər Ermənistanın bank sistemindən 125,5 mlrd. dram çıxarıblar. Söhbət 241 milyon dollardan gedir" açıqlaması isə erməni seçicilərini aldatmaq üçün söz toplusundan başqa bir şey deyil. Çünki məhz Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisə rəsmi İrəvanın Rusiyaya olan borcunu ödəmək məqsədi ilə Moskvaya verildi ki, bu da ölkənin Rusiyadan asıllığını daha da gücləndirdi.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkəsinin iLur.am saytına müsahibəsində etdiyi açıqlamalar ilə bir çox qaranlıq məsələlərə aydınlıq gətirməklə yanaşı Köçəryana qarşı sərt ittihamları ilə də yadda qalıb. L.Ter-Petrosyanın sözlərinə görə, 1997-ci ildən başlayaraq, Erməni Ümummilli Hərəkatını (ona ilk prezident özü rəhbərlik edib-red.) çıxmaq şərti ilə Ermənistandakı bütün siyasi qüvvələr davamlı olaraq İrəvan üçün Qarabağ probleminin həllində əlverişli olan bütün təşəbbüsləri və cəhdləri rədd ediblər, məhz Ermənistanın fəlakəti də bundan qaynaqlanır.

Ermənistanın birinci prezidentinin bu açıqlamaları birbaşa olaraq 1997-ci ilin martında Ermənistan Respublikasının baş naziri təyin edilmiş, 1998-ci ildə Levon Ter-Petrosyan məcburən istefaya göndərildikdən sonra 9 aprel 1998-ci ildən 9 aprel 2008-ci ilədək bu vəzifəni tutmuş Robert Köçəryana ünvanlanıb. "Qarabağda 44 günlük müharibənin məğlubiyyətə görə məsuliyyəti yalnız Nikol Paşinyan daşımır. Ermənistanı fəlakətə gətirib çıxaranlar indi yalnız N.Paşinyanı ittiham edirlər" deyən Petrosyan artıq Ermənistanda böyük əksəriyyətin də düşündüyü kimi 44 günlük II Qarabağ müharibəsindəki ağır məğlubiyyətin əsasının hələ Köçəryan-Sarkisyan cütlüyünü vaxtında qoyulduğuna diqqət çəkib. Ter-Petrosyanın son açıqlaması Köçəryanın əsas rəqibi, hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın əlini seçki öncəsi daha da gücləndirə bilər.

Hər kəsə bəllidir ki, Ermənistanın Azərbaycana qarşı yeni bir müharibəyə başlamağa nə iradəsi var, nə hərbi-iqtisadi gücü var, nə də psixoloji vəziyyət o həddə deyil ki, yenidən toparlanıb müharibəyə başlasınlar. Bunu çox yaxşı anlayan, situasiyanı düzgün qiymətləndirən Petrosyan, Köçəryan-Sarkisyan cütlüyü ilə yanaşı buna görə erməni diasporunu da ittiham edərək məğlubiyyətdən hələ də heç bir nəticə çıxarmamaqda qınayıb. "Onların işi xarici dünyadan mənasız, boş gözləntilərdən, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirməkdən ibarətdir" deyən keçmiş prezident seçkiqabağı kampaniya dövründə bu tendensiyanın daha da güclənəcəyini, nəticədə isə erməni xalqının yeni itkilər və daha çətin vəziyyətlə üz-üzə qalacağı xəbərdarlığını edib.

Petrosyan "Ermənistan Qarabağ müharibəsindən sonra yenə xarici dövlətlərə xoş görünmək üçün Türkiyə və Azərbaycana qarşı təhdid diliylə danışır. Bu erməni xalqının yenidən məğlubiyyətlə üzləşməsinə gətirib çıxarır" sözləri ilə rəsmi İrəvanın bir çox güclərin əlində Bakıya, Ankaraya qarşı sadəcə təzyiq vasitəsi olduğunu diqqətə çatdıraraq, hərbi-siyasi rəhbərliklərinə yanlış yolda olduqlarını başa salmağa çalışıb. Hadisələrin bu cür cərəyanından narahtlığını dilə gətirən Ermənistanın ilk prezidenti, vəziyyətin belə davam edəcəyi təqdirdə Ermənistanın dövlət olaraq gələcəyinin təhlükə altına düşəcəyinə diqqət çəkib. O, bu açıqlaması ilə ölkənin inkişafına mane olmamaq, iqtisadi və hərbi tənəzzüldən xilas etmək üçün dolayısıyla Ermənistan hərbi-siyasi rəhbərliyini Bakı və Ankara ilə düşmənçiliyi dayandırmağı, ərazi və soyqrımı iddialarından əl çəkməyə dəvət etdi.

Prezident İlham Əliyev isə mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələri zamanı Ermənistanın ağır durumdan xilasının mümkün olduğunu və əslində çıxış yolunu bir daha göstərdi: "Əgər sülh sazişinə nail olunarsa, onda əlbəttə ki, üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür. Beləliklə, biz buna hazırıq. Biz Ermənistan tərəfindən müsbət cavab gözləyəcəyik". Görünən odur ki, Ermənistan siyasi rəhbərliyi və bəzi revanşist qüvvələr istər 30 illik işğal dövründə, istərsə də 44 günlük müharibə nəticəsində məruz qaldıqları ağır məğlubiyyətdən sonra hələ də anlamırlar ki, Azərbaycanla düşmənçilik onları regionda və bölgədə bütün irimiqyaslı qitisadi layihələrdən kənarda qoyaraq ölkəni blokadada saxlayan əsas məqam idi. İndi Ermənistanın bu tənəzzüldən xilasının yeganə çıxış yolu məhz II Qarabağ müharibəsinin şərtləndirdiyi üçtərəfli bəyanatın bəndlərini icra etməkdən keçir ki, nəqliyyat dəhlizlərinin və kommunikasiya xəttlərinin açılması ilə rəsmi İrəvanın ağır tənəzzül günləri geridə qala bilər.

Təhməz Əsədov
Milli.Az

Oxunub: 3 693
Paylaş:
Digər xəbərlər

Xəbərlər

8-01-2021, 14:00

Mehridə və ya hər hansı Ermənistan ərazisində dəhliz yaradıla bilməz - Paşinyan

Xəbərlər

5-12-2020, 15:44

Türkiyəni müharibəyə qoşmaq cəhdimiz alınmadı - Köçəryan

Xəbərlər

15-11-2020, 01:57

"Azərbaycana daha çox ərazi qaytarılmalıdır" - Ermənistandan AÇIQLAMA

Xəbərlər

21-09-2019, 06:58

"Ermənistan çox pis vəziyyətdədir... " — Deputat

Xəbərlər

23-05-2019, 12:13

"Paşinyan Azərbaycana meydan verir. Hücum edin..." - Ermənistandan SENSASİON AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bütün xərçəng hallarının 95%-nin səbəbi budur
İnsan neçə dəqiqəyə yuxuya getməlidir?
NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
ABŞ və Qətər İranı müzakirə etdi – Nə baş verir?
"Tərləyən baş" - hansı vitaminlər çatışmır?
Leyendən Əliyevə: Siz öz liderliyinizi nümayiş etdirdiniz!
Son xəbərlər
  • Dünən, 22:04
    Bütün xərçəng hallarının 95%-nin səbəbi budur
  • Dünən, 21:08
    İnsan neçə dəqiqəyə yuxuya getməlidir?
  • Dünən, 20:51
    NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
  • Dünən, 19:25
    ABŞ və Qətər İranı müzakirə etdi – Nə baş verir?
  • Dünən, 18:15
    "Tərləyən baş" - hansı vitaminlər çatışmır?
  • Dünən, 17:56
    Leyendən Əliyevə: Siz öz liderliyinizi nümayiş etdirdiniz!
  • Dünən, 16:32
    Dollar qarşısında ən çox ucuzlaşan valyutalar... - Siyahı
  • Dünən, 15:18
    Südə limon sıxıb bir gecə saxlayın: Təsiri inanlmazdır
  • Dünən, 14:46
    Ermənistanda seçki etirazları başladı: Məhkəmə bu tarixdə qərar verəcək
  • Dünən, 13:00
    Netanyahu onlara "əsir" düşüb, ölkəni idarə edə bilmir - İsraildə nə baş verir?
  • Dünən, 12:56
    Dərini gözəlləşdirən maya maskaları - RESEPTLƏR
  • Dünən, 11:28
    Qadınların pensiya yaşı artırıldı
  • Dünən, 10:07
    Ukrayna dayanmadan vurur – Putin buna məcburdur
  • Dünən, 09:07
    Bu 2 məşhur meyvə xərçəngin böyüməsinə maneədir
  • 30-06-2026, 22:43
    Stresdən necə çıxmaq olar?
  • 30-06-2026, 21:18
    Hər gün bu tərəvəzi yeyən insanda xərçəng olmur!
  • 30-06-2026, 19:58
    Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
  • 30-06-2026, 18:23
    Böyrəklərin pis işləməsinə işarə edən 7 ƏLAMƏT
  • 30-06-2026, 17:26
    İsrail hədəfləri seçdi, ordu əmr gözləyir – İran üçün geri sayım başladı
  • 30-06-2026, 16:35
    Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – fəlakət ssenarisi təkrarlana bilər
  • 30-06-2026, 15:07
    Formada qalmaq istəyənlər hər gün bunu yeməlidir. Diyetoloqdan tövsiyə
  • 30-06-2026, 14:29
    Putin Ermənistanla bağlı əmr verdi - “Dekabradək həll edin”
  • 30-06-2026, 13:58
    SEPAH-dan Trampa dünyanı heyrətə gətirən CAVAB: İranla bağlı tarix verildi
  • 30-06-2026, 12:16
    Çatlamış dabanları müalicə edəcək 14 təbii üsul
  • 30-06-2026, 11:54
    Dünya yeni böhranın astanasında: İran hər şeyi riskə atdı - Müharibə başlayır?
  • 30-06-2026, 10:22
    Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
  • 30-06-2026, 09:02
    Gün boyu zehni aydınlıq üçün ideal səhər yeməyi
  • 29-06-2026, 22:40
    Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
  • 29-06-2026, 21:30
    KÜNCÜT ürəyi və sümükləri necə qoruyur? - ARAŞDIRMA
  • 29-06-2026, 20:31
    Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə