• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
İnsan beyninin tutumu neçə giqabaytdır?
Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ermənilərin ŞOK FƏALİYYƏTİ: Lavrov İrəvanı DARMADAĞIN ETDİ - VİDEO

Xəbərlər

19-05-2021, 19:31

Ermənilərin ŞOK FƏALİYYƏTİ: Lavrov İrəvanı DARMADAĞIN ETDİ - VİDEO


Zəngəzurda sərhəd delimitasiyası və demarkasiyası prosesini aktiv şəkildə gündəmdə saxlayan erməni mediası daha bir məlumat paylaşıb.

Axar.az xəbər verir ki, erməni KİV Gegamasar icmasının sədri Akop Avetyana istinadla Azərbaycan Ordusunun Kut kəndi istiqamətində daha 200-300 metr irəlilədiyini iddia edib.

“Onlar (Azərbaycan Ordusu) heç yana çəkilməyiblər. Əksinə, bir az da irəliləyiblər. Bu o demək deyil ki, onlar haranısa zəbt ediblər, sadəcə, mövqe tutublar”, - Avetyan bildirib.

Bu məlumatın yalan olduğuna kifayət qədər əsas var. Çünki Azərbaycan Ordusu qüvvələri geri çəkib, ancaq mövqelərdə qalır və hər hansı dəyişikliyin olmadığı açıqlanıb. Bu cür məlumatlar isə sadəcə hazırkı danışıqlarda qıcıqlandırma məqsədi daşıyır.

Ümumiyyətlə, Ermənistan siyasətçilərinin bugünkü fəaliyyətinə baxanda görmək olar ki, onlar məsələni hansı istiqamətə çəkməkdə maraqlıdırlar.

Məsələn:

Hadisəni “krizis” adlandıran Ermənistan TŞ katibi Armen Qriqoryan KTMT Baş katibi Stanislav Zasa zəng edib və Azərbaycan tərəfinin arqumentlərinin “əsası olmadığı” haqda ənənəvi erməni yalanını deyib.

Qriqoryan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə də danışıb və ondan yardım istəyib.

Ermənistan XİN rəhbərinin müavini Artak Apitonyan ölkədəki səfirlərlə görüşüb və Azərbaycanın Ermənistanın guya sərhədlərinə müdaxilə etdiyi yalanını onları sırıyıb.

Ermənistan Müdafiə Nazirliyi də boş dayanmayıb. Ölkədəki səfirliklərin hərbi attaşeləri ilə nazirlikdə görüş keçirilib və onları inandırmağa çalışıblar ki, Qaragöldəki bəhs edilən ərazi Ermənistana aiddir.

Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanın Fransa XİN başçısı Jan İv Lö Drianla danışığı da baş tutub. Bunun ardınca Fransa XİN Bakı və İrəvana “Azərbaycan Ordusunun geri çəkilməsi barədə” razılığa gəlmək üçün çağırış edib.

Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan KTMT Baş katibi Stanislav Zas, Rusiya müdafiə naziri Sergey Şoyqu, Rusiya FTB-nin Sərhəd Xidmətinin rəhbəri general-polkovnik İqor Konstantinovla “sərhədlə bağlı” müzakirələr aparıb.

Ermənistanın baş nazir vəzifəsinin icraçısı Nikol Paşinyan isə Belarus lideri Aleksandr Lukaşenko və Qırğızıstan Prezidenti Sadır Japarova zəng edib, sabah keçiriləcək KTMT XİN başçılarının toplantısında sözügedən məsələnin müzakirə olunacağını bildirərək, “vəziyyətlə bağlı” öz maraqlarına uyğun məlumat verib.

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə danışıb və dəstək istəyib və s.

Bütün bu sadaladıqlarımız Ermənistan hökumətinin bugünkü "şikayətlər"inin yalnız bir hissəsidir. Bura Ermənistanın xarici ölkələrdəki səfirlərinin və diasporunun fəaliyyətini də əlavə etsək, Ermənistanın bütün siyasi-diplomatik bacarığını bu olay üzərində qurulan şouya həsr etdiyini görmək mümkündür.

Halbuki bu qədər canfəşanlığa heç bir ehtiyac olmadığı, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sakit müzakirə getdiyi və Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun da iştirakı ilə aparılan müzakirələrdə müəyyən qərarların artıq qəbul edildiyi, danışıqların 19 mayda davam etdiriləcəyi elan edilib.

Hətta Rusiya XİN başçısı Sergey Lavrovun özü belə bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın apardığı bu şounu darmadağın edən bir bəyanat verib.

S.Lavrov Syerra-Leonenin XİN rəhbəri Devid Con Frensis ilə bu gün keçirdiyi mətbuat konfransında erməni mediasının bu yöndən sualına cavab olaraq deyib:

“Bircə güllə də orda atılmayıb, bircə toqquşma da baş verməyib. Oturublar və sakitcə bu situasiyanı necə həll etməklə bağlı danışıqlar aparıblar. Bizdən də danışıqlarda iştirak üçün xahiş ediblər, bizim hərbçilər də iştirak edib və razılıq əldə olunub. Mən burda hisslərlə oynamaq və insanları qıcıqlandırmaq üçün heç bir səbəb görmürəm, məsələni sakitcə həll edirik”.

Lavrov bildirib ki, insident baş verəndən dərhal sonra Azərbaycan tərəfi bəyanat verərək, anlaşılmazlıq olduğunu elan edib, ən əsası isə Ordusunu delimitasiya və demarkasiyası gözlənilən ərazidən çəkib, danışıqlara hazır olub:

“Sərhəddəki hazırkı işlərlə (demarkasiya və delimitasiya – red.) heç vaxt heç kim məşğul olmayıb və biz tərəflərə təklif etdik ki, onlar bu işlərə başlasınlar, biz isə onlara kartoqrafik materialları təqdim etmək (SSRİ zamanında olan – red.) və məsləhət xidməti ilə bu işdə dəstək olmağa hazırıq”.

Lavrovun bu açıqlaması Ermənistan hökumətinin şousunu dayandırmalıydı. Ancaq hətta bu açıqlamadan sonra da Ermənistan rəhbərliyi həyasızlıqdan əl çəkmir...

Oxunub: 1 084
Paylaş:
Digər xəbərlər

Xəbərlər

14-05-2021, 16:50

Ermənistan ordusunun keçmiş zabiti azərbaycanlılara "xəbərdarlıq" ETDİ

Xəbərlər

27-04-2021, 19:36

SON DƏQİQƏ: Ermənilər geri çəkildi, ordumuz bu ƏRAZİNİ ƏLƏ KEÇİRDİ

Xəbərlər

8-12-2020, 01:15

"Azərbaycan Ordusu Qarabağda hərbi ƏMƏLİYYATA BAŞLASIN..." - Rusiyadan SENSASİYA

Xəbərlər

21-08-2019, 06:45

Azərbaycan ordusu Ermənistana gedən qaz kəmərini belə nəzarətə götürdü — FOTO

Xəbərlər

9-01-2019, 20:12

TƏCİLİ! “Ermənistan ordusu geri çəkilir” – Cəbhə xəttində NƏ BAŞ VERİR?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
Son xəbərlər
  • Bu gün, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Bu gün, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Bu gün, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Bu gün, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Bu gün, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Bu gün, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Bu gün, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Bu gün, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Bu gün, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Bu gün, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Bu gün, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Bu gün, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Bu gün, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • Dünən, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • Dünən, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • Dünən, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • Dünən, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • Dünən, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • Dünən, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • Dünən, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • Dünən, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • Dünən, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • Dünən, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • Dünən, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • Dünən, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • Dünən, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
  • 27-07-2026, 20:41
    Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə