Rusiya mövqelərini təkcə döyüş meydanında itirmir. Onlar müxtəlif ölkələrə, Moldova da daxil olmaqla, Azərbaycan və Ermənistan kimi ölkələrə təsirlərini itirirlər.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Quardian” qəzetinə müsahibəsində deyib.
“Bundan başqa, Rusiya Avropa ölkələri, hətta ABŞ tərəfindən təcrid olundu. Həqiqətən də, Rusiya tək qaldı”, – Zelenski bildirib.
Onun sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir və Ermənistanda keçirilən parlament seçkiləri Ermənistanın müstəqilliyi üçün böyük uğur oldu:
“Əlbəttə ki, onlar Ukraynanı itirmək istəmir, çünki müstəqil və azad Ukrayna Rusiya üçün ən böyük və siyasi cəhətdən ən təhlükəli ölkədir”.