İran Hörmüzdən Bab-əl-Məndəb boğazınadək və Fars körfəzindən Qırmızı dənizədək yeni "təhlükəsizlik kəməri" yaratmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Qüds" qüvvələrinin komandanı İsmayıl Qaani bildirib.
Qaani İranın müttəfiqlərini nəzərdə tutaraq sərhədlərin müdafiəsində Birləşmiş Müqavimət Cəbhəsinin bütün üzvlərinin iştirak edəcəyini bəyan edib.
"Qəhrəman Yəmən xalqının vaxtında və qətiyyətli addımları müqavimət cəbhəsinin zəkasını nümayiş etdirir. Zərurət yaranarsa, digərləri də gələcək", - o qeyd edib.