• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq?
Bakı və İrəvan arasında sülh nə vaxt imzalanacaq? – Fidan tarix verdi
Dişlərini yumayanlarda qaraciyər xərçəngi yarana bilər
Onlar pensiya ala bilməyəcək - RƏSMİ
Səhər baş və boyun ağrısı ilə oyanmağınızın səbəbi bu ola bilər
Bakının qərarı Moskvanı təşvişə saldı: İrəvan da razıdır – Putinə ikitərəfli zərbə
Şagirdlər tədris vaxtı telefondan istifadə edə bilər? - Rəsmi
Yuxu həbləri yaddaşa ciddi ziyan vurur - Elmi tədqiqat
Əhaliyə xəbərdarlıq: bu dəfə 6 gün olacaq
Türkiyə Təl-Əvivə hərbi müdaxiləyə hazırlaşır? – İsrailli ekspertdən EKSKLÜZİV
Qanınızdakı kofein bədən çəkisi və diabet riskinə təsir edə bilər - ARAŞDIRMA
Türkiyədən hücum xəbərdarlığı: Bu ölkəyə zərbələr endiriləcək – SİYAHI YAYILDI
Sensasiya: Rusiya PUA-ları birbaşa NATO bazasına uçurmuş...
Gündüz yuxusu zamanı 4 səhv
Rusiya Avropaya hücum edə bilər - Putin ilk anonsu verdi
İrəvan 50 illik xəritəni açdı, Bakı yanaşmanı dəyişdi – Sərhəddə kritik gəlişmə
Beyin buna görə yaşlanırmış - Alimlər ilk dəfə səbəbini tapdı
Marsda həyat olması ilə bağlı sübutlar tapıldı
Əncir qabığının dəriyə faydası sizi təəccübləndirəcək
Ölən şəxsin kredit borcunu ailəsi ödəməlidir? – Qanunda açıq yazılıb…
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dezinfeksiya necə aparılmalıdır, nələr orqanizmə ziyan vura bilər?

Xəbərlər

12-01-2021, 12:31

Dezinfeksiya necə aparılmalıdır, nələr orqanizmə ziyan vura bilər?


Dezinfeksiya edilən qapalı məkanda dezinfeksiyanı aparanlardan savayı digər şəxslərin olmasına yol verilmir. Məqsəd, qapalı məkanlarda aparılan dezinfeksiya zamanı dezinfeksiyaedici vasitələrin tərkibində olan aktiv maddələrin zərərli təsirindən insanların sağlamlığının mühafizəsinin təmin olunmasıdır.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Vaqif Abdullayev dezinfeksiya tədbirləri barədə müsahibəsində deyib. Baş direktor müavini dezinfeksiya tədbirlərinin təşkili, təhlükəsizlik qaydaları barədə bir çox məqamlara aydınlıq gətirib. Müsahibəni təqdim edirik:

-Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya işləri harada və necə aparılır? Bəzi şirkətlər ofislərini dezinfeksiya etdirmək istəyirlər. Bunun üçün haraya necə müraciət edə bilərlər?

-Mərkəzin tabeliyində fəaliyyət göstərən Dezinfeksiya stansiyaları ("Bakı şəhər dezinfeksiya mərkəzi" PHŞ və onun bütün Bakı şəhərini əhatə edən 3 rayonlararası bölməsi, Gəncə, Sumqayıt, Mingəçevir. Cəlilabad və Masallı şəhərlərinin dezinfeksiya stansiyaları), digər şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin nəzdində fəaliyyət göstərən dezinfeksiya bölmələri, habelə təsərrüfat hesablı profilaktik dezinfeksiya şöbələri ölkəmizdə yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işlərini həyata keçirən əsas qurumlardır.

Hər hansı bir yoluxucu xəstəlik hadisəsi barədə ərazilərin gigiyena və epidemiologiya mərkəzlərindən daxil olan məlumatlar (sifarişlər) əsasında yuxarıda qeyd edilən qurumlar tərəfindən xəstəlik hadisəsi baş vermiş məkanlarda (evdə, iş yerində, kollektivdə və s.) tamamlayıcı dezinfeksiya aparılır, o şərtlə ki, yoluxucu xəstələr həmin məkanlardan xəstəxanalara köçürülmüş olsun. Xəstələrin aşkar edildiyi məkanlarda (evdə, olduğu yerdə və s.) təcrid olunduğu hallarda xəstəyə qulluq edən şəxslər, yaxud xəstələrin özləri (simptomsuz xəstələr) tərəfindən cari dezinfeksiya işləri aparılmalıdır. Bu hallarda xəstələrin olduqları ərazilər üzrə dezinfeksiya stansiyaları, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən xəstələrə, xəstə yaxınlarına cari dezinfeksiya aparılması qaydaları barədə metodik köməklik göstərilməlidir.

İstənilən idarə, müəssisə və təşkilat profilaktik məqsədlə yerləşdikləri ərazilərin dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, yaxud özəl dezinfeksiya xidmətləri ilə dezinfeksiya işlərinin aparılması üçün müqavilələr bağlaya bilərlər.

-Dezinfeksiya maddələri insan orqanizminə nə dərəcədə ziyanlı ola bilər?

-Dezinfeksiyaedici vasitədən istifadə edilərkən ilk növbədə həmin vasitənin istehsalçısı tərəfindən tərtib edilən təlimatlara əməl edilməsinin vacibdir. Xəstələrin olduqları yerlərdən xəstəxanalara aparıldıqları bütün hallarda həyata keçirilən tamamlayıcı dezinfeksiya aparılan müddətdə və dezinfeksiya başa çatdırıldıqdan sonra dezinfeksiyaedici vasitənin təlimatına uyğun olaraq müəyyənləşdirilən müddət ərzində (bu müddət barədə dezinfeksiyanı həyata keçirən qrupun rəhbəri tərəfindən qapalı məkanın cavabdeh şəxsinə xəbərdarlıq edilməlidir) dezinfeksiya edilən qapalı məkanda dezinfeksiyanı aparanlardan savayı digər şəxslərin olmasına yol verilmir. Məqsəd, qapalı məkanlarda aparılan dezinfeksiya zamanı dezinfeksiyaedici vasitələrin tərkibində olan aktiv maddələrin zərərli təsirindən insanların sağlamlığının mühafizəsinin təmin olunmasıdır.

Xüsusən çiləmə, püskürtmə üsulları ilə aparılan tamamlayıcı dezinfeksiya zamanı yaranan kiçik damlaların tərkibində olan aktiv maddə məsələn xlor təsirindən gözlərin zədələnməsi, tənəffüs yollarının, dərinin qıcıqlandırılması kimi sağlamlıq problemləri baş verə bilər. Ümumilikdə isə dezinfeksiyaedici maddələrin orqanizmə zərərli təsir dərəcəsi hər bir dezinfeksiyaedicinin tərkibində olan aktiv maddənin toksiklik dərəcəsindən, qatılığından (konsentrasiyasından) asılı ola bilər.

-Hansı hallarda şəxsi mənzillər və yaşayış binaları dezinfeksiya edilir?

-Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan dezinfeksiya xidməti tərəfindən şəxsi mənzillər və yaşayış binalarının xəstələrin xəstəxanalara aparılmasından sonra tamamlayıcı dezinfeksiya edilir. Şəxsi mənzillərdə və yaşayış binalarında yerləşdikləri ərazilərin dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, yaxud özəl dezinfeksiya xidmətləri ilə bağlanmış müqavilələr üzrə ödənişli əsasda profilaktik dezinfeksiya işləri aparıla bilər. Bundan başqa, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan, müasir tələblər səviyyəsində təchiz olunmuş dezinfeksiya xidməti tərəfindən COVID-19 infeksiyasının yayılmasına qarşı effektiv mübarizə məqsədi ilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında ölkənin demək olar ki, bütün təhsil müəssisələrində dezinfeksiya işləri həyata keçirilmişdir.

-Sadə vasitələrlə evdə dezinfeksiya işləri necə aparılmalıdır?

-Xəstələrin evdə qalması halında, yaxud profilaktik məqsədlə dezinfeksiya zamanı təmizlik işlərinin aparılması qaydalarına və prinsiplərinə ciddi əməl edilməli, ilk növbədə otaqda olan bütün əşyaların səthləri sabunlu yaxud yuyucu vasitəli su ilə təmizləndikdən sonra dezinfeksiyaedici məhlulla isladılmış təmiz əski ilə silinməklə dezinfeksiya olunmalıdır. COVID-19 infeksiyası törədicilərinə qarşı mübarizədə səthlərin cari dezinfeksiyasının aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə natrium hipoxloritin 0,1 %-li məhlulundan və 70-90 %-li spirtdən istifadə edilməsi məqbul hesab olunur. Məişətdə istifadə üçün nəzərdə tutulan və ticarət müəssisələrində satılan xlor tərkibli vasitələrdən də istifadə edilməsi məqsədəuyğundur. Cari dezinfeksiyanın aparılması zamanı maska və əlcəkdən istifadə olunmalı, ağız, burun, üz və dəri səthinə toxunulmamalıdır.

Oxunub: 503
Paylaş:
Digər xəbərlər

Xəbərlər

9-09-2020, 23:26

Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir - AÇIQLAMA

Xəbərlər

6-06-2020, 16:41

Bakı sakinlərinə növbəti XƏBƏRDARLIQ

Araşdırma

3-04-2020, 19:16

Sirkə koronavirusu öldürmür – Ev xanımlarının nəzərinə

Xəbərlər

31-03-2020, 16:31

Azərbaycan əraziləri dronla dezinfeksiya ediləcək

Maraqlı

2-01-2020, 14:52

Əlləri yumağın əhəmiyyətini göstərən təcrübə

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq?
Bakı və İrəvan arasında sülh nə vaxt imzalanacaq? – Fidan tarix verdi
Dişlərini yumayanlarda qaraciyər xərçəngi yarana bilər
Onlar pensiya ala bilməyəcək - RƏSMİ
Səhər baş və boyun ağrısı ilə oyanmağınızın səbəbi bu ola bilər
Bakının qərarı Moskvanı təşvişə saldı: İrəvan da razıdır – Putinə ikitərəfli zərbə
Son xəbərlər
  • Bu gün, 11:32
    Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq?
  • Bu gün, 10:07
    Bakı və İrəvan arasında sülh nə vaxt imzalanacaq? – Fidan tarix verdi
  • Bu gün, 09:13
    Dişlərini yumayanlarda qaraciyər xərçəngi yarana bilər
  • Dünən, 22:26
    Onlar pensiya ala bilməyəcək - RƏSMİ
  • Dünən, 21:30
    Səhər baş və boyun ağrısı ilə oyanmağınızın səbəbi bu ola bilər
  • Dünən, 20:13
    Bakının qərarı Moskvanı təşvişə saldı: İrəvan da razıdır – Putinə ikitərəfli zərbə
  • Dünən, 19:46
    Şagirdlər tədris vaxtı telefondan istifadə edə bilər? - Rəsmi
  • Dünən, 18:24
    Yuxu həbləri yaddaşa ciddi ziyan vurur - Elmi tədqiqat
  • Dünən, 17:31
    Əhaliyə xəbərdarlıq: bu dəfə 6 gün olacaq
  • Dünən, 16:09
    Türkiyə Təl-Əvivə hərbi müdaxiləyə hazırlaşır? – İsrailli ekspertdən EKSKLÜZİV
  • Dünən, 15:25
    Qanınızdakı kofein bədən çəkisi və diabet riskinə təsir edə bilər - ARAŞDIRMA
  • Dünən, 14:50
    Türkiyədən hücum xəbərdarlığı: Bu ölkəyə zərbələr endiriləcək – SİYAHI YAYILDI
  • Dünən, 13:48
    Sensasiya: Rusiya PUA-ları birbaşa NATO bazasına uçurmuş...
  • Dünən, 12:38
    Gündüz yuxusu zamanı 4 səhv
  • Dünən, 11:43
    Rusiya Avropaya hücum edə bilər - Putin ilk anonsu verdi
  • Dünən, 10:22
    İrəvan 50 illik xəritəni açdı, Bakı yanaşmanı dəyişdi – Sərhəddə kritik gəlişmə
  • Dünən, 09:02
    Beyin buna görə yaşlanırmış - Alimlər ilk dəfə səbəbini tapdı
  • 11-09-2025, 22:24
    Marsda həyat olması ilə bağlı sübutlar tapıldı
  • 11-09-2025, 21:17
    Əncir qabığının dəriyə faydası sizi təəccübləndirəcək
  • 11-09-2025, 20:36
    Ölən şəxsin kredit borcunu ailəsi ödəməlidir? – Qanunda açıq yazılıb…
  • 11-09-2025, 19:21
    Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
  • 11-09-2025, 18:25
    Qarını şişirdən şəkərdir – Bağırsaqlarınız zəhərlə doludur
  • 11-09-2025, 17:44
    Dünya üçün arzuolunmaz ssenari işə düşür? – Ciddi təhlükə siqnalı verildi
  • 11-09-2025, 16:11
    Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan
  • 11-09-2025, 15:31
    Tahini və qara zirənin faydaları
  • 11-09-2025, 14:23
    Qətəri vuran qırıcılar görün haradan havaya qalxıb: Doha hücumu ilə bağlı ŞOK FAKT
  • 11-09-2025, 13:35
    İstanbulda böyük əməliyyat: “Habertürk” və “Show TV”-yə əl qoyuldu
  • 11-09-2025, 12:03
    Əllər və biləklər niyə ağrıyır?
  • 11-09-2025, 11:42
    Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?
  • 11-09-2025, 10:20
    Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə