• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qarşıdakı payız mövsümündə yoluxmalarda artım ola bilər: 4-cü dozaya başlayaq? - RƏY

Səhiyyə

10-07-2022, 15:43

Qarşıdakı payız mövsümündə yoluxmalarda artım ola bilər: 4-cü dozaya başlayaq? - RƏY


Narahatlığımız səngimir ki. Hər gün gözümüz koronavirusa yoluxma sayı ilə bağlı açıqlanan statistik rəqəmlərdədir. Artımların olması, dünyanın bəzi ölkələrində məhdudiyyətlərin tətbiq edilməsi yenə də virus xofunu yaradır. Demək olar ki, hər birimizin ailəsindən, dostundan, qohumundan canlar alan Covid19-un yenidən aktivləşməsi bizi təşvişə salır. Düzdür, hələ ağırlaşmalar müşahidə olunmasa da, rəqəmlərin artan templə davam etməsi yenidən vaksinasiya məsələsini gündəmə gətirir.

Mövzu ilə bağlı “Kaspi” qazetində məqalə dərc olunub.

Məlumat üçün bildirək ki, ölkəmizdə bu günə qədər yeni növ koronavirusa qarşı vətəndaşlara 13 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5, ikinci mərhələ üzrə 4, üç və daha çox doza vaksinlərin sayı 3 milyondan çoxdur. Pozitiv nəticədən sonra vurulan “buster” doza vaksinlərinin sayı isə 250 mindən artıqdır. Bəs indiki halda, Azərbaycanda koronavirus əleyhinə vaksinasiyanın dördüncü mərhələsinə ehtiyac varmı?

İnfeksionist Mərdan Əliyev deyir ki, yoluxma sayında dalğalanmalar və artım müşahidə edilsə də, əvvəlki kimi ciddi deyil:

“Dalğalanmaların olması normaldır. Bunu gözləyirdik. Amma rəqəmlər artan templə davam etsə də, ümumilikdə, aşağıdır. Payıza qədər bu rəqəmlərlə gedəcəyimizi düşünür və ciddi artım gözləmirik”.

İnfeksionist vurğulayır ki, payızda vəziyyət dəyişəcək və artımlar bundan dəfələrlə çox olacaq:

“Payız fəsli kəskin respirator xəstəliklərin, yəni tənəffüs yolları ilə yoluxan xəstəliklərin artmasına səbəb olur. Bu da günəş aktivliyinin azalması, insanların evə çəkilməsi, qapıların, pəncərələrin bağlanması və buna bağlı olaraq havalandırmanın zəifləməsi nəticəsində artır. Burada həm də immun sisteminin zəifləməsinin də müəyyən təsiri var. Artımın hansı səviyyədə olmasını və müəyyən tədbirlərə ehtiyac olacağını zaman göstərəcək”.

Vaksinasiya məsələsinə gəldikdə, infeksionist deyir ki, risk qrupuna daxil olan şəxslər bu xəstəlikdən hələ də sığortalanmayıblar. Ona görə də, mütləq peyvənd olunmalıdırlar:

“Risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsi könüllü şəkildə ola bilər. Məsləhətdir ki, risk qrupuna daxil olan şəxslər, yaşı 65-dən yuxarı olanlar, immun sistemi zəif olanlar mütləq peyvənd olunsunlar. Çünki o insanlar üçün xəstəlik həmişə təhlükə yaradır. Digər insanlarda isə artıq kollektiv immunitet formalaşıb. 3 doza peyvənd olunubsa, 4-cüyə hələ ehtiyac yoxdur. Amma risk qrupuna daxil olan şəxslərin peyvənd olunması vacibdir”.

Həkim-infeksionist Nicat Əzimli hazırda Azərbaycanda vəziyyətin qənaətbəxş olduğunu vurğulayır:

“Yoluxmaların sayının az olması və ağırlaşmaların müşahidə olunmaması bunu deməyə əsas verir. Son həftələrdə vaxtaşırı artım müşahidə olunsa da, bu, idarəolunmaz xarakter daşımır. Epidemioloji vəziyyət hələ ki, normaldır. Bu da keçmişdə Azərbaycanda insanlar arasında yoluxmaların baş verməsi nəticəsində kollektiv immunitetin yaranması və paralel olaraq da, effektiv vaksinasiyanın aparılmasının nəticəsidir. Hazırda insanların orqanizmində bu virusa qarşı immunitet var”.

Həkim vurğulayır ki, bu immunitet nə vaxta qədər ki, Azərbaycan əhalisini qoruyacaq, o vaxta qədər vaksinasiyanın sürətləndirilməsinə və ya vaxtının uzadılmasına ehtiyac yoxdur:

“Amma qarşıdakı payız mövsümündə yoluxmalarda artım olarsa, proses idarəolunmaz hal alarsa, onda vəziyyət dəyişəcək. Bu zaman təbii ki, rəsmi qurumların verəcəyi qərarlar əsasında vaksinasiyanın növbəti dozaları ilə bağlı tələb qoyula bilər. Amma hazırkı durum onu deməyə əsas verir ki, Azərbaycanda vəziyyət qənaətbəxşdir. Bu günə qədər aparılan vaksinasiya indiki durum üçün kifayətdir. Azərbaycanda epidemioloji vəziyyətdən asılı olaraq, peyvəndin 4-cü dozası tələb oluna bilər”.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı da 50 yaş üzəri, riskli qrupa daxil olan və peyvənd vurdurmayan şəxslərin mütləq şəkildə koronavirus əleyhinə vaksinasiya prosesinə qoşulmasını tövsiyə edib:

“Bu gün əhaliyə hələ ki, buster doza vurdurmasını tövsiyə edirik. Növbəti dozanın qəbulu ilə bağlı qərarı zaman göstərəcək. Bilirik ki, qrip əleyhinə peyvənd hər il vurulur. COVID-19-a qarşı vaksinin davamlı müddətlik ehtiyacını tam bilmirik. Ehtimal var ki, gələcəkdə koronavirusa qarşı peyvənd hər il vurulsun. Ancaq bu, hələ müzakirə mövzusudur. Yəni konkret təklif yoxdur”.

Oxunub: 729
Paylaş:
Digər xəbərlər

Xəbərlər

13-04-2022, 19:31

Peyvənd olunanların sayı açıqlandı

Səhiyyə

10-04-2022, 21:20

Peyvənd olunanların sayı açıqlandı

Səhiyyə

27-02-2022, 21:26

Peyvənd olunanların sayı açıqlandı

Araşdırma

6-01-2022, 17:19

Buster doza yeni ştamlardan qorunmaq üçün kifayətdir?

Xəbərlər

23-12-2021, 23:14

Peyvənd olunanların sayı açıqlandı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Son xəbərlər
  • Dünən, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • Dünən, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • Dünən, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • Dünən, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • Dünən, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • Dünən, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • Dünən, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • Dünən, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • Dünən, 11:07
    Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
  • 3-08-2026, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • 3-08-2026, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • 3-08-2026, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • 3-08-2026, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • 3-08-2026, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə