• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Yaşı 50-dən yuxarı olanların nəzərinə
İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
Həftə ərzində az yatırsınızsa, bunu edin
Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanda bəzi dərmanlar niyə yoxa çıxıb? - ARAŞDIRMA

Səhiyyə

18-02-2022, 19:37

Azərbaycanda bəzi dərmanlar niyə yoxa çıxıb? - ARAŞDIRMA


Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bununla yanaşı, payız-qış mövsümü bir sıra qrip və kəskin respirator virus infeksiyalarının da surətlə yayılmasına səbəb olub. Bu isə dərmanlara olan tələbatı daha da artırıb. Nəticədə Bakının bəzi apteklərində dərman qıtlığı yaranıb.

“Report” məsələ ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, bəzi apteklərdə zəruri olan bir sıra dərmanlar yoxdur. Paytaxtın Rəşid Behbudov və Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən apteklərin əczaçıları bir sıra dərmanların satışda olmadığını təsdiqləyiblər.

Onlar bildiriblər ki, hazırda çalışdıqları apteklərdə xeyli sayda dərman vasitəsi yoxdur. Bu sıraya ürək-damar, sinir, əsəb sistemi xəstəliklərində istifadə olunan dərman, pişikotu – “valerian”, ağrıkəsici təsirə malik qeyri-steorid iltihab əleyhinə olan vasitə “nimesil”, “natrium xlorid” (infuziya üçün məhlul) və tərkibinə qatılan “ABC” vitamin kompleksləri daxildir.

Əczaçı Orxan Axundovun sözlərinə görə isə, hazırda çalışdığı aptekdə “nimesil” dərman vasitəsi satılmır və alıcılara yalnız bunun əvəzedicisi təklif olunur. O bildirib ki, hər dəfə ölkədə koronavirusa yoluxma artanda apteklərdə dərman çatışmazlığı yaranır.

Digər aptekin əczaçısı Əsmər Orucova deyib ki, əksər dərmanlar müəyyən məhdudiyyət və limit çərçivəsində depodan alınır:

“Son bir həftəyədək qrip əleyhinə dərman tozları tapılmırdı. Səbəb olaraq, həmin dərman vasitələrinin gömrükdə olduğu və ya depolarda bitdiyi barədə standart cavab verirdilər”.

Paytaxtın 8-ci mikrorayon ərazisindəki aptekin əczaçısı Çinarə Məmmədova qeyd edib ki, onun da çalışdığı aptekdə bəzi dərmanların çatışmazlığı yaşanır. O, buna misal olaraq bildirib ki, ən çox tələbatın olduğu öskürək əleyhinə “ACC” dərman preparatıdır. Əczaçı xanım bu dərmanın aptekdə satılmamasının səbəbini depoda olmaması ilə əlaqələndirib.

Əczaçı Zöhrə Əliyeva da çalışdığı aptekdə öskürək əleyhinə “ACC” dərman preparatının satılmadığını bildirib. O da bunu həmin dərmanın depoda olmaması ilə əlaqələndirib:

“Ümumiyyətlə, son vaxtlar dərmanlara tələbat artıb. Əsasən də “ACC” dərmanına. Lakin gətirilmir. Biz bununla bağlı maraqlanmışıq, amma depoda da yoxdur. Çox güman depoya da gətirilmir. Əgər depolarda olsaydı, apteklərə paylanılardı”.

Əczaçılar qeyd ediblər ki, hazırda bəzi apteklərdə tapılmayan dərmanlarla bağlı müraciət edən alıcıların sayı kifayət qədərdir. Onlar deyib ki, hətta qızdırma ölçən civəli termometrlərin də gətirilməsi dayandırılıb. Onlar bunun səbəbini bilmədiyini vurğulayıblar.

Səhiyyə Nazirliyindən bildirilib ki, ölkəyə dərman gətirilməsi ilə özəl şirkətlər məşğul olur. Ona görə də vəziyyətlə bağlı sualı yalnız həmin şirkətlər cavablandıra bilərlər.

“Zeytun Pharmaceuticals” MMC-nin xarici satınalma üzrə meneceri Samir Kamilov isə “Report” deyib ki, dərman çatışmazlığı ilə bağlı problemin başlıca səbəbi pandemiyadır:

“Bildiyiniz kimi, pandemiya ilə əlaqədar olaraq dünya əhalisinin dərman preparatlarına olan tələbatı dəfələrlə artdığından xammal çatışmazlığı və işçi qüvvəsinin tam iş rejimində işləyə bilməməsi səbəbindən bəzi preparatların təchizatında müvəqqəti problemlər yaranıb. Dərman bazarında olan çatışmazlıqlar hazırda yalnız Azərbaycanda deyil eyni zamanda bir çox ölkələrdə aktualdır”.

Azərbaycana xaricdən dərman gətirən əsas şirkətlərdən biri olan “Avromed Company” QSC məsələ ilə bağlı sorğunu cavablandırmayıb. Şirkət sorğunu cavablandırmamasının səbəbini də izah etməyib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında bildirib ki, bu problemə görə dərmanları ölkəyə idxal edən şirkətlər cavabdehdirlər:

“Onlar bu işin məsuliyyətini öz üzərlərinə götürüblər və bu məsələ ilə özləri məşğuldurlar. İndiki dövrdə bir tərəfdən dərman maddələrinin keyfiyyət parametrlərinin aşağı olması, digər tərəfdən isə qıtlıq əhali arasında çox ciddi problem yaradıb”.

Oxunub: 1 112
Paylaş:
Digər xəbərlər

Manşet / Səhiyyə

16-02-2022, 13:43

Kovid aptekçəsində nə olmalıdır? - Dərmanlar siyahısı

Araşdırma

12-04-2021, 20:57

Valerian apteklərdən niyə yığışdırılıb?

Müsahibə

25-09-2020, 23:38

ATU-nun kafedra müdiri kəskin respirator virus infeksiyalarının yayılmasından danışdı

Araşdırma

19-09-2020, 17:22

Ən çox istifadə olunan bu dərmanlar ÖLÜMƏ səbəb ola bilər

Səhiyyə

27-02-2019, 20:36

Soyuqdəyməyə qarşı dərmanlar İNFARK RİSKİNİ ARTIRIR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
Son xəbərlər
  • Dünən, 22:47
    Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
  • Dünən, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
  • Dünən, 18:40
    Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
  • Dünən, 15:57
    Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
  • Dünən, 14:43
    Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
  • Dünən, 13:51
    Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
  • Dünən, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
  • Dünən, 11:40
    Yaşı 50-dən yuxarı olanların nəzərinə
  • Dünən, 10:11
    İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
  • Dünən, 09:09
    İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
  • 2-09-2026, 22:06
    Həftə ərzində az yatırsınızsa, bunu edin
  • 2-09-2026, 21:13
    Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
  • 2-09-2026, 20:22
    Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
  • 2-09-2026, 19:41
    Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
  • 2-09-2026, 18:10
    Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
  • 2-09-2026, 17:03
    Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
  • 2-09-2026, 16:29
    Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
  • 2-09-2026, 15:58
    İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
  • 2-09-2026, 14:37
    Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
  • 2-09-2026, 13:18
    Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
  • 2-09-2026, 12:29
    Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
  • 2-09-2026, 11:50
    Nümayəndə heyəti Zəngəzura gəldi – Şad xəbər açıqlandı
  • 2-09-2026, 10:09
    İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
  • 2-09-2026, 09:04
    Orqanizminizdə iltihab varsa qəhvə için
  • 1-09-2026, 21:30
    Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
  • 1-09-2026, 20:46
    İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
  • 1-09-2026, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • 1-09-2026, 16:08
    Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
  • 1-09-2026, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
  • 1-09-2026, 14:37
    Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə