• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Putin risk edir, Rusiyanın atəşkəsə ehtiyacı var… – Bolton
Savaş davam edir: Hindistan Pakistan təyyarələrini vurdu
Qaraciyərdə pozulmaların olmasına işarə edən ƏLAMƏTLƏR
Türkiyə üçün möhtəşəm xəbər: 40 illik gözlənti sona çatır, tarix verildi
Səhər yeməyindən əvvəl bu dəmləməni için. Arıqlamaq üçün sadə üsul
Ukrayna görüşə hazırdır, sabahdan... - Zelenski Rusiyadan hansı addımı gözlədiyini açıqladı
Yenə azaldı, yenə Gürcüstana uduzduq – Səbəb nədir?
Gündəlik vərdişlər həyatınızı qısaldır: Şok edici həqiqət
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Vətəndaşların nəzərinə: Qiymətlər 5 dəfə artdı – Ötən həftə 1 manat idi…
Səhər enerjili oyanmaq üçün nə etmək lazımdır?
Bütün çarəsi olmayan və ağır xəstələr bunu içsin - Tanınmış həkimdən şəfa iksiri
Putin buna görə atəşkəsdən imtina edir: Bəs, öz ordusu?
Yeni Papa həyəcan təbili çaldı - Bu, bəşəriyyətin ən mühüm problemidir
Qazlı su içən kişinin daxili orqanları yandı
Xankəndidən Şuşaya kanat yolu çəkiləcək
Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...
Albalı və gilas yuxusuzluq dərmanıdır
İki türk lider və Paşinyandan Moskvada inanılmaz addım
Ürəyin yaşının neçə olmasını necə bilmək olar?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Tromboflebit - varikoz xəstəliyinin ağırlaşması

Gündəm / Səhiyyə

4-05-2025, 18:11

Tromboflebit - varikoz xəstəliyinin ağırlaşması


Tromboflebit qan damarların xəstəliyidir. Bu xəstəlik zamanı damarın divarı iltihablaşır və damarın mənfəzində tromb (qan laxtası) əmələ gəlir.

Tromboflebit çox ağır patologiya sayılır ki, müalicə olunmadığı halda müxtəlif ağırlaşmalar verə bilər və hətta xəstənin ölümünə səbəb ola bilər. Xəstəliyin diaqnostikası və müalicəsi ilə həkim-fleboloq məşğul olur.

Tromboflebit bir çox hallarda varikoz xəstəliyi fonunda inkişaf edir. Məhz bu səbəbdən varikoz mütləq və vaxtında müalicə olunmalıdır. Digər səbəblər arasında:

- qanın laxtalanmasının artması (irsi ola bilər),

- ağır susuzlaşma,

- damara tez-tez kateterin taxılması (bəzi xəstəliklər, cərrahi əməliyyatlar zamanı və s.),

- travmalar (sınıqlar, əzilmələr və s.),

- istənilən cərrahiyyə əməliyyatları,

- onkoloji xəstəliklər,

- hamiləlik və doğuş,

- infeksiyalar və iltihablar,

- artıq çəki,

- ziyanlı vərdişlər (alkoqollu içkilərin həddən artıq qəbulu, siqaret çəkmək vərdişi).

Tromboflebit əksər hallarda aşağı ətraflarda inkişaf edir. Lakin digər damarlarda da inkişaf edə bilər.

Tromboflebitin ilk simptomlarında mütləq həkimə müraciət etmək lazımdır. Vaxtında müalicə olunmamış və ya düzgün müalicə olunmamış tromboflebit tromboemboliyaya səbəb ola bilər. Tromboemboliya çox ağır pozulmadır. Damarın daxilində olan tromb qan axını ilə hərəkət edə bilər. Tromb digər damarlara və daxili orqanlara düşə bilər. Tromb ağ ciyərlərin arteriyalarına düşdükdə arteriyanın mənfəzi tutulur (buna "tromboemboliya" deyilir) və bu ağır qan dövranı və nəfəsalma pozulmalarına səbəb olur. Bir çox hallarda belə xəstələr reanimasiya şəraitində müalicə alır. Tromb çox böyük olduqda tromboemboliya sürətlə inkişaf edir və xəstənin həlak olması ilə nəticələnir.

Tromboflebitin digər ağırlaşması zədələnmiş ayaqda trofik xoraların əmələ gəlməsidir. Bu xoralar müalicəyə çətinliklə tabe olur, bağlandıqdan bir müddət sonra təkrar açılır.

Tromboflebitin simptomları:

- iltihablaşmış damarın yerində dəri qızarır və daha isti olur (yerli hərarət artır),

- bəzən xəstədə bədən hərarəti arta bilər (38 C kimi),

- xəstə ayaqda dartıcı ağrılar, ağırlıq hiss olunur,

- ödem (şişkinlik) inkişaf edir,

- xəstə ayağın hərəkətliliyi (xüsusilə uzun müddət ərzində gəzdikdə və ya ayaq üstə olduqda) pozulur.

Varikoz xəstəliyi olan insanlar xüsusilə diqqətli olmalı və tromboflebitin ilk simptomlarında fleboloqa müraciət etməlidir.

Müayinədən sonra xəstəyə müalicə təyin olunur. Tromboflebit konservativ (dərmanların köməyi ilə) və cərrahi üsullarla müalicə oluna bilər. Hər bir konkret halda müalicə taktikasını müalicə həkimi tərəfindən təyin edilir.

Konservativ müalicə zamanı xüsusi iltihabəleyhinə preparatlar (diklofenak, ibuprofen və s.), tromblaşma prosesi ilə mübarizə aparan preparatlar (fraksiparin, heparin və s.), trombları "əridən" preparatlar, lazım olduqda antibiotiklər və s. istifadə olunur. Həmçinin xəstəyə kompressiya (sıxma) edən kolqotlar, qolflar təyin olunur. Xəstəyə yataq rejimi və bol mayenin qəbulu təyin olunur.

Ağır vəziyyətlərdə cərrahiyyə müalicəsi tətbiq oluna bilər.

saglamolun,az

Oxunub: 829
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

4-05-2020, 17:39

Varikoz xəstəliyi: ayaqlarınızın gözəlliyini itirməyin!

Xəbərlər

7-11-2019, 11:20

Varikoz xəstəliyinin təhlükəsi nədən ibarətdir?

Gözəllik və təbabət

6-04-2019, 14:49

Varikoz xəstəliyi: ayaqlarınızın gözəlliyini itirməyin!

Səhiyyə

25-02-2019, 12:42

Hamiləlik zamanı varikoz

Manşet / Səhiyyə

26-06-2018, 10:25

Tromboflebit və damarların varikoz genişlənməsi...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Putin risk edir, Rusiyanın atəşkəsə ehtiyacı var… – Bolton
Savaş davam edir: Hindistan Pakistan təyyarələrini vurdu
Qaraciyərdə pozulmaların olmasına işarə edən ƏLAMƏTLƏR
Türkiyə üçün möhtəşəm xəbər: 40 illik gözlənti sona çatır, tarix verildi
Səhər yeməyindən əvvəl bu dəmləməni için. Arıqlamaq üçün sadə üsul
Ukrayna görüşə hazırdır, sabahdan... - Zelenski Rusiyadan hansı addımı gözlədiyini açıqladı
Son xəbərlər
  • Bu gün, 20:15
    Putin risk edir, Rusiyanın atəşkəsə ehtiyacı var… – Bolton
  • Bu gün, 19:28
    Savaş davam edir: Hindistan Pakistan təyyarələrini vurdu
  • Bu gün, 18:21
    Qaraciyərdə pozulmaların olmasına işarə edən ƏLAMƏTLƏR
  • Bu gün, 16:46
    Türkiyə üçün möhtəşəm xəbər: 40 illik gözlənti sona çatır, tarix verildi
  • Bu gün, 15:04
    Səhər yeməyindən əvvəl bu dəmləməni için. Arıqlamaq üçün sadə üsul
  • Bu gün, 14:46
    Ukrayna görüşə hazırdır, sabahdan... - Zelenski Rusiyadan hansı addımı gözlədiyini açıqladı
  • Bu gün, 13:08
    Yenə azaldı, yenə Gürcüstana uduzduq – Səbəb nədir?
  • Bu gün, 12:28
    Gündəlik vərdişlər həyatınızı qısaldır: Şok edici həqiqət
  • Bu gün, 11:35
    Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
  • Bu gün, 10:13
    Vətəndaşların nəzərinə: Qiymətlər 5 dəfə artdı – Ötən həftə 1 manat idi…
  • Bu gün, 09:00
    Səhər enerjili oyanmaq üçün nə etmək lazımdır?
  • Dünən, 21:05
    Bütün çarəsi olmayan və ağır xəstələr bunu içsin - Tanınmış həkimdən şəfa iksiri
  • Dünən, 20:34
    Putin buna görə atəşkəsdən imtina edir: Bəs, öz ordusu?
  • Dünən, 19:39
    Yeni Papa həyəcan təbili çaldı - Bu, bəşəriyyətin ən mühüm problemidir
  • Dünən, 18:26
    Qazlı su içən kişinin daxili orqanları yandı
  • Dünən, 17:52
    Xankəndidən Şuşaya kanat yolu çəkiləcək
  • Dünən, 16:20
    Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...
  • Dünən, 15:38
    Albalı və gilas yuxusuzluq dərmanıdır
  • Dünən, 13:33
    İki türk lider və Paşinyandan Moskvada inanılmaz addım
  • Dünən, 12:33
    Ürəyin yaşının neçə olmasını necə bilmək olar?
  • Dünən, 11:22
    Sabahdan hava dəyişir: mayın 15-dək... - Xəbərdarlıq
  • Dünən, 10:50
    Pakistan sərhədə qoşun yeritdi - Hindistandan təcili bəyanat
  • Dünən, 09:04
    Allergiyanı yüngülləşdirmək üçün sarımsaq bal qarışımı
  • 9-05-2025, 22:29
    Cinpin “dayan” dedi, Putin razılaşdı – Müharibə ilə bağlı yeni hədəf
  • 9-05-2025, 21:15
    Başağrısını kəsmək üçün 5 sınanılmış təbii vasitə
  • 9-05-2025, 20:25
    İran razılaşdı: bu tarixdə ABŞ-la danışıqlar aparacaq
  • 9-05-2025, 19:20
    İki cəbhədə vuruşmuş babalar: bizim üçün hansı daha çox qəhrəmandır?
  • 9-05-2025, 18:08
    Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
  • 9-05-2025, 17:13
    Merz elan etdi: Ukraynada yaxın 3 gündə atəşkəs ola bilər
  • 9-05-2025, 16:24
    İrəvanın Bakıya qarşı hiyləgər planı: Moskvaya “razıyam” mesajını göndərdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə