• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Yaşı 50-dən yuxarı olanların nəzərinə
İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
Həftə ərzində az yatırsınızsa, bunu edin
Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
Nümayəndə heyəti Zəngəzura gəldi – Şad xəbər açıqlandı
İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
Orqanizminizdə iltihab varsa qəhvə için
Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hamilə xanımların KABUSU - Bütün qadınların yoluxduğu DƏHŞƏTLİ VİRUS - GİZLİ TƏHLÜKƏ

Səhiyyə

9-02-2021, 19:03

Hamilə xanımların KABUSU - Bütün qadınların yoluxduğu DƏHŞƏTLİ VİRUS - GİZLİ TƏHLÜKƏ


Sitomeqalovirus zəmanəmizin yeni doğulan körpələrdə Zik virusundan daha tez-tez rast gəlinən gizli bəlasıdır. Sözügedən virusa yoluxma sağlam insanlarda adətən simptomsuz baş verdiyinə baxmayaraq, zəif immunitetə malik insanlarda bu virus ağır təzahürlər yaradır.

Təəssüflər olsun ki, müasir tibb bu virusun müalicəsində, xüsusilə də yoluxmanın qarşısını almaqda hələ də acizdir.

Milli.Az dəyərli oxucularını demək olar ki,10 qadından 9-da aşkarlanan sitomeqalovirus haqqında məlumatlandırır.

Sitomeqalovirus (SMV) ikizəncirli DNT-virusu olmaqla yanaşı, həm də Beta-herpesvirus yarımfəsiləsinin nümayəndəsidir. XX əsrin ortalarında kəşf olunmuş bu virus bəşəriyyətə yarım əsrdən bir qədər artıq müddətdir ki, məlumdur. Lakin ölü doğulmuş körpələrdə "bayquş gözü"nə bənzər hüceyrələrin müşayiət olunduğu daha öncədən qeydə alınmışdır - daha sonralar bu körpələrin virusa yoluxduğu məlum olmuşdu. 50 il keçdikdən sonra eyni hüceyrələr üzərində orqan transplantasiyası keçirilmiş xəstələrdə də aşkar edilmişdi.

150-200 nm ölçülü sitomeqalovirus müasir elmə məlum olan viruslar arasında ən iri ölçülü viruslardan biri sayılır. Onun genomu 230-dan artıq zülalın istehsalı üçün məlumatdan ibarət ikizəncirli DNT ilə təmsil olunur.

Yoluxmadan sonra virus zülalları yoluxmuş DNT sahibinin hüceyrəsində birləşməyə başlayır - SMV-nin yayılması və həyat fəaliyyətini davam etdirməsi məhz bu şəkildə baş verir.

Belə zülallardan biri (virusun həyat tsiklinin keçilməsi üçün zəruri olan DNT-polimeraza) müasir dövrdə istifadə olunan virus əleyhinə preparatlar üçün hədəf rolunu oynayır.

Virusa rastgəlinmə dərəcəsi hər yanda yüksəkdir. Lakin bu göstərici yaş, yaşayış yeri və sosial-iqtisadi statusdan asılı olaraq dəyişir: inkişaf etməkdə olan ölkələrdə və əhalinin yaşayış şəraiti aşağı olan qrupları arasında yoluxma ehtimalı daha çoxdur. Müayinələrin nəticələrinə görə, ABŞ-da 6-49 yaş arasındakı əhalinin orta hesabla yarısından çoxu SMV virusuna yoluxub. 75-80 yaşlı amerikalılar arasında isə on nəfərdən doqquzu artıq bu virusun daşıyıcısıdır. İnkişaf etməkdə olan ölkələrdə 1-5 yaş arasındakı uşaqların hər beş nəfərdən biri sözügedən virusa yoluxmuş, yaşlılar arasında isə bu göstərici 90-100%-ə qədər çata bilər.

Sözügedən virusun körpələrdə anadangəlmə qüsurlar yaratması səbəbindən, bu göstəricilər mütəxəssislərdə ciddi narahatlıq doğurur.

Bəs virusun bu dərəcədə uğurlu inkişafı nədən irəli gəlir? Bu mövzuda "Cell" jurnalında dərc edilmiş tədqiqatın müəlliflərindən biri Riç Berrinin söylədiklərinə görə, sən demə, SMV məhz immun sistemimizdə gizlənib, yalnız özünə uyğun bir vaxtda üzəçıxması prinsipi ilə təkamül edir. "Lakin ümidsizlənmək olmaz, - deyə doktor Berri davam edir, - immun sistemi də inkişafından qalmır, o da bəşəriyyətin yaşaması üçün zəruri olan şəkildə yenidən qurularaq təkamül edir". İnsanın immun sistemi ilə virus arasındakı təkamül "silahlanma yarışı" məhz bu şəkildə meydana çıxıb və virus hələ ki deyəsən, öndədir.

Risk qrupuna düşənlər

Statistikaya əsasən, yoluxma riski qrupuna, praktiki olaraq, hər kəs aiddir. Lakin virusun törətdiyi ciddi təzahürlər, əsasən, immun sistemi funksiyası zəif olan insanlar üçün daha təhlükəlidir: məsələn, orqan transplantasiyasına məruz qalmış xəstələr, QİÇS daşıyıcıları və yeni doğulan körpələr üçün. İmmun sisteminin hələ tam formalaşmadığı səbəbindən, yarımçıq doğulmuş az çəkili körpələr yoluxmaya qarşı daha həssasdır. Bundan əlavə, alimlərin gəldiyi qənaətə görə, bəzi genetik mutasiyalar virus qarşısında həssaslığın artmasına səbəb ola bilər.

Virus yoluxmuş xəstələrin orqanizmindən çıxan ifrazatlar yolu ilə ötürülə bilər: tüpürcək, göz yaşı, sidik, nəcis, ana südü, sperma və s.

Həmçinin qanköçürmə və orqan transplantasiyası zamanı da yoluxmaq mümkündür. Bundan əlavə, SMV-nin bəzi səthlərdə altı saata qədər həyatqabiliyyətli qala bildiyi üçün, nadir hallarda müxtəlif əşyalarla təmas yolu ilə də virusa yoluxma ehtimalı var.

SMV-nin bədənə düşdüyü ilk andan etibarən, o, daşıyıcı fərdin orqanizmində həmişəlik qalır. Bu virusun orqanizmdə olmasının təzahürləri adətən immun sisteminin vəziyyətindən asılıdır. "SMV immun sistemimizin orqanlarımızdan uğurla təmizləmək iqtidarında olduğu qripp virusuna bənzəmir, - deyə Devisdəki Kaliforniya universitetinin tibb məktəbinin professoru Piter A.Barri qeyd edir, - Yoluxdunuzmu, ömürlükdür".

Sağlam insanlarda yoluxma simptomları adətən olmur və virus çox zaman özünü büruzə vermir. Lakin virusun yenidən aktivləşməsi üzündən, xəstəlik qeyri-spesifik yüksək qızdırma kimi müxtəlif ağırlıq dərəcəsinə malik fəsadlardan tutmuş, ölümcül nəticəyə qədər gətirib çıxara bilər.

Bilavasitə, bəzi alimlərin qənaətinə görə, yetərincə ciddiyə alınmayan bu virus həkimlər üçün standart şərtlərdə olunanlardan daha ağır fəsadlarla təhlükəlidir.

SMV-nin kliniki diaqnostikasını qısa zaman çərçivəsində laboratoriya şəraitində keçirmək mümkündür, özü də virusun aşkarlanma üsulları kifayət qədər çoxdur. Hamilə qadınlarda da virusun diaqnostikası xeyli inkişaf edib, halbuki son tədqiqatlara əsasən, standart test heç də bütün hallarda yoluxmanı zahirə çıxarmaq iqtidarında deyil.

Hazırda gələcək analar üçün tövsiyə olunan müalicə yoxdur. Yoluxma simptomlarının az təzahür etdiyi yeni doğulmuş körpələrə adətən valqansiklovir preparatı təyin olunur.

SMV virusuna yoluxmuş sağlam adamların müalicəsinə əksər hallarda ehtiyac olmur. Müalicə adətən immun sistemi zəif olan pasiyentlərə təyin olunur.

SMV və hamiləlik

SMV, ilk nöbədə, ana bətnində olan körpələr üçün təhlükəlidir. Onun Zik virusundan daha az tanındığına baxmayaraq, əslində, məsələn ABŞ-da doğulan uşaqların əlilliyinin və anadangəlmə qüsurlarının ən çox rast gəlinən səbəbi məhz sitomeqalovirusdur. Bətndaxili yoluxma yarımçıq doğulma, bətndaxili inkişafın ləngiməsi, mikrosefaliya, eşitmə qabiliyyətinin itirilməsi və s. kimi fəsadlar da daxil olmaqla, bu və ya digər formalarda özünü büruzə verir. Anadangəlmə virus nəticəsində ömürlük əlilliyə düçar olmuş uşaqların xəstəlik yükünün məsrəfi ildə 1,86 milyard ABŞ dolları ilə ölçülür.

Şimali Arizona Universitetinin əməkdaşı Emi Armstronq-Heymsotun bildirdiyinə görə, qadınların cəmi 13%-i bu virus barədə məlumatlıdır. Onun anadan körpəyə keçməsinin faciə ilə nəticələnə biləcəyini tədqiqatçı xanım diaqnozu qoyulmamış SMV-nin daşıyıcısı olan əməkdaşından öyrənib.

Belə ki, alim xanımın bildirdiyinə görə, həmin həmkarının oğlu serebral paraliçdən əziyyət çəkməklə yanaşı, həm görmə, həm də eşitmə qabiliyyətindən məhrumdur.

Xüsusi diqqət həm QİÇS, həm də SMV virusu daşıyısı olan qadınlara yönəldilir, çünki belə bir ikiqat yoluxma halında virusun körpəyə ötürülməsi riski dəfələrlə artır. Tədqiqatlara uyğun olaraq, sidiyində SMV olan QİÇS daşıyıcısı qadınlarda doğuş zamanı QİÇS virusunun körpəyə ötürülməsi halları QİÇS-i olub, SMV virusuna yoluxmamış qadınlarla müqayisədə, 5 dəfə artıqdır. Həmçinin onların yeni doğulmuş körpələri SMV virusuna yoluxdurma ehtimalı da 30 dəfə artıqdır.

Mütəxəssislər virusla mübarizənin ən səmərəli üsulunun dərmanlar deyil, vaksinlərin olduğunu hesab edirlər. Belə ki, vaksinlər ümümi immunlaşdırma vasitəsilə virusu əhali sıxlığı səviyyəsində tənzimləməyə şərait yaratmağa qadirdir. Belə bir strategiya ana bətnində olan dölün virusa yoluxmasının qarşısının alınması məqsədilə, ilk növbədə, övlad dünyaya gətirmə yaşında olan qadınlara qarşı tətbiq oluna bilərdi. Lakin onlar, şübhəsiz ki, orqan transplantasiyasına məruz qalmış və hematopoetik kök hüceyrələri olan xəstələr üçün də son dərəcə əhəmiyyətlidir.

Vaksinin özü hələ olmasa da, görünür, onun yaradılması üçün tədqiqatçılar kifayət qədər fundamental biliklərə malikdir.

Hazırda müxtəlif strategiyalı layihələr çoxdur - onların hazırlanması ilə hətta əczaçılıq biznesinin Merck və GSK kimi nəhəngləri belə məşğul olur.

Sitomeqalovirusla mübarizənin hələ də beynəlxalq səhiyyə müəssisələrinin əsas prioritetlərindən birinə çevrilməməsi kifayət qədər təəccüb doğurur. Vaksinlərin işlənib-hazırlanmasını ictimai diqqətin sözügedən problemə cəlb olunması, bu sahədə kömək üçün siyasi və iqtisadi təşkilatlara müraciət edilməsi vasitəsilə tezləşdirmək olardı. Bizə alimlərin effektiv və təhlükəsiz vaksinin yaradılması və işlənib-hazırlanması istiqamətindəki çoxsaylı səylərinin artıq uğura yaxınlaşdığına ümid etmək qalır, çünki onlar bir çox ailələri virusa yoluxma bəlasının ağır nəticələrindən azad edəcək və çoxlu sayda həyat xilas etmiş olacaq.

Oxunub: 718
Paylaş:
Digər xəbərlər

Araşdırma

21-04-2020, 19:12

Koronavirus haqqında bu günə qədər bilmədikləriniz: ən çox bu saatlarda yoluxur, 10 gün sonra isə...

Xəbərlər

14-04-2020, 13:32

Koronavirus əbədi olaraq bizimlə qalacaq, heç yerə getməyəcək - Virusoloq akademik

Araşdırma

26-02-2020, 08:18

Dünyanı qorxuya salan koronavirusa bu şəxslər YOLUXMUR / SƏBƏB

Səhiyyə

2-07-2019, 20:16

Yeni ölümcül virus peyda oldu

Səhiyyə

15-09-2018, 16:41

Dünyanı qorxuya salan Zika virusu

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Yaşı 50-dən yuxarı olanların nəzərinə
İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
Həftə ərzində az yatırsınızsa, bunu edin
Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
Son xəbərlər
  • Bu gün, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
  • Bu gün, 11:40
    Yaşı 50-dən yuxarı olanların nəzərinə
  • Bu gün, 10:11
    İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
  • Bu gün, 09:09
    İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
  • Dünən, 22:06
    Həftə ərzində az yatırsınızsa, bunu edin
  • Dünən, 21:13
    Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
  • Dünən, 20:22
    Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
  • Dünən, 19:41
    Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
  • Dünən, 18:10
    Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
  • Dünən, 17:03
    Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
  • Dünən, 16:29
    Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
  • Dünən, 15:58
    İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
  • Dünən, 14:37
    Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
  • Dünən, 13:18
    Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
  • Dünən, 12:29
    Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
  • Dünən, 11:50
    Nümayəndə heyəti Zəngəzura gəldi – Şad xəbər açıqlandı
  • Dünən, 10:09
    İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
  • Dünən, 09:04
    Orqanizminizdə iltihab varsa qəhvə için
  • 1-09-2026, 21:30
    Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
  • 1-09-2026, 20:46
    İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
  • 1-09-2026, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • 1-09-2026, 16:08
    Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
  • 1-09-2026, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
  • 1-09-2026, 14:37
    Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
  • 1-09-2026, 13:15
    BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident
  • 1-09-2026, 12:46
    Ürəyin şişməsinin, böyüməsinin 3 əlaməti
  • 1-09-2026, 11:32
    Putindən inanılmaz: Sona yaxınlaşırıq!
  • 1-09-2026, 10:24
    Prezidentin iştirak etdiyi sammit – 3 istiqamətdə vacib yenilik olacaq
  • 1-09-2026, 09:00
    Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər
  • 31-08-2026, 21:06
    Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə