• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
Nevrit - sinirlərin iltihabı
Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Pnevmoniyanın qarşısını almaq müalicə etməkdən daha asandır” - MÜSAHİBƏ

Müsahibə

11-11-2022, 13:29

“Pnevmoniyanın qarşısını almaq müalicə etməkdən daha asandır” - MÜSAHİBƏ


“Pnevmoniyanın qarşısını almaq müalicə etməkdən daha asandır”.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova qurumun rəsmi saytına müsahibəsində deyib.

- Bildiyiniz kimi, noyabrın 12-si Ümumdünya Sətəlcəmə qarşı Mübarizə Günüdür. Günay xanım, pnevmoniya nədir və xəstəliyin səbəbi nədədir?

- Pnevmoniya və ya sətəlcəm ağciyərlərin iltihablı xəstəliyidir. Antibiotiklərin istifadəsindən əvvəl ağciyərlərin iltihabı ən qorxulu xəstəliklərdən biri idi. XIX əsrin sonunda pnevmoniyadan ölüm halları rekord həddə - 83%-ə çatdı.

Müasir tibbin bütün nailiyyətlərinə, yeni antibakterial və antiviral preparatların istifadəsinə baxmayaraq, bu xəstəlik hələ də aktual problem olaraq qalır. 2009-cu ildə Dünya Səhiyyə Təşkilatı UNICEF-lə birgə “Pnevmoniyanın profilaktikası və xəstəliyə qarşı qlobal fəaliyyət planı”nı elan edib. Həmin planın məqsədi uşaqların müdafiəsi üzrə kombinə edilmiş tədbirlərlə sətəlcəmlə mübarizənin, xəstəliyin profilaktika və müalicəsinin təkmilləşdirilməsidir.

Kəskin pnevmoniya müxtəlif infeksion agentlər tərəfindən törədilir. Təxminən 90% hallarda bakteriya, qalan 10% viruslar, göbələklər, protozoy və helmintlər (dəyirmi qurdlar, toksoplazma, şistosomlar) olur. Ən çox yayılmış patogenlərə pnevmokok, “Haemophilus influenzae”, “Mycoplasma pneumoniae”, “Staphylococcus aureus”, qrip virusları və respirator sinsitial infeksiya daxildir.

Epidemiologiyasından asılı olaraq pnevmoniyalar bir neçə formaya bölünür:

- Xəstəxanadankənar (ambulator), yaxud xəstəxanaya qəbul anından 48 saat ərzində baş verən pnevmoniyalar;

- Xəstəxanadaxili (hospital) – xəstəxanaya qəbuldan 48-72 saat sonra baş verir.

- Proqnoz, əsasən, patogenin antibiotiklərə qarşı müqavimətindən asılıdır;

- İmmun çatışmazlığından əziyyət çəkən xəstələrdə pnevmoniya, adətən, ağır gedişli olur;

- Aspirasion pnevmoniya – mədə-bağırsaq möhtəviyyatının tənəffüs yollarına atılması nəticəsində yaranan pnevmoniyalar.

Praktikada əksər hallarda xəstəxanadankənar pnevmoniyalara rast gəlinir. Düzgün müalicə olunarsa, pnevmoniyanın bu formalarının nəticəsi, adətən, yaxşı olur.

- Pnevmoniyanın əlamətləri nədir?

- Pnevmoniyanın klinik əlamətləri, əsasən, iltihabın həcmindən asılıdır. Simptomları xarakterik və ümumi ola bilir. Xarakterik əlamətlərə öskürək, döş qəfəsində ağrı, nəfəs darlığı aiddir. Xəstəliyin ilk günlərində xəstəni, adətən, yalnız yüngül öskürək narahat edir, sonradan öskürək daha da intensivləşir, selikli-irinli bəlğəm ifraz olunmağa başlayır. Döş qəfəsində ağrı, əsasən, lobar pnevmoniya üçün xarakterikdir, çünki bu halda plevra iltihab prosesinə qoşulur. Adətən, belə ağrılar qəflətən başlayır, nəfəsalmada isə bu ağrılar şiddətlənir. Təngnəfəslik də ağır pnevmoniyaların xarakterik simptomudur.

Pnevmoniya üçün ümumi simptomlar da xarakterikdir. Ümumi əlamətlərə qızdırma, başağrıları, halsızlıq, əzələ ağrıları, tərləmə, iştahanın azalması və s. kimi simptomlar daxildir. Pnevmoniya üçün adətən, yüksək qızdırma (38-39°C) və bu qızdırmanın qısamüddətli olaraq antipiretik dərmanların fonunda düşməsi xarakterdir. Lakin immun sistemi zəif olanlarda, qocalarda bədən hərarəti yüksəlməyə də bilir.

- Uşaqlarda bu xəstəliyin simptomları nələrdir?

- Pnevmoniya hər yaşda müşahidə oluna bilər, lakin iki yaşa qədər uşaqlar, immun sistemi çox zəif olanlar, 65 yaşdan yuxarı insanlarda pnevmoniya çox təhlükəli ola bilər. Uşaqlarda klinik simptomlar pnevmoniyaya səbəb olan vəziyyətə görə fərqli ola bilsə də, ən çox rast gəlinən əlamətlər öskürək, bəlğəm, sinə ağrısı, qusma və ya ishal, iştahasızlıq, yorğunluq və ümumi zəiflik, sürətli və çətin nəfəsalma, başağrısı və s.

- Pnevmoniyanın qarşısının alınması üçün tövsiyələriniz nələrdir?

- Qeyd edim ki, pnevmoniyanın qarşısını almaq müalicə etməkdən daha asandır. Açıq havada daha çox vaxt keçirmək, hava şəraitinə uyğun geyinmək, eyni zamanda siqaret çəkməyi və spirtli içkilərin qəbulunu tərgitmək tövsiyə olunur. İnsanların çox olduğu yerləri müntəzəm olaraq havalandırmaq lazımdır. İnfeksiyanın qarşısını alan vacib amillərdən biri də şəxsi gigiyena qaydalarına riayət etməkdir. Bundan əlavə, bol vitaminli meyvə-tərəvəzlərdən istifadə etmək məsləhət görülür. Həmçinin, həftəiçi və həftəsonları eyni vaxtda yatın və oyanın, çünki son araşdırmalara görə, yuxu nizamsız olanda immun sistemi zəifləyir.

Oxunub: 568
Paylaş:
Digər xəbərlər

Səhiyyə

21-01-2021, 15:31

Sətəlcəmin ilk simptomları. Qaçırmayın!

Səhiyyə

2-04-2020, 14:23

Öskürək yoxdur, amma pnevmoniya var – Gizli pnevmoniyanın ƏLAMƏTLƏRİ

Araşdırma

15-11-2018, 16:29

Bu xəstəlik hər il beş yaşınadək olan 1,4 milyona yaxın uşağın həyatına son qoyur

Klinika

20-10-2018, 22:43

Pnevmoniya və ya sətəlcəm.

Səhiyyə

9-10-2018, 21:10

Pnevmoniya; sətəlcəm deyə tanıdığımız xəstəlik!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Son xəbərlər
  • Dünən, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • Dünən, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • Dünən, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • Dünən, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • Dünən, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • 1-08-2026, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • 1-08-2026, 17:04
    Asiyada yeni müharibə başlayır
  • 1-08-2026, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • 1-08-2026, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • 1-08-2026, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • 1-08-2026, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • 1-08-2026, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • 1-08-2026, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • 1-08-2026, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə