• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Oynaq ağrılarını sağaldan - Təbii RESEPT
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Ürəyə, beyinə, sümüklərə faydalı - ALLERGENSİZ QİDA
İsrail səfiri açıqladı: səlahiyyət müddəti bitir
Ankara MƏQSƏDİNİ AÇIQLADI - “Hər kəs masanı alt-üst edərkən...”
Stresi azaldan 10 qida - Mütləq sınayın!
ABŞ–İran danışıqlarının növbəti raundu nə vaxt olacaq?
Orqanizmin dostu F vitamini
Putin risk edir, Rusiyanın atəşkəsə ehtiyacı var… – Bolton
Savaş davam edir: Hindistan Pakistan təyyarələrini vurdu
Qaraciyərdə pozulmaların olmasına işarə edən ƏLAMƏTLƏR
Türkiyə üçün möhtəşəm xəbər: 40 illik gözlənti sona çatır, tarix verildi
Səhər yeməyindən əvvəl bu dəmləməni için. Arıqlamaq üçün sadə üsul
Ukrayna görüşə hazırdır, sabahdan... - Zelenski Rusiyadan hansı addımı gözlədiyini açıqladı
Yenə azaldı, yenə Gürcüstana uduzduq – Səbəb nədir?
Gündəlik vərdişlər həyatınızı qısaldır: Şok edici həqiqət
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Vətəndaşların nəzərinə: Qiymətlər 5 dəfə artdı – Ötən həftə 1 manat idi…
Səhər enerjili oyanmaq üçün nə etmək lazımdır?
Bütün çarəsi olmayan və ağır xəstələr bunu içsin - Tanınmış həkimdən şəfa iksiri
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Misir Mərdanov: "Yeni təhsil nazirinə tövsiyyə edirəm ki..." - MÜSAHİBƏ

Müsahibə

11-10-2021, 11:21

Misir Mərdanov: "Yeni təhsil nazirinə tövsiyyə edirəm ki..." - MÜSAHİBƏ


Anews.az-ın "Bizim Qonaq" layihənisinin bu dəfəki qonağı AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovdur.

-2013-cü ildən sonra Azərbaycanda təhsil naziri vəzifəsini icra etmirsiniz. Sizcə o dövrdən sonra təhsilimizdə nə dəyişiliklər olub?

- 2013-cü ildən sonra ölkə prezidenti tərəfindən təhsilə diqqət artıb. Gördüyüm budur ki, müəllimlərin əmək haqqı hiss olunacaq qədər qalxıb. Hətta elə müəllimlər var ki, aldığı maaşın 2 qatını alır. Təhsilin kefiyyətində müəyyən yeniliklər hiss edirəm. Sadəcə son iki ildə pandemiya digər sahələrə mənfi təsir etdiyi kimi bu proses təhsildən də yan keçməyib.

- Son zamanlar valideynlər dərsliklərin yükünün çox olmasından və çətin olmasından şikayət edir. Sizcə kəmiyyət kefiyyətdən dahamı önəmlidir? Çox dərs oxumaq gələcəkdə daha savadlı kadr olmasına əsas ola bilərmi?

- Kefiyyət hər zaman kəmiyyətdən önəmlidir. Son dərsliklərlə bilavastə tanış olmadığıma görə nəsə deyə bilmərəm. Mənim dövrümdə də dərsliklərdən şikayət çox olurdu. Deyirdilər şagirdlərin dərslikləri çətin və çoxdur. 9 ildir bu prosesdən uzağam. Düşünürəm təhsil naziri bu yöndə irəliyə doğru ciddi addımlar atmaq, Azərbaycanda Sinqapur modelini tətbiq etmək istəyir. Nəticənin necə olacaqını demək çətindir. İlin sonuna yaxın mütəxəssislər bu məsələyə yəqin düzgün qiymət verəcəklər.

- Kitab yazırsınız. Orta məktəb şagirdləri üçün dərslik yazmağı düşünürsünüzmü?

- Zamanında riyaziyyat fənni üzrə dərsliklər yazdım. Bu prosesə rəhbərlik etdim. Dərsliklər tender əsasında hazırlanır. Kim qalib gəlirsə onun dərsliyi çap olunur. Başqa işlərimlə bağlı o işlə məşğul ola bilmirəm. Ali məktəblər üçün bir neçə dəfə riyaziyyat fənni üzrə dərslik hazırladım. Hazırda o istiqamətdə bir iş görməyi planlaşdırmıram.

- Çıxışlarınızın birində müəllimdən yaxşı iş tələb ediriksə ona yüksək maaş verməliyik demişdiz. Yenə bu fikirdəsinizmi?

- Əlbəttə qalıram. İstənilən şəxsə çox maaş verilsə o daha yaxşı işləyər. Az adam var ki, fədakardır, az maaşla öz işini görməyi sevir. Əmək haqqı normal olmalıdır ki, insan işinə can yandırsın.

- Nazir olan zaman özünüzlə nə zamansa hesablaşdınızmı ki, harda nəyi düz etmədim?

- Bəli elə hallar olub. Bəzilərinə çalışmısam səhv olduğunu düşündüyüm an əks istiqamətdə addım atım. Bəzən görmüşəm düzəltmək mümkün olmayıb. Hamının nöqsanı və səhvi olduğu kimi mənim də səhvim və nöqsanım olub. Səhvsiz insan yoxdur. Olub elə şeylər. Çalışmışam xalqıma, vətənimə sadiq olum. Nəyi bacarıramsa edirəm. Bacarmayıb edə bilmıdiklərim də var.

- Elə bir qərar olubmu ki, vermək istəməmisiniz, amma verməyə məcbur olmusunuz?

- Qərarlar çox olub. Belə bir qərarın olduğunu xatırlamıram.

- Nazir postuna ilk təklifi aldığınız günü necə xatırlayırsınız?

- Həmin vaxt Bakı Dövlət Universitetdə rektor kimi çalışırdım. Nazir postuna gəlməyimi düşünmürdüm. Bu posta gələndə çox ciddi məsuliyyət hiss etdim. Əgər bir universitetə rəhbərlik edirdimsə artıq bütün ölkənin təhsilinə nəzarət edirdim. Təhsil nazirliyində müxtəlif vəzifələrdə çalışmışdım. Tanış idim o sistemlə. Bəzi çətinliklər öz həllini tapmışdı. Ona görə mənə nazir postunda işləmək çox da çətinlik yaratmadı.

- İndiki təhsil nazirinin fəaliyyətini necə qiymətləndirirsiz? Ona nə tövsiyyə edərdiniz?

- İndiki nazirlə şəxsən tanış deyiləm. Sadəcə bir necə dəfə tədbirlərdə görüşmüşük. Çıxışlarını dinləmişəm, mətbuat konfranslarına baxmışam. Hesab edirəm təhsilin içindən gəlmiş adamdır. Dünya təhsil sistemini bilir. İmkanları daxilində hər şeyi etməyə çalışır ki, Azərbaycan təhsilinə töhfə versin. Əminəm ki, gələcək təhsilimiz üçün daha yaxşı işlər görəcək. Cəmiyyətdə hər zaman müqayisələr olub. Hər dövrün müsbət və mənfi təsirləri olur. Prezidentin təyinatı yerində olan təyinatdır. Mətbuata açıq adamdır. Tövsiyyə edirəm ki, nazir kimi regionlarda tez-tez görüşlər keçirsin, məktəblərə getsin, müəllim, şagird və tələbələrlə görüşsün, onların fikirlərini dinləsin. Belə olsa yəqin ki, cəmiyyətdə səslənən bəzi neqativ fikirlərə yer olmaz. Mən nazir olanda elə bir rayon olmadı ki, ora bir necə dəfə getməyim. Müəllim, valideyn şagird və tələbələrlə görüşürdüm, onların fikirlərini eşidirdim. Əks halda heç bir inkişaf ola bilməz. Problemləri yerində görsə, şagirdlərin və valideynlərin dilindən eşitsə işləri daha yaxşı olar.

- Qonşu ölkələrin bəzilərində rus dilli məktəb yoxdur, bəzilərində isə sayı azaldır. Azərbaycanda isə 365 məktəbdə dərslər rus dilində aparılır. Buna münasibətiniz necədir?

- Bizi qonşu ölkələrlə müqayisə etsək Azərbaycanın özünəməxsus xüsusiyyətləri var. Bizdə başqa millətlərin nümayəndələri çox yaşayır. Mən buna müsbət hal kimi baxıram. Dünyada hər il müxtəlif qurumlar, elemetrik bazalar yaxşı universitetləri müəyyən edirlər. Ordakı kriteriyalardan biri də ondan ibarətdir ki, bu universitetdə hansı millətlərin nümayəndələri oxuyur. Onların çoxluğu həmin universitetə yüksək bal gətirir. Umumiyyətlə inkişaf müxtəlif fikirli, müxtəlif səviyyəli adamların bir yerdə olmasından çox asılıdır. Bu baxımdan bizim ölkəmiz bizə qonşu olan digər ölkələrə nisbətən həmişə açıq ölkə olub. Başqa millətlərə hörmət edən biri olmuşuq. Ənənəvi olan məktəblərdə rus dili tədrisinin sayı çox olub. Ancaq Azərbaycan müstəqillik elan etdikdən sonra dövlət dili Azərbaycan dili elan edildikdən sonra bu müddətdə müəyyən vaxtlar təlim rus dilində aparılan məktəblərin də ora getmək istəyən uşaqların sayı da azaldı. Son bir neçə ildə hiss olunur ki, rus dilində təhsil almaq istəyənlər var. Burda pis heç nə yoxdur. Rusiya bizim qonşumuzdur. Biz həmişə Rusiya ilə bağlı olmuşuq. Təhsilimiz, elmimiz, mədəniyyətimiz bağlı olub. Həddən çox olmasına müsbət fikir deyə bilmərəm. Əgər kimsə bu dildə təhsil almaq istəyirsə ona şərait yaratmaq lazımdır. 90 faiz məktəblərdə rus dili xarici dil kimi keçirilir. Bəzən rus dilində təhsil alan tələbə daha vətənvərpər olur. Bu məsələ ailədən, tərbiyədən, şəxsiyyətdən gələn bir hissdir. Bəzən mətbuatda və televiziyalarda bu işi mənfi qiymətləndirirlər. Bunu ölkənin problemləri sırasına daxil etmək doğru olmaz. Zorla kiminsə övladına rus dilində təhsil verilmir ki, bu problem olsun. İstəyə bağlı məsələdir.

- Bəs ingilis dilində təhsil niyə pulsuz deyil?

- Azərbaycanda ingilis dilində pulsuz təhsil vermək biraz çətin məsələdir. Xarici universitetləri bitirmiş müəllimlər gəlib orta məktəbdə bizim verdiyimiz indiki maaşla işləmək istəmir. Biz onlara kefiyyətli əmək haqqı verə bilmirik. O baxımdan çətinliklər yaranır. Yəqin ki yaxın gələcəkdə bu istiqamətdə də addımlar atılacaq.

- Gənc kadrlar 65 yaşdan yuxarı müəllimlərin pensiyaya çıxmamasından gileylənir və bunu iş tapa bilməməlirinin əsas səbəbi sayırlar. Bununla razılaşırsınızmı?

- Məncə 65 yaşa çatan kimi müəllimi təhsildən uzaqlaşdırmaq doğru deyil. Seçim etmək lazımdır. Tələbələr 65 üzəri təcrübəli müəllim istəyirlər yoxsa gənc kadr? Biz hər ikisindən yararlanmalıyıq. Keyfiyyətli mühazirə keçənləri saxlamayılıq. Yaxşı gənc kadrlara da üstünlük verməliyik. Yaxşı müəllimə hər yerdə iş var.

- Azərbaycanda niyə kişi müəllimləri azdır?

- Azərbaycanda bu problem 20-30 ildir var. Əsas amillərdən biri müəllimin əmək haqqının az olması ilə bağlıdır. Azərbaycan ailəsində ailəni dolandıran kişidir. Əgər ailənin maaşı o kişinin maaşına bağlıdırsa bu bir az ciddi problem yaradır. Qadınlar müəyyən mənada evdən çıxmaq xətrinə işə gedir. Buna görə də bir çox hallarda kişilər müəllimlik sənətindən uzaq qalır. Heç olmasa 30 faiz üzərində təhsil sistemində kişi müəllimlər olmalıdır. Kişi ilə qadının bərabər olması da yaxşı mənada rəqabət yaradır. Həm də uşaq kişi müəlliminin də sifətini görsə yaxşı olar.

- Azərbaycan təhsilində rüşvət problemini necə həll etmək olar?

- Rüşvət təkcə təhsildə deyil. Ona görə də bunu təhsildə qabartmaq doğru olmaz. Ölkə prezidenti olmaqla hamımız bu məsələdə bərabər mübarizə aparmalıyıq. Düşünürəm zamanla bu kimi hallar qaydasına düşəcək.

- Özünüz də müəllim olmusunuz. Nə zamansa belə halla qarşılaşıbsınızmı?

- Heç vaxt! Müəllim, kafedra müdiri, dekan, rektor, nazir vəzifəsində çalışmışam. Bir adam deyə bilməz ki, mən Misir Mərdanova pul vermişəm. Bu gün mənə hər yerdə hörmət edirlər. Cəmiyyətimizdən çox razıyam. Pisləməyə nə var ki? Yaxşıları hər zaman nümunə göstərmək lazımdır.

- Bəs övladlarınız üçün nə vaxtsa müəllimə pul göndəribsinizmi?

- 3 uşağım var. Heç biri üçün pul göndərmədim. Özümüz də 6 uşaq olmuşuq. Heç vaxt belə halla qarşılaşmadıq.

- Uşaqlarınız nə zamansa təhsilin çətinliyindən və çoxluğundan sizə şikayət edibmi?

- Nazir olduğum dövrdə dərslikləri bir-bir vərəqləyirdim. Çox vaxt görmüşəm ki, dərsliklərdə çox mürəkkəb dərslər var. Onu hazırlayanlarla oturub müzakirə edib həmin yükü azaltmışıq. Uşağa dərsi o qədər verməlisən ki, o yükün altından çıxa bilsin. Bu gün də o fikirdəyəm. Mənə elə gəlir ki, təhsil naziri bu gün bu məsələyə ciddi fikir verir. Dünya təcrübəsi öyrənilir. Dərsliklərin hazırlanmasında yaxından iştirak edirlər. İşıq gələn tərəfə baxıb getməliyik.

- Təklif alsanız gedib Qarabağda dərs deyərdinizmi?

- Mənim 76 yaşım var. Gedib orda yaşayıb müəllimlik edəcəm desəm yalan olar. Hər halda gedib görüşüb məsləhətlər verib gələrdim. Hər şeyin öz vaxtı var. İndiki şagirdlər daha çox bilir. Onlara yaxşı dərs vermək, yol göstərmək üçün yüksək səviyyəli olmalısan. Müəllim bir dərsə girməzdən qabaq 4-5 saat hazırlaşmalıdır.

- Müəllim nə qədər maaş almalıdır ki, özünü ən yüksək ən vacib vəzifədəki kimi hiss etsin?

- Onu hesablamaq lazımdır. Eşitmişdim Atatürk Türkiyə cəmiyyətini quranda maliyyəçilər Atatürkün yanına gəlib deyiblər yeni hökümət qururuq necə edək əmək haqqını? Atatürk cavab verib ki, gedin birinci müəllimlərin maaşını tənzimləyin sonra digər sahələri. Heydər Əliyev də həmişə deyirdi dünyada müəllimdən yüksək ad tanımıram. Prezident də həmişə müəllimlərə diqqət verir. Sovet dövründən müstəqilliyə keçdik. Bütün zavodlar fabriklər bağlandı. Ancaq məktəblər qaldı. Təhsili yaratmaq və söndürmək çətindir. Ona görə müəllimlər hər zaman diqqətdə olmalıdır.

- Fəaliyyətinizi AMEA-da davam etdirirsiniz. Nə kimi işlər görürsünüz?

- Artıq 9 ildir Riyaziyyat və Mexanika İnstitutunda çalışıram. 200 nəfərə yaxın işçimiz var. 70 nəfərə yaxın alim çalışır. Kefiyyətə görə ən yüksək institut sayılırıq. Hər ay 4 jurnal buraxılır. Magistratura və doktarantura oxumaq üçün təhsilimiz var. Bu təhsil üzrə hər il 8-9 tələbə qəbul olur. Dünyanın bir çox aparıcı konfranslarında iştirak edirik. Düşünürəm bu sahə üzrə uğurlarımız çox olub və bunu davamlı olması üçün çalışırıq.

- İstirahət etməyi düşünürsünüzmü?

- Xeyr istirahət etməyi düşünmürəm. Bu il mənim iştirakımla 5 kitab işıq üzü görüb. 20-ə yaxın məqaləm çıxıb. Bir neçə konfranslarda online iştirak etmişəm. Bunları qoyub istirahət edə bilmərəm. Mənim hər günüm, hər saatım doludur. Gündəliyim var. Gün sonunda ora nə edə bildim bilmədim qeyd edirəm. İlim planlaşdırılıb. İstirahət etmək tezdir. Yorulanda dincəlmək imkanım var. Amma işləyib yaratmaq imkanım olduqca bunu davam etməyi düşünürəm.

Oxunub: 720
Paylaş:
Digər xəbərlər

Xəbərlər

5-04-2021, 17:17

Misir Mərdanova yüksək VƏZİFƏ VERİLDİ

Xəbərlər

1-04-2021, 15:37

Sabiq məmurlar nə qədər pensiya alır? - SİYAHI

Xəbərlər

12-09-2019, 18:28

Misir Mərdanova VƏZİFƏ VERİLDİ

Xəbərlər

27-03-2019, 13:52

SON DƏQİQƏ: Keçmiş təhsil naziri avtomobil qəzasına düşdü - XƏSARƏT VAR

Xəbərlər

24-03-2019, 13:52

SON DƏQİQƏ: Keçmiş təhsil naziri avtomobil qəzasına düşdü - XƏSARƏT VAR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Oynaq ağrılarını sağaldan - Təbii RESEPT
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Ürəyə, beyinə, sümüklərə faydalı - ALLERGENSİZ QİDA
İsrail səfiri açıqladı: səlahiyyət müddəti bitir
Ankara MƏQSƏDİNİ AÇIQLADI - “Hər kəs masanı alt-üst edərkən...”
Stresi azaldan 10 qida - Mütləq sınayın!
Son xəbərlər
  • Bu gün, 15:07
    Oynaq ağrılarını sağaldan - Təbii RESEPT
  • Bu gün, 13:17
    Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
  • Bu gün, 12:36
    Ürəyə, beyinə, sümüklərə faydalı - ALLERGENSİZ QİDA
  • Bu gün, 11:20
    İsrail səfiri açıqladı: səlahiyyət müddəti bitir
  • Bu gün, 10:02
    Ankara MƏQSƏDİNİ AÇIQLADI - “Hər kəs masanı alt-üst edərkən...”
  • Bu gün, 09:00
    Stresi azaldan 10 qida - Mütləq sınayın!
  • Dünən, 22:41
    ABŞ–İran danışıqlarının növbəti raundu nə vaxt olacaq?
  • Dünən, 21:08
    Orqanizmin dostu F vitamini
  • Dünən, 20:15
    Putin risk edir, Rusiyanın atəşkəsə ehtiyacı var… – Bolton
  • Dünən, 19:28
    Savaş davam edir: Hindistan Pakistan təyyarələrini vurdu
  • Dünən, 18:21
    Qaraciyərdə pozulmaların olmasına işarə edən ƏLAMƏTLƏR
  • Dünən, 16:46
    Türkiyə üçün möhtəşəm xəbər: 40 illik gözlənti sona çatır, tarix verildi
  • Dünən, 15:04
    Səhər yeməyindən əvvəl bu dəmləməni için. Arıqlamaq üçün sadə üsul
  • Dünən, 14:46
    Ukrayna görüşə hazırdır, sabahdan... - Zelenski Rusiyadan hansı addımı gözlədiyini açıqladı
  • Dünən, 13:08
    Yenə azaldı, yenə Gürcüstana uduzduq – Səbəb nədir?
  • Dünən, 12:28
    Gündəlik vərdişlər həyatınızı qısaldır: Şok edici həqiqət
  • Dünən, 11:35
    Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
  • Dünən, 10:13
    Vətəndaşların nəzərinə: Qiymətlər 5 dəfə artdı – Ötən həftə 1 manat idi…
  • Dünən, 09:00
    Səhər enerjili oyanmaq üçün nə etmək lazımdır?
  • 10-05-2025, 21:05
    Bütün çarəsi olmayan və ağır xəstələr bunu içsin - Tanınmış həkimdən şəfa iksiri
  • 10-05-2025, 20:34
    Putin buna görə atəşkəsdən imtina edir: Bəs, öz ordusu?
  • 10-05-2025, 19:39
    Yeni Papa həyəcan təbili çaldı - Bu, bəşəriyyətin ən mühüm problemidir
  • 10-05-2025, 18:26
    Qazlı su içən kişinin daxili orqanları yandı
  • 10-05-2025, 17:52
    Xankəndidən Şuşaya kanat yolu çəkiləcək
  • 10-05-2025, 16:20
    Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...
  • 10-05-2025, 15:38
    Albalı və gilas yuxusuzluq dərmanıdır
  • 10-05-2025, 13:33
    İki türk lider və Paşinyandan Moskvada inanılmaz addım
  • 10-05-2025, 12:33
    Ürəyin yaşının neçə olmasını necə bilmək olar?
  • 10-05-2025, 11:22
    Sabahdan hava dəyişir: mayın 15-dək... - Xəbərdarlıq
  • 10-05-2025, 10:50
    Pakistan sərhədə qoşun yeritdi - Hindistandan təcili bəyanat
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə