• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu içkilər insult yaradır - Həkim açıqladı
Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
Alzheimer ağızdan başlayır?
Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qaranər piri

Əfsanələr və miflər

13-01-2024, 21:15

Qaranər piri



Birinci versiya
Niqoy dağının ətəyində səfalı bir bulaq var. Vəli kişinin nənəbabası özünün dörd qardaşı ilə bir yerdə buraya binə düşürlər. Vəli babanın babası kasıb bir şəxs olduğundan mal-qara saxlayarmış. Kişi həmişə mal-qaranı çölə aparar, axşamüstü isə evə qayıdarmış. Arvadı da eltiləri ilə birlikdə Niqoy dağının ətəyindəki bulağa su gətirməyə gedərmiş. Dörd eltinin dördü də cüt gedər, ancaq geri üçü qayıdar, biri orada qalarmış. Həmin bu qarı Vəli babanın hərəmi imiş. Bir ay belə bunlar suya gedər, eltinin üçü qayıdar, biri sonra gələrmiş. Bu zaman onun gözünə qeybdən maral sürüləri, çoxlu mal-qara, qoyun-quzu, adam görünərmiş. Arvad bunlara qoşulub kömək elərmiş. Bunu bir ay belə görən eltiləri şübhələnirlər. Əhvalatı onun ərinə xəbər verirlər ki, biz dördümüz bir yerdə suya gedirik, ancaq üçümüz geri qayıdırıq. Sənin arvadın bizi irəli göndərir, özü xeyli sonra gəlir. Uşağı körpə olduğundan dözmür, ana südü istəyir, həmişə ağlayır.

Bunu belə eşidən qoca arvadını izləməyə başlayır. Günlərin bir günü eltilər yenə suya gedəndə kişi bunların dalınca gedib bir ağacın arxasında gizlənir. Bir də görür ki, üç elti üçü də suyu doldurub getdilər, ancaq bu arvad orada qaldı.

Arvadın qeybdən gözünə görünən şeylər kişinin də gözünə görünür, kişi görür ki, maral sürüləri, mal-qara gəldi. Arvadı adamlarla birlikdə yuxa yaymağa, halva çalmağa başladı. Bu vaxt qəfildən arvadı görür ki, əri ağacın dibində onu pusur. Arvad geri dönüb ərinə belə deyir: “Evin yıxılsın, evimi niyə yıxdın?! Məni niyə pusursan, məni nə qədər günaha batırdın”. Kişi bu işlərə məəttəl qalaraq arvadının üzünə baxır, arvad əlində çaldığı halvadan bir çay qaşığı ərinə verib deyir ki, bunu apar qırx gün o körpə uşağa yedizdir. Yanan ocağın külündən də bir ovuc verir ki, bu külü apar saxla. Bu, ocaq olacaq, səni dolandıracaq. Bu sözləri deyib arvad qeybə çəkilir. Kişi qeybdən mal-qaranın, buzovların, maralların, qoyun-quzunun mələşməsini eşidir. Bir azdan sonra kişi özünə gəlir. Görür ki, arvad maral sürüsünə qoşulub gedib, qeybə çəkilib. Xeyli peşmançılıqdan sonra əhvalatı hamıya xəbər verir. Sonra arvadın verdiyi halvanı qırx gün uşağa yedizdirir. Bir ovuc külü də gətirib dəyənin yanına tökür. Bu zaman görür ki, kül özbaşına yanmağa başladı. Bunu eşidən kənd camaatı qocaya deyir ki, sən bu külü gətir evinin yanında bir yerə tök. Qoca külü gətirir evin yanına. Ocağın adına Qaranər deyirlər. Çünki, Vəli babaya yuxuda deyirlər ki, ocağın adını Qaranər qoy. Deyilənə görə, qeybə çəkilmiş qadın maral sürüləri ilə birlikdə gəlib oranı ziyarət eləyir, yenə də qeybə çəkilirmiş.

İkinci versiya
Kəpənəkçi kəndində Qaranər deyilən bir ziyarət var. Qaranər ləqəbli həmin kəndin nüfuzlu bir ağsaqqalı olmuş, öləndən sonra həmin yerdə dəfn eləmişlər. Onun qəbri üstündə günbəz vardır. Daha doğrusu, qəbir ev kimi bir dam içərisindədir. Deyirlər, həmin kişi əslini tanımadığı bir qızla evlənir. Bunların uşaqları olmur. Bir vaxt Qaranər baxır ki, arvadı gecələr evdən çıxıb səhərə yaxın qayıdır. Səbəbini soruşanda arvadı “heç bunu xəbər alma” deyir. Gecənin birində kişi görür ki, arvadı evdən çıxıb getdi. O da qalxıb dalınca gedir. Baxır ki, təpəlikdə bir sürü maral durur. Arvadı da onları sağır. Arvad kişini görən kimi maral olur. Marallara qoşulub gedir. Kişi rəhmətə gedəndə onu bir günbəzdə dəfn eləyirlər. O vaxtdan bəri kənd camaatı bir maralın həmin günbəzin yanına gəldiyini söyləyirlər.

Bu maral bir dəfə görünübdü. Əhvalat belə olub. Kənd camaatı görüb ki, maral bir neçə dəfə günbəzin yanında görünür. Bir dəfə itlər kəndin yaxınlığından onu qovurlar. Bir gün gedirlər ki, maral Qaranərin qəbri yanında uzanıb ağlayır. Özü də heç kəsdən qaçmır. Camaatın üzünə baxır. Marala baxmaq üçün hər tərəfdən adamlar gəlir. Maralda heç bir yara yox imiş. Həmin yerə bir xalça salırlar. Maral qalxıb həmin xalçanın üzərində uzanır. Heç kəs ona toxunmağa cürət eləmir. Üç gün elə qalır. Sonra maral ölür. Kənd camaatı, Qaranərin qohumları maralı el adəti ilə həmin yerdə dəfn edirlər. Belə deyirlər ki, bu maral həmin arvadın özüdü. Ölümünü bilən vaxt gəlib öz istəklisinin yanında canını tapşırıb.

Üçüncü versiya
Qara Nər dediyimiz ocaxdı. Orda ocax yeri varıymış. Bir dəfə də ocax yanında içinnən bir yekə nər çıxır. Ora ziyarət olur. Adına da Qara Nər deyirlər.

Sonra buraya da marallar dadanır. Hər gün gəlirmişlər. Həmən Ocaxıllıda bir arvad olur. Bu gedib maralları sağırmış, südünü də öyə gətirirmiş. Gejə hamı yatannan sonra gedib dan üzü tezdən qayıdarmış. Bir dəfə arvat qayıdanda kişi bilir. Deyir, paltarın höyüşdü, hardaydın? Arvad deyir ki, belə-belə. Kişi bir vaxt buna inanmır, deyir gərək gözümnən görəm. Genə bir gejə arvad gedəndə kişi də durub bunun dalıncax gedir. Görür ki, arvad gəlif maralları sağır. Savax soruşur, arvad, bu süd hardandı? Deyir, öz malımızdan. Kişi heş nə demir. O biri gün yenə arvadın dalıncax gedir. Gəlif görür ki, arvad genə maralları sağır. Arvad kişinin gəldiyini bilir, əyəğə durur. Deyir, a kişi, ay öyün yıxılsın, niyə gəldin? Deməmişdimmi marala görühmə?

Kişi dedi, nədi ki? Arvad dedi, bir o yana bax. Kişi geri çöyrüldü ki, nə arvad – bir marala dönüf getdi.

Oxunub: 830
Paylaş:
Digər xəbərlər

Əfsanələr və miflər

11-12-2023, 21:30

Maral qayası

Xəbərlər

24-09-2023, 12:09

Ağstafada dəfn edilən şəhidlə bağlı yeni xəbər

Xəbərlər

6-07-2021, 09:07

Qoşqar dağından götürülmüş daşın ƏFSANƏSİ

Mədəniyyət

25-03-2021, 11:29

"Kişinin ağlı olsa, əri ölmüş qadın tapar"

Manşet / Araşdırma

22-08-2018, 11:52

Kain/Xain/Hain

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu içkilər insult yaradır - Həkim açıqladı
Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
Alzheimer ağızdan başlayır?
Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
Son xəbərlər
  • Bu gün, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
  • Bu gün, 18:04
    Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
  • Bu gün, 15:47
    Alzheimer ağızdan başlayır?
  • Bu gün, 13:49
    Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
  • Bu gün, 12:25
    Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
  • Bu gün, 11:07
    İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
  • Bu gün, 10:35
    Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
  • Bu gün, 09:03
    Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
  • Dünən, 21:32
    Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
  • Dünən, 20:17
    İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
  • Dünən, 17:39
    Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
  • Dünən, 15:26
    Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
  • Dünən, 14:23
    Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
  • Dünən, 13:17
    Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
  • Dünən, 12:00
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • Dünən, 11:45
    Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
  • Dünən, 10:34
    HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
  • Dünən, 09:04
    Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
  • 17-08-2026, 22:45
    Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
  • 17-08-2026, 21:18
    Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
  • 17-08-2026, 20:33
    Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
  • 17-08-2026, 19:15
    Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
  • 17-08-2026, 18:53
    İsti havalarda ağız qoxusu niyə artır?
  • 17-08-2026, 17:24
    54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
  • 17-08-2026, 16:30
    Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
  • 17-08-2026, 15:26
    Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
  • 17-08-2026, 14:37
    Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
  • 17-08-2026, 13:08
    Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
  • 17-08-2026, 12:41
    Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
  • 17-08-2026, 11:21
    Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə