Fransanın məşhur Paris Notr-Dam kilsəsinin yanaraq kül olması həmin kilsə haqqında əsər yazaraq bu tarixi abidənin dəyərini birə-beş artıran əfsanəvi roman ustası Viktor Hüqonun da gündəmə gəlməsinə səbəb olub.
Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, 9 əsrlik katedralı ədəbi abidəyə çevirməyi və bütün dünyaya sevdirməyi bacaran Hüqonun İslam, Allah, “Qurani-Kərim” ayələri ilə bağlı yazdığı şeirlər tərcümə və dərc olunmağa başlanıb.
Xüsusilə, onun İslam dinini qəbul etməsi iddialarına səbəb olan Məhəmməd peyğəmbərə yazdığı məşhur “Mahomet” şeiri diqqət çəkir.
Həmin şeiri azərbaycan dilində təqdim edirik:
Viktor Hüqo – “La Legande des Siecle” (Yüzillərin əfsanəsi)
Vəzifəsinin yaxın olduğu ürəyinə dammışdı
Mətin idi, kimisə qınamır, incitmirdi
Yolda gördüyü hər kəslə salamlaşırdı
Hər gün sanki bir az daha yaşlanırdı
Halbuki sadəcə iyirmi bəyaz tük var idi qara saqqalında
Dayanıb su içən dəvələri izləyirdi arada
Beləcə, savran olduğu zamanlarını xatırlayırdı.
Sanki cənnəti görmüş, ilahi eşqi tapmışdı
Sanki kainatın yaradılışına şahid olmuşdu
Alnı açıq, yanaqları qüsursuz, bənzərsizdi
Qaşları incə, baxışları anlamlı və kəskin idi
Boynu gümüş bir sürahinin boğazı idi sanki.
Tufanın sirlərini bilən Nuhun havası vardı.
Onunla məsləhətləşməyə gələnlərə adil davranırdı
Kimisi etiraf edər, kimisi gülər və inkar edərdi
Səssizcə dinlər, ən sonda danışardı özü
Ağzından dua və zikr heç əksik olmazdı
Çox az yeyər, qarnının üzərinə daş qoyardı.
Boş dayanmaz, qoyunlarını sağıb başını qatardı
Yerə oturub, paltarlarını özü tikərdi
Artıq gənc deyildi, əvvəlki qüvvəti qalmamışdı
Yenə də hər kəsdən daha çox oruc tutardı
Altmış üç yaşında bir alov sarıdı bədənini
Müqəddəs kitab “Quran”ı bir dəfə də oxudu
Sonra bayrağı Səidin oğluna verdi.
Onlara: "Artıq aranızdan ayrılmaq vaxtı gəldi
Allah birdir, həmişə onun yolunda savaşın" dedi.
Kədərli idi, baxışlarında yurdundan zorakılıqla
Qaçqın düşən qoca bir qartalın kədəri vardı sanki
Yenə həmişəki vaxtında məscidə gəldi,
Əliyə tabe olanlar da arxasınca gəlirdi
Vəı müqəddəs bayraq küləklə dalğalanırdı.
Bənizi solğun idi, çevrildi və qələbəliyə səsləndi
"Ey insanlar, ömür bitir, həyat gəldi-gedərdi
Biz qaranlıqda kiçik bir zərrəyik, uca olan Odur.
Ey insanlar, Ondan başqa rəhbərim yoxdur.
Onsuz bir dəyərim olmazdı."
Bir zat ona: "Ey möminlerin gerçək Sultanı!
Səni dinlər-dinləməz, hər kəs inandı sözünə
Sən doğulanda bir ulduz doğdu göy üzündə
Kəsra sarayının üç qülləsi birdən yıxıldı” dedi.
O da: "Mələklər ölümümü müzakirə etdi.
Vaxt tamamdır, dinləyin. Əgər hansı birinizə
Bir pislik etdimsə, çıxsın, hər kəsin qarşısında
Mən ölmədən gəlsin intiqamını alsın indi
Kimə vurmuşamsa, o da mənə vursun” dedi.
Və əsasını oradan keçənlərə uzatdı
Yaşlı bir qadın bir qoyunu qırxırdı eşikdə
Ona: "Tanrı köməkçin olsun!" deyə səsləndi.
Baxışlarında kədər vardı, olduqca bitkin idi
Dalmışdı. Birdən belə dedi: “Hər kəs eşitsin!
Allah mənim adımı andı! Bundan əmin olun
Torpaqdan insan, nurdan peyğəmbərəm
İsanın gətirdiyi dini tamamlamağa gəldim.
Əzhəbəm, mən səbir daşıyam, İsa şirin dilli idi.
Hər şəfəq doğacaq Günəşin müjdəçisidir
İsa məndən öncədir, amma nə Tanrıdır, nə də onun oğlu
O, gülü qoxlayan Bakirə Məryəmdən doğuldu.
Unutmayın, mən də ətdən-sümükdən bir faniyəm.
Quruyan palçıqdan başqa bir şey deyiləm
Bu dünyada başıma gəlməyən şey qalmadı
Çəkdiyim əzablara yol olsa, dayançmazdı
Təzyiq və işgəncədən bu bədənim çox çəkdi
Və əgər işlədiyimiz hər bir günahın qarşılığı
Qorxunc bir böcək olsaydı, o qaranlıq məzarı
Bizə dar edər, cəhənnəmə çevirərdi.
Təkrar-təkrar bədən qazanara cəhənnəm əhli
Və qurdlar yenidən gəmirər bütün bədənlərini
Beləcə, dəfələrlə tükənər və yenidən dirilir
Cəzalarını çəkdikdən sonra da yenidən rahatlığa qovuşur.
Mən müqəddəs savaşların təvazökar meydanıyam
Bəzən əfəndi, bəzən də kölə kimiyəm
Kəlamım eyni səhradakı qum və quyular kimidir
Bir sözüm qorxudursa, digər müjdəçidir
Ey inananlar! Çəkdiklərimi görürsünüz!
Qarşıma gətirib, insanları aldadıb yenidən dəlalətə
Sürükləmək istəyən o dəhşət saçan iblisləri
Əngəlləməyə çalışdım, bağladım o pis əllərini
Çox zaman Yaqub kimi qaranlıqlar içində
Dalaşdım görmədiyim insanlarla
Fəqət, insanlar məni özəlliklə öldürmək istədi
Mənə qarşı daim kin və qısqanclıq bəslədi
Mən isə əsla Haqq mübarizəmdən vaz keçmədim
Onlarla savaşdım, amma kimsədən incimədim.
Savaş boyunca "Buraxının etsinlər!" deyirdim
Qanlar içində tək yaralı mən olum istəyirdim
Qoy hamısı vursun mənə, onsuz da dayanmazlar ki.
Sağ əllərinə Ayı, sol əllərinə Günəşi
Versəm də, düşmənlərim vaz keçmədi əsla
Yenə də hücum edirdilər mənə bu əzabkeş yolda
Fəqət nə olursa-olsun, geri addım atmadım
Bu müqəddəs dava uğrunda taqm qırx il savaşdım.
Bax beləcə keçən ömrün sonuna çatdım.
İndi Allaha gedirəm, dünyanı geridə qoydum.
Yunanların Hermesi, yəhudilərin Levi
Dəstəklədiyi kimi siz də heç buraxmadınız məni
Çəkdiyiniz bu sıxıntılar mütləq sona çatacaq
Bu soyuq, kimsəsiz gecəyə əlbət, Günəş doğacaq
Möminlər, əsla ümidinizi kəsməyin Ondan
Kronneqa dağlarını aslan yuvası edən,
Dənizləri incilərlə, qaranlıqları da ulduzlarla
Bəzəyən Allah, əlbət, sizləri də qoymaz darda.
Sonra: "Ona inanıb təslim olun " deyə əlavə etdi.
İnanmayan, ancaq, inkar da etməyənlərin yeri
Cənnət ilə cəhənnəmi ayıran divarın üzəri
Qaralıb qəlbləri, günah işləməkdir tək işləri
Heç kimsə tamamilə günahsız deyil bəlkə
Ama cəhd edin ki, Allah cəzalandırmasın sizi
Namaz qılın, bütün əzalarınız dəysin yerə
O dayanılmaz cəhənnəm atəşi sadəcə
Onun üçün yerə qapanmayan bədənləri yandırar
O, qapqaranlıq dünyanı, masmavi göylə açar.
Qonağı sevin, dürüst olun, ədalətlə hökm edin.
Uca qatında çeşid-çeşid nemətlər var sizin üçün.
Yeddi göyü keçmək üçün qızıl yəhərli atlar
Və ildırımları geridə qoyan sürətli arabalar
Hurilər, tərtəmiz, təzə-tər və nəşəli
İncilərdən düzəlmiş köşklərdə oturur hər biri
Cəhənnəm atəş əhlini gözləyər, vay hallarına!
Alovdan ayaqqabıları olacaq və geyindiklərində
İstilikləri qazan kimi beyinlərini qaynadacaq
Cənnət əhli isə nəşəli və qürurlu olacaq”.
Bir az dayandı, həmişə ümidli olmalarını tövsiyə etdi
Sonra ağır addımlarla yeriməyə davam etdi
Ardınca: "Ey insanlar! Sizə səslənirəm
Vaxt gəldi, əbədi bir aləmə gedirəm.
Bəlkə bu, sizinlə son görüşümüz, tələsin.
Məni tanıyan hər kəs gəlib son dəfə dinləsin
Bir xətam oldusa, üzümə desin” dedi.
Qələbəlik səssizcə sağa-sola açılıb yol verdi
Getdi və Əbüfləya quyusunda saqqalını yudu
Biri ondan üç dirhəm istədi, çıxarıb verdi
"İndi məzara qoymaqdan daha yaxşıdır" dedi.
Hər kəsin göyərçin kimi işıl-işıl idi gözləri
Baxıb onları həmişə qoruyan uca insana
Ağlayırdı xalq. Evinə qədər yoldaşlıq etdilər ona
Bir çoxu gözünü belə qırpmadan gözlədi
Bütün gecəni çöldə daşların üzərində keçirdi
Və ertəsi gün günün ağardığını görəndə
"Mən artıq qalxa bilmirəm” dedi Əbubəkrə
Kitabı yanına qoyub “sən qıldıracaqsan namazı” dedi
Yoldaşı Ayşə onda camaatın arxasında idi
Əbubəkr oxuyur, Məhəmməd isə dinləyirdi
Nəhayət, oxuduğu ayələri bitirdi
O, dua və zikrini edərkən hər kəs ağlayırdı
Və Ölüm Mələyi axşama doğru gəldi
“İçəri girə bilərəmmi” deyə icazə istədi
"Gəlsin" dedi. Dünyaya açdığı o ilk günkü kimi
Yenə işıl-işıl parlayır və gülümsəyirdi gözləri
Və Mələk ona: "Allah səni gözləyir" dedi.
“Məmnuniyyətlə” dedi. Gicgahları titrədi
Bir an aralandı dodaqları və ruhubu təslim etdi.