“Baltik ölkələrində, xüsusilə Litvada dron insidentlərinin artması Avropada müharibə təhlükəsini real edir”.
Globalinfo.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
O bildirib ki, Ukrayna müharibəsi müxtəlif vəziyyətlər yaradır və bu hadisələr bəzən qarışıqlıq doğurur.
Tuskun sözlərinə görə, son günlər Baltikyanı ölkələrə təhlükə siqnalları artır.
O vurğulayıb ki, Polşa vəziyyəti görür və reallığa göz yuma bilməz.
“Hazırda Polşaya birbaşa təhlükə yoxdur, amma təxribat riski artır”, – deyə D.Tusk əlavə edib.
Qeyd edək ki, mayın 20-də Litvada dron təhlükəsi səbəbindən insanlar sığınacaqlara gedib, məktəblər bağlanıb və nəqliyyat dayandırılıb.
Litva tərəfi bəzi insidentlərə görə Rusiyanı ittiham edib, Estoniyada da dronlarla bağlı şikayətlər olub.