• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu qidalar stresi azaldır
Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
Bu axşam vərdişi yuxunu pozur
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Çin-Rusiya ilə vahid cəbhədə: Putin dərhal yola çıxdı – 25 illik prosesdə yenilik

Xəbərlər

20-05-2026, 20:09

Çin-Rusiya ilə vahid cəbhədə: Putin dərhal yola çıxdı – 25 illik prosesdə yenilik


“2001-ci ildə Çinin liderliyi ilə Şərq Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaradılması beynəlxalq münasibətlərdə ABŞ-ın təkqütblü dünya hegemonluğunu sonlandıracaq yeni dövrün başlanğıcını təmsil edir. Artıq bunun üzərindən 25 il keçir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Şəhla Cəlilzadə Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərini şərh edərkən deyib:

Siyasi şərhçi bildirib ki, son zamanlarda yaşanan bir sıra proseslər Pekin və Moskva üçün xüsusi fürsət yaratdı:

“Çinlə iqtisadi mübarizə, Rusiya-Ukrayna münaqişəsi Yaxın Şərqdəki savaşlar və ən son ABŞ-İsrail birliyinin İranla müharibəsi, Afrikada və Latın Amerikasında nüfuz uğrunda mübarizələr, bir sözlə, bütün bunlar Rusiya və Çinə öz qlobal gücünü, dayanıqlılığını, danışıqlarda təsiretmə imkanlarını nümayiş etdirməyə fürsət verdi. Artıq Çinin sadəcə iqtisadi güc kimi deyil, həm də siyasi güc kimi formalaşdığı, müəyyən mənada çəkindirmə bacarığına sahib olduğu qəbul edilir. Buna görə də BMT TŞ-nin hər bir üzvü ayrı-ayrılıqda Çinlə razılaşmağa can atır.

ABŞ Prezidenti Donald Trampın ardından Rusiya Prezidenti Vladimir Putinin də Pekinə səfər etməsi, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında, o cümlədən dünyanın çoxqütblü modelini təsdiq edən bəyannamənin qəbul edilməsi xüsusi olaraq vurğulana bilər. Başqa sözlə, Çin ABŞ-la dialoqu dünyanın sabitliyini qorumaq üçün prinsipial hesab edirsə, Rusiya ilə əməkdaşlıq çoxqütblü dünyanın – Qlobal Cənubun diliylə desək, “daha ədalətli dünyanın” – qurulmasında həyati əhəmiyyət daşıyır. Bu iki dövlət İran vasitəsilə ABŞ-ı Yaxın Şərqdə sıxışdırmaqla yanaşı, Uzaq Şərqdən gələ biləcək yeni təhdidlərə diqqət yetirdilər.

Belə ki, ABŞ gələcəkdə Çinə qarşı qlobal müharibə ssenarisini real qiymətləndirərək Uzaq Şərqdəki əsas müttəfiqi Yaponiyanın yenidən hərbiləşdirilməsinə yaşıl işıq yandırıb. Hətta Yaponiyanın nüvə silahı əldə etmək istiqamətində çalışmaları da müzakirə olunur. Belə olan halda, dünyanın iki qlobal gücünün bəyanatı ilə həmahəng şəkildə İran da ABŞ-ı və onun müttəfiqi İsraili təhdid etdi. Vaşinqton Tehranı nüvə silahı ilə vura bilcəyini dedi, Tehran isə Təl-Əvivi nüvə ilə təhdid etdi. Halbuki indiyədək İran nüvə silahına sahib olmadığını bəyan edirdi. Başqa sözlə, dünyanın yüksələn qütbləri ABŞ-a qarşı yeni nüvə cəbhəsi, yeni iqtisadi və siyasi cəbhə formalaşdırırlar”.

Siyasi şərhçi qeyd edib ki, bununla onlar dünyaya yeni “dəmir pərdə” çəkməyə çalışmırlar:

“Sadəcə olaraq bunu ABŞ-ın “tək qlobal güc” formulunu dağıtmaq üçün istifadə edirlər. NATO-nun Şərqə doğru genişlənməsini Rusiya özünə qarşı təhdid olaraq dəyərləndirirdisə, indi Alyansın Uzaq Şərqdə hərbi imkanları genişləndirməsini Çin təhdid olaraq qiymətləndirir. Çin-Rusiya hərtərəfli strateji tərəfdaşlığı bu dövlətlərin varlığını, qlobal imkanlarını qorumağın yeganə yolu olaraq görülür.

Çin getdikcə siyasi çəkisini daha da artırır. ABŞ bununla razılaşar və müvafiq nizam təsbit edilərsə, bu, dünya üçün qlobal iqtisadi savaşlar daxil olmaqla bir çox cəbhələrdə müharibənin sonlandırılması demək olar. Lakin imperiyaların mövcudluğunun ilkin şərtinin davamlı müharibələr faktoru olduğu danılmazdır. Odur ki, tərəflər öz müttəfiqləri ilə bərabər strateji güclərini, çəkindirmə güclərini mütəmadi olaraq inkişaf etdirməyə məcburdurlar.

Bu fonda Azərbaycan, yeni dünyada qlobal güclərin mövqelərini uzlaşdırmaqla, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verməklə Cənubi Qafqaz regionunda lider rolunu gücləndirməkdədir. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Volodimir Zelenski Putinlə məhz Bakıda görüşə biləcəyini bəyan etmişdi. Bu günlərdə Azərbaycan illərdir bağlı qalan sərhədlərini açır. Həm İranla, həm də Gürcüstanla quru sərhədlərinin açılması istiqamətində addımlar atılır. Dünyanı bir-birinə bağlayan Azərbaycan qlobal əməkdaşlığın faydalarını dünyaya göstərən əsas dövlətlərdən biri olaraq çıxış edir”.

Oxunub: 94
Paylaş:
Digər xəbərlər

Xəbərlər

15-05-2026, 19:56

Yeni dünya düzəni: Rusiya ABŞ və Çin qarşısından geri çəkilir?

Xəbərlər

25-08-2025, 17:54

Putin Əliyevin dostu ilə danışmağa gedir – Supergüclərin Zəngəzur savaşı

Xəbərlər

20-06-2023, 09:11

Müharibə Rusiyanı bitirir - “Çin artıq qərarını verib, Putinin yerinə...”

Xəbərlər

25-04-2023, 09:22

Çexiya prezidenti: “Aİ və ABŞ Çinə qarşı birlikdə mübarizə aparmalıdır”

Xəbərlər

29-08-2022, 21:26

Təkqütblü dünyanın sonu yaxınlaşıb - Putindən SENSASİON AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Son xəbərlər
  • Dünən, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • Dünən, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • Dünən, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • Dünən, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • Dünən, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • Dünən, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • Dünən, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • Dünən, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • Dünən, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • Dünən, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • Dünən, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • Dünən, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • Dünən, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
  • 27-07-2026, 20:41
    Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
  • 27-07-2026, 19:56
    NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
  • 27-07-2026, 18:37
    Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
  • 27-07-2026, 17:23
    Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
  • 27-07-2026, 16:08
    Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
  • 27-07-2026, 15:18
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 27-07-2026, 14:05
    Türkiyənin "F-16"ları havaya qaldırılır - "Döyüşən Şahin"lərə hansı tapşırıq verilib?
  • 27-07-2026, 13:43
    Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam
  • 27-07-2026, 12:06
    Ağciyər rezeksiyası nədir?
  • 27-07-2026, 11:21
    İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
  • 27-07-2026, 10:43
    İsrail bu şəhərdə əməliyyatları genişləndirir
  • 27-07-2026, 09:07
    Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
  • 26-07-2026, 22:33
    Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
  • 26-07-2026, 21:09
    Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə