• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ən cansıxıcı BÜRCLƏR: onlarla 1 saat bir il kimidir
2-ci tip diabetin 8 əsas əlaməti – Varsa, təcili analiz ver
ABŞ narkotik daşıyan daha bir gəmini məhv etdi
Xərçəngə qarşı yeni dərman yaradılır – Mühüm araşdırma
Niyə həkimlər hər gün nar şirəsi içməyi məsləhət görürlər?
Avropada mühüm toplantı: siyahıda Azərbaycan da var
Netanyahu son nöqtəni qoydu: Rəfah açılmayacaq!
Sarımsaq və soğandan 10 qat daha faydalıdır - Ömrü uzadır
“Bunu yalnız Tramp edə bilər” – Stubb
Livan və İsrail gizli razılaşdı: Hizbullah hədəfdə
D vitamininin daha bir faydası - 3 ilə qədər gecikdirir...
Hava limanında güclü yanğın: uçuşlar dayandırıldı
BMT İranın nüvə məsələsi ilə məşğul olmayacaq
Bu iki meyvəni birlikdə yemək olmaz
Qalxanabənzər vəzinin düyünlü zobu təhlükəlidir
Sabah hava necə olacaq?
Qəzzadakı beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək
ABŞ-də Tramp əleyhinə mitinqlər başladı
Qəzza ilə Misir arasındakı Rəfah keçidinin taleyi necə olacaq? - Netanyahu açıqladı
Bəlalı Durand xətti: İki əsrdir həllini tapmayan münaqişə
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Şəddadilər” adlı dövlət olmayıb - Saxta tarix

Mədəniyyət

5-08-2023, 13:39

“Şəddadilər” adlı dövlət olmayıb - Saxta tarix


Bu gün Azərbaycan, Türkiyə, Rusiya və bəzi ölkələrin tarix kitablarında ciddi yanlışıqla Şəddadilər dövləti adı keçir. Guya Şəddadilər kürd mənşəli sünni müsəlman sülalə olmuşdur ki, 951-1199-cu illərdə Ermənistan və Arranın müxtəlif ərazilərini idarə etmişdir. Kim bu Şəddadilər adını elmi dövriyyəyə gətirib və məhz onu kürdlərlə bağlayıb?

Bu adı çəkən tarixçilər istinad kimi İbn Qüteybənin "Kitab ül Məarıf", Yaqut əl-Həməvinin "Mücəm əl Buldan", ibn Hallikanın "Vəvayatul Ayan", Şərəfxan Bidlisinin "Şərəfnamə" əsərlərini istinad kimi göstərirlər. Lakin onların ciddi təhriflərə uğradığını da etiraf etmirlər. Bu barədə digər istinadlar axtarmadan Azərbaycanın ən qədim eli olan Şadlıları Şəddadilər kimi qələmə verirlər. Xüsusilə İngiltərə-Rusiya şərqşünası Vladimir Minorski iddia edir ki, guya Şəddadilər burada eramızdan əvvəl yaşamış kürdlərin ulu babalarıdır. Onun yazılarını oxuyandan sonra sadəcə bir həqiqətə vardım: başdan ayağa yalan və heç bir ciddi mənbəni qoyaq kənara, yazılı qaynaq və daş abidə üzərində bir damğa göstərmədən bu fikirləri irəli sürməsi regionda türk kimliyinin silinməsinə xidmət etməkdən başqa bir şey deyildir.

Birinci qeyd edim ki, Şadlı tayfası Qərbi Azərbaycan və Naxçıvan ərazisində yaşayıb və onlar Xəzər xaqanlığı dövründə bu böyük dövlətə tabe idilər. Türk soylu olan bu tayfa Xəzər xaqanının böyük oğlu və xaqanlığa namizəd olan vəliəhdlərə xidmət edirdi. Ərəblərin hücumlarına qədər bura Şadlı torpaqları olub. Ərəblərin gəlişindən sonra onların yanında olan salnaməçilərin qeydlərində bəzi ərəbdilli yazılı qaynaqlara “Şadın ölkəsi” kimi düşmüşdür.

Türk tədqiqatçısı professor Vəli Saltık yazır: “935-ci ildə Şadlılar Araz və Kür çayları arasında, antik dövrdə "Antopatan” adlanan coğrafi bölgənin quzeyində yerləşən və daha sonra "Aran” adlanan bölgədə, 951-1064-cü illərdə hökmdar olmaqla, 1174-cü ilə qədər bir dövlət qurdular” (Bax: Saltik Veli. Sadiler ve Kockiriler. Kuloğlu Matbaacılık, Ankara 2011).

Şadlılar istər Xorasan bölgəsində, istər Türkiyədə və ya Suriyada yaşadıqları yerlərə və kəndlərə Şadlı adı vermişlər. Sonradan ərəblərin qeyd etdiyi kimi, guya Şadlıların ulu babası Səəd ərəb kökənli olub və İmam Həsənin soyundadır, bunu fars qaynaqları yazıblar və çox təəssüf ki, Osmanlı tarixçiləri də ona inanıblar. Tarixçi alim, dostum, Azərbaycan tarix elmində ilk dəfə olaraq urartuşünaslıq sahəsində geniş tədqiqatlar aparan Ramin Əlizadə yazır: “Biz tarixə nəzər salsaq, ərəb işğalından sonra regionda bir çox yerlərə ərəblərin hakim olmasını görə bilərik, lakin bu regionda hakimlərdən birinin Səəd olması haqqında istər yazılı qaynaqlarda, istərsə də numizmatik materiallarda məlumatlar yoxdur”.

Sonradan bu adlar bir az təhrif olunsa da, "Şidli”, "Şadlı”, "Şatırlı”, "Şəddadi” adlarını saxlamışlar. İstər arxeoloji abidələri, yazılı qaynaqları, istərsə də numizmatik materialları araşdırarkən biz daha çox “Şadlı” sözünə rast gəlirik, nəinki Şəddad. Şəddadilər “Şadlı” sözünün dil üslubuna görə yaranmış addır. Orijinalda Şadlı dövləti rus-osmanlı-fars dilində “şəddadi” kimi yazılıb, bəlkə də qəsdən edilib ki, Şadlı tayfasının qədim soyunu tarixdən silsinlər.

"Şadlı" sözü ərəbcə "Şədd" kimi tələffüz olunmuşdur, "ad//at" isə ərəbcədə başqa dillərdən alınma sözlərə artırılan cəm şəkiçisidir (Bax: Mенда Бейлу. M. 1975, səh 49).

Prof. F.Cəlilov qeyd edir ki, Şadlı tayfalarından bəhs edən tarixi qaynaqlar həm məkan, həm də zaman baxımından olduqca genişdir. Belə ki, ilk dəfə şumer mətnində “şad” sözü, Asur və Urartu qaynağında görünən “şad”, “şadlı” sözləri məkan baxımından Urmiya gölü hövzəsi və İrəvan mahalına aiddirsə, sonrakı tarixi mənbələrdə “şad” sözünə Orxon abidələrində və Çin qaynaqlarında da rast gəlmək olur.

Vedibasar bölgəsində Şadlı boyunun tarixi çox qədm çağlara aiddir. Urmiya hövzəsində isə Şatırlı tayfalarının tarixi miladdan öncə VIII əsrə aiddir. Belə ki, Şatir-araqa (Şatiraraya da oxunur) və Şatiru adlı bölgələr barədə e.ə. 777-ci və 780-ci illərə aid urartu dilində yazılmış tarixi qaynaqlar vardır. Həmin ərazilərdə Şattera adlı bölgəni isə eyni əsrə aid Assur qaynağı da təsdiq edir. Assur – Urartu mətnləri isə I minildə qeydə aldıqları şad titulu və şad, şadlı tayfalarından bəhs edir. (Bax: И.M.Дьяконов. Ассиро Вавилонские источники по истории Урарту. "Вестник Древней Истории", №2-3, 1951, səh 10).

Çin mənbələrində Dəmirçi (Temuçin) ləqəbi ilə tanıdılan Çingiz xanın da qaratatar soyundan olduğu göstərilir.

Onlar Şadlıların bir qolu olaraq VII əsrdə Mərkəzi Asiyaya ordan da Göytürklərin torpaqlarına və Çinə mühacirət edib burda məskunlaşıblar. (Bax: Joo-Yup Lee. Turkic Identity in Mongol and Post-Mongol Central Asia and the Qipchaq Steppelocked).

Hətta Əmir Teymur Osmanlıları məğlub edəndən sonra Çingiz xan soyundan özünü saydığı üçün Anadoluda məskunlaşıb və “qaratatar” adı ilə bilinən monqol tayfasını Orta Asiyaya aparması haqqında məlumatlar mövcuddur (Bax: Nizaməddin Şami. "Zəfər-namə". Bakı: Elm, 1992. 40 s.).

Yekun olaraq qeyd edim ki, bu gün bəzi ölkələrin tarix kitablarında yazılan Şəddadilər kürd dövləti deyil, orijinal adı Şadlı dövlətdir, qədim türk xalqıdır, Azərbaycan, xüsusilə Qərbi Azərbaycan ərazisində tarixən yaşayıblar. Dədə Qorqud dastanında adı qeyd edilən Bayandur xan da bu tayfaya aid olub. Şəddadilər adı isə Şadlı adının sonradan təhrif edilmiş formasıdır. Bu tayfanın türk olmasının sübutu isə Orxon abidələrdir. Orda isə konkret yazılıb:

İki oğluma yabğu (və) şad adı verdim.

Yeddi yüz kişini (döyüşə) aparanın böyüyü Şad idi.

axar.az

Oxunub: 390
Paylaş:
Digər xəbərlər

Xəbərlər

9-01-2022, 10:53

Ermənistan ŞOKDA: Rusiyanın tarix dərsi erməniləri QƏZƏBLƏNDİRDİ

Xəbərlər

20-10-2021, 20:12

Xudafərin körpüsünün dağıdılma əmri VERİLDİ, amma… – Bakıdan TARİXİ ADDIM

Xəbərlər

1-10-2021, 17:44

Ərdoğan TARİX YAZIR: Rusiyanın tərkibindəki TÜRK DÖVLƏTLƏRİ İLƏ… – SOÇİDƏ TURAN İZLƏRİ

Bioqrafiya

19-08-2021, 16:20

Nizami Gəncəvi

Xəbərlər

9-08-2021, 09:34

Jirinovski və Solovyov bu dəfə Ərdoğana qarşı HƏDLƏRİNİ AŞDILAR: "Turan ordusu qurmaq istəyir"

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ən cansıxıcı BÜRCLƏR: onlarla 1 saat bir il kimidir
2-ci tip diabetin 8 əsas əlaməti – Varsa, təcili analiz ver
ABŞ narkotik daşıyan daha bir gəmini məhv etdi
Xərçəngə qarşı yeni dərman yaradılır – Mühüm araşdırma
Niyə həkimlər hər gün nar şirəsi içməyi məsləhət görürlər?
Avropada mühüm toplantı: siyahıda Azərbaycan da var
Son xəbərlər
  • Dünən, 22:31
    Ən cansıxıcı BÜRCLƏR: onlarla 1 saat bir il kimidir
  • Dünən, 21:39
    2-ci tip diabetin 8 əsas əlaməti – Varsa, təcili analiz ver
  • Dünən, 20:02
    ABŞ narkotik daşıyan daha bir gəmini məhv etdi
  • Dünən, 19:28
    Xərçəngə qarşı yeni dərman yaradılır – Mühüm araşdırma
  • Dünən, 18:19
    Niyə həkimlər hər gün nar şirəsi içməyi məsləhət görürlər?
  • Dünən, 17:21
    Avropada mühüm toplantı: siyahıda Azərbaycan da var
  • Dünən, 16:24
    Netanyahu son nöqtəni qoydu: Rəfah açılmayacaq!
  • Dünən, 15:15
    Sarımsaq və soğandan 10 qat daha faydalıdır - Ömrü uzadır
  • Dünən, 14:55
    “Bunu yalnız Tramp edə bilər” – Stubb
  • Dünən, 13:22
    Livan və İsrail gizli razılaşdı: Hizbullah hədəfdə
  • Dünən, 12:15
    D vitamininin daha bir faydası - 3 ilə qədər gecikdirir...
  • Dünən, 11:43
    Hava limanında güclü yanğın: uçuşlar dayandırıldı
  • Dünən, 10:20
    BMT İranın nüvə məsələsi ilə məşğul olmayacaq
  • Dünən, 09:08
    Bu iki meyvəni birlikdə yemək olmaz
  • 18-10-2025, 21:43
    Qalxanabənzər vəzinin düyünlü zobu təhlükəlidir
  • 18-10-2025, 20:02
    Sabah hava necə olacaq?
  • 18-10-2025, 19:07
    Qəzzadakı beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək
  • 18-10-2025, 18:26
    ABŞ-də Tramp əleyhinə mitinqlər başladı
  • 18-10-2025, 17:47
    Qəzza ilə Misir arasındakı Rəfah keçidinin taleyi necə olacaq? - Netanyahu açıqladı
  • 18-10-2025, 16:35
    Bəlalı Durand xətti: İki əsrdir həllini tapmayan münaqişə
  • 18-10-2025, 15:53
    Özbaşına vitamin qəbulu qaraciyəti məhv edir
  • 18-10-2025, 14:59
    İran hərbi gəmiləri Bakı limanını tərk edib
  • 18-10-2025, 13:09
    Bankların faiz xərcləri üzrə renkinqi
  • 18-10-2025, 12:15
    İsti suya 1 çay qaşığı əlavə edin – bağırsaqları yumşaldır
  • 18-10-2025, 11:40
    Pakistan-Əfqanıstan sərhədində atəşkəs pozuldu - 7 pakistanlı əsgər həyatını itirib
  • 18-10-2025, 10:30
    2026-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edilib
  • 18-10-2025, 09:03
    Zəfəran haqqında bilmədiklərimiz – xeyri və zərəri
  • 17-10-2025, 22:34
    Hancı BÜRCLƏRİ oktyabrda çətinlik gözləyir?
  • 17-10-2025, 21:48
    Əsnəməyi boğub saxlamaq olmaz –XƏBƏRDARLIQ
  • 17-10-2025, 20:31
    Türkiyə Suriyaya hərbi texnika göndərir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə