• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İsti hava insult riskini artırır - Həkimdən açıqlama
3 il əvvəl ortaya çıxdı, Bakıya qarşı proses başladı – Əliyevdən mühüm ANONS
Neftlə bağlı görünməmiş ssenari – Bir addım hər şeyi dəyişə bilər
Akupunktura nədir? - Hansı xəstəliklərə faydalıdır?
İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
Netanyahudan İrana: O günlər artıq geridə qaldı!
Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
Küveytdə HHM-lər işə düşdü: Hədəflər zərərsizləşdirilir!
Ceyhun Bayramovun “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi - Paşinyan izahat versin
Panik atak və infarktı necə ayırd etmək olar?
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...
Qarın köpünün 5 gizli səbəbi
Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Xudafərin körpüsünün dağıdılma əmri VERİLDİ, amma… – Bakıdan TARİXİ ADDIM

Xəbərlər

20-10-2021, 20:12

Xudafərin körpüsünün dağıdılma əmri VERİLDİ, amma… – Bakıdan TARİXİ ADDIM



AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Gənc alim və mütəxəssislər şurasının sədri, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa İpək Yolunun üzərində yerləşən Xudafərin körpüləri haqqında tarixi faktları açıqlayıb. Alim bildirib ki, tarixə şahidlik edən bu körpülər qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.

KAiM.az tarixçi ilə müsahibəni təqdim edir:

– Xudafərin körpüsünün tikilməsinə necə qərar verildi və neçə il sonra tikilib başa çatdı?

– Xudafərin körpüsü haqqında müxtəlif mənbələrdə versiyalar var. Mənbələrdən bildirilir ki, körpü hələ 9-cu əsrdə mövcud olub. Tarixçi Həmdullah Qəzvinin materiallarında bildirilir ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin (s) yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib və ərəb orduları burdan Şimali Azərbaycan üzərinə yürüş edib. Bəziləri isə iddia edir ki, həmin şəxs körpünü tikdirməyib.

Ümumiyyətlə, orada iki körpü var. Birincisi, 11 aşırımlı, digəri 15 aşırımlı körpüdür. Bunlardan biri təxminən 6 metr uzunluğundadır, o biri isə təxminən 4-5 metrdir. Bizə gələn məlumatlara əsasən 11 aşırımlı körpü Şəddadi hökmdarı Fəzl İbn Məhəmmədin dövründə inşa edilir və bu, təxminən 7-ci əsrdə tikilən körpünün üzərində restavrasiya edilərək indiki vəziyyətə gətirilir. Onun tikilməsində əsas məqsəd Cənubi Azərbaycanla Şimalı Azərbaycan arasındakı əlaqənin gücləndirilməsi və yüklərin daşınması idi.

Bu körpü salınandan bir müddət sonra həmin ərazidə Şəddadilərin mülkü yaranır. Bilirik ki, Şəddadilər Şərqi Anadoluda, Van gölü ətrafında erməni feodalları, Bizans dövləti və gürcülərə qarşı müharibə aparırdı. Xudafərin körpüsü sayəsində oğuz türklərinin Azərbaycana keçməsi asanlaşır. Təxminən 1000 il əvvəl – 1027-ci ildə Xudafərin körpüsünün tikilməsi və oğuz türklərinin gəlməsindən sonra demək olar ki, Şimali Azərbaycanda Bizans və düşmən qüvvələrinin təhlükəsi aradan qalxır. Necə ki, indi “iki dövlət bir millət” şüarı ilə Türkiyə Azərbaycana dəstək olur, o dövrdə də oğuz türkləri Şəddaddilər dövlətinə yardım etmiş və Bizans dövlətinin hücum təhlükəsini aradan qaldırmışdılar.

11 aşırımlı körpünün tarixi şübhəsiz ki, qədimdir. Arazın üzərində ondan əvvəl də taxtadan və digər materiallardan körpü olmuşdu. Sadəcə üzərində restavrasiya nəticəsində möhtəşəm körpü yarandı. Eyni zamanda digər hissələrinin – 15 aşırımlı körpünün Elxanilər dövründə yarandığı güman edilir. Bu körpü təkcə hərbi məqsədlə tikilməyib, həm də uzun illər Azərbaycanın şimalı ilə cənubunu birləşdirən simvolik abidə və ya birlik rəmzi hesab olunub. Tarixən insanlar şimaldan cənuba, cənubdan şimala həmişə bu yolla əlaqə saxlayıblar.

Bu körpülərin dağılması problemi Qacarlar Azərbaycanı birləşdirmək istəyəndə meydana çıxmışdı. Qacarların qoşunu gəlincə İbrahim Xəlil Xan körpünü dağıtmaq əmri vermişdi. Bu hadisədən sonra – birlik rəmzinin dağılması ilə Cənubi Azərbaycanla birləşməyimiz baş tutmadı. Sonradan körpü müəyyən mənada bərpa olunmuşdu. Amma Cənubi Azərbaycanla birləşmədik. Bəlalar Xudafərinin dağıdılmasından sonra başladı.

Şükürlər olsun ki, 2020-ci il 18 Oktyabr tarixində Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsü və ətraf ərazilərimiz Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildi. Ümid edirik ki, bir daha belə ağır hadisələr yaşamarıq.

– Ümumiyyətlə, tarixi abidələr içərisində istər memarlıq istərsə də, mənəvi çəkisi baxımdan Xudafərin körpüsü nə ilə seçilir?

– Azərbaycan memarlıq məktəbinin bu əzəmətli abidəsi dünyanın bir çox tarixçilərinin diqqətini cəlb edib. Xudafərin körpüləri Azərbaycan memarlarının müstəsna mühəndislik bacarığının ən gözəl nümunələrindən sayılır. Tədqiqatçıların bir çoxunun fikrincə, körpülərin dayaqları çayın ortasındakı olan təbii sal daşlar üzərində qurulduğundan ona “Xudafərin” adı verilib. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını “Xuda-Afərin” kimi yazır ki, bu da farsca “Allah tərəfindən yaradılmış”, “Allaha Mərhəba” mənalarını verir. Bu körpülərin Azərbaycanın Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə fikirlər söylənilir.

Xudafərin bir memarlıq abidəsi olmaqdan ziyadə, şimalla cənub arasındakı rəmzdir. İbrahim Xəlil Xan onu dağıdandan sonra Şimal Rusiyanın işğalına, Cənub isə Qacarlar dövlətinin tərkibinə keçdi. Qacarlar türkdilli sülalə idi, amma onlara qarşı Səttar xan və Bağır xan üsyan qaldırdı. Sonradan da türklər Pəhləvi hakimiyyətinə keçdi. Beləliklə, Şimalla Cənub bir dövlət hakimiyyəti altında birləşə bilmədi.

– 1930-cu illərdə SSRİ-nin qərarı ilə yenidən dağıdıldı…

– Körpü 20-ci əsrin 30-cu illərində Şimali və Cənubi Azərbaycan arasında əlaqələri kəsmək üçün İran və SSRİ-nin birgə qərarı ilə dağıdılıb. Həmin vaxtdan da yerli əhali körpüyə ikinci – Sınıq körpü adını verib. Bir hissəsi əvvəlcədən də dağıdılmışdı, amma qalan hissəsi Sərhəd məntəqəsi kimi istifadə olunurdu.

1989-cu illərdə artıq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq “Sərhəd hərəkatı” adlı bir sıra siyasi aksiyalar həyata keçirməyə başladı. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. Eyni zamanda 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi qeyd olunmasına qərar verildi. Həmrəylik gününün təsis edilməsi bir daha göstərir ki, Şimali və Cənubi Azərbaycan arasındakı hökm sürən birlik və həmrəylik duyğularını zədələmək qeyri-mümkündür.

– Prezident İlham Əliyevin müharibənin başa çatmasından bir həftə sonra azad olunmuş ərazilərə ilk səfərində (Cəbrayıl və Füzuliyə) Xudafərinə getməsi, orada bayrağımızı qaldırmasının əhəmiyyəti nədir?

– Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvəti, xalqımıza məxsus möhtəşəm memarlıq əsəridir. Ali Baş Komandanın sərkərdə kimi Xudafərin körpüsündə çıxış etməsi bir çox məqamlardan xəbər verir. Xudafərin körpü funksiyası rolunu çoxdan itirib, İlham Əliyevin orda çıxış etməsi isə mühüm əhəmiyyət kəsb edir. Dövlətin bundan sonra görəcəyi çox işlər var.

– Eyni zamanda cənubi azərbaycanlılar bu günü göz yaşları ilə qeyd etmişdi. Onların sevinc göz yaşları müharibənin ən qızğın dövründə xalqımız üçün böyük bir dəstək idi.

– Döyüşlər gedəndə azərbaycanlı əsgərləri o tayda da cənubi azərbaycanlılar “Ordumuz irəliləyir” şüarları ilə qarşılayırdı. Türkiyə Azərbaycan münasibətlərini hər zaman “Bir millət iki dövlət” sözləri ilə ifadə edirik. Amma Güney Azərbaycandakı qardaşlarımızı unutmaq olmaz. Millətin böyük bir parçası orada yaşayır, unutmamalıyıq ki, onların əksər hissəsinin qəlbi bizimlə döyünür.

mənbə: Publika.az

Oxunub: 1 120
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-04-2021, 13:28

Prezident bu şəxslərin cəzalandırılması barədə TAPŞIRIQ VERDİ

Xəbərlər

5-04-2021, 17:17

Misir Mərdanova yüksək VƏZİFƏ VERİLDİ

Maraqlı

14-03-2021, 17:25

“National Geographic” Xudafərin körpüsünü paylaşıb

Mədəniyyət

12-06-2019, 10:01

Misirdə Nəsiminin Azərbaycan dilində əlyazmaları tapıldı

Xəbərlər

22-05-2019, 08:02

Fransa erməniləri RÜSVAY ETDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İsti hava insult riskini artırır - Həkimdən açıqlama
3 il əvvəl ortaya çıxdı, Bakıya qarşı proses başladı – Əliyevdən mühüm ANONS
Neftlə bağlı görünməmiş ssenari – Bir addım hər şeyi dəyişə bilər
Akupunktura nədir? - Hansı xəstəliklərə faydalıdır?
İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
Son xəbərlər
  • Bu gün, 15:15
    İsti hava insult riskini artırır - Həkimdən açıqlama
  • Bu gün, 14:41
    3 il əvvəl ortaya çıxdı, Bakıya qarşı proses başladı – Əliyevdən mühüm ANONS
  • Bu gün, 13:11
    Neftlə bağlı görünməmiş ssenari – Bir addım hər şeyi dəyişə bilər
  • Bu gün, 12:34
    Akupunktura nədir? - Hansı xəstəliklərə faydalıdır?
  • Bu gün, 11:06
    İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
  • Bu gün, 10:43
    Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
  • Bu gün, 09:00
    Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
  • Dünən, 22:30
    Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
  • Dünən, 21:21
    Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
  • Dünən, 20:58
    Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
  • Dünən, 19:32
    Netanyahudan İrana: O günlər artıq geridə qaldı!
  • Dünən, 18:04
    Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
  • Dünən, 17:10
    Küveytdə HHM-lər işə düşdü: Hədəflər zərərsizləşdirilir!
  • Dünən, 16:49
    Ceyhun Bayramovun “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi - Paşinyan izahat versin
  • Dünən, 15:52
    Panik atak və infarktı necə ayırd etmək olar?
  • Dünən, 14:08
    ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
  • Dünən, 13:46
    Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...
  • Dünən, 12:21
    Qarın köpünün 5 gizli səbəbi
  • Dünən, 11:24
    Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
  • Dünən, 10:43
    Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi
  • Dünən, 09:07
    Yayda qida zəhərlənməsi – İlk yardım və nə vaxt həkimə müraciət etməli?
  • 13-07-2026, 22:19
    Dünyada ilk dəfə robot cərrahi əməliyyat etdi - İnsan köməyi olmadan
  • 13-07-2026, 21:21
    Qan şəkərini tarazlıqda saxlamaq üçün 3 sadə vərdiş
  • 13-07-2026, 20:44
    Netanyahu ermənilərin bu arzusunu ürəyində qoydu – Knessetdən mühüm qərar
  • 13-07-2026, 19:16
    Ermənistan məşhur kəndimizi qaytarmağa hazırlaşır? – Paşinyandan rezonans doğuran XƏBƏR
  • 13-07-2026, 18:50
    Talassemiya ilə bağlı miflər və həqiqətlər
  • 13-07-2026, 16:40
    ABŞ İranda hərbi bazanı vurdu: 1 ölü, 7 yaralı
  • 13-07-2026, 15:13
    Taxikardiya və aritmiya - Fərqi, səbəbi
  • 13-07-2026, 14:08
    Avropa Rusiyada qaz qoymayıb, hamısını alıb
  • 13-07-2026, 13:37
    Trampın Hörmüz qərarı İranı hiddətləndirdi – Müharibə başlayacaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə