• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
Nevrit - sinirlərin iltihabı
Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Uşaq sakit, sözəbaxandırsa, özü də təkcə oynayırsa...

Maraqlı

6-05-2019, 12:11

Uşaq sakit, sözəbaxandırsa, özü də təkcə oynayırsa...

Mütəxəssis deyir ki, valideynlər diqqətli olmalı, uşaqlarla bir şəxsiyyət kimi davranmalıdırlar.

Ailehekimiklinikasi.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Uşaqlar bizim gələcəyimizdir" ifadəsini işlətməyən, eşitməyən yoxdur. Bəs yaxşı, bu cümlənin mahiyyətini tam mənası ilə anlayıb, buna əməl edib uşaqları qoruyan nə qədər insan var? Gələcəyimizin yaxşı olması üçün bu günün uşaqlarını qorumaq, onların təlim-tərbiyəsi ilə məşğul olmaq ən vacib şərtlərdən biridir. Amma çox təəssüf ki, günümüzdə övladının hərəkətlərini, başqa uşaqlarla davranışını düzgün qiymətləndirə bilməyən valideynlər də var. 0-3 yaş arasında uşaqların demək olar ki, əksəriyyəti eyni inkişaf yolu keçir. Lakin 3 yaşdan sonrakı dövrdə hər uşağın özünəməxsus xüsusiyyətləri formalaşır və açıq şəkildə özünü büruzə verir.

Bəzi uşaqlar çox aktiv olur, danışmağa, çoxlu suallar verməyə, dünyanı öz üsulları ilə kəşf etməyə çalışırlar. Hətta, həddindən artıq aktiv olan, bir yerdə dayanmayan uşaqlar olur ki, bəzən valideynlər bundan şikayətlənərək həkimə və ya uşaq psixoloquna müraciət edir. Amma elə uşaqlar da var ki, həddindən artıq sakit olurlar. Həmyaşıdları ilə oynamır, əlaqəyə girmir, heç nəyə reaksiya vermirlər. Dindirməsən, dinməz, "ağzı var, dili yox" fikrinə uyğun gəlir və çox təəssüf ki, valideynlər bunu müsbət hal kimi qiymətləndirirlər. Hətta, uşaqları dəcəl olan valideynlər övladlarına həmin sakit uşaqları nümunə kimi təqdim edirlər. Lakin bu məsələnin bir əmması var. Belə ki, Amerika Sosial Həyat Dərnəyi ailədəki sözəbaxan, həddən artıq nümunəvi uşaqların da narahatlıq doğuran məqamlarının olduğunu açıqlayıb. Dərnək psixoloqları araşdırma zamanı aydınlaşdırıblar ki, əslində, uşağa xas olan dəcəllik, bəzən ziyankarlıq, hansısa balacada yoxdursa, bu, həm də onun psixologiyasındakı bəzi pozğunluqdan xəbər verir. Yəni həddən ziyadə sakit uşaq gələcəkdə təhlükəli bir cani, psixopat, qatil ola bilər. Alimlər təbii olmayan hər şeyin gələcəkdə fəsad törədə biləcəyini qeyd edirlər. Sakit, nümunəvi uşaq isə heç də təbii sayılmır. Demək ki, həddən artıq sakit olan uşaqlarda da müəyyən problemlər var. Biz də mövzunun aktuallığını nəzərə alaraq ekspertlərlə uşaqlardakı həddən artıq sakitliyin səbəbini və bu kimi hallarda valideynlərin nə etməli olduqlarını öyrənməyə çalışdıq.

Psixoloq Rövşən Uğur qeyd etdi ki, hər araşdırmaya da güvənmək olmaz. Psixoloqun fikrincə, neçə uşaq arasında, hansı ərazidə, hansı formada, hansı yaş qruplarının əsas götürülməsi ilə aparıldığını, həmin uşaqların necə və hansı ailələrdən seçildiyini bildikdən sonra araşdırmanın nəticəsi barədə şərh vermək olar: "Yəni istənilən araşdırmanın hansı şəraitdə və hansı şərtlər altında aparılması vacibdir. Yoxsa istənilən araşdırmanın nəticələrinə güvənmək düzgün deyil. Lakin bir uşaq həqiqətən qaynayıb-qarışmırsa, sakitdirsə, içinə qapalıdırsa, onunla maraqlanmaq və səbəbini öyrənməyə çalışmaq lazımdır. Uşaqlar iki cür - introvert və ekstrovert olur. İntrovert uşaqla ekstrovertin davranışları, insanlarla ünsiyyətləri arasında müəyyən fərqlər müşahidə edilir. Ekstrovert uşaqlar tam rahat şəkildə ünsiyyətə girir və həmyaşıdları ilə qaynayıb-qarışa bilir. Həmin uşaqlar sanki həyata 1-0 öndə başlayırlar. Amma introvert uşaqların adaptasiya mərhələsi bir az çətin və mərhələli keçir. Bu uşaqların az dostu olur, amma dostluqları daha möhkəm və uzunmüddətli olur. Ekstrovertlərdə isə dostlar tez-tez dəyişə bilir. Yəni onlar hər insanla ünsiyyətə girə bilib, dostluq qururlar".

Psixoloq deyir ki, ekstrovert və introvert məsələsini bir kənara qoysaq, bu zaman yerdə qalır travma məsələsi: "Yəni uşağın susqunluğu, sakitliyi əgər genetik faktorla əlaqəli deyilsə, demək ki, uşaq travma alıb. Uşaq həm ailədən, həm də getdiyi bağçadan, məktəbdən, ünsiyyətdə olduğu hər hansı bir insandan travma ala bilər. Araşdırma zamanı bu tip uşaqların ailə basqısı ilə üzləşdiyinin şahidi oluruq. Ailə həddən artıq tələbkar olur. Yəni uşaq yalnız ailəsinin istəklərini qarşılayır. Nəticə etibarı ilə bütün bu tələblər, istəklər uşaq üçün yük halına çevrilir. Uşağın ilk olaraq ailə, sonra da ətrafla ünsiyyəti kəsilir. Sadəcə, nümunəvi uşaq olmaq üçün ailənin istəklərini yerinə yetirir və uşaqda "yaxşı olduğum, onların dediklərini etdiyim üçün ailəm məni sevir" fikri formalaşır. Beləcə, sakit, özünə qapanan olur".

"Bundan başqa, fiziki zorakılığa məruz qalan, etdiyi səhvə görə cəzalandırılan uşaqlarda da bu hal müşahidə edilir" deyən Rövşən bəy bildirdi ki, bu kimi hallar uşaqda "mən bacarıqsızam, uğursuz biriyəm" kimi düşüncələr formalaşdırır. Bu da həyatının növbəti mərhələlərinə, şəxsiyyət kimi formalaşmasına mənfi təsir edir. İstər şəxsi həyatında, istər iş həyatında özünə yer tapa bilmir. Ona görə də, valideynlər uşaqlara qarşı çox basqı etməsinlər, xüsusilə də şiddətdən uzaq olsunlar. Övladlarına kiçik işlər tapşırıb, onların məsuliyyət hissini duymasına kömək etsinlər. Bəzən görürük ki, böyüklər uşaqlara "polis gəlib səni aparacaq, həkim gəlib iynə vuracaq" tipli ifadələr işlədirlər ki, bu da yanlışdır. Bunun zarafatla deyildiyini bilirik. Sadəcə, uşaqlarda mücərrəd təfəkkür inkişaf etmədiyi üçün bunun zarafat, ya həqiqət olduğunu ayıra bilmirlər və bu, onlarda travma, qorxu yaradır. Bu da uşağın qapalı, ünsiyyətdən uzaq olmasına gətirib çıxardır. Ona görə, valideynlər diqqətli olmalı, uşaqlarla bir şəxsiyyət kimi davranmalıdırlar. Əgər özləri öhdəsindən gələ bilməsələr, mütəxəssisə müraciət etsinlər".

Sosioloq Cavid İmamoğlu qeyd etdi ki, sakitlik, hər uşaqda müxtəlif səbəblərdən ola bilər: "Uşaq inkişafı üzrə mütəxəssislər düşünürlər ki, uşağın hər yaş dövrünə uyğun emosional inkişaf dinamikası var və bütün valideynlər, müəllimlər, psixoloqlar, yəni uşağın inkişafında rolu olan hər kəs bu dinamikanı bilməlidirlər. Təəssüf ki, ölkəmizdə bu sahədə təlimlərin keçirilməsi, təbliğat və maarifləndirmə işi aşağı səviyyədə olduğu üçün valideynlər əksər hallarda uşaqların yaşına uyğun emosional inkişafını düzgün qiymətləndirə bilmirlər. Onlar düşünürlər ki, uşaq sakitdirsə, özü təkcə oynayırsa və xüsusi bir aqressiya halı yoxdursa, deməli, hər şey qaydasındadır. Əslində isə həmin uşaq zorakılığa məruz qalmış ola bilər. Belə uşaqlarda çəkingənlik, qorxaqlıq, özünəqapalılıq, kəkələmə, dırnaqlarını yemə kimi emosional hərəkətlər yaranır. Valideynlər daim uşaqlarını müşahidə etməlidirlər. Əgər uşaqda bu hallardan hansısa biri varsa, mütləq psixoloqa müraciət etməlidirlər. Düzdür, bu məsələyə fərdi yanaşmaq lazımdır. Sakitlik hər uşaqda müxtəlif səbəblərdən ola bilər. Ancaq istənilən halda, valideynlər övladlarının tərbiyəsi və ya psixoloji vəziyyəti baxımından, həmişə mütəxəssisin köməyinə ehtiyac duyurlar".

Oxunub: 1 229
Paylaş:
Digər xəbərlər

Maraqlı

12-04-2019, 22:28

Uşaq tərbiyəsində 7 məqam

Səhiyyə

4-03-2019, 16:48

Əsəbi uşaqlarla necə rəftar etmək lazımdır? – Nevroloqdan valideynlərə MƏSLƏHƏTLƏR

Səhiyyə

28-02-2019, 16:48

Uşağı danışmağa öyrədirik

Araşdırma

27-02-2019, 15:10

Cizgi filmləri uşaqları necə məhv edir - Psixoloq RƏYİ

Maraqlı

22-02-2019, 09:43

Yapon və almanların uşaq tərbiyəsində İNANILMAZ ÜSULLARI - 7 SİRR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Son xəbərlər
  • Dünən, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • Dünən, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • Dünən, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • Dünən, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • Dünən, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • 1-08-2026, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • 1-08-2026, 17:04
    Asiyada yeni müharibə başlayır
  • 1-08-2026, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • 1-08-2026, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • 1-08-2026, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • 1-08-2026, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • 1-08-2026, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • 1-08-2026, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • 1-08-2026, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə