• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Təsdiqləndi: Yek kürəsinin bu qədər ömrü qalıb - Dağılmanın iki ssenarisi
Yatarkən etdiyiniz bu vərdiş sızanaqlara səbəb olur
Türkiyənin taleyini dəyişən olay: Ordu hərəkətə keçdi, sistem yeniləndi, iki il sonra…
Prezident Şuşada xüsusi vurğuladı: Avropa niyə Azərbaycana üz tutur? – Səbəblər
Diş minasını zədələməmək üçün bunları edin
Vuçiçin Kiyevə səfərinə Moskvadan reaksiya gəldi: Hər şey mümkündür
Türkiyə Yunanıstandakı çoxsaylı hədəfləri vura bilər - Afinada narahıtlıq
İsti hava insult riskini artırır - Həkimdən açıqlama
3 il əvvəl ortaya çıxdı, Bakıya qarşı proses başladı – Əliyevdən mühüm ANONS
Neftlə bağlı görünməmiş ssenari – Bir addım hər şeyi dəyişə bilər
Akupunktura nədir? - Hansı xəstəliklərə faydalıdır?
İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
Netanyahudan İrana: O günlər artıq geridə qaldı!
Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
Küveytdə HHM-lər işə düşdü: Hədəflər zərərsizləşdirilir!
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əsəbi uşaqlarla necə rəftar etmək lazımdır? – Nevroloqdan valideynlərə MƏSLƏHƏTLƏR

Səhiyyə

4-03-2019, 16:48

Əsəbi uşaqlarla necə rəftar etmək lazımdır? – Nevroloqdan valideynlərə MƏSLƏHƏTLƏR

Əksər ata-analar elə düşünürlər ki, uşaqlarda hər şeydən qıcıqlanma və əsəbləşmə valideynlərdən irsən keçən xüsusiyyətdir.

Onların mövqeyi bir qədər doğru olsa da, əksər hallarda belə yanaşma yanlışdır. Çox vaxt nevroz əlamətləri ilə seçilən valideynlər dünyaya tamamilə sağlam övladlar gətirirlər, lakin sonralar bu sağlam, sakit və təmkinli uşaqlar ailədəki münaqişə və disharmoniyanın, valideynlərin gündəlik emosional vəziyyətlərinin təsiri altında əsəbi və hər şeyə görə özündən çıxan olurlar.

Ailehekimiklinikasi.az bildirir ki, bu fikirlər həkim-nevroloq Xəyalə Məmmədovaya məxsusdur. Onun AZƏRTAC-a verdiyi məlumata görə, əsəbi uşaqlar tez qıcıqlanırlar və onları özlərindən çox asan çıxarmaq olur: "Belə uşaqlar gecə bir neçə dəfə yuxudan oyanır, qışqırır və ağlamağa başlayırlar, sanki nədənsə qorxurlar. Belə hallarda onları sakitləşdirmək çox çətin olur. Dostları ilə oyun zamanı hər kiçik şeydən ötrü tez-tez əsəbiləşir, savaşır və elə təsəvvür yaranır ki, onların əlləri, ayaqları, hətta dilləri da dayanmadan hərəkətdədir. Bir işi qurtarmamış başqasından yapışır, yorğunluq üstün gələndə hövsələdən çıxırlar. Əsəbi uşaqların istedadlı, ağıllı və qabiliyyətli olması az rast gəlinən hal deyil, lakin problem ondan ibarətdir ki, həddindən artıq hərəkətlilik, emosional özündən çıxmalar onlara öz enerjilərini lazımi məcraya yönəltməyə imkan vermir".

Həkim-nevroloq belə davranışın səbəbləri haqqında danışarkən deyib: "Nevrotik reaksiyalar əksər hallarda anadangəlmə deyil, onlar sosial amillərin təsiri altında yaranır və ilk növbədə, tərbiyə şəraitindən asılı olur. Əgər ailədə uzun müddət əlverişsiz şərait hökm sürürsə, valideynlər yola getmir və uşağın yanında höcətləşirlərsə, həmin münaqişəli vəziyyət onun psixikasını zədələyir, nevrozun yaranmasına gətirib çıxarır.

Obrazlı şəkildə əsəbi uşağı partlayıcı qaytağına, valideynlərin kobud davranışını isə ona od vuran kibritə bənzətmək olar. Süngər suyu özünə çəkdiyi kimi, uşaqlar da gördükləri və eşitdikləri hər şeyi tez götürürlər. Ona görə də soyuqluq və kobud davranış onların əsəb sistemini sarsıdır. Başları mübahisəyə qarışmış ata-ana bir an kənarda dayanıb öz uşağına nəzər sala bilsəydi, onun solğun və pərişan olduğunu görər, daxili gərginliyinin dərəcəsini qiymətləndirərdi. Ailə qalmaqalları uşaqların sinir sisteminə güclü təsir göstərir və müəyyən iz qoyur".

Həkim-nevroloq uşaqlarda əsəb pozulmalarının qarşısını almaq üçün bəzi tövsiyələr verib: "İlk növbədə, çalışmaq lazımdır ki, valideynlər, dostlar və qohumlar arasında baş verən hər hansı münaqişədə uşaqların iştirakına yol verilməsin. Valideynlərin uşaqlarla bir otaqda yatması məsləhət görülmür, çünki bu, onların sağlamlığı üçün zərərlidir. İmkan daxilində uşaqların yataq otağı ayrı olmalıdır. Uşaq ətrafında gördüyü və eşitdiyi hər şeyi özünə çəkir, lakin bu analogiya o zaman yararsız hesab olunur ki, uşaq böyüklərin etdiyi və danışdığı hər şeyi təkrarlamağa həddən artıq səy göstərir. Uşaqların daim ünsiyyətdə olduğu adamlar tez-tez dalaşır və ya mübahisə edirlərsə, onda sağlam doğulmuş uşaq da həmin mühitdə əsəb pozğunluğu ilə üzləşə bilər. Bu cür qeyri-normal hallar tədricən möhkəmlənərək şəxsiyyətin inkişafına mənfi təsir göstərir. Öz övladlarında həmin zərərli vərdişin formalaşmasının qarşısını almaq istəyən valideynlər hərəkətlərinə nəzarət etməli və uşaqların normal inkişafı üçün xoşagəlməz nümunə yaratmamalıdırlar.

Hədsiz ciddiyyət və təzyiqlə öz valideynlik nüfuzunu təsdiq etmək cəhdi, çoxlu göstəriş və qaydalar, hər xırda məsələdən ötrü cəzalandırma və avtoritar tərbiyənin buna bənzər digər təzahürləri uşağın psixikasını zədələyir. Fiziki cəzalar onun fiziki və zehni inkişafına mənfi təsir göstərir. Psixoloqlar hesab edirlər ki, uşaqlarla qəddar davranış onlarda psixiki və sinir sistemi pozulmalarının səbəbi olmaqla yanaşı, onların mənəviyyatına da mənfi təsir edir. Bəzi valideynlər özlərini uşaqlarla hövsələsiz aparır, məntiqsiz hərəkətlərə yol verirlər. Onlar asanlıqla bir ifratçılıqdan digərinə, hədsiz ciddilikdən yersiz əzizləməyə və ya əksinə keçirlər. Əvvəlcə cəzalandırılan uşağın qışqırığı və fəryadı ətrafa yayılır, bir neçə dəqiqə sonra qəzəb məhəbbətlə əvəz olunur və uşağı o qədər əzizləyib oxşayır ki, valideynin cəzası ona qeyri-real görünür. Tərbiyəyə bu cür yanaşma uşaqları qərarsız edir və valideynlərinin onların davranışına məhəbbət və mehribanlıqla və yaxud əksinə, qəzəb və əsəbiliklə cavab verəcəyini bilmirlər. Ona görə də valideynlər istifadə etdikləri metodları diqqətlə yoxlamalıdırlar ki, onların aydın və sağlam prinsiplər üzərində qurulduğuna əmin olsunlar.

Təcrübə göstərir ki, əsəbi uşaqların yaxşı düşünülmüş və ehtiyatlı münasibətə xüsusi ehtiyacı var və onların həyatı əlverişli ailə şəraitində keçməlidir. Uşaqda narahatlıq baş verəndə onun vəziyyəti ilə əlaqədar ixtisaslı həkimlə məsləhətləşərək lazım olan rahat və sakit şərait təmin edilməlidir".

Həkim-nevroloq Xəyalə Məmmədova söhbətinin sonunda deyib: "Uşaqlar üçün yuxunun əhəmiyyətini qiymətləndirmək çətindir. Əsəbi uşaqlar gündəlik fəaliyyətlərində öz yaşıdları ilə müqayisədə daha çox enerji sərf edirlər. Bu enerjini doldurmağın ən yaxşı yolu rahatlanma və sakit yuxudur. Kiçik yaşlı uşaqların daha uzun yuxuya ehtiyacı var. Lakin beş və ya altı yaşına qədər olan uşaqlara gecə yuxusu ilə yanaşı, gündüz saatlarında yatmaq üçün bir saat yarımdan iki saata qədər vaxt ayrılmalıdır. Yuxarı yaşlarda olan əsəbi uşaqlara gündüz saatlarında bir saatdan az olmamaq şərti ilə yuxulamaq vacibdir. Uşaqlar bu saatlarda hətta yuxuya gedə bilməsələr də, rahatlanma onlara əsəb gərginliyin dərəcəsini aşağı salmağa imkan verir. Bütün uşaqları axşam müəyyən edilmiş vaxtda yatızdırmağa çalışmaq lazımdır, əsəbi uşaqlara gündəlik qaydaları pozmaq və gecə yarısına kimi oturmağa icazə verilməməlidir".

Oxunub: 1 386
Paylaş:
Digər xəbərlər

Səhiyyə

26-02-2019, 16:13

Daun sindromu

Səhiyyə

9-02-2019, 16:09

Raxit mütləq müalicə olunmalıdır!

Manşet / Gündəm / Araşdırma

14-10-2018, 17:33

Uşaqlar nə üçün aqressiv olurlar? AMİLLƏR

Maraqlı

2-10-2018, 16:07

Uşaqlarda yuxu pozğunluğu

Manşet / Səhiyyə

1-08-2018, 10:31

Uşaqda qulaq ağrısını necə müəyyən etmək olar?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Təsdiqləndi: Yek kürəsinin bu qədər ömrü qalıb - Dağılmanın iki ssenarisi
Yatarkən etdiyiniz bu vərdiş sızanaqlara səbəb olur
Türkiyənin taleyini dəyişən olay: Ordu hərəkətə keçdi, sistem yeniləndi, iki il sonra…
Prezident Şuşada xüsusi vurğuladı: Avropa niyə Azərbaycana üz tutur? – Səbəblər
Diş minasını zədələməmək üçün bunları edin
Vuçiçin Kiyevə səfərinə Moskvadan reaksiya gəldi: Hər şey mümkündür
Son xəbərlər
  • Dünən, 22:15
    Təsdiqləndi: Yek kürəsinin bu qədər ömrü qalıb - Dağılmanın iki ssenarisi
  • Dünən, 21:28
    Yatarkən etdiyiniz bu vərdiş sızanaqlara səbəb olur
  • Dünən, 20:35
    Türkiyənin taleyini dəyişən olay: Ordu hərəkətə keçdi, sistem yeniləndi, iki il sonra…
  • Dünən, 19:26
    Prezident Şuşada xüsusi vurğuladı: Avropa niyə Azərbaycana üz tutur? – Səbəblər
  • Dünən, 18:44
    Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 17:51
    Vuçiçin Kiyevə səfərinə Moskvadan reaksiya gəldi: Hər şey mümkündür
  • Dünən, 16:20
    Türkiyə Yunanıstandakı çoxsaylı hədəfləri vura bilər - Afinada narahıtlıq
  • Dünən, 15:15
    İsti hava insult riskini artırır - Həkimdən açıqlama
  • Dünən, 14:41
    3 il əvvəl ortaya çıxdı, Bakıya qarşı proses başladı – Əliyevdən mühüm ANONS
  • Dünən, 13:11
    Neftlə bağlı görünməmiş ssenari – Bir addım hər şeyi dəyişə bilər
  • Dünən, 12:34
    Akupunktura nədir? - Hansı xəstəliklərə faydalıdır?
  • Dünən, 11:06
    İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
  • Dünən, 10:43
    Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
  • Dünən, 09:00
    Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
  • 14-07-2026, 22:30
    Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
  • 14-07-2026, 21:21
    Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
  • 14-07-2026, 20:58
    Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
  • 14-07-2026, 19:32
    Netanyahudan İrana: O günlər artıq geridə qaldı!
  • 14-07-2026, 18:04
    Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
  • 14-07-2026, 17:10
    Küveytdə HHM-lər işə düşdü: Hədəflər zərərsizləşdirilir!
  • 14-07-2026, 16:49
    Ceyhun Bayramovun “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi - Paşinyan izahat versin
  • 14-07-2026, 15:52
    Panik atak və infarktı necə ayırd etmək olar?
  • 14-07-2026, 14:08
    ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
  • 14-07-2026, 13:46
    Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...
  • 14-07-2026, 12:21
    Qarın köpünün 5 gizli səbəbi
  • 14-07-2026, 11:24
    Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
  • 14-07-2026, 10:43
    Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi
  • 14-07-2026, 09:07
    Yayda qida zəhərlənməsi – İlk yardım və nə vaxt həkimə müraciət etməli?
  • 13-07-2026, 22:19
    Dünyada ilk dəfə robot cərrahi əməliyyat etdi - İnsan köməyi olmadan
  • 13-07-2026, 21:21
    Qan şəkərini tarazlıqda saxlamaq üçün 3 sadə vərdiş
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə