• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İndi daha güclüyük - Pezeşkian
Dünyada ilk: Türkiyədə yaşandı
Hər gün yeyirik, amma ürəyə ziyandır - Süfrədə ən təhlükəli 3 qida
Yeni İl depressiyası nədir? - Psixiatrdan məsləhət
İltihablı qaraciyər üçün təbii bitki
Putin Əsədə niyə kömək etməyib? - Suriya səbəbi açıqladı
Netanyahunun planı rezonans doğurdu – Dünyanın gözü önündə yaşanacaq
Revmatoid artritin ən erkən 7 ƏLAMƏTİ
YENI İL, BÖYÜK ÇİLLƏ VƏ MİLAD BAYRAMI
4 ölkə ilə bağlı təşviş doğuran iddia: Avropada sensasiya yaşana bilər
Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
Diş itkisi yalnız estetik problem deyil: Təsiri tamamilə fərqlidir
İsrail bu ölkənin müstəqilliyini tanıdı: ABŞ da tanıyacaq?
“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...
Acılı, yağlı, yoxsa turş? Qastroenteroloq mədə üçün ən zərərli qidanı açıqladı
Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
Azərbaycanda internet yenə bahalaşacaq - Yeni qiymət...
Vitamin çatışmazlığının 7 əlaməti
Severskin itirilməsi onlara baha başa gəldi – Ukraynada nə baş verir?
Sidiyə tez-tez getmək təhlükə siqnalıdır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Tövlədən başlayan milyon dollarlıq biznes imperiyası yaradan qadının UĞUR HEKAYƏSİ

Maraqlı

28-07-2022, 15:59

Tövlədən başlayan milyon dollarlıq biznes imperiyası yaradan qadının UĞUR HEKAYƏSİ


“Mən heç vaxt uğur arzulamamışdım, sadəcə ona nail olmaq üçün hər şeyi etdim” – Estee Lauderin bu ifadəsi heç bir maneə görmədən irəli gedən məqsədyönlü bir insan kimi onu mükəmməl xarakterizə edir. Dünyanın ən nüfuzlu və innovativ şirkətlərindən birini yaradan və idarə edən bu xanım eyni zamanda gözəl həyat yoldaşı, ana və əsl dost idi. O, gözəlliyi sevir, siyatiş edir və onun gücünə bütün qəlbi ilə inanırdı.

Publika.az oxucuları Ester Lauderin həyat hekayəsi ilə tanış edir.

Jozefina Ester Mentzer Nyu-Yorkda çoxuşaqlıq yoxsul bir ailədə dünyaya gəlib. Bəxti onda gətirmişdi ki, Estenin anası çox güclü və ağıllı qadın idi. Anası hesab edirdi ki, qadın özünün gözəl olduğuna inanırsa, başqalarını da buna inandıra bilər və diqqət mərkəzində olub-olmadığına yalnız özü qərar verir. O, qızlarını da bu ideya altında tərbiyə edirdi. Este Lauder müsahibələrinin birində etiraf edib ki, anasının “İnsanlarla dolu otağa girəndə elə təsəvvür etməlisiniz ki, hamı sizi izləyir! Özünüzü buna uyğun təqdim edin” sözləri bütün həyatı boyu ona ilham verib.

Qız gözəllik sektoruna gəlişini dermatoloq əmisi Con Kotsa borcludur. Əmisi onlarla birgə yaşamağa başlayandan sonra Este ona əvvəlcə ailə mətbəxində, daha sonra evin həyətindəki köhnə tövlədə təchiz olunmuş xüsusi laboratoriyada üz üçün müxtəlif kremlər hazırlamağa kömək edirdi. Dəriyə hamarlıq və məxmərlik verən krem reseptləri Estedən ötrü o qədər maraqlı idi ki, gecə-gündüz laboratoriyadan çıxmaq istəmirdi. Beləliklə, bu əməkdaşlıqdan “Estée Lauder” brendinin ilk qulluq məhsulları satışa buraxılır.

Este əmisindən sadəcə krem ​​hazırlamağı yox, həm də ondan istifadə qaydalarını öyrənmişdi. O, bu bilikləri əvvəlcə dostları ilə, sonra tanımadığı qızlarla bölüşməyə başladı. Bu müddət ərzində o, Avstriyadan ABŞ-a mühacirət edən gələcək əri Cozef Lauderlə tanış olmuşdu. Maraqlıdır ki, gənc ər xanımının təşəbbüslərini dəstəkləyir, ona kremlər bişirməyə kömək edirdi. Este isə gözəllik salonlarında dəriyə qulluq və gözəllik məhsullarının reklamına və satışına başladı. O, həmçinin kosmetologiya dərsləri keçir və kremin bütün üstünlüklərini nümayiş etdirməyə çalışırdı.

Biznesin inkişafı üçün əlindən gələni edən Estenin səyləri öz bəhrəsini verdi, işlər gözləniləndən də yaxşı gedirdi. 1946-cı ildə cütlük “Estée Lauder Cosmetics Inc.” adı altında şəxsi brendlərini təsis etdilər. Keçmiş restoranın binasını kiçik bir fabrikə çevirən Este əri ilə gecələr kremlər istehsal edir, gündüzlər satırdılar. Məhz o zaman “Estée Lauder” kosmetika və parfümeriya korporasiyasının təməli qoyuldu. Məhsulların qablaşdırmasına kimi incə detallara diqqət edən Este bütün dost-tanışlarının vanna otaqlarına, eləcə də ən dəbli otellərə baş çəkmişdi. Uzun araşdırmalardan sonra o, bu qənaətə gəldi ki, solğun firuzəyi flakon ən yaxşı seçim olacaq. Çünki, istənilən interyerə uyğun gəlir, ahəngdar görünür və lüks təsiri ötürürdü. Brendin rəsmi istifadəyə verilməsindən bir il sonra onlar “Saks Fifth Avenue” univermaq şəbəkəsindən 800 dollarlıq ilk böyük sifarişlərini aldılar.

Este qadınların nə istədiyini doğuşdan hiss edirdi, sözsüz ki, o, mükəmməl məsləhətçi və marketoloq idi. İnanırdı ki, satış üçün alıcıya toxunmaq, əlində tutduğu kremin xüsusiyyətlərini söyləmək və effektivliyini aydın göstərməklə onda daha böyük maraq oyada bilər. Beləliklə, gözəllik sənayesində satış üzrə məsləhətçi vəzifəsi formalaşdı. Bir məhsul alana üstündə hədiyyə vermək ideyası da xanım Lauderə məxsus idi. Bu da nəinki yeni müştəriləri cəlb etməyə, həm də yaxşı pul qazanmağa kömək etmişdi. Bir müddət sonra dekorativ kosmetika istehsalına başlamaq qərarına gələn şirkət müştərilərinə kirşan (pudra) hədiyyə edirdi. Bu şəkildə onlar yeni makiyaj xəttinin təqdimatını keçirdilər.

“Uğursuz pomada, qalın tonal krem ​​və una bənzər pudra kimi keyfiyyətsiz məhsullar qədər qadını yaşlı göstərən heç nə yoxdur” deyən Este alıcılarını brendin yeniliklərini izləməyə səsləyirdi. Sadəcə bu şüarla kifayətlənməyən xanım Lauder kosmetika məhsullarının istehlakçıları ilə ünsiyyət qurmaq üçün məşhur kosmetika mağazaları və gözəllik salonlarını gəzməyə davam edirdi. Sosial şəbəkələrin yaranmadığı bir dövrdə də o, əmin idi, dildən-dilə ötürülən sözlər ən yaxşı reklamdır. Este həmçinin demək olar ki, hər yeni mağazanın açılışında, gözəllik məsləhətçilərinin satış üsulları və məhsul nümayişi ilə bağlı təlimatlandırılmasında şəxsən iştirak edirdi.

1950-ci illərə qədər qadınların əksəriyyəti ətirdən yalnız xüsusi günlərdə istifadə edirdi. Arzulanan ətir şüşəsinin doğum günlərində hədiyyə olunacağını gözləyirdilər... Este isə qadınların öz ətirlərini özlərinin alması üçün bir yol tapmaq istəyirdi. Beləliklə, 1953-cü ildə o, dəridə xoş ətir buraxan “Youth Dew”u hamam yağını yaratdı. Bu yenilik kosmetika sənayesində əsl sıçrayış idi, Este istədiyindən daha çoxuna nail olmuşdu, həm ətirlərin satış üsulunu dəyişdirmişdi, həm də gənc şirkəti çox milyon dollarlıq biznesə çevirmişdi.

Deyilənlərə görə, brendin guşəsinin yerləşdiyi “Paris Galeries Lafayette”-ə girən Este Lauder bilərəkdən ətirli yağ şüşəsini sındırmışdı. Xoş ətir bütün döşəməni bürümüşdü, qadınlar bir-bir ona yaxınlaşıb ətrin adını soruşmağa başladılar. Təşəbbüskar təsisçi qızlara yağın xüsusiyyətləri haqqında danışır və bildirir ki, onları ən yaxın mağazadan almaq olar. Bəzi mənbələr isə Estenin şüşəni bilərəkdən yox, təsadüfən sındırdığını iddia edir. Söz yox ki, bu, hər iki halda inanılmaz bir uğurdur. Este Lauderin fərqli xüsusiyyəti o idi ki, ən yaxşısını etməyə çalışır və daha azı ilə qane olmurdu. Buna görə o, sadəcə olaraq “yox” demək mümkün olmayan bir insan kimi təsvir edildi, bu cavab onun üçün mövcud deyildi.

Estenin sadəcə kosmetik məhsulların satışı ilə məşğul olan uğurlu sahibkar deyil, həm də qadınlara ilham və inam aşılayan motivator idi. O, evdən heç vaxt dodaqlarını və gözlərini vurğulamadan çıxmazdı, zərif cinsin nümayəndələrini də baxımlı olmağa dəvət edirdi: “Buludlu yağışlı gün makiyaj etməmək üçün bir səbəb deyil! Əksinə, günəş kimi parlamalısan. Və təbii ki, yaxşı əhval-ruhiyyə üçün mütləq gözəl ətir almalısan!”

1960-cı illərin sonunda brend şirkətin simasını seçmək qərarına gəldi. Este Lauder zərif, güclü və ağıllı bir qız axtarışında idi. Axtarışlar nəticəsində model Karen Qrem “Estée Lauder”in siması oldu və düz 15 il bu statusda qaldı. Ondan sonra Paulina Porizkova, Elizabeth Hurley və digər məşhurlar markanın yeni simaları seçildi.

Ailə biznesinə daha sonra Estenin uşaqları və nəvələri də qoşulub. 1995-ci ildə təqaüdə çıxan qəhrəmanımız 24 aprel 2004-cü ildə 95 yaşında Manhettendəki mənzilində ürək tutmasından dünyasını dəyişib.

Este Lauderin həyatının əsas məqsədi bütün dünyanın qadınlarını gözəl və bənzərsiz göstərmək idi. Elə buna görə də o, xanımlar üçün sadəcə kosmetika brendi deyil, çoxmilyonlu imperiya yaratdı. Həmişə zərif və nəzakətli Este Lauder ömrünün sonuna qədər dəbdəbəli geyinməyi sevirdi, onu heç vaxt makiyajsız və ideal saç yığımı olmadan tutmaq mümkün deyildi. E.Lauderin obrazını sevdiyi qəşəng bir ətriyyatı tamamlayardı. Ona baxanda heç kim bilmirdi ki, neçə yaşı var, amma adı hamıya məlum idi. Biznes-ledi sərrast ifadələri şübhəsiz ki, hətta bu gün də öz əhəmiyyətini tirməyib.

Kişilər haqqında

Səmimi insan axtarın. İmkan barədə unudun.

Sevdiyin insanın xırda çatışmazlıqlarını görməzlikdən gəlmək olar. Amma onunla digər məsələlərdə razılaşmağa hazırsınızsa.

Gözəl sözlər, şübhəsiz ki, çox təsirlidir, lakin sevdiyin kişinin pəncərənin altında oxuduğu serenada heç bir halda əsl sədaqət və etibar hissini əvəz edə bilməz. İnsanlar özlərini həyatın çətin məqamlarında aşkar edir, odur ki, ürəyinizi verdiyiniz insana tamamilə güvənmək sizə çox baha başa gələ bilər. Evlilikdə problemlər deyil, simalar dəyişir.

Uğur haqqında

İnsanlar uğuru özləri "yaradır", risk etməyə çəkinməyin, intuisiyanızı dinləyin.

Əgər nəsə əldə etmək istəyirsənsə, bədəlini də ödəməlisən.

Qarşıya qoyulan məqsədə çatmağın ən səmərəli üsulu uğur "dalğasına" köklənməkdir. Bu, son dərəcə vacibdir. Uğuru aydın şəkildə təsəvvür edin və o, reallığa çevriləcək.

Gözəllik haqqında

Makiyaj - özünü ifadə etməyin, özün haqqında "həqiqəti" danışmağın ən gözəl üsuludur.

Yeni yaşınız sizə yeni qırışlar gətirir, lakin özü ilə birlikdə xarakter və ifadəli baxışlar da gətirirlər. Görünüşlə fəxr etmək, digər keyfiyyətlər kimi təbiidir. Çirkin qadın yoxdur, özünə laqeyd olan var. Ümumiyyətlə, gözəl olmaq üçün hansısa sirri bilmək və mürəkkəb manipulyasiyalar etmək lazım deyil. Siz sağlam düşüncəyə sahib olmalısınız, kosmetikadan anlayışınız olmalıdır - və təcrübə, təcrübə, təcrübə!

Gözəl olmaq istəyində şöhrətpərəstlik yoxdur. Əksinə, bu, olduqca praqmatikdir. Əgər xarici görünüşünüzdən razısınızsa, deməli, sizin ovqatınız həmişə xoşdur. Bütün dünyanın ayaqlarınızın altında olduğunu hiss edirsiniz.

Hər bir qadın özünü nə qədər gözəl hesab edirsə, məhz o qədər gözəldir.

Oxunub: 468
Paylaş:
Digər xəbərlər

Səhiyyə

3-12-2021, 09:27

Dünyaya gəlməsini səhv hesab edən qadın anasının həkiminə qarşı məhkəməni uddu - FOTO

Maraqlı

15-07-2021, 07:40

“Hər şeyi mən MƏHV ETDİM”... - Bill Qeytsdən gözlənilməz ETİRAF

Maraqlı

28-11-2019, 09:10

66 yaşında ana olmuş qadının maraqlı hekayəsi - FOTOLAR

Səhiyyə

17-09-2019, 19:30

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz HƏYAT HEKAYƏSİ

Maraqlı

24-04-2019, 18:33

57 kiloqram arıqlayan 3 uşaq anası

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İndi daha güclüyük - Pezeşkian
Dünyada ilk: Türkiyədə yaşandı
Hər gün yeyirik, amma ürəyə ziyandır - Süfrədə ən təhlükəli 3 qida
Yeni İl depressiyası nədir? - Psixiatrdan məsləhət
İltihablı qaraciyər üçün təbii bitki
Putin Əsədə niyə kömək etməyib? - Suriya səbəbi açıqladı
Son xəbərlər
  • Bu gün, 11:16
    İndi daha güclüyük - Pezeşkian
  • Bu gün, 10:24
    Dünyada ilk: Türkiyədə yaşandı
  • Bu gün, 09:10
    Hər gün yeyirik, amma ürəyə ziyandır - Süfrədə ən təhlükəli 3 qida
  • Dünən, 22:28
    Yeni İl depressiyası nədir? - Psixiatrdan məsləhət
  • Dünən, 21:06
    İltihablı qaraciyər üçün təbii bitki
  • Dünən, 20:54
    Putin Əsədə niyə kömək etməyib? - Suriya səbəbi açıqladı
  • Dünən, 19:19
    Netanyahunun planı rezonans doğurdu – Dünyanın gözü önündə yaşanacaq
  • Dünən, 18:48
    Revmatoid artritin ən erkən 7 ƏLAMƏTİ
  • Dünən, 18:24
    YENI İL, BÖYÜK ÇİLLƏ VƏ MİLAD BAYRAMI
  • Dünən, 17:30
    4 ölkə ilə bağlı təşviş doğuran iddia: Avropada sensasiya yaşana bilər
  • Dünən, 16:21
    Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
  • Dünən, 15:36
    Diş itkisi yalnız estetik problem deyil: Təsiri tamamilə fərqlidir
  • Dünən, 14:52
    İsrail bu ölkənin müstəqilliyini tanıdı: ABŞ da tanıyacaq?
  • Dünən, 13:39
    “Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...
  • Dünən, 12:31
    Acılı, yağlı, yoxsa turş? Qastroenteroloq mədə üçün ən zərərli qidanı açıqladı
  • Dünən, 11:27
    Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
  • Dünən, 10:13
    Azərbaycanda internet yenə bahalaşacaq - Yeni qiymət...
  • Dünən, 09:08
    Vitamin çatışmazlığının 7 əlaməti
  • 27-12-2025, 22:18
    Severskin itirilməsi onlara baha başa gəldi – Ukraynada nə baş verir?
  • 27-12-2025, 21:32
    Sidiyə tez-tez getmək təhlükə siqnalıdır?
  • 27-12-2025, 20:38
    Bunu İlham Əliyev 3, Ərdoğan 4 dəfə edib – Nazir açıqladı
  • 27-12-2025, 19:04
    2026-cı ildə bu kommunal xidmətlər bahalaşacaq - SİYAHI
  • 27-12-2025, 18:12
    Qırmızı soğanın faydaları və zərərləri nələrdir?
  • 27-12-2025, 17:51
    Ermənilər geri çəkildi: Sərhəddəki strateji post ordumuza təhvil verilib
  • 27-12-2025, 16:13
    Güzəştli mənzil satışı niyə təhlükə altına düşdü? – BİRGƏ MƏLUMAT
  • 27-12-2025, 15:28
    Qadınların davamlı yorğunluğunun gizli səbəbi
  • 27-12-2025, 14:30
    Rusiya və İsrail gizli hərəkətə keçdi: Məkan Bakıdır, hədəf isə…
  • 27-12-2025, 13:47
    Zelenski sülh planı təklif etdi: Putin nə cavab verəcək?
  • 27-12-2025, 12:26
    Hərəkətsizlik xərçəng riskini artırırmı?
  • 27-12-2025, 11:25
    İntensiv qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə