Bəzən adi burun tutulmasi xərçəngin inkişafına işarə edə bilər.
Həkimlər bildirirlər ki, burunun bir neçə ay ərzində səbəbsiz olaraq tutulması burun-udlağın xərçənginin simptomu kimi meydana çıxa bilər.
Bundan əlavə xəstədə boyunda ağrılı şiş və qulağın tutulması kimi simptomlar da əmələ gələ bilər.
Təəssüf ki, burun-udlaq xərçəngi "lal" xərçəng sayılır. Bu səbəbdən xəstələrin əksəriyyəti yalnız gecikmiş mərhələdə buna fikir verir və həkimlərə müraciət edirlər.
Saglamolun.az medik-forum-a istinadla bildirir ki, yuxarıda qeyd etdiyimiz simptomdan əlavə burun-udlaq xərçənginin bu kimi simptomları var:
- Boyunda 3 həftə ərzində keçməyən şişkinlik.
- Bir qulaqda eşitmənin azalması.
- Qulaqlarda küy.
- Burun qanaxması.
- Baş ağrıları.
- İkili görmə.
- Udmanın çətinləşməsi.
- Səsin tutulması, xırıltılı olması.
- Bədən çəkisinin azalması.