• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
Qətər 3 iranlı pilotu əsir götürüb
Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
BƏƏ-dən SEPAH-a: Hədə-qorxu tətbiq etmək...
Özbəkistan və Qazaxıstan hərəkətə keçdi: Azərbaycan da qoşulacaq?
Avropanın əsas çaylarından birində böhran: gəmilər hərəkət edə bilmir
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
Şimali Koreya Putinə belə dəstək verir
Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dahilərin iflasa uğrayan ideyaları

Maraqlı

17-04-2022, 19:33

Dahilərin iflasa uğrayan ideyaları


Amerika Patent Bürosu indiyə qədər suda yerimək üçün hazırlanan 100-dən çox kəşflərə pul ayırıb, onlardan biri 500 il öncə Leonardo da Vinçinin düzəltmək istədiyi şişirdilə bilən su xizəkləri kimidir. Hətta o tipli ayaqqabılarla fransız səyyah Remi Briska Atlantik okeanını yeriyə-yeriyə keçib.

“İstedadlı adam hər işdə istedadlıdır” fikri bir sıra hallarda özünü doğrultmur. Çünki bəzən bir işin peşəkarı başqa bir işdə naşı olur. Dünya şöhrətli fırça ustası Leonardo da Vinçi də əl atdığı işlərdə, meyl göstərdiyi bəzi məqsədlərdə uğursuzluqlarla üzləşib, amma heç zaman yeniliklərə can atmaqdan usanmayıb, geri durmayıb.

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:

Möcüzələr yaratmaq istəyirdi

Leonardo da Vinçinin həyatına, cib dəftərlərindəki qeydlərinə, ən əsası isə arzularına bələd olanda anlayırsan ki, sən demə, rəssamlıq onun ən axırıncı sırada dayanan sənəti imiş. O, gecə-gündüz yeni kəşflər etmək fikrində olub və dahi rəssam yeniliklərlə bağlı öz arzularını belə ifadə edirdi: “Möcüzələr yaratmaq istəyirəm”. O, iş üçün Lüdovik Sforza müraciət edib, peşəkar rəssam kimi yox, hərbi mühəndis kimi çalışmaq eşqinə düşüb.

Təcrübə heç zaman uğursuz olmur

Dahi fırça ustası qapı cəftəsi, qaldırıcı, pompa, silindir, yay, çarx, saat, həbsxanadan qaçmaq və suyun altında üzmək üçün xüsusi alətlər, nəhəng qazma maşınları, paraşüt, pulbasma cihazı və sair əşyaların eskizlərini hazırlayıb. Hətta bir ara üçmərtəbəli şəhər tikmək fikrinə də düşüb. Elə şəhər ki, ən yuxarı qatda zənginlər, elitar kəsim, aşağıda sadə insanlar, birinci mərtəbədə isə ideal hesab oluna biləcək işləklikdə kanalizasiya sistemi. Bu qədər fərqli texniki yeniliklərə meyil göstərən dahi cəmiyyətin həyatını asanlaşdıran texniki vasitələrin çoxalması yolunda usanmaq bilmədən çalışıb. Onun niyə bu işlərdən bezmədiyi barədə düşünəndə ölməz sənətkarın “təcrübə heç zaman uğursuz olmur” fikrini xatırladım. Ən azı, alınmayan bir məqsəd yolunda da insan nə isə öyrənir, prosesin gedişini mənimsəyir.

Suda qarət planı üçün ayaqqabı

Ancaq yuxarıda sadalanan cihazların hazırlanması ilə bağlı çəkdiyi eskizlərin mütləq əksəri rəssamın geniş ürəyində elə arzu olaraq da qalıb. Bütün bunlar azmış kimi, Leonardo həm də su üstündə yerimək üçün xüsusi ayaqqabılar hazırlamaq qərarına gəlib. O, bu ayaqqabılardan daha çox hərbi məqsəd üçün istifadə ediləcəyini nəzərdə tuturmuş. Düşünürmüş ki, bu ayaqqabıları hərbçilər geyib gəmiləri deşəcək, beləliklə də, suda qarət planlarını rahatca icra edəcəklər.

Suyun üstündə qalmaq olardı, lakin...

Leonardo suda yerimək üçün nəzərdə tutduğu ayaqqabılara aid eskizində göstərirdi ki, ayaqların altına şişən torbalar qoyulacaq, onlar dərya üzərindəki insanın suyun üstündə qalmasını təmin edəcək. Amma onun hazırlamaq istədiyi ayaqqabılarda insanın müvazinətini saxlaması ilə bağlı hər hansı bir qeyd yox idi, halbuki bu məqam vacib şərtlərdəndir. Şişən torbalarsa, çox güman, heyvanların bağırsaq, yaxud sidik kisəsindən hazırlanacaqdı. O da aydın olur ki, dahi rəssamın hazırlayacağı ayaqqabılarla suyun üstündə qalmaq olardı, lakin onunla irəliləmək müşkül məsələ idi. Bu uğursuz “kəşf” afrikalıların məşhur atalar sözünü yada salır: “Dənizin dərinliyini ancaq axmaqlar iki ayağı ilə ölçər”.

Bataqlığı qurudan cihaz

Böyük sənət ustasının bu işə dırnaqarası yanaşmasını göstərən məqamlardan biri də hazırlamaq istədiyi ayaqqabıların ölçüləri ilə bağlı qeyd dəftərlərində heç bir eskiz ölçülərinin olmaması idi. Rəssam, Ludovik Sforza yazdığı məktubda müharibəyə olan böyük marağını qeyd edirdi, əslində isə real həyatda ürəyiyuxa adam idi, yaşamağı hər şeydən üstün tuturdu. Özü də o, vegetarian idi, heyvan orqanlarından nəsə hazırlamaq onluq deyildi. Onun dəftərlərində dənizin qabağına sədd çəkərək daşına bilən barajlar qurmaqla bir ordunu suya qərq edən alətin də eskizi vardı. O dövrlərdə beyinləri məşğul edən, hər dəfə də uğursuzluqla nəticələnən yaylı tüfəng yaratmaq ideyasını Leanordo da Vinçi də düşünübmüş. O, həmçinin bataqlığı qurudan cihazın kəşfi üzərində də beynini yorub.

Əsrlər sonra da olsa...

Onu da deyim ki, xristian dünyasında su üzərində yeriməyə maraq daim olub. Bu istəyin mayasında “İncil” dayanır. “İncil”də deyilir ki, İsa Məsih həvarilərinə yetişmək üçün Təbəriyə gölü üzərində 20 km yol qət edib. Heyvanat aləmində isə “İsa kərtənkələsi” adlandırılan Basilikok kərtənkələsi suyun üzərində dörd metr yol qət edə bilir. Qədim yunan tanrısı Orion və Misir tanrısı Horosun su üzərində yeridiyi ilə bağlı əfsanələr günümüzə qədər gəlib çatıb. Bir sözlə, su üzərində yerimək, yaxud suyun üstündə yerimək üçün hazırlanan ayaqqabılarla bağlı fikir ta qədimlərdən insanları narahat edirmiş, nəinki dahi rəssamı.

Onu da deyim ki, Amerika Patent Bürosu indiyə qədər suda yerimək üçün hazırlanan 100-dən çox kəşflərə pul ayırıb, onlardan biri 500 il öncə Leonardo da Vinçinin düzəltmək istədiyi şişirdilə bilən su xizəkləri kimidir. Hətta o tipli ayaqqabılarla fransız səyyah Remi Briska Atlantik okeanını yeriyə-yeriyə keçib. O, yol boyunca plankton, yaxud uçan balıqlardan yeyərək qidalanıb və səyahət ərzində 27 kq arıqlayıb. Yəni Leonardonun eskizi əsrlər sonra da olsa, təkmilləşdirilmiş şəkildə gerçəkliyə çevrilə bilib.

Seyid Əzim Şirvani demiş...

Sağlığında görkəmli rəssamın əksər fikirləri qəbul edilmir, sadəcə cib dəftərlərində eskiz formasında qalırdı. Fəqət o, bu cür uğursuzluqlara öyrəşmişdi; araşdırmalara görə, xeyli əsərini yarımçıq qoymuş, heykəllərindən birini belə sata bilməmişdi, hətta Lüdovik Sforzanın sifariş verdiyi xatirə abidəsini də hazırlamaq müyəssər olmamışdı. Ancaq onun bu yarımçıq işlərinə görə heyfslənməyə, yaxud kimdənsə şikayətlənməyə də əsas yoxdur, çünki Seyid Əzim Şirvani demiş: “Şikayət etmə bir kəsdən, özün bəxti qərasənmiş”.

Mənbə: Judy Wearing “Edinsonun beton pianosu”, səh. 23-41, “Nail kitab evi”, 2016

Oxunub: 504
Paylaş:
Digər xəbərlər

Maraqlı

11-04-2022, 14:21

Alimlər gündüzlər yatmağın 5 FAYDASINI açıqladı

Maraqlı

17-01-2020, 19:29

Valideynlərin nəzərinə! Solaxaylıq qüsur deyil

Araşdırma

1-10-2019, 17:18

Leonardo Da Vinçi azərbaycanlı olub – İngilis tarixçidən sensasion iddia

Maraqlı

21-03-2019, 21:14

Dahi insanları birləşdirən iki amil

Manşet

29-08-2018, 11:45

“Mona Liza” sirli qalmaqda davam edir...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
Qətər 3 iranlı pilotu əsir götürüb
Son xəbərlər
  • Dünən, 21:42
    Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
  • Dünən, 20:20
    İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
  • Dünən, 19:21
    60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
  • Dünən, 18:38
    Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
  • Dünən, 16:26
    Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
  • Dünən, 14:57
    Qətər 3 iranlı pilotu əsir götürüb
  • Dünən, 13:16
    Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
  • Dünən, 11:33
    BƏƏ-dən SEPAH-a: Hədə-qorxu tətbiq etmək...
  • Dünən, 10:31
    Özbəkistan və Qazaxıstan hərəkətə keçdi: Azərbaycan da qoşulacaq?
  • Dünən, 10:11
    Avropanın əsas çaylarından birində böhran: gəmilər hərəkət edə bilmir
  • 14-08-2026, 20:24
    Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
  • 14-08-2026, 19:00
    Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
  • 14-08-2026, 17:02
    Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
  • 14-08-2026, 15:41
    Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
  • 14-08-2026, 14:33
    Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
  • 14-08-2026, 13:16
    ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
  • 14-08-2026, 12:50
    Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
  • 14-08-2026, 11:09
    İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
  • 14-08-2026, 10:28
    Şimali Koreya Putinə belə dəstək verir
  • 14-08-2026, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • 13-08-2026, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • 13-08-2026, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • 13-08-2026, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • 13-08-2026, 18:55
    Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
  • 13-08-2026, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • 13-08-2026, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • 13-08-2026, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • 13-08-2026, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • 13-08-2026, 12:40
    Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
  • 13-08-2026, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə